Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9887/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2710/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 895,95 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04.06.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan “Moon” markalı mopedlə yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 895,95 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 04.11.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 895,95 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Bu səbəbdən subroqasiya hüququna əsasən 895,95 manat məbləğində vəsaitin cavabdeh tərəfindən ödənilməsi barədə ona bildiriş göndərilmişdir. Lakin cavabdeh dəymiş zərər məbləğinin ödənilməsindən yayınmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2710/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 688 (altı yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Paşa Sığorta“ ASC-yə ödənilməsi,iddia qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 23 (iyirmi üç) manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçı “Paşa Sığorta“ ASC-yə ödənilməsi,İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir.( sədrlik edən: İlkin Əliyev)
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-2710/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərabaycan Respublikası Mülki Məcəlləsinin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri kobud şəkildə pozulmuş, düzgün olmayan ədalətsiz qətnamə çıxarılmasına səbəb olmuşdur.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən normaları qeyd edilən iş üzrə mübahisənin ədalət və qanunçuluq prinsipləri baxımından düzgün həll edilməsi üçün tətbiq edilməli idi.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922-ci maddəsinə (Sığorta hadisəsi) əsasən, Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923-cü maddəsinə (Sığorta hadisəsi barədə məlumatlandırma) əsasən, Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 904-cü maddəsinə (Sığorta məbləği) əsasən, Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği qanunvericiliklə və ya sığorta müqaviləsi ilə müəyyənləşdirilir.İddiaçı şikayətində bildirmişdir ki, hazırki mübahisə üzrə məhkəmə maddi hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamə çıxarmışdır.Halbuki qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi sığortaçının müstəsna hüququdur.Məhkəmə qətnaməsində iddia tələblərini qismən təmin edən zaman yalnız məhkəmə araşdırması zamanı keçirilmiş ekspetiza rəyinə istinad etmişdir. Bu zaman yuxarıda sadalanan qanunvericiliyin imperativ normaları və sığortaçı kimi "xxxx" ASC-nin preyudisial hüququ olan sığorta hadisəsi zamanı zərərin müəyyən edilməsi hüququ məhkəmə tərəfindən təhrif edilmişdir. Məhkəmə qətnaməsi çıxarılarkən heç bir əsaslandırma aparılmamış, ekspertiza rəyi ilə qüsur aktı arasında yaranmış fərqin aradan qaldırılması üçün heç bir araşdırma aparmamışdır. Ekspert rəyini məhkəmə üçün mötəbər sübut kimi qiymətləndirərək məcburi hal kimi nəzərə alaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2-cu maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır O cümlədən həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində (Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur) müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.Ancaq ekspert rəyində aparılmış tədqiqatın hər hansı müfəssəl təsvirindən söhbət gedə bilməz. Ekspert rəyində göstərilmişdir ki, "xxxx" MMC-yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmir bərpa xərcinin müəyyən edilməsi zamanı, “Orginal Motors” tərəfindən təqdim edilmiş qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla təmir bərpa xərcləri hadisə baş verən tarixə təxminən 688,00 manat müəyyən edilir (3-cü səh, -cü abzas). Həmçinin rəyin qeyd hissəsində də qeyd edilmişdir ki, avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən aslı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Buradan aydın şəkildə görünürki, iş üzrə avtonəqliyyat vasitəsinin dəyişdirilmiş və bərpa edilmiş hissələrinin dəyəri təmir mərkəzi tərəfindən verilmiş zərər aktında 759,00 manat müəyyən edilmiş, ƏDV isə 136,67 manat qeyd olunmuşdur. Ekspert tərəfindən 759,00 manata münasibətdə 4 dəfə köhnəlmə tətbiq edilməklə 688,00 manat dəymiş zərər müəyyən olunmuş, həmçinin 688,00 manatın dəyişməsini də istisna etməmişdir. Belə olan halda, dəymiş zərər məbləğinin 688,00 manat olmasının reallığa tam uyğun olması birmənalı olaraq öz əksini tapmışdır. Nəzərə alsaq ki ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmir mərkəzi ölkədə 1 dənədir. Hakim qətnamə çıxararkən ekspertiza rəyinin özünə belə diqqət yetirməmiş, şirkət tərəfindən ödənilmiş ƏDV-ni dəymiş zərər kimi qiymətləndirmişdir. Halbu ki, "xxxx" ASC tam qanuni əsaslarla fəaliyyət göstərən şirkət olaraq xidmət haqqını (ƏDV daxil olmaqla) tam ödəmişdir. Bu hal isə ekspertin qiymətləndirilməsində öz əksini tapmamışdır, məhkəmə tərəfindən isə ödənilmiş məbləğ kimi nəzərə alınmamışdır. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İşə baxılmanın yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi:
8. "xxxx" ASC tərəfindən verilən sığorta şəhadətnaməsindən görünür ki, Urbanway markalı, İveco model, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.06.2019- cu il tarixindən 31.05.2020-ci il tarixinə kimi 224.292,38 manat məbləğində tam sığorta şəhadətnaməsi ilə sığortalanmışdır.
9. 08 noyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına 895,95 manat ödəniş edilmişdir.
10. "xxxx" MMC tərəfindən tərtib edilən 3631 saylı zərər aktından görünür ki, Urbanway markalı, İveco model, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 759,28 manat zərər dəymişdir. Vurulan zərər üçün ƏDV olaraq 18 % dərəcəsi hesablanmaqla 136,67 manat müəyyən edilmişdir.
11. ,67 manat müəyyən edilmişdir. 04 noyabr 2019-cu il tarixli sığorta aktından görünür ki, avtonəqliyyat vasitələrinin tam sığortası növündə sığortalanan "xxxx" MMC-yə məxsus İveco Urbanway markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 04.06.2019-cu il tarixində baş vemiş yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş və vurulmuş zərər məbləği 895,95 manat müəyyən edilməklə avtobusun təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür.
12. EBAC seriyalı, № 102483 saylı "xxxx" MMC tərəfindən verilən elektron qaimədən görünür ki, "xxxx" ASC tərəfindən ödəiləcək məbləği 759,28 manat müəyyən edilmiş, ödəniləcək məbləğin 0,18 faizi həddində yəni 136,67 manat əlavə dəyər vergisi hesablanmaqla,ümumilikdə 895,95 manat ödəniş məbləği hesablanmışdır.
13. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan 16 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, subroqasiya hüququna əsasən 895,95 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş edilmiş, qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barəsində məlumat verilmişdir.
14. Bakı şəhər Yasamal RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən tərtib edilən 19 iyun 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 04 iyun 2019-cu ildə törədilən yolnəqliyyat hadisəsinə dair toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, moped mon markalı mopedin sürücüsü Cavabdeh əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin və Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsinin tələblərinə görə onun inzibati qaydada cəzalanmasından ötrü toplanmış rədd materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinin Yasamal RPİ-nin DYPŞnə göndərilməsi qərara alınmışdır.
15. Yasamal rayon DYPŞ 20.08.2019-cu il tarixli Qərarından görünür ki, Cavabdeh İXM-nin 338.4.1-ci maddəsini törətməkdə təqsirli bilinmiş və onun barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
16. Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin rəisi polis polkovniki cənab Cəmil Əmirova yazılan izahatından görünür ki, o, ona verilən suallara cavab olaraq bildirmişdir ki, 04 iyun 2019-cu il tarixdə saat 18 radələrində idarə etdiyi “Maped Mon” markalı mapedlə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prosoektində yolun sağ zolağı ilə üzü 20 Yanvar istiqamətində hərəkətdə olmuşdur. Tiblisi prospekti 90 ünvanının qarşısında orta zolaqla hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsü idarə etdiyi avtomaşını onun üzərinə sürərək, onu yolun sağ hissəsinə sıxmışdır. O, idarə etdiyi mapedi yolun sağında olan dayanacağa çəkmişdir. Bu zaman idarə etdiyi mapedin ön hissəsi ilə dayanacaqda dayanmış "xxxx" MMC-yə məxsus olan “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun arxa sol buferinə çırpılaraq yerə yıxılmışdır. Bundan sonra avtobusu sürücüsü avtobusdan düşərək ona yaxınlaşmış və köməklik göstərmişdir. Sonra yaxınlıqda olan polis əməkdaşları gələrək hadisə yerinə TTYS-nın əməkdaşlarını dəvət etmişlər.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 9/3123 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" tərəfindən tərtib edilmiş 04.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 688 manat müəyyən edilmişdir.
18. Ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, “İveco Urbanway” markalı, 99-JX553 dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri hadisə baş verən tarixə təxminən 759,00 manat müəyyən edilir. Belə ki, dəyişilməli olan hissələrin qiyməti 467 manat, təmirbərpa işlərinin qiyməti 292 manat müəyyən edilmişdir. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşıma nəzərə alınmaqla, 4 il (2015- 2019) istismarda olmuş, dəyişilməli hissələrin qalıq dəyəri təxminən 396 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə:
19. Kollegiya iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübtlarla müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-JX-*** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” Avtobus markalı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü (kasko) üzrə sığortalanmışdır. 04 iyun 2019-cu il tarixində Bakı şəhəri Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Moped Moon” markalı mapedi idarə edən Cavabdeh idarəetməni itirərək yolun sağ hissəsində olan avtobus dayanacağına girmək istəyərkən "xxxx" MMC-yə məxsus olan “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun arxa sol buferini zədələməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Moped markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Vurulmuş zərəri müəyyən etmək üçün "xxxx" MMC tərəfindən 04.06.2019-cu il tarixli 361 saylı zərər aktı tərtib edilmiş və vurulmuş zərərin miqdarı 759,28 manat müəyyən edilmişdir. Zərər aktında vurulmuş zərərin 18% həcmində əlavə dəyər vergisi hesablanmış və 136,67 manat müəyyən edilmişdir. Yekun olaraq isə zərər aktı ilə 895,95 manat pul hesablanmışdır. "xxxx" ASC tərəfindən tərtib olunan sığorta aktı ilə vurulmuş zərərin və buna müvafiq olaraq ödəniləcək ödənişin miqdarı 895,95 manat müəyyən edilmiş və həmin məbləğ "xxxx" MMC-nin hesabına ödənilmişdir.
21. Bakı şəhər Binəqədi rayon məhkəməsi tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtobusa vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 9/3123 saylı ekspert rəyi ilə vurulmuş zərərin həddinin 688 manat olduğu müəyyən edilmişdir.
22. İddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21, 936, 1096,1097, 1099,1108, 1114-cü maddələrinə istinad etmişdir.
23. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Mübahisənin məhkəmə tərəfindən müəyyən edilən mahiyyəti ondan ibarətdir ki, sığorta şirkəti olan iddiaçı kasko sığortası ilə sığorta olunan avtomobilə dəyən zərərlə bağlı apardığı ödənişi delikt törədən cavabdehdən tələb edir. Yəni iddia subroqasiya tələbi ilə bağlıdır. İddia tələbinin qanuni əsasının tapılması baxımından iddiaçının da iddia ərizəsində qeyd etdiyi aşağıdakı maddi hüquq normalarına diqqət yetirək.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Odur ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması və faydalanan şəxsə sığorta ödənişinin həyata keçirilməsi öz təsdiqini tapmışdır. Eyni zamanda sığorta ödənişini həyata keçirən sığortaçı da subroqasiya hüququndan irəli gələn tələb irəli sürməyə haqlıdır. Lakin birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin sığorta aktının tərtib olunmasında iştirakının müəyyən edilməməsinə görə zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 9/3123 saylı ekspert rəyi ilə vurulmuş zərərin həcminin 688,0 manat olması müəyyən edilmişdir. Bundan 396 manat (illik 4 % aşınma nəzərə alınmaqla (2015- 2019)) dəyişilməli hissələrin qiyməti, 292 manat isə təmir bərpa işlərinin qiyməti olaraq hesablanmışdır. İddiaçı apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını bildirmiş, eyni zamanda ekspert rəyinin əsas götürülməsi halında ödənilmiş ƏDV-nin də nəzərə alınmasını xahiş etmişdir. Lakin kollegiya belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsinin ekspertiza tədqiqatında ekspertin dəyişilməli hissələrin dəyərinə illik 4% aşınmanı tətbiq etməli olmaması barədə etirazı əsassızdır. Belə ki, sığorta predmetinin artıq təmir edilmiş olması nəzərə alınaraq ekspert haqlı olaraq avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla Bakı şəhəri avtohissələr satışı bazarlarında və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə etmişdir. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Kollegiya iddiaçının nümayəndəsinin cavabdehdən sığorta ödənişi kimi onlar tərəfindən ödənilmiş ƏDV-nin tutulmalı olması barədə dəlilini əsassız hesab edir. Belə ki, iddiaçıya subroqasiya hüququnun sığortaçıya verilmiş sığorta ödənişi məbləğində keçməsi zərər vuran şəxsin məsuliyyət ölçüsündən artıq ola bilməz. Subroqasiya hüququ olan şəxsin aparılmış sığorta ödənişi məbləğində tələb irəli sürmək hüququ mövcuddursa, zərərvuran şəxsin vurduğu zərərin həddində məsuliyyət daşıması barədə vəzifəsi vardır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş “Zərər Aktı”-da artıq ölkəyə idxal edilmiş ehtiyat hissələri üçün, hətta göstərilməli olan təmir işləri ilə bağlı xidmət haqqı üçün hansı əsasla ƏDV hesablanması müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsində qeyd edilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Eyni zamanda ƏDV-nin heablanması qaydası belədir: “Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini D, gömrük rüsumunu R, aksiz məbləğini A hərfi ilə işarə etsək, onda əlavə dəyər vergisinin məbləği aşağıdakı qaydada hesablanacaqdır: ƏDV= (D+R+A) x 18%” Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 358, 360, 362-cı, 382, 385, 387-ci və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı Paşa Sığorta ASC tərəfindən verilmiş “verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin e-2(001)-2710/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.