Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9589/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2517/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə (Çiko) qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən 7.500 manat maddi zərərə görə, 7.500 manat mənəvi zərərə görə, habelə 10 ay müddətində əmək qabiliyyətini itirdiyinə görə həmin aylara görə 5.000 manat məbləğində əmək haqqının, həmin yol nəqliyyat hadisəsi vaxtı Huvay markalı mobil telefonu qırıldığına görə 700 manat, 30 manat dövlət rüsumunun-cəmisi 20.730 manat məbləğində pulun, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti-Çikodan da 7.500 manat maddi zərərə görə, 7.500 manat mənəvi zərərə görə cəmisi 15.000 manat məbləğində pulun alınıb ona verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1-nin sahibi X2r, onun doğma xalası oğludur. 31.05.2020-ci ildə onu “X10 və Dezinfeksiya» MMC-yə fəhlə işinə qəbul etmiş, lakin onunla əmək müqaviləsi bağlamamış və onunla əmək müqaviləsi bağlayacağını bildirmişdir. Səhər saat təxminən 10 radələrində X1 Cavabdeh2-ya məxsus idarə etdiyi Ford-Tranzit markalı, 90 JS-705 dövlət qeydiyyat nişanlı yük avtomobili Bakı Pirallahı Şossesi ilə Pirallahı rayonu istiqamətində yolun sağdan-sola birinci zolağı ilə saatda təxminən 100-120 km sürətlə hərəkətdə olarkən ara məsafəsi saxlamadığından qarşıda eyni hərəkətdə olan onun arxada oturduğu X3 idarə etdiyi “Nissan” XTRAİL markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsini vurmuş və o, həmin avtomobilin arxa hissəsində oturduğuna görə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Uzun müddətdir ki, yəni 10 aydır ki, əmək qabiliyyətini itirdiyinə görə işləyə bilmir və maddi imkanı olmadığından müalicə də ala bilmir. O, xəstəxanaya çatanda Məhəmməd onu qarşılamış və həmin xəstəxanada işləyən travmatoloq Yusif Orucovun yanına aparmışdır. Lakin o, nəticələrə baxandan sonra hər şeyin normal olduğunu və evə gedə biləcəyini bildirmişdir. Həmin xəstəxanadan qayıtdıqdan sonra yol nəqliyyat hadisəsi ilə əlaqədar aldığı xəsarətlərlə bağlı möhkəm ağrıları başlamış, bir sıra dərmanlar qəbul etmişdir. Daha sonra Respublika Kliniki Xəstəxanasında nevropotoloq işləyən X6 yanına getmiş həkim ona 8 ciddi xəsarətinin olduğunu bildirmiş, lakin sonradan anadangəlmə onurğa sütununda 2 ədəd balaca yırtığının olduğunu, onunda da köhnədən ağır işdə işləmək səbəbilə əmələ gəldiyini bildirmişdir. Daha sonra özünü pis hiss etmiş, Aytən həkimə bu barədə bildirmiş, həkim ona ağ ciyərindən qan gəldiyini, müalicə lazım olduğunu demişdir. Xalası oğlu onun müalicəsinin qəzaya aidiyyəti olmadığını və onunla əlaqəli olmadığını bildirmişdir. O, həkimi məhkəməyə verməklə qorxutmuş, həkim isə ona xalası oğlunun onunla ədavəti olduğunu demiş və başqa yerdə MRT elətdirməli olduğunu bildirmişdir. Bundan sonra 3 №-li Şəhər Klinik Xəstəxanasında MRT-dən keçmiş və həmin Xəstəxananın vermiş olduğu 12.11.2020-ci il tarixli protokolu əldə etmişdir. Bu yol nəqliyyat hadisəsi ilə əlaqədar Xəzər RPİ-nin TŞ-nin 30.12.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərar bir neçə dəfə ləğv olunmasına baxmayaraq, Xəzər RPİ-nin İŞ-nin 06.03.2021ci il tarixli qərarı ilə yenə də cinayət işinin başlanması rədd edilmiş, hətta onu məhkəmətibbi ekspertizasından keçirməmişlər. Yol nəqliyyat hadisəsi olandan sonra Fətullah Qafarov ona şikayət verməməsini və onu müalicə elətdirəcəyini bildirmişdir. Hazırda səhhəti ağırdır, gecələr yata bilmir. Hadisədən sonra əmək fəaliyyətini tamamilə itirmiş, əmək fəaliyyətinin nə vaxt bərpa olunacağını bilmir və 23 kq arıqlamışdır. Bu hadisədən sonra o, həm də böyük sarsıntı və iztirab keçirmiş, əziyyət çəkmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2517/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə (Çiko) qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2517/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Yol nəqliyyat hadisəsindən sonra Fətullah Qafarov ona bildirmişdir ki, heç yerə şikayət etmə, sənin müalicəni etdirəcəm, aylıq maaşını da verəcəm, təzminatını da ödəyəcəm, bir sözlə nə lazımdır edəcəm. Hazırda isə onu təhqir edir və bildirir ki, şikayət etmə, yazdığın şikayətləri nə təhər ört-basdır etmişəmsə, səni də öldürtdürüb, ört-basdır etdirərəm. Hadisədən sonra müalicəsi ilə, aylıq maaşı və təzminatla əlaqədar maddi köməklik göstərməsinə söz verdiyinə görə o, məhkəməyə indiyə kimi müraciət etməmiş, lakin sonra məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hadisədən sonra həm də böyük sarsıntı və iztirab keçirmiş, əziyyət çəkmişdir. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, cavabdeh tərəfin vermiş olduğu əsassız izahatları əsasında iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi işə baxan zaman 3 №-li Şəhər Kilinik Xəstəxanasının vermiş olduğu 12.11.2020-ci il tarixli protokolunu da sübut kimi qəbul etməyib, halbuki, həmin protokolla hadisə günü avtomobil qəzası zamanı xəsarət almağı tam sübut edilir. Respublika Klinik Xəstəxanasında MRT-dən keçməyi barədə videodiskləri məhkəməyə təqdim etmiş və xahiş etmişdir ki, həmin video-disklər və 3 №-li Şəhər Kilinik Xəstəxanasının vermiş olduğu 12.11.2020-ci il tarixli protokol əsasında təkrar eksertiza təyin etsin. Bu barədəki şifahi vəsatəti də birinci instansiya məhkəməsi tərəifndən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən apelyasiya şikayətində qeyd etdiyi maddi normaların, eləcə də AR MPM-nin 47.2, 54.1, 62, 77.1, 88, 102.2-ci maddələrinin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, iş üzrə şahidlər dindirilməmişdir, Məsuliyyətli Cəmiyyəti- Çikonun əvəzinə əsl cavabdeh qismində işə cəlb edilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2517/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 MMCnin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh2 MMC-nin nümayəndəsinin və üçüncü şəxs Fətullah Qafarovun iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2517/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2517/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı sağlamlığına zərər dəyməsi iş materialları ilə müəyyən edilməmiş, İddiaçı cavabdehlərin təqsiri nəticəsində ona zərər vurulmasını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14 və 77-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədovun HK/1-də 213 sayla qeydiyyata alınmış 329/20 saylı material üzrə 30 dekabr 2020-ci il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vət. İddiaçı əmək haqqının ödənilməməsi ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, faktla əlaqədar izahatı alınmış “NİSSAN XTRAİL” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 19.06.2020-ci il tarixli izahatını təsdiq edərək, hadisə baş verən vaxt qohumu İddiaçıdə onun avtomobilində sərnişin qismində olmasını, Kamalın hadisə zamanı xəsarət almadığından taksi saxlayaraq oradan çıxıb getməsini, onun xəsarət almadığına görə Qəfər Qəfərovun bu haqda ilkin vermiş olduğu izahatda bildirməməsini, təxminən hadisədən 1 ay keçdikdən sonra İddiaçı işlədiyi şirkətin müdiri, xalası oğlu Fətullaha zəng edərək ondan pul və ev tələb etməsini, vermədiyi halda ondan şikayət edəcəyini bildirmişdir. İş üzrə təyin edilmiş təkrar Məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2020-ci il tarixli 26-Ə/1011 saylı rəyində 1968-ci il təvəllüdlü İddiaçı bədəni üzərində xəsarət və xəsarət izinin aşkar edilmədiyi, İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə müəyyən olunmuş pataloji dəyişikliklərin travma ilə əlaqəsi olmadığından xəsarətin təyinində bu halların nəzərə alınmaması qeyd edilmişdir.(İ.vər. 7 - 9) İş matеriallarında olan, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Cəfərovun HK/1-də 213 sayla qeydiyyata alınmış 329/20 saylı material üzrə 06 mart 2020-ci il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vət.İddiaçı əmək haqqının ödənilməməsi ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, izahatı alınmış X4 göstərmişdir ki, “X10 və Dezinfeksiya xidmətləri” MMC ona məxsusdur. Həmin MMC 2020-ci ilin aprel ayından fəaliyyət göstərir. İddiaçı doğma xalası oğludur. Uzun illərdi, ona və xalasına baxır, onların bütün maddi xərclərini ödəyir. Kamal tüfeyli həyat yaşayan şəxsdir. 1990-cı ildən qonşudurlar, Kamalın anası yəni ki, onun xalası dializ xəstəsidir. O, xalasının bütün müalicəsinə köməklik edir. Kamal ona məxsus MMC-də heç vaxt işləməyib. 19.06.2020-ci il tarixdə Emin Qafarov, İddiaçı və şirkətin sürücü Qafar Qafarovla birlikdə sonuncunun idarə etdiyi “Nissan” markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qala-Pirallahı yolunda hərəkətdə olan zaman “Ford” markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı Qəfər yüngül xəsarət almışdır. Lakin Kamal hər hansı xəsarət almamışdır. Hadisə barəsində sonradan məlumatı olmuşdur. Belə ki, xəstəliyi ilə əlaqədar ona məlumat verilməmişdir, hadisə günü axşam Emin yol-nəqliyyat hadisəsi baş verdiyini və Qafarın yüngül xəsarət aldığını demişdir. Həmin gün Kamal ona zəng edib yıxıldığını və qolunun ağrıdığını demiş, o, həkim işləyən oğlu Məhəmmədə zəng edib Kamal yanına gəlməyini və onu müayinə eləməsini, müayinə pulunu özünün ödəməsini və lazım olan dərmanları almasını demiş, məqsədi isə Kamalın pulu olmadığı üçün belə bir köməkilk edilməsini istəmişdir. Kamal bugünə qədər heç bir yerdə işləmədiyi üçün onu rəhbəri olduğu MMC-yə işə götürmək istəmiş, lakin pandemiya olduğundan və onun sona qədər işləməyəcəyini bilib bu səbəbdən də onu işə götürməmişdir. Əlavə olaraq Kamalı işə götürmək istədiyini dedik də o, bu barədə fikirləşəcəyini demişdir. Bundan sonra MMC-nin əməkdaşları Sumqayıt şəhərində yerləşən zavodların birində ilana qarşı dezinfeksiya etmək üçün gedəcəklərini demiş və Kamala bildirmişdir ki, “get işçilərlə zavoda bax gör işləyə biləcəksənsə səni işə götürüm”. Lakin Kamal işləmək istəməmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman Kamal təsadüf nəticəsində avtomaşında olmuşdur. Həmçinin onlar iş dalınca deyil, sürücünün qohumunun evinə Pirallahıya gedirmişlər. İddiaçı göstərdikləri yalandır, hadisə zamanı Kamal hər hansı xəsarət almayıb, o, özü hadisə yerindən çıxıb getmişdir. Həmçinin həmin qərarın məzmunundan görünür ki, İddiaçı 19.06.2020-ci il tarixində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı qohumu Qəfər Qəfərovun idarə etdiyi “NİSSAN XTRAİL” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olması müəyyən edilsədə, Məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2020-ci il tarixli 26-Ə/101İ saylı rəyinə əsasən adına təqdim edilmiş tibbi sənədlərdə müəyyən olunmuş pataloji dəyişikliklərin travma ilə əlaqəsi olmadığından xəsarətin təyinində bu halların nəzərə alınmaması bildirilmişdir. Həmçinin İddiaçı “X10 və Dezinfeksiya xidmətləri” MMC-də qeyri-rəsmi fəhlə kimi işləməsi öz təsdiqini tapmamışdır.(İ.vər. 14 - 17) Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllnin 21.1-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbi ilə bağlı həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 7.500 manat maddi ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, "xxxx" MMC və Cavabdeh2 MMC tərəfindən sağlamlığına zərər yetirilməsini sübut etməsi yükü iddiaçının üzərinə düşür. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı Cavabdeh1-dən 7.500 manat maddi ziyanın, 7.500 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini, həmçinin Cavabdeh2 MMC-dən 7.500 manat maddi ziyanın, 7.500 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları, yəni onun sağlamlığında yaranmış fəsadların cavabdehlərin təqsiri üzündən baş verməsi barədə sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incum bit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bundan başqa İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2517/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)-2517/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9589/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9589/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver