Məhkəmə qərarları › İş №2(103)-991/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-991/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-991/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)-1068/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı "pul və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi"nə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Eləcə də X1 Həsən Malik oğluna qarşı “pul və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)- 1068/2020 saylı qətnaməsi ilə İddiaçı X5 və Cavabdeh2 qarşı "pul və dəymiş maddimənəvi ziyanın ödənilməsi" tələbinə dair ilkin iddia qismən təmin edilərək, X2 30.000 (otuz min) manat pul məbləği tutularaq İddiaçı ödənilməsi, X3 İddiaçı qarşı "pul və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətindən imtina barədə ərizəni müdafiə edərək təmin edilməsini, İddiaçı münasibətdə iş üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etdilər. Cavabdehlər X5 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlər X5 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, ərizəni nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməklə, İddiaçı münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatna xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 369, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)- 1068/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və İddiaçı münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar