Məhkəmə qərarları › İş №2(103)-9802/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9802/2020

21.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9802/2020 21.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Aida Hüseyn Əli qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverilməzliyinə görə imtina edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-6930/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmünün onlara aid hissələrdə icra edilməməsinin qanunsuz hesab edilməsi və həmin hökmün onlara aid hissədə icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6930/2020 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçılar həmin qərardaddan şikayət vermiş və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə bütün faktiki və hüquqi halları nəzərə almamış, onların məhkəməyə çatımlıq hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6930/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinin və hazırkı şikayətin məzmunundan görünür ki, cavabdeh icra qurumu icra sənədini icra etmədən hökmü qəbul etmiş məhkəməyə qaytarmışdır. Göründüyü kimi, iddiaçılar icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılmasından narazıdırlar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi haqlı olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə və Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.1-ci maddələrinə istinad edərək iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmiş, iddiaçılara hansı orqana müraciət etməli olduqlarını izah etmişdir. Kollegiya həmçinin qeyd edir ki, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6930/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar