Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9680/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İradə Dünyamalılının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(001)-4461/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* (yeddi milyon beş yüz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddianı təmin etmə tədbirinə dair ərizə verərək, Cavabdeh və arvadı X1 adına olan daşınar və daşınmaz əmlakların, avtomobillərin və bütün bank hesablarında olan pul vəsaitlərin üzərinə həbs qoyulması, həmin əmlakların özgəninkiləşdirilməsinin Cavabdeh, arvadı X2 və üçüncü şəxslərə qadağan edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X5 küçəsi, 13E ünvanında yerləşən 0,49905 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd zirzəmili (avtodayanacaq və xidməti otaqlar), ikimərtəbəli və bir ədəd zirzəmili (avtodayanacaq və xidməti otaqlar), üç mərtəbəli qeyri-yaşayış obyektlərinə dair hər hansı sənədləşmə işlərinin aparılmasının Cavabdeh, arvadı X2 və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4461/2021 saylı, 26 avqust 2021ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız cavabdehin hüquqlarını müdafiə edən qərardad qəbul etmiş və iddiaçının iddianın təmin tədbiri görülməsi barədə hüquqlarına münasibət bildirməmişdir. Qərardad qəbul edilərkən həm iddiaçı, həm də cavabdehin hüquqları nəzərə alınmalı və məhkəmə ədalətli və qərəzsiz qərardad qəbul etməlidir. Məhkəmə qərardadında qeyd olunanlar isə həqiqəti əks etdirmir. Nəzərə alınsa ki, iddianın təmin etmə tədbiri məsələni həll etmir və iddia məbləği kifayət qədər böyük məbləğ olduğundan gələcəkdə qəbul edilən qətnamənin icrasının gecikməsinin qarşısını alacaq. Həmçinin, cavabdehin arvadı X1 adına olan əmlakların da üzərinə həbs qoyulmalıdır. Belə ki, cavabdeh evli olduğundan əmlaklar ikisinin arasında bərabər hüquqlarda bölünə bilər və bu da cavabdehin gələcəkdə qəbul ediləcək qətnamənin icrasını tezləşdirəcək. Həmçinin əmlak nikah dövründə əldə olunub və həmin əmlakda cavabdehin hüquqları da yaranır. Bundan əlavə, iddia tələbi böyük məbləğ olduğundan və gələcəkdə də icra üsulu kimi hüquq yarandığından cavabdeh və arvadının əmlaklarının üzərinə həbs qoyulması zəruridir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, X5 küçəsi, 13 E ünvanında yerləşən 0,49905 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd zirzəmili (avtodayanacaq və xidməti otaqlar), iki mərtəbəli və 1 ədəd zirzəmili (avtodayanacaq və xidməti otaqlar), üç mərtəbəli qeyri-yaşayış obyektlərinin satılması təhlükəsi yaranmışdır. Belə ki, həmin şadlıq saraylarının sənədləşmə işləri aparılaraq cavabdehin arvadının və ya 3-cü şəxsin adına qeydiyyata alınması təhlükəsi yaranmışdır. Belə olan halda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh həmin sənədləşməni apardıqdan sonra gələcəkdə qəbul olunacaq qətnamənin icrasını mümkünsüz edəcək və qətnamə icra mərhələsində qüvvəsini itirəcək. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin 08 may 2021-ci il tarixli, 2(001)-4462/2021 saylı qərardadı ilə Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X5 küçəsi, 13E ünvanında yerləşən 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 ədəd şadlıq sarayının, 1 ədəd zirzəmili avtodayanacağın və xidməti otaqların, iki mərtəbəli və 1 ədəd zirzəmili avtodayanacağın və xidməti otaqların, üç mərtəbəli qeyri-yaşayış obyektlərinin (Simfoniya şadlıq sarayı) üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardad Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2021-ci il tarixli, 2(103)- 6790/2021 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 iyun 2021-ci il tarixli, **********92 nömrəli məktubundan görünür ki, məhkəmənin 08 may 2021ci il tarixli, 2(001)-4461/2021 saylı qərardadı icra olunaraq, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X5 küçəsi, 13E ünvanında yerləşən müvafiq daşınmaz əmlakın üzərinə həbs qoyulmuşdur. Belə olan halda iddianı təmin etmə tədbiri barədə ərizənin “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X5 küçəsi, 13E ünvanında yerləşən 0,49905 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd zirzəmili (avtodayanacaq və xidməti otaqlar), ikimərtəbəli və bir ədəd zirzəmili (avtodayanacaq və xidməti otaqlar), üç mərtəbəli qeyri-yaşayış obyektlərinə dair hər hansı sənədləşmə işlərinin aparılması Cavabdeh, arvadı X2 və üçüncü şəxslərə qadağan edilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə ərizənin “Cavabdeh və arvadı X1 adına olan bütün bank hesablarında olan pul vəsaitlərin üzərinə həbs qoyulması” hissəsinə münasibətdə bildirir ki, ərizədə hansı bank hesablarının üzərinə həbsin qoyulması dəqiq göstərilməmiş, ümumiyyətlə həmin bank hesablarının mövcudluğu barədə ilkin sübutlar ərizəyə əlavə edilməmişdir. Qeyd olunan səbəblərdən məhkəmə qeyri-müəyyən bank hesablarının üzərinə həbs qoya, həmçinin digər tədbirləri görə bilməz. Digər tərəfdən, X3 isə hazırki iş üzrə cavabdeh qismində işə cəlb edilmədiyi üçün və həmin şəxsə məxsus olan daşınar və daşınmaz əmlakların nədən ibarət olmasının qeyd edilməməsi səbəbindən iddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə ona münasibətdə təmin edilə bilməz. Lakin məhkəmə belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək iddia tələbi həddində Cavabdeh məxsus olan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianı təmin tədbiri barədə ərizə qismən təmin edilməli, iddia tələbi həddində Cavabdeh məxsus olan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmalı, ərizə qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərində həbs qoyulmaqla əlaqədar tədbir görə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(001)-4461/2021 qərardadı ləğv edilsin. İddianı təmin tədbiri barədə ərizə qismən təmin edilsin. İddia tələbi həddində Cavabdeh məxsus olan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulsun. Ərizə qalan hissədə təmin olunmasın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9680/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9680/2021
28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver