Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-958/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin icra şöbəsinin üzərinə qoyulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(001)-5525/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin məhkəməyə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001) 241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların isə icra sənədi üzrə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyin icra məmurunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100000 USD (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 manat tutularaq Maraqlı şəxs ödənilməlidir. İcra sənədi üzrə borclu kimi 2021-ci ilin oktyabr ayında onu icra məmuru yanına çağıraraq borc tələbinin ödənilməsini tələb etdikdə ona borc əvəzi tələbkar Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sərəncamı ilə onun istifadəsinə və sahibliyinə verilmiş 7 ha torpaq sahəsində tikilmiş bir mərtəbəli üç otaqlı tam təmirli evin onu qanuni sahibliyinə və istifadəsinə verilməsini təklif etmişdir. Bundan sonra Cavabdeh icra məmuru Faiq Əkbərov tərəfindən bu barədə icra sənədi üzrə tələbkar Maraqlı şəxs məlumat verilmişdir. Həmçinin onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixdə bununla əlaqədar olaraq icra sənədi üzrə tələbkar Maraqlı şəxs, icra məmuru Faiq Əkbərovun və hal şahidlərinin iştirakı ilə qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və həm torpaq sahəsi və həmçinin onun üzərində tikilmiş ev tələbkar Maraqlı şəxs tərəfindən bəyənildiyi üçün müvafiq sənədləşdirmə aparıldıqdan sonra onun sahibliyinə və istifadəsinə verilmişdir. İcra məmuru tərəfindən bu barədə qərar qəbul ediləndən düz iki il sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkarın şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək "üzərinə həbs qoyulmuş əmlakın tələb əvəzində tələbkara verilməsi haqqında" xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Uzun sürən və bir neçə məhkəmə instansiyasında araşdırılan şikayət ərizəsi son olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-424/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı təmin edilərək Binəqədi rayonu Biləcəri qəsəbəsində 7 ha torpaq sahəsində tikilmiş bir mərtəbəli üç otaqlı tam təmirli və orta bazar qiyməti təxminən 120000 manat olan həyət evi ona qaytarılmışdır. Bundan sonra isə icra sənədinin icrası tapşırılmış icra məmuru Şakir Bahadırov icra sənədi üzrə tələbkarla Maraqlı şəxs və iki hal şahidi ilə birgə Bakı şəhəri Binəqədi rəyonu Biləcərə qəsəbəsində yerləşən onun iş yerinə gələrək demək olarki ona məxsus bütün əmlakı siyahıya almış və cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməklə saxlanılması üçün ona təhvil verilmişdir. Əlavə olaraq qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ona yəni icra sənədi üzrə borclu İddiaçı məxsus 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40. 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) oniks mərmər-cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm80 ədəd, 26 kv.m40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranitcəmi ölçüsü 69 kv.m. 33x145 sm, 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.m əmlakların üzərinə həbs qoyulmuş və qiymətləndirmə təşkilatı tərəfindən qeyd olunan əmlakların 150096 manat orta bazar qiymətində olması hesablanmışdır. Qiymətləndirilmiş əmlakın açıq hərrac yolu ilə satışının təşkil edilməsi üçün hərrac təşkilatına sifariş göndərimişdir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinin xx.xx.2024-cü il tarixli, 08/24 saylı protokoluna əsasən hərrac baş tutmamışdır. Göstərilənləri nəzərə alaraq bildirir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu İddiaçı məxsus əmlaklar hərracda satılmadığı üçün icra məmuru Şakir Bahadırovun xx.xx.2024-cü il tarixli qərarı ilə tələbkara təklif edilmişdir. Həmçinin icra məmuru Şakir Bahadırovun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, tələbkar Maraqlı şəxs 10 gün müddətində təklifə rəsmi münasibət bildirməli və verilmiş müddət ərzində təklifə rəsmi münasibətin bildirilməməsi təklifdən imtina kimi qiymətləndirilməlidir. Göründüyü kimi Bakı Apellyasiyya Məhkəməsi tərəfindən verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar icra məmuru Şakir Bahadırovun təklifinə 10 gün müddətində münasibət bildirməyərək əmlakı götürməkdən imtina etmişdir. Göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən tələbin könüllü olaraq icrasını təmin etmək üçün zəruri addımlar atılsa da tələbkar Maraqlı şəxs hərəkətləri və qanunazid tələbləri səbəbindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədi icra olunmamış qalmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası "İcra Haqqında" qanunun 23.1.5,53.3 və 85.1-ci maddəsinin tələblərin rəhbər tutmaqla tərəfindən borclu kimi vəsatətlə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə müraciət edilərək borclu İddiaçı məxsus və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40. 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) oniks mərmər-cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm80 ədəd, 26 kv.m40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit-cəmi ölçüsü 69 kv.m. 33x145 sm, 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.məmlakların borclu İddiaçı, 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədini isə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasın xahiş etsə də, vəsatət təmin edilməmişdir. Lakin buna baxmayaraq bütün qanunvericilik aktlarının tələblərin pozmaqla Cavabdeh icra məmuru qanunun tələblərin yerinə yetirmək əvəzinə əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə qanunsuz təqdimat yazıb. Bu isə bütün qanunvericilik aktlarına zid bir hərəkətdir. Həmçinin onu da qeyd edir ki, onun başqa hər hansı əmlakı yoxdur ki, tələb əvəzi tələbkara təklif etsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(001)- 5525/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddia ərizənin tam olaraq təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmaqla yanaşı göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir: Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin məhkəməyə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş: 1-ci və 7-ci sıra altında olan 2-lik qranit- cəmi ölçüsü 202 kv.metr, 60x60 sm x 68 ədəd = 25 kv.metr 40x40 sm x 654 ədəd = 104 kv.metr 33x125 sm x177 ədəd = 73 kv.metr 2-ci. 4-cü və 6-cı sıra altında olan oniks mərmər- cəmi 536 kv.metr 189x308 sm x 18 ədəd = 105 kv.metr 40x70 sm x 33 ədəd = 92 kv.metr 40x80 sm x 80 ədəd = 26 kv.metr 40x60 sm x 9 ədəd = 2 kv.metr 30x40 sm x 835 ədəd = 100 kv.metr 60x60 sm x 36 ədəd = 13 kv.metr 30x40 sm x 1650 ədəd = 198 kv.metr. 3-cü sıra altında olan 3-lük qranit- cəmi 69 kv.metr, 33x145 sm x 51 ədəd = 25 kv.metr. 33x150 sm x 89 ədəd = 44 kv.metr. 5-ci sıra sayı altında olan adi mərmər- 64 kv.metr. 32x150 sm x 132 ədəd = 64 əmlakların icra sənədi üzrə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyin icra məmurunun üzərinə həvalə edilməsi. “Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair təlimatın” 168-ci bəndinə əsasən “MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPMin 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir”. Göründüyü kimi İddiaçı tələbi məhz qətnamənin icrası qaydası ilə bağlı olmuşdur. Halbuki qətnamənin icrası ilə bağlı digər məsələlər barədə məhkəmə verilmiş ərizə və ya şikayətlər 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınmaqla baxılır. Birinci instansiya məhkəməsi isə iddiaçının müraciətinə mahiyyəti üzrə iddia icraatı qaydasında baxmaqla prosessual normaların tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ləğv edilməli və mülki işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində göstərilən əsasla xitam verilməlidir. Çünki hazırki vəziyyətdə İddiaçı qətnamənin icrası qaydasında yaranmış məsələləri mübahisələndirir, həmin mübahisələr üzrə isə məhkəmə tərəfindən 8 nömrəli indekslə işə baxmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 261, 264, 387.2.8 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(001)- 5525/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin icra şöbəsinin üzərinə qoyulması və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-958/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-958/2025
13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver