Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9639/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-565/2020 saylı mülki iş üzrə qəbul etdiyi 07 iyun 2021-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini cəlb etməklə) cavabdehlər Cavabdeh1 və X6 qarşı «yaşayış sahəsinə dair payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(006)-565/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 evin İddiaçı məxsus 3 otaqlı, 57,7 kv.m. yaşayış sahəsi olan 1/3 (üçdə bir) hissəsi naturada ayrılması, hazırki qətnamə iddiaçının hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi üçün əsasdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və X4 tutulubAz.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFTBİKCTREAZ 22 hesabına köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(006)-565/2020 saylı qətnaməsi 27 iyul 2020-ci il tarixində qanuni qüvvəsini almış və Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(006)-565/2020 icra vərəqəsinə izah edilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ərizələr daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)-565/2020 saylı qərardadına əsasən Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Nəsimi Rayon Məhkəməsinin 2(006)-565/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-565/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsinə İddiaçı məxsus ünvan 1 evin mövcud vəziyyəti: 1 saylı dəhlizin sahəsi – 4.4 m2 (2mx2.20m), 2 saylı yaşayış otağının sahəsi – 9.8 m2 (2.80mx3.50m), 3 saylı yaşayış otağının sahəsi – 9.8 m2 (2.80mx3.50m), 4 saylı yaşayış otağının sahəsi – 11.9 m2 (3.50mx3.40m), 5 saylı yaşayış otağının sahəsi – 10.5 m2 (3.50mx3m), 6 saylı sanitar qovşağının sahəsi – 1.1 m2 (2.20mx0.50m) olan sahənin cizgiləri müəyyən edilməklə iddiaçıya məxsus 3/1 pay hissəsinin naturada ayrılması kimi izah verilməsi və qətnamənin icrası ilə bağlı icra hərəkətlərnin davam etdirilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)-565/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(006)-565/2020 saylı icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 565/2020 saylı mülki iş üzrə qəbul etdiyi 07 iyun 2021-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Cavabdeh1 isə şikayətlə razı olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsindən görünür ki, qətnamənin izah edilməsi onun məzmununun şərh edilməsindən ibarətdir. Bu isə hüquqi terminlərdəki anlaşılmazlıq və qrammatik cəhətdən fikrin aydın çatdırılmamağı ilə əlaqədar olur. İş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evi ümumi sahəsi 91,3 kv.m, yaşayış sahəsi 57,7 kv.m olmaqla 1/3 hissəsi X5, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hal-hazırda onların mülkiyyətindədir. Birinci instansiya məhkəməsi tərəfindən qətnaməyə izah verilmiş, İddiaçı məxsus ünvan 1 evin mövcud vəziyyəti: 1 saylı dəhlizin sahəsi – 4.4 m2 (2mx2.20m), 2 saylı yaşayış otağının sahəsi – 9.8 m2 (2.80mx3.50m), 3 saylı yaşayış otağının sahəsi – 9.8 m2 (2.80mx3.50m), 4 saylı yaşayış otağının sahəsi – 11.9 m2 (3.50mx3.40m), 5 saylı yaşayış otağının sahəsi – 10.5 m2 (3.50mx3m), 6 saylı sanitar qovşağının sahəsi – 1.1 m2 (2.20mx0.50m) olan sahənin cizgiləri müəyyən edilməklə iddiaçıya məxsus 3/1 pay hissəsinin naturada ayrılması kimi izah verilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus hissə müvafiq ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsidir və yoxlamaölçü işləri zamanı iddiaçının iddia etdiyi sahənin mövcud vəziyyətinə dair tərtib edilmiş eskizdə qeyd edilmiş 5, 6, 7 və 8 saylı sahələr və arxiv sənədlərində göstərilmişdir. Lakin əlavə edilmiş əskizdə qeyd edilmiş 1, 3 və 4 sahələr və evin 2-ci mərtəbəsinin hamısı sonradan özbaşına olaraq inşa edilmiş əlavə tikillərdir və arxiv sənədlərində öz əksini tapmamışdır. Qeydiyyatdan keçmiş müvafiq evin iddiaçıya məxsus olan 1/3 hissəsinin ümumi sahəsi 34,2 kv.m, yaşayış sahəsi isə 26,2 kv.m-dır. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hesablanmış 1/3 hissənin sahəsi isə (4.4 m2 +9.8 m2+9.8 m2+11.9 m2+10.5 m2+1.1 m2=47 m2) 47 m2 təşkil edir. Belə olan halda bu ziddiyyətli məqam birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi, eyni zamanda müəyyən olunan halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və işə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(006)-565/2020 saylı qərardadı ləğv edilsin. İşə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9639/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9639/2021
27.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver