Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-972/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X8 və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-2445/2022 saylı, xx.xx.2022-ci iltarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 QSC-nə, Cavabdeh1nə və Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh2 QSC hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı və digər cavabdehlər X9, X3, X4, "xxxx" MMC-yə, "xxxx" MMC-yə və X9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı, X1, X2, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X7 müştərək qaydada iddiaçı"xxxx" QSCnin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 195170,3 ABŞ dolları kredit borcu, 32663,62 ABŞ dolları faiz borcu və 60301,19 ABŞ dolları cərimə olmaqla, cəmi 288135,11 ABŞ dolları; - 027KK**********1 saylı kredit müqaviləsi üzrə 9999 ABŞ dolları kredit borcu, 2057,15 ABŞ dolları faiz borcu və 2760 ABŞ dolları cərimə olmaqla, cəmi 14816,15 ABŞ dolları, hər iki müqavilə üzrə ümumilikdə cəmi 302951,26 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınamsı üçün ödənilən 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 22 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 2 mərtəbəli, ümumi sahəsi 597 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan 9 otaqlı “A” tikilisinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və ümumilikdə cəmi 302951,26 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilən 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin İddiaçı, X1, X2, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X7 müştərək qaydada tutulması, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 22 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 2 mərtəbəli, ümumi sahəsi 597 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan 9 otaqlı “A” tikilisinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı və X5 həmin evə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, həmin evin boşaldılması və "xxxx" QSCyə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilib.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 22 oktyabr 2014-cü il tarixli, 027L**********06 nömrəli uzunmüddətli kredit müqaviləsinə, 27 oktyabr 2014-cü il tarixli, 027R********** saylı kredit razılaşmasına və 11 fevral 2016-cı il tarixli, 027R**********SA nömrəli sazişə xitam verilməsi, 027R********** saylı kredit razılaşması üzrə 195170,3 ABŞ dolları kredit borcu, 79585,81 ABŞ dolları faiz borcu və 4700 ABŞ dolları cərimə olmaqla, cəmi 279456,11 ABŞ dolları borc; 027KK**********1 saylı kredit müqaviləsi üzrə 9999 ABŞ dolları kredit borcu, 2057,15 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə olmaqla, cəmi 12356,15 ABŞ dolları borcun, ümumilikdə cəmi 291812,26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınamsı üçün ödənilən 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsinə görə ödənilən 300 manat pulun əvəzinin İddiaçı X1, X2, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X7 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəilə satılaraq, əldə edilən vəsait hesabına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, evin hərracda ilkin satış qiymətinin 790000 manat müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldğı halda İddiaçı verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra İddiaçı və X5 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanın boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilib, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)- 59/2019 saylı qətnaməsi qismən dəyişdirilib.Bildirmək istəyir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə 72 nömrəli reyestr kitabının 6598 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınıb.İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, fəaliyyətini genişləndirmək məqsədilə fərdi yaşayış evini ipoteka qoymaqla, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 280000 ABŞ dolları məbləğində kredit götürüb.Bundan əlavə, "xxxx" QSC ilə xx.xx.2015-ci il tarixdə bağlanan kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 12 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürüb.Kredit xətti müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Bank arasında bağlanan xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus “A” tikilisi, 2 mərtəbəli, ümumi sahəsi 597 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan 9 otaqlı fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilib.Göründüyü kimi, yalnız iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilib. Eləcə də istər tərəflər arasında bağlanan ipoteka müqaviləsində, istərsə də məhkəmədə iddia qaldırılarkən torpaq sahəsi ipoteka predmeti kimi nəzərdə tutulmayıb.Evin altındakı torpaq sahəsi iddiaçıya RİH-in sərəncamı ilə ayrılıb. Sərəncamla ayrılan torpaq sahəsinin ölçüsü 0.04329 kv.m olub. Həmin torpaq sahəsinin bir hissəsi fərdi yaşayış evinin tikili kimi altına düşür. Bir hissəsi evin həyətyanı sahəsidir. Bundan başqa 0,0551 kv.m torpaq sahəsi də iddiaçının istifadəsində olub. Onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən, altındakı 0.04329 kv.m torpaq sahəsi dövlət mülkiyyəti olub.Sonradan həmin 0.04329 kv.m və 0,0551 kv.m torpaq sahələri, yəni ümumilikdə 0.09842 kv.metr torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 430 nömrəli reyestr kitabının 40349 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınıb.Hazırda isə iddiaçıya məlum olub ki, ünvan 2 ünvan: Nəsimi küçəsi, ev 95, ev 22, Yeni qaydalarla: ünvan 1 və mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 0.0984 kv.m torpaq sahəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 430 nömrəli reyestr kitabının 40349 nömrəli vərəqində qeydiyyata alınıb.Göründüyü kimi, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 0.0984 kv.m torpaq sahəsi ipoteka predmetini təşkil etmədiyi, eləcə də həmin torpaq sahəsinə dair heç bir tələb irəli sürülmədiyi, məhkəmə qətnaməsində yalnız tələbin mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəilə satılması qət edildiyi, eləcə də hərrac vasitəsilə yalnız fərdi yaşayış evi Banka satıldığı halda, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, Yeni qaydalarla: ünvan 1-lə bərabər, eyni zamanda mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 0.0984 kv.m torpaq sahəsinə dair "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən, ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər.“İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənən razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Lakin ipoteka saxlayan mövcud qanunvericiliyin tələblərinə əməl etməyərək, ipoteka predmeti olan əmlakın satışının açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gəlmək üçün iddiaçıya müraciət etməyib. Halbuki, əgər iddiaçıya belə bir təklif olunmuş olsaydı, iddiaçı həmin təklifi qəbul edərdi. Hazırda da iddiaçı banka olan borcunu ödəməyə hazırdır.Bundan əlavə Mülki Məcəllənin 415.2-ci maddəsində qeyd olunub ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilən digər məlumatlar olmalıdır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi icraya yönəldildikdən sonra İddiaçı məxsus fərdi yaşayış evinin hərracdan satılmasına dair iddiaçıya heç bir məlumat verilməyib. Bununla da "xxxx" MMC tərəfındən ipoteka predmeti olan fərdi yaşayış evinin hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulub, iddiaçının mülkiyyətinə əsaslı surətdə qəsd edilib, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarım pozulub. Hərracın bu qaydada iştirakı və razılığı olmadan keçirilməsinin nəticəsi olaraq iddiaçı ciddi surətdə maddi və mənəvi sıxıntıya salınıb. Odur ki, qeyd olunanları nəzərə alıb xavhiş edir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, Yeni qaydalarla: ünvan 1-lə bərabər, eyni zamanda mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan 0.0984 kv.m torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında 08 sentyabr 2020-ci il tarixli, 17/71-11E/27 saylı Protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunsun. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-2445/2022 saylı, xx.xx.2022-ci iltarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-2445/2022 saylı, xx.xx.2022-ci iltarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) şikayətlə oxşar məzmunlu izahat vermiş, həmçinin vəsatət təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüqununun daşınmaz əmlakın dövlət reystrində qeydiyyatının ləğv edilməsi və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və vəsatətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər işdə işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin verdikləri izahatlarını araşdıraraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-2445/2022 saylı, xx.xx.2022-ci iltarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh2 QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 027L**********06 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (beş milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 027M000O00144001 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus “A” tikilisi 2 mərtəbəli, ümumi sahəsi 597 m2, yaşayış sahəsi 262.5 m2, köməkçi sahəsi 334.7 m2 olan 9 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit borcunu geri qaytarmadığına görə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəməyə müraciət edilərkən əvvəlcə tələbin Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 22 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 2 mərtəbəli, ümumi sahəsi 597 m2, yaşayış sahəsi 262.5 m2, köməkçi sahəsi 334.7 m2 olan 9 otaqlı “A” tikilisinə yönəldilməsi xahiş olunsa da sonradan işin məhkəmədə baxıldığı dövrdə məhkəməyə ərizə təqdim edilərək tələbin İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinə, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 95 saylı fərdi yaşayış evinə yönəldilməsi xahiş edilmişdir. Belə ki, İddiaçı ünvan 3izami rayonu, Nəsimi küçəsi ev 95 ünvanında yerləşən 0.09842 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan 597.2 m2 olan fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixdə vahid bir çıxarış almışdır. Həmin çıxarışa əsasən ünvan 3izami rayonu, Nəsimi küçəsi ev 95 ünvanında yerləşən 0.09842 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 597.2 m2 olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 430 nömrəli reyestr kitabının 40349 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ümumilikdə cəmi 291812.26 ABŞ Dolları borcun və məhəkəmə' xərclərinin tutulması, tutmanın Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinə, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 95 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 790000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi, əmlaka tutma yönədildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, əmlakın ünvanı ünvan 3izami rayonu, Nəsimi küçəsi ev 95 ünvanıdır və həmin ünvanda olan əmlakın tərkibinə 0.09842 ha torpaq sahəsi və 597.2 m2 olan fərdi yaşayış evi daxildir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9742/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 saylı qətnaməsi yalnız cərimə borcunun tutulması hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-699/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra şöbəsi tərəfindən ipoteka predmetinin satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə sifariş verilmiş və sözügedən əmlakın satılması üzrə hərraclar keçirilmiş, hərraclar baş tutmadığından yekunda Cavabdeh2 QSC-yə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixli, 39/02 nömrəli hərracın yekunları barədə protokol tərtib edilmiş, həmçinin sözügedən əmlakla bağlı Cavabdeh2 QSC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Əmlakın Cavabdeh2 QSC-nin adına qeydiyyata alınmasına dair DƏDRX-dən xx.xx.2021ci il tarixli elektron çıxarış verilmişdir.Həmin çıxarışa əsasən ünvan 5 ünvanında ümumi sahəsi 597 m2 olan fərdi yaşayış evi və 0.98420 ha torpaq sahəsi Cavabdeh2 QSC-nin adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh2 QSC həmin ünvanda yerləşən 0.09842 ha torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini qanuni qüvvəsini almış məhkəmə qərarının icrası nəticəsində keçirilmiş hərracın yekununda əldə etmişdir. Eyni zamanda Nizami rayon icra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi tam icra olunmamış, yalnız ünvan 6 ünvanda yerləşən 597.2 kv.metrdən ibarət fərdi yaşayış evi boşaldılaraq banka tahvil verilmiş, lakin fərdi yaşayış evinin həyətyanı 0.09842 ha torpaq sahəsi boşaldılmamış və İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan Cavabdeh2 QSC tərəfindən şikayət verilmişdir.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-9742/2019 saylı qərardadına əsasən iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilərək Cavabdeh1 01 oktyabr 2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilmiş, icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı belə əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak hesab olunur və ipoteka predmetinə tutma yönəldiyində həmin vahid əmlak tələbkara təhvil verilməlidir. Bu torpaq sahəsi və ev eyni mülkiyyət sənədi ilə rəsmiləşdirilmişdir və bir-birindən ayrılması mümkün deyildir. Qanuni qüvvəsini almış məhkəmə aktlarına görə həmin ünvan, yəni ev və torpaq sahəsi tamamilə boşaldılmalıdır. Lakin icra məmuru yalnız 597.2 m2 evi boşaldaraq təhvil vermiş, ünvanda olan digər əmlaklar və torpaq sahəsi isə boşaldılmamışdır.Bununla da Bakı Apellyasiya Məhkəməsinin icra sənədi tam icra edilməmişdir. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara vaxtında və lazımi qaydada müvafiq bildirişlər göndərilmişdir. İpoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yekunda tələbkar Cavabdeh2 QSC-yə təklif olunmuş, tələbkar isə qanunla müəyyən edilmiş müddətdə həmin təklifi qəbul etməsi barədə hərrac mərkəzinə rəsmi cavab məktubu təqdim etmişdir. İddiaçı hərracların keçirilməsi barədə məlumatsız olduğunu qeyd etsə də, hərracın yekunları barədə protokol və müqavilə imzalandıqdan sonra əmlakın dəyərinin satış qiymətinin qalıq hissəsi olan məbləği icra şöbəsinin depozit hesabından götürmüşdür. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında da bu məsələni təsdiq etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1.-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Cavabdeh2 QSC tərəfindən təklif “İpoteka Haqqında” Azərbaycan Respublikasının qanunun 43.8-ci maddəsi ilə müəyyən edilmiş 30 təqvim günü ərzində qəbul edilmiş və müddət ötürülməmişdir. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “ipoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hərrac təşkilatı tərəfindən hərrac keçirərkən hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Göründüyü kimi, hərrac keçirilərkən əqdin etibarsız hesab olunması üçün qanunla nəzərdə tutulan pozuntulara yol verilməmişdir. Eyni zamanda məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həm də kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən isə iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə ünvanlamışdır.Kollegiya qeyd edir ki, əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər və bu müddət iddia müddəti deyil, kəsici müddətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mübahisələndirilən protokol 08 sentyabr 2020-ci il tarixdə tərtib olunmışdır.Lakin iddiaçı iddia ilə Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-l(l12)-2303/2022 saylı qərarına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət kadastrı və reyerti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüqununun daşınmaz əmlakın dövlət reystrində qeydiyyatının ləğv edilməsi və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, hazırkı iddia ilə isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.Göründüyü kimi iddiaçı tərəfindən bu cür iddalar üçün qanunla müəyyən olunmuş 1 illik kəsici müddət açıq-aşkar ötürülmüşdür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-2445/2022 saylı, xx.xx.2022-ci iltarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-972/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-972/2023
02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver