Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9881/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 oğluna qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1101/2021 saylı işi üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2, ev 9, 10 saylı mənzilin hamam otağının ilkin texniki-layihə göstəricilərinə uyğyun təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş 3000 manat mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişatında əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə verərək, Cavabdeh əsl cavabdeh X7 ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, YYasamal 2, ev 9, 10 saylı mənzil İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, YYasamal 2, ev 9, 12 saylı mənzil isə cavabdeh X4 mülkiyyətlərindədir. Yasamal rayonu, Y.Yasamal 2, ev 9, 10 saylı mənzilə üst mərtəbədəki X5 məxsus mənzildən su axması nəticəsində iddiaçıya ziyan vurulması və Bakı şəhəri, Yasamal rayonu Y.Yasamal 2, ev 9, 10 saylı mənzilində aparılmış baxış zamanı müşahidə olunan qüsurların su sızmaya aid olduğu və həmin qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 497 manat məbləğində müəyyən edildiyi, müvafiq olaraq 188 saylı MTK-nın sədri tərəfindən verilmiş 04.03.2021-ci il tarixli arayışla və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/952 saylı, 21.06.2021-ci il tarixli ekspert rəyi ilə təsdiq edilmişdir. (səh.5, 35-36, 37, 53). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1101/2021 saylı işi üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh maddi ziyan olaraq, 497 manat və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pulun cavabdeh X2 tutularaq, Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1101/2021 saylı 27.07.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, (iş üzrə yenidən ekspertiza keçirilərək) yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında iştirakı təmin edilməmiş, xəbəri olmadan qətnamə qəbul edilmiş, bununla da MPM-ilə müəyyən edilmiş prosessual hüquqları pozulmuşdur. Bundan əlavə keçirilmiş ekspertiza haqqında ümumiyyətlə xəbəri olmamış və evə vurulmuş ziyan 497 manat qiymətləndirilmişdir. (Ekspertiza nə vaxt aparılıb və nəyə əsasən 497 manat hesablayır) Bununla razı deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, ekspertiza keçirilən zaman cavabdehin iştirak etdiyini və xəbərdar olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı iddiaçı ərizə ilə müraciət edərək, bildirmişdir ki, qətnamə qəbul edilən zaman şifahi olaraq dəyişiklik edilməsini istəmiş və vurulmuş maddi zərəri də tələb etmişdir.Sadəcə olaraq yazılı qeyd verməmişdir.Qeyd edilənə əsasən maddi zərərlə bağlı iddianı müdafiə edir və qətnamədən razı olduğunu bildirir və qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı; " Mülki Məcəllnin 21.1, 152-158, 1096 - 1098, 1114-1115, 1159; "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, suyun cavabdehin mənzilinə başqa yerdən axıdılmasının sübuta yetirilmədiyindən, mənzillərin quruluşu nəzərə alınaraq iddiaçının mənzilinə axıdılmış suyun vurduğu zərərə görə cavabdehin mülki məsuliyyəti istisna edilmir, bunlar 188 saylı MTK-nın sədri tərəfindən verilmiş 04.03.2021-ci il tarixli arayış və ekspert rəyi ilə təsdiq edilir, ekspertiza rəyinin mötəbərliyini şübhə altına alan, habelə əlavə ekspertizanın təyin edilməsinə əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1101/2021 saylı işi üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9881/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9881/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver