Məhkəmə qərarları › İş №2(103)-9795/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9795/2020

23.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9795/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi Maraqlı şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” ASC və Bakı şəhəri Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “sayğacın yenisi ilə əvəz olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ünvan 1 ünvanında yerləşən istismar müddəti bitmiş sayğacın yenisi ilə əvəz olunması barədə qətnamə çıxarılmaını xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmini tədbiri haqqında ərizə verərək, sözügedən ünvana verilən elektrik enerjisinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs, həmin qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi, şikayətin mümkün hesab edilərək, mahiyyəti üzrə baxılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, şikayətin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci və 357.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi, qanunverici, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan şikayət verə bilən şəxslərin dairəsi konkret olaraq müəyyən etməklə, iş üzrə tərəflərin və üçüncü şəxslərlərin apelyasiya şikayəti vermək hüququna malik olduqlarını nəzərdə tutmuşdur. İşdə iştirak etməyə cəlb edilməyən digər şəxslər, bu hüquqa yalnız qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda malikdirlər. Baxılan işdə şikayət verən Maraqlı şəxs isə, iş üzrə tərəf və ya üçüncü şəxs olmamaqla bərabər, mübahisələndirdiyi məhkəmə aktının onun hansı hüquq və qanunla qorunan maraqlarına toxunduğunu göstərmədən, işə cəlb edilməsini xahiş etmədən, ondan apelyasiya qaydasında şikayət vermişdir. Birinci instansiya məhkəməsi də şikayətin mümkünlüyünə tədir edən bu halı müzakirə etmədən şikayətə mahiyyəti üzrə baxaraq rədd etmiş və baxılması üçün apelyasiya məhkəməsinə göndərmişdir. Halbuki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il qərarında göstərmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apelyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilibverilməməsinin araşdırılmasına yönəlmişdir. Həmçinin həmin qərarda göstərmişdir ki, belə hüquqa malik olan şəxs apelyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Odur ki, Kollegiya hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və yuxarıda qeyd olunanlar nəzərə alınmaqla şikayətin mümükünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6046/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və Maraqlı şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar