Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-980/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh2 vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3183041Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2024cü il tarixli, e-2(008)- 3517/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə X8 21 fevral 2012-ci il tarixdə rəsmi nikahlarını bağlamışlar.
2. Cavabdeh1 İB ilə İddiaçı arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01 fevral 2021-ci il tarixli, AKX02730xx/xx-2021 nömrəli müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
3. Yerli vergilərin ödəyici olan fiziki şəxsin uçota alınması haqqında 26 aprel 2021-ci il tarixli, 026 nömrəli şəhadətnaməyə əsasən İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşiniski küçəsində yerləşən evə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
4. X8 17 fevral 2021-ci il tarixdə vəfat etmişdir.
5. 18 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X2 miras əmlkın 1/3 hissəsindən irs almalıdır.
6. Cavabdeh1 İB ilə Cavabdeh2 arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 11 noyabr 2021-ci il tarixli, AKX03462xx/xx-2021 nömrəli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
7. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 nömrəli 09 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən fədi yaşayış evinə köçürülməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli 16 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi evə köçürülməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 nömrəli 05 aprel 2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-202/2023 nömrəli xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2289/2022 nömrəli 28 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1260/2022 nömrəli 09 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi küçəsi 3Q saylı evə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin üzərinə qoyulmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 nömrəli 17 mart 2022-ci il tarixli qərarından görünür ki, ilk dəfə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli 12 mart 2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi 3Q saylı evə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin üzərinə qoyulmuş, qərardan şikayət verilmədiyindən qərar qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən ferdi yaşayış evinə dair Cavabdeh2 ilə Cavabdeh1 İB arasında bağlanılmış 11 noyabr 2021-ci il tarixli AKX-03462xx/xx-2021 saylı qazın alqı-satqısına dair müqaviləni ləğv edib, istehlakçı İddiaçı ilə Cavabdeh1 İB ilə arasında bağlanılmış 01 fevral 2021-ci il tarixli AKX-02730xx/xx-2021 saylı qazın alqı-satqısı barədə müqaviləni bərpa edərək **********00003 saylı istehlakçı hesabında dəyşiklik edilməklə İddiaçı məlumatlarının əlavə edilməsi və vəkil xidməti üçün ödənilmiş 320 manatın və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini mərhum həyat yoldaşı X8 ilə birlikdə öz vəsaiti hesabına 16 noyabr 2020-ci il tarixdə alqı-satqı (qeydiyyat yolu ilə) yolu ilə əldə etmişlər. Həyat yoldaşı X8 04 dekabr 2020-ci il tarixdə ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da Seyran Nüsrətovla birlikdə orada yaşamağa başlamışdır. Lakin həyat yoldaşı üzun sürən ağır xəstəlikdən əziyyət çəkimiş, 17 fevral 2021-ci il tarixdə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 İstesalat Birliyi ilə istehlakçı İddiaçı arasında 01 fevral 2021-ci il tarixli AKX-02730xx/xx-2021 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Lakin istifadə etdiyi qazın dəyərini ödəyən zaman ona məlum olmuşdur ki, müqavilə Cavabdeh2 adına dəyişdirilərək Cavabdeh1 İB ilə onun arasında 11 noyabr 2021-ci il tarixli qazın alqı-satqısına dair AKX-03462xx/xx-2021 saylı müqavilə bağlanmışdır. Bununla əlaqədar olaraq Cavabdeh1 İB-nə müraciət edərək Cavabdeh2 ilə bağlanılmış müqaviləni ləğv edərək istehlakçı hesabında dəyşiklik edib onun adının bərpa olunmasını xahiş etmişdir. Cavabdeh1 İB-nə ünvanladığı müraciətinə Bakı Regional Qazın Satışı Departamentinin cavab məktubunda deyilir: “Bakı şəhəri Sabunçu rayonu **********00003 nömrəli istehlakçı hesabı üzrə elektron bazada aparılmış dəyişikliklər vətəndaş Cavabdeh2 təqdim etdiyi ərizə, arayış və şəxsiyyət vəsiqəsi əsasında icra edilmişdir. Sonra orada deyilir ki, istehlakçı məlumatlarında dəyişiklik etmək üçün şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnu təsdiq edən sənədi ASAN kommunal mərkəzlərinə təqdim edə bilərsiniz. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 ilə Qazın alqı satqı Müqaviləsi və istehlakçı hesabında aparılmış dəyişikliklər tamamilə qanunsuzdur və ləğv edilərək müqavilə onun adına bərpa olunmalıdır. Göründüyü kimi, Cavabdeh2la bu evə dair qazın alqı-satqı müqaviləsinin bağlanması üçün heç bir əsas, o cümlədən evə dair onun adına hüquq müəyyənedici hər hansı sənəd yoxdur. Müraciətinə cavabdan görünür ki, Cavabdeh2 cavabdehə qeydiyyat barədə arayış təqdim etmişdir. Lakin həmin arayış da, qazın alqı - satqısına dair müqavilə bağlanması üçün əsas deyildir. Onu da qeyd etmişdir ki, 2021-ci ilin iyul ayının 17-də, yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısını Cavabdeh2 gizli şəkildə müdaxilə edərək evə daxil olmuş və onun icazəsi olmadan evinin giriş qapısının açarları dəyişdirilmişdir. Ona görə də ünvan 3 ünvanında yerləşən ferdi yaşayış evinə köçürülməyi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia qismən təmin edilərək, İddiaçı ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 9 ünvanda yerləşən fərdi evə köçürülməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16 noyabr 2020-ci il tarixli evlərin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şirvani kücəsi ev 3Q saylı fərdi evi X1 Eyvaz Qasım oğlundan almışdır. X3 birinci dərəcəli vərəsəsi olaraq ona vərəsəlik şəhadərtnaməsi də verilmişdir. Buna görə də Cavabdeh1 iB ilə Cavabdeh2 arasında bağlanılmış müqavilə ləğv edilməlidir.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, e- 2(008)- 3517/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
15. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisə predmenti olan mənzil özbaşına tikilidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli 16 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 İddiaçı sözügedən özbaşına tikiliyə daxil olmasına icazə verilmədiyindən, qətnamə ilə İddiaçı sözügedən özbaşına tikiliyə köçürülməsi qərara alınmışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilir ki, İddiaçı sözügedən özbaşına tikiliyə Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-2289/2022 nömrəli 28 sentyabr 2022-ci il tarixli qərarı ilə rəsmi qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə edilmiş qətnamələrdən görünür ki, Cavabdeh2 ilk öncə mübahisəli evə rəsmi qeydiyyata Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qərarı ilə qeydiyyata alınmış olsa da, sonradan İddiaçı şikayəti əsasında sözügedən qərar ləğv edilmiş, Cavabdeh2 yalnız İddiaçı sözügedən özbaşına tikiliyə rəsmi qeydiyyata düşdükdən sonrakı tarixdə məhkəmələrin müvafiq qərarı ilə rəsmi qediyyata alınmışdır. İşin hallarından görünür ki, sözügedən özbaşına tikiliyə təbii qazdan istifadəsiyə dair müqavilə ilk dəfə iddiaçı ilə “Azəriqaz İB arasında xx.xx.2021-ci il tarixdə bağlanmışdır, daha sonra isə sözügedən ünvan ilə bağlı ikinci dəfə müqavilə Cavabdeh2 ilə 11 noyabr 2021-ci il tarixdə bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edərək onunla Cavabdeh1 İB arasında müqavilə olduğu halda ikinci müqavilənin Cavabdeh2 ilə bağlanmasının mümkün olmadığını bildirərək Cavabdeh2 ilə Azəriqaz İB arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, müqavilənin ləğvi üçün əsaslar qanunvericilik ilə konkret olaraq müəyyənləşmişdir. Lakin iddiaçının hazırda qeyd etdiyi hallar tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün əsas hesab edilə bilmədiyindən iddia tələbi ilkin hissədə, yəni Cavabdeh2 ilə Cavabdeh1 İB arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli müqavilənin ləğv edilməsi hissəsində təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin digər hissələrinə- Azəriqaz İB ilə İddiaçı arasında 01 fevral 2021ci il tarixdə bağlanılmış abonent kodu **********00003 olan müqaviləni bərpa edərək, mənzilin abonent kodunu İddiaçı adına rəsmiləşdirilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi nə qədər ki ilkin hissədə təmin edilməmişdir, bu hissədə də təmin edilə bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 406, 421, 423-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmənin “iddiaçının hazırda qeyd etdiyi hallar tərəflər arasında bağlanış müqavilənin ləğvi üçün əsas hesab edilə bilməz” dedikdə məhz iddiaçının hansı qeyd etdiyi halları nəzərdə tutduğu məlum deyildir. Məhkəmə öz qətnaməsiniümumi mülahizələrlə əsaslandırmağa çalışmışdır. İstehlakçı İddiaçı ilə Cavabdeh1İB- ilə arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AKX-02730xx/xx- 2021saylı qazın alqı-satqısı barədə müqavilə olduğu halda müqavilənin Cavabdeh2la bağlanması üçün heç bir əsas, o cümlədən evə dair Cavabdeh2 adına hüquq müəyyənedici hər hansı sənəd olmadığı halda müqavilə sonuncu ilə bağlanmışdır. Cavabdeh1 İB ilə İddiaçıƏliağa qızı arasında İstehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə 1 ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, müqavilənin ləğv edilməsi üçün müraciət etməmişdir. Buo da o deməkdir ki, müqavilə ləğv edilə və ya dəyişdirilə bilməzdi. Lakin işin hallarından və işdə olan Cavabdeh1 İB ilə İddiaçı arasında xx.xx.2021-ciil tarixdə bağlanılmış abonent kodu **********00003 ilə sonrakı Cavabdeh2 ilə bağlanılmış müqavilədən görünür ki, abonent kodu eynilə qalmış, lakin subyektin, tərəfin adı hec bir əsas olmadan dəyişdirilmişdir. Ona görə də ilk müqavilə saxlanılmalı və sonrakı müqavilə ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.
21. Cavabdeh2 vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3183041Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. qaz paylayıcısı – alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. “Qazdan istifadə qaydaları”nın: 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 6.3. İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Cavabdeh1 İB ilə iddiaçı arasında bağlanmış 01 fevral 2022-ci il tarixli müqavilənin qüvvədə olduğu dövrdə iddiaçıya müqavilənin ləğvi ilə bağlı heç bir bildiriş göndərilmədən, məlumat verilmədən eyni koda dair digər şəxslə - cavabdehlə 11 noyabr 2021-ci il tarixdə yeni müqavilənin bağlanması işin faktiki halları ilə təsdiqini tapır.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsslandırmışdır ki, müqavilənin ləğvi üçün əsaslar qanunvericilik ilə konkret olaraq müəyyənləşmişdir, lakin iddiaçının qeyd etdiyi hallar tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün əsas deyildir.
29. Lakin məhkəmə Mülki Məcəllənin müqavilənin ləğvi qaydasını tənzimləyən normalarını ümumiyyətlə nəzərə almamışdır.
30. Cavabdeh1 İB ilə iddiaçı arasında yazılı müqavilə bağlanmışdır və Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbinə əsasən müqavilənin ləğvi də eyni formada – yazılı olmalı idi. Əgər müqavilənin ləğvinə əsas yaranmışdısa, bu zaman qaz paylayıcısı Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən istehlakçıya müqaviləni ləğv etmək barədə təklif göndərməli, imtina ını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda ona qarşı tələb irəli sürməli idi. Lakin Cavabdeh1 İB tərəfindən bu normaların tələbinə riayət edilməmişdir.
31. Tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.2-ci bəndində qeyd olunmuşdur ki, tərəflər arasında yaranmış və bu Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər, “Qazdan istifadə Qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.
32. Həmin müqavilənin 7.3 və 7.4-cü bəndlərinə əsasən istehlakçı bu Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, Müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur. İstehlakçı bu Müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxlayır. Lakin bu, tərəflərin Müqavilə üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir.
33. Cavabdeh1 İB tərəfindən bu sahədə münasibətləri tənzimləyən “Qazdan istifadə qaydaları”nın tələblərinə də riayət olunmamışdır. Həmin qaydalarda da müqavilənin birtərəfli qaydada ləğvi nəzərdə tutulmamışdır. Hətta qaydaların 6.3-cü bəndində qeyd olunur ki, istehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. Göründüyü kimi hətta mülkiyyətçi dəyişdikdə belə müqavilənin ləğvi üçün istehlakçının yazılı razılığı tələb olunur.
34. İşin halları ilə təsdiq olunur ki, Cavabdeh2 ilə bağlanmış müqavilə qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla bağlanmışdır. Buna görə də ünvan 3 ünvanında yerləşən ferdi yaşayış evinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış 11 noyabr 2021-ci il tarixli AKX-03462xx/xx-2021 saylı qazın alqı-satqısına dair müqavilə ləğv, iddia qalan hissədə rədd
35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia yuxarıda göstərilən məzmunda qismən təmin olunmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, e-2(008)- 3517/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, e-2(008)- 3517/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən ferdi yaşayış evinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış 11 noyabr 2021-ci il tarixli AKX-03462xx/xx-2021 saylı qazın alqısatqısına dair müqavilə ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 100 manat və apellyasiya şikayəti verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 50 manat, ümumilikdə 150 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.