Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9716/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-53/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, pozulmuş hüquqlarının bərpa olunması, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 216 nömrəli ünvanda "Beliz" uşaq geyimləri mağazasının sağ tərəfində lazımi ara məsafəsi qoyulmadan, müvafiq icra hakimiyyəti orqanlarından lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına inşa edilmiş əlavə tikililərin, özbaşına quraşdırılmış əlavə konstruksiyaların sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" Kiçik Müəssisəsi qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı Əllədin oğlunun adına verilmiş MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvi və ara məsafəsi gözlənilmədən inşa olunmuş ünvan 1 ünvanlı obyektin mülkiyyətçinin maddi vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 216 nömrəli ünvanda ona məxsus olan "Beliz" uşaq geyimləri mağazasının sağ tərəfində lazımi ara məsafəsi qoyulmadan, müvafiq icra hakimiyyəti orqanlarından lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına inşa edilmiş əlavə tikililərin, özbaşına quraşdırılmış əlavə konstruksiyaların, mağazasının arxa tərəfində və arxa sağ tərəfindən mağazasına bitişik quraşdırılmış hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, mağazasının arxa tərəfinə və arxa sağ tərəfinə sərbəst girişçıxışına cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 13 dekabr 2011-ci il tarixli seriya MA № ******* nömrəli çıxarış əsasında mülkiyyət hüququ əsasında ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20 iyun 2018-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, onun mağazasının sağ tərəfində, yəni ünvan 3 ünvan: ünvan 4ğaza Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mübahisə ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, ona məxsus olan ünvan 5 ünvanında yerləşən "Beliz" uşaq geyimləri mağazası ilə ünvan 6 ünvanında yerləşən "Antalya" dönər mağazasının arasında, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 216 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi "xxxx" Kiçin Müəssisəsi aidiyyatı dövlət orqanlarından və qonşu obyektlərin mülkiyyətçilərindən rəsmi razılıq almadan, onun mağazasının sağ tərəfində lazımi ara məsafəsi qoyulmadan, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozmaqla qanunsuz olaraq qeyri-yaşayış sahəsini artırmış, əlavə konstruksiyalar quraşdırmış, bununla da ona məxsus olan "Beliz" uşaq geyimləri mağazasının normal görüntüsünü bağlayır, məhdudlaşdırır və mağazasına müştərilərin sərbəst gəlib-getmələrinə, mağazanın normal fəaliyyət göstərməsinə maneçilik yaradır, ona ziyan vurur. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsi qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh 07.09.1994-cü ildə 15954 nömrəsi ilə dövlət qeydiyyatına alınmaqla, həmin ildən indiyə kimi fəaliyyət göstərir. Elə həmin illərdə hazırda Cavabdeh qanuni mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 216 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi tikilmiş, həmin qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.07.2015-ci ildə RX seriyalı, ******* nömrəli çıxarış alınmış, eyni zamanda həmin tarixli texniki pasport tərtib olunmuşdur. İlkin iddiaçının ünvan 1 ünvanında yerləşən obyekti isə onların tikilidən sonra tikilmişdir. O, da uzun illər Almaniya Federativ Respublikasında yaşadığından ona məxsus qeyri-yaşayış sahəsinin yanında ilkin iddiaçının “Beliz” Uşaq Geyimləri mağazası tikdiyindən xəbəri olmamışdır. Əslində ilkin iddiaçının özü tərəfindən tikinti normalarının tələbləri pozulmuş, ara məsafəsi gözlənilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-53/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Kiçik Müəssisəsinə qarşı “özbaşına tikililərin sökülməsi tələbinə” dair ilkin iddia ərizəsinin rədd edilməsi, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh İddiaçı qarşı “çıxarışın ləğvi və ara məsafəsi gözlənilmədən inşa olunmuş tikilinin mülkiyyətçinin maddi vəsaiti hesabına sökülməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, qarşılqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək qarşılqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti qarşılqlı iddia ərizəsinin məzmuna uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddia tələbi ilə bağlı hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-53/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 216 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 6472 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 66 D tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 3692 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 02 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, Cavabdehnə məxsus ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 31 kv.m təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşyış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Azərbaycan Respublikası MM-nin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq cra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2021-ci il tarixli 10/1701 saylı ekspert rəyindən göründüyü kimi, ünvan 8 ünvanı Nəsimi rayonu, Tağızadə küçəsi 4/66 nömrəli evin yanı) yerləşən Cavabdehnə məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərlilən əlavə hər hansı tikili, artırma tikinti işlərinin aparıldığı müəyyən olunmamışdır. Cavabdehnə məxsus qeyri-yaşayış sahəsindən qapı boşluqlarının üstünə metal konstruksiyalı jalüz quraşdırılmışdır. Tədqiq olunan qeyriyaşayış sahəsi üzrə hər hansı əlavə tikili, artırma işləri aparılması müəyyən edilmədiyindən bu sualların əlavə tikili, artırma işlərinin ara məsafəsinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Eyni zamanda Cavabdehnə məxsus qeyri-yaşayış sahəsinin qapı boşluqlarının üstünə metal konstruksiyalı jalüz quraşdırılmasına ara məsafəsi saxlanılması Şəhərsalma və Tikinti məcəlləsinin 69.6-cı bəndinin tələblərinə müvafiq olaraq zəruri deyil. Tədqiq olunan qeyri-yaşayış sahəsi üzrə hər hansı əlavə tikili, artırma işləri aparılması müəyyən edilmədiyindən bu sualların əlavə tikili, artırma işləri aparılması üzrə tədqiqat aparılmadı. Eyni zamanda tədqiq olunan Cavabdehnə məxsus qeyri-yaşayış sahəsinin qapı boşluqlarının üstünə alümin konstruksiyalı jalüz 09.07.2015ci il tarixdə verilmiş texniki pasportda nəzərdə tutulmamış və jaluz tipli qapı ilə tikilinin arasınc' yaranan sahə (meydança) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin və 79.1.5. bəndinin tələblərinə əsasən içazə tələb olunmayan tikinti obyektlərinə aid olmaqla Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğundur. Cavabdehnə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 216 nömrəli ünvanda yerləşən mağazanın sağ tərəfində yerləşən və cavabdeh «BELİZ» uşaq geyimləri mağazası arasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3. bəndinin tələblərinə əsasən ara məsafəsi divarının hündürlüyünün 0,25 hissəsi nəzərdə tutulmalıdır. «BELİZ» uşaq geyimləri mağazasının hündürlüyü 4,1m olduğunu halda məsafə 1,0m nəzərdə olmalıdır. Bu səbəbdən də, «BELİZ» uşaq geyimləri mağazası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq ara məsafəsinə riayət olunmaqla inşa edilmədiyi müəyyən olunur. ‘Əmiri” Kiçik Müəssisəsinə məxsus obyektin jaluz tipli qapısı konstruksiya baxımından əlavə sahə (meydança) tutulmadığına Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin və 79.1.5. bəndinin tələblərinə əsasən içazə tələb olunmayan tikinti obyektlərinə aid olmaqla Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd deyil. “BELİZ” uşaq geyimləri mağazasının yuxarı hissəsində olan artırma həmin obyektə dair 06.12.2011-ci il tarixdə verilmiş texniki pasportda nəzərdə tutulmamışdır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin və 79.1.5. bəndinin tələblərinə əsasən icazə tələb olunmayan tikinti obyektlərinə aid olmaqla Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd deyil. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğunu nəzərə alarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyini iş üzrə sübut kimi qəbul edərək haqlı olaraq hesab etmişdir ki, "xxxx" Kiçik Müəssisəsinin iddiası rədd edilməlidir. Apellyasiya şikayətində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-53/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-53/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9716/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9716/2021
20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver