Məhkəmə qərarları › İş №2(103)-967/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-967/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-967/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğluna qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-307/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılır. Sədrlik edən məhkəmə iclasını saat 16:00-da açır, iş üzrə məhkəmə iclaslarının fasiləsiz videoaudio yazısının aparıldığını və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, iş üzrə İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edir, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən işdə iştirak edən şəxsin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini müəyyənləşdirir. İddiaçı– xx.xx.1977-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçının nümayəndəsi və vəkili Vəkil – “Verdiktum” vəkil bürosunun vəkili Müqavilə №447 Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclas katibini elan edir, tərkibə və iclas katibinə etirazın əsaslarını izah edir və onlara etirazların olub-olmadığını soruşur. Etirazlar daxil olmadı. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən bildirir ki, birinci instansiya məhkəməsindən daxil olmuş məktubla hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2(005)- 307/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən apelyasiya şikayəti verdiyi bildirilmiş və işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğluna qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş apelyasiya baxışından çıxarılsın və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Məhkəmə iclası saat 16:05-də bağlı elan edilir. Məhkəmə iclası protokolu 02 fevral 2021-ci il tarixində tərtib olundu.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar