Məhkəmə qərarları › İş №2(103)-9545/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9545/2020

11.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9545/2020 11.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlunun sədrliyi və məruzəsi, Tanrıverdiyev Anar Vəzir oğlunun və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona və qızına dəymiş maddi və mənəvi ziyana görə 30000 manat maddi təzminat və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı onun şərəfi, ləyaqəti və işgüzar nüfuzuna toxunan məlumatları təkzib etməyə məcbur edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, şərəfinin və ləyaqətinin ləkələnməsi ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi kimi 80 000 manatın, vicdansızcasına iddia verdiyi üçün 20 000 manatın və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin olunmamamışdır. Həmin qətnamə Cavabdeh nümayəndəsinə xx.xx.2020-ci il tarixdə təqdim olunmuş, onun xx.xx.2020-ci il tarixdə verdiyi apellyasiya şikayəti isə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməməsi səbəbi ilə geri qaytarılmışdır. İş materiallarından görünür ki, Cavabdeh nümayəndəsi dövlət rüsumunu ödədiyinə dair qəbzi əlavə etməklə xx.xx.2020-ci il tarixdə yenidən şikayət vermiş, birinci instansiya məhkəməsi isə işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh nümayəndəsi qətnaməni xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə almışdır; bu isə o deməkdir ki, onun xx.xx.2020-ci il tarixdə ikinci dəfə verdiyi apellyasiya şikayəti üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsi müzakirə olunmadan şikayət mümkün hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-852/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsinin müzakirəsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Anar Tanrıverdiyev Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar