Məhkəmə qərarları › İş №2(103)-9868/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9868/2021

01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9868/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, iddiaçı Cavabdeh2 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2929/2021 saylı, 18.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəzi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, istintaq orqanı müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 etibardan sui-istifadə etmək və aladatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 qız ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib onun qohumluq münasibətindən irəli gələn etibarından sui-istifadə edərək heç bir səlahiyyəti olmadığı halda sonuncunun Lənkəran şəhər 4 saylı orta məktəbin 9-cu sinfini buraxılış imtahanını keçə bilməyən oğlu X11 şəhərində yerləşən orta məktəblərdən birinin 9-cu sinfini bitirməsi barədə şəhadətnamə alacağına və onu X12 qəbul etdirib 4 il təhsil haqqını ödəməklə bitirməsi barədə diplom verdirəcəyinə dair yalan vəd verməklə aldadıb 2012-ci ilin sentyabrın əvvəllərində ünvan 1 ünvanda yerləşən mənzilində ondan 14000 manat pul almış, aldığı puldan M.Nifləliyevaya da vermiş, sonuncu bunun müqabilində onun oğlunun Gəncə şəhər S.Vurğun adına 41 saylı orta məktəbi bitirməsi barədə X2 hüquq verən orta təhsil haqqında şəhadətnaməni və həmçinin X10 “Yol hərəkətinin təşkili” şöbəsinin İİ kursunda oxuması barədə 20.12.2013-cü il tarixli, 01 01/127 nömrəli əmri qanunsuz hazırlayaraq saxtalaşdırdıqdan sonra Cavabdeh2 vermiş və X4 hüquq verən 10 saylı arayışı qanunsuz hazırlayaraq saxtalaşdırıdıqdan sonra M.Nifləliyevaya vermiş, o da T.Həsənovun vasitəsilə ona təqdim etmiş və bununla da zərərçəkən şəxs ona 14000 manat məbləğində xeyli ziyan vurmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 1 (004)-208/2019 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən təqsirləndirilər şəxs Cavabdeh2 barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərarla həmçinin Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmiş və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmuşdur. Məhkəmənin həmin qərarından onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 1(103)-397/2020 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2019cu il tarixli, 1 (004)-208/2019 saylı qərarı mülki iddiaya aid hissədə dəyişdirilmiş, mülki iddia 10500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumuna aid hissədə təmin olunmuş, təqsirləndirilən və mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı ona ödənilməsi qərara alınmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 1 (004)-208/2019 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 27.01.2021-ci il tarixli, 1(102)-319/2021 saslı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh2 barəsində olan 13 mart 2020-ci il tarixli, 1(103)-397/2020 saylı qərarı dəyişdirilərək həmin qərardan mülki iddianın təmin edilməsinə dair müddəalar xaric edilmiş və iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılaraq zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah edilmişdir. İş üzrə olan məhkəmə qərarlarından da görünür ki, 10500 manat pul vəsaitinin cavabdehlərə verilməsi işin mübahisəsiz halıdır. Həmin məbləğin hansı hissəsinin Cavabdeh2, hansı hissəsinin isə digər cavabdehdə qalması cavabdehlərin öz aralarında müəyyən etməli olduqları haldır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10500 manat maddi və 4000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat pul məbləğinin geri ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 4200 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2929/2021 saylı, 18.06.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 8000 (səkkiz min) manat, digər Cavabdeh2 isə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2929/2021 saylı, 18.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Cavabdeh2 və vəkili məhkəmə iclasında çıxış edərək özlərinin apellyasiya şikayətini müdafiə, İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2929/2021 saylı, 18.06.2021-ci il tarixli qətnaməsinin qismən “Cavabdeh2 2500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsini xahiş etmişlər. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayətlər birinci instansiya məhkəməsi qətnaməsinin qismən, ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli, 1(004)-208/2019 saylı qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən təqsirləndirilən şəxs Cavabdeh1 barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilmiş; Cavabdeh1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən təqsirləndirilən şəxs Cavabdeh2 barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş; Cavabdeh2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş; iş üzrə maddi sübut olan X10 adından tərtib edilmiş 01 ədəd 01/127 nöməli 20 dekabr 2013-cü il tarixli saxta əmr, 01 ədəd 139 nömrəli 05 may 2014- cü il tarixli X5 adına tərtib edilmiş arayışın surəti cinayət işinin materiallarında saxlanılmış; iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri - cəmi 112 (bir yüz on iki) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi; Cavabdeh1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Cavabdeh2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülməsi və iş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılması, mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququnun izah olunması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-397/2020 saylı, 13.03.2020-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs və mülki İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-208/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qərarı mülki iddiaya aid hissəsində dəyişdirilməsi; mülki iddianın 10.500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumuna aid hissədə təmin olunması; təqsirləndirilən və mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq zərər çəkmiş şəxs və mülki İddiaçı ödənilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 208/2019 saylı, 15 noyabr 2019- cu il tarixli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.01.2021-ci il tarixli, 1(102)-319/2021 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-397/2020 saylı, 13.03.2020-ci il tarixli qərarı dəyişdirilmiş, həmin qərardan mülki iddianın təmin edilməsnə dair müddəalar xaric edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun heç bir səlahiyyəti olmadığı halda dayısı oğlu İddiaçı qohumluq münasibətindən irəli gələn etibarından suiistifadə edərək onun 9-cu sinif buraxılış imtahanlarından keçə bilməyən oğlu X11 şəhərində yerləşən orta məktəblərdən birinin 9-cu sinifi bitirməsi barədə şəhadətnamə alacağını və onu X12 qəbul etdirib 4 il təhsil haqqını ödəməklə bitirməsi barədə diplom verdirəcəyinə dair yalan vəd verməklə aldadıb 2012-ci ilin sentyabrın əvvəllərində ünvan 2 ünvanda yerləşən yaşadığı mənzilində R.Rəhimlidən 14.000 manat pul alıb ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmuşdur. İşin bu halı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli, 1(004)-208/2019 saylı qərarı ilə müəyyən edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh Təranəyə ümumilikdə 14000 manat məbləğində pul verilmiş, sonuncu həmin məbləğdə 5000 manatını digər cavabdeh Mehribana vermiş, Mehriban da həmin məbləğdən 500 manatını Təranəyə mükafat olaraq geri qaytarmış, 500 manatını isə özünə götürərək, yerdə qalan Kollecin müdirinə vermişdir. Bundan başqa işin halları ilə müəyyən edilmişdir ki, istintaq dövründə dəymiş ümumi ziyandan cəmi 3500 manat məbləğində pul vəsaiti, ondan 2000 manatı Cavabdeh2 tərəfindən, qalan 1500 manatı isə digər cavadbeh Cavabdeh1 tərəfindən iddiaçıya geri qaytarılmışdır. Cavabdeh1 məhkəmə iclasında aldığı 14000 manat məbləğində pul vəsaitindən Cavabdeh2 ilkin olaraq 4500 manat, müxtəlif vaxtlarda 2000, 1500 və 2000 manat olmaqla sonuncuya hissə-hissə 5500 manat da, pul verdiyini bildirsə də, məhkəməyə bu hallarla bağlı hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmiş, iş üzrə digər cavadbeh olan M.Niftəliyev isə ona Cavabdeh1 cəmi 4500 manat məbləğində pul vəsaitinin verilməsini etiraf etmişdir. İşin bu halı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli, 1(004)-208/2019 saylı qərarı ilə müəyyən edilərək öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə hüquq normalarının tətbiqi ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsinin əsası kimi ona istinad edilmişdir ki, cavabdehlərin onu aldatması nəticəsində o mənəvi iztiraba məruz qalmış, lakin məhkəmə tərəfindən onun mənəvi sarsıntı və əzablara məruz qalması nəzərə alınmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, iddiaçı özü Cavabdeh1 pulu bilə-bilə qanunsuz hərəkətlərin yerinə yetirilməsi, yəni Lənkəran şəhəri 4 saylı orta məktəbin 9-cu sinifinin buraxılış imtahanlarından keçə bilməyən oğlu X6 Gəncə şəhərində yerləşən orta məktəblərdən birinin 9-cu sinifini bitirməsi barədə şəhadətnamə alınması və onun X12 qəbul etdirilməsi üçün vermişdir. İddiaçı özünün hərəkətləri qanunsuz hərəkətlərin yerinə yetirilməsinə yönəldiyinə görə məhkəmə kollegiyası hesab edir ki, həmin qanunsuz hərəkətlər nəticəsində iddiaçının məruz qaldığı sarsıntılar mənəvi ziyan kimi kompensasiya edilə bilməz. Birinci instansiya məhkəməsi iddianın mənəvi ziyan hissəsini təmin etməməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətinin dəlillərindən biri də onun Cavabdeh1 ödədiyi pulun uzun müddət geri qaytarılmamasına görə illik 5 faiz olmaqla ona 4200 manatın ödənilməsi barədə iddia tələbinin təmin olunmamasıdır. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı 4200 manat pul tələbi müqavilə öhdəliyi kimi müydana çıxmamışdır. Onun tərəfindən Cavabdeh1 ödənilmiş pul məbləğinin qaytarılmasının qanuniliyi yalnız həmin işə baxılarkən müəyyən edilmişdir. Ona görə də həmin pulun Cavabdeh1 tərəfindən qanunsuz olaraq saxlanmasına görə ondan faizlərin tələb olunması qanunu hesab edilə bilməz. Digər tərəfdən bunun özü də İddiaçı qanunsuz hərəkətlərinin kompensasiya hesab oluna bilərdi ki, yuxarıda qeyd olunduğu kimi bu yolverilməzdir. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinin əsası kimi ona istinad etmişdir ki, o iddiaçıdan aldığı puldan 7800 manatı ibtidai araşdırma vaxtı təhqiqatçıya versə də, həmin məbləğ nəzərə alınmamışdır. Apellyasiya şikaytətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 dəlili iş materialları ilə sübuta yetmir, ona görə də həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası irəli sürülən dəlillərin sübut olunmaması əsasına görə Cavabdeh2 apellyasiya şikayətinin də təmin olunmaması qənaətinə gəlir. Qeyd olunanlara əsasən apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı, cavabdehlər X8 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2929/2021 saylı, 18.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar