Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-991/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-423/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "Gloria Palace” MTK-ya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər qismində cəlb edilməklə) qarşı "mülkiyyət hüququnun müdafiəsi, tikililərin sökülməsi, cavabdeh tərəfindən əvvəlki vəziyyətin bərpa edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi (iddia tələbinə dəqiqləşmə barədə) ilə məhkəməyə müraciət edərək, "Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilə üzrə 303580 manat pul məbləğinin, bu günə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi kimi 30000 manat pul məbləğinin, habelə fərdi yaşayış evinin yerləşdiyi 0,0133 ha torpaq sahənin dəyəri 200000 manat pul məbləğinin, cəmi 533580 manat pul vəsaitinin cavabdehən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0133 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin ərazidə tikinti işləri aparan cavabdeh "Gloria Palace” MTK tərəfindən onun ilə əvvəlcədən müəyyən danışıqlar aparılaraq, razılaşma əldə olunsa da, hazırda onun mülkiyyətində olan daşınmaz əmlakın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh "Gloria Palace” MTK tərəfindən hazırda onun mülikiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0133 ha torpaq sahəsinin dəyərinin ödənilməməsinə baxmayaraq, cavabdeh həmin evi sökməyə və yerində tikinti işləri aparmağa çalışır. Cavabdeh bu hərəkətləri ilə ona məxsus fərdi yaşayış evinə zərər vurmaqla, mülkiyyət hüquqlarını kobud şəkildə pozur.
2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-423/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "Gloria Palace” Mənzil-Tikinti Koorperativindən 303380 manat məbləğində pul, bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi kimi 23919,97 manat məbləğində pul və iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 824.67 manat dövlət rüsumunun 412.33 manat hissəsi, cəmi 327712,3 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 60; Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 52.2, 106.3, 119.1, 191.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0133 ha torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçı (mülkiyyətçi) ilə "Gloria Palace” MTK (icraçı) arasında bağlanmış Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında müqaviləyə əsasən icraçı sözügedən ərazidə "London evləri” layihəsi çərçivəsində bəzi binaların tikintisini başa çardırmışdır. Bununla belə, həmin layihənin həyata keçirildiyi ərazidə mülkiyyətçiyə aid fərdi yaşayış evi (yerləşdiyi yaxud fəaliyyətlərinin təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi) yerləşməkdədir və bu hal layihənin tamamlanmasına mane olur. İcraçı həmin fərdi yaşayış yerinin əvəzinə mülkiyyətçiyə kompensasiya olaraq pul vəsaiti və bununla yanaşı orada tikilərək hazır olan və tikiləcək yeni yaşayış binasından yeni mənzillər verməyi təklif etmişdir. Mülkiyyəçi icraçının təklifini qəbul edərək buna dair müqavilə bağlamağa razılıq vermişdir. İcraçı həmin fərdi yaşayış evinin əvəzində mülkiyyətçiyə 398.680 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Həmin pul məbləğinin 95.280 manat hissəsi icraçı tərəfindən mülkiyyətçiyə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan məbləğ isə növbəti 2 ay ərzində bərabər hissələrdə mülkiyyətçi notariusun bankda açılan depozit hesabı vasitəsi ödəməyi öhdəsinə götürür. O cümlədən icraçı həmin ünvanda tikilən və tikiləcək yeni yaşayış binasının aşağıda göstərilən ve hər 1 kv.m. 1900 manat təşkil edən mənzillərini və hər birinin dəyəri 30.000 manat olan qaraj sahələrini mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin ərazidə tikinti işləri aparan cavabdeh "Gloria Palace” MTK tərəfindən onun ilə əvvəlcədən müəyyən danışıqlar aparılaraq, razılaşma əldə olunsa da, hazırda onun mülkiyyətində olan daşınmaz əmlakın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh "Gloria Palace” MTK tərəfindən hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0133 ha torpaq sahəsinin dəyərinin ödənilməməsinə baxmayaraq, cavabdeh həmin evi sökməyə və yerində tikinti işləri aparmağa çalışır. Cavabdeh bu hərəkətləri ilə ona məxsus fərdi yaşayış evinə zərər vurmaqla, mülkiyyət hüquqlarını kobud şəkildə pozduğunu iddia edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında tərəflərin verdiyi izahatlardan aydın olur ki, cavabdeh iddia tələbini xx.xx.2023-cü il tarixli müqavilə üzrə 303580 manat pul məbləğinin iddiaçıya ödənilməsi hissəsində etiraf edir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, cavabdehin etirafı iddiaçının bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdehin etirafı məhkəmə tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi 303580 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Digər tərəfdən məhkəmə iddia tələbinin bu günə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi kimi 30000 manat pul məbləğin tələb edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli, 23919,97 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə iş üzrə obyektiv, ədalətli və qanuni qərar qəbul edilməsi məqsədilə və tərəflər arasında bağlanmış kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında 11.01.203-cü il tarixli müqavilə üzrə 303580 manat pul məbləğinin xx.xx.2023-cü il tarixə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə - mühasibatlıq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/297/2024 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında müqavilə üzrə 303580 manat pul məbləğinin xx.xx.2023-cü il tarixə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi xx.xx.2023-cü il tarixə 23919,97 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin məhkəmə iddiaçı tələbinin fərdi yaşayış evinin yerləşdiyi 0,0133 ha torpaq sahənin dəyəri 200000 manat pul məbləğinin ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilənin predmeti ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək, onun yerləşdiyi torpaq sahəsində yeni binaların tikilməsidir. Müqavilənin E bəndindən də görünür ki, fərdi yaşayış evi ayrıca deyil yerləşdiyi yaxud fəaliyyətlərini təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi nəzərdə tutulmuşdur. Müqavilənin bu bəndi iddiaçının iddia tələbinin torpaq sahəsinin dəyərinin tələb edilməsi hissəsində əsassız olduğunu sübut edir. Müqavilənin 1.2-ci bəndində cavabdeh fərdi yaşayış evinin əvəzində 398860 manat məbləğində pulun verilməsini öhdəsinə götürmüşdür. Yəni buradan məlum olur ki, fərdi yaşayış evi və torpaq sahəsi üçün ayrı-ayrılıqda pul tələb edilməsi müqavilədən irəli gələn öhdəliklərin təbiətinə uyğun deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "Gloria Palace” MTK-dan 303380 manat məbləğində pul, bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi kimi 23919,97 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir; - İddiaçı (mülkiyyətçi) ilə "Gloria Palace” MTK (icraçı) arasında bağlanmış Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında müqaviləyə əsasən İcraçı sözügedən ərazidə "London evləri” layihəsi çərçivəsində bəzi binaların tikintisini başa çardırmışdır. Bununla belə, həmin layihənin həyata keçirildiyi ərazidə mülkiyyətçiyə aid fərdi yaşayış evi (yerləşdiyi yaxud fəaliyyətlərinin təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi) yerləşməkdədir və bu hal layihənin tamamlanmasına mane olur. İcraçı həmin fərdi yaşayış yerinin əvəzinə mülkiyyətçiyə kompensasiya olaraq pul vəsaiti və bununla yanaşı orada tikilərək hazır olan və tikiləcək yeni yaşayış binasından yeni mənzillər verməyi təklif etmişdir. Mülkiyyəçi icraçının təklifini qəbul edərək buna dair müqavilə bağlamağa razılıq vermişdir. İcraçı həmin fərdi yaşayış evinin əvəzində mülkiyyətçiyə 398.680 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Həmin pul məbləğinin 95.280 manat hissəsi İcraçı tərəfindən mülkiyyətçiyə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan məbləğ isə növbəti 2 ay ərzində bərabər hissələrdə mülkiyyətçi notariusun bankda açılan depozit hesabı vasitəsi ödəməyi öhdəsinə götürür. O cümlədən icraçı həmin ünvanda tikilən və tikiləcək yeni yaşayış binasının aşağıda göstərilən ve hər 1 kv.m. 1900 manat təşkil edən mənzillərini və hər birinin dəyəri 30.000 manat olan qaraj sahələrini mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/297/2024 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında müqavilə üzrə 303580 manat pul məbləğinin xx.xx.2023-cü il tarixə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi xx.xx.2023-cü il tarixə 23919,97 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat, xx.xx.2023cü il tarixli dövlət rüsumuna əsasən 724,67 manat dövlət rüsumu ödəmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)- 423/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1; Mülki Prosessual Məcəllənin 14.1, 174.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, aşağıda göstərilənlər birinci instansiya məhkəməsinin, iddia təmin edilməyən hissədə mövqeyinin və gəldiyi nəticənin tamamilə əsassız və qanunsuz olduğunu təsdiq edir: Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “məhkəmə iddiaçı tələbinin fərdi yaşayış evinin yerləşdiyi 0,0133 ha torpaq sahənin dəyəri 200000 manat pul məbləğinin ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilənin predmeti ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək, onun yerləşdiyi torpaq sahəsində yeni binaların tikilməsidir. Müqavilənin E bəndindən də görünür ki, fərdi yaşayış evi ayrıca deyil yerləşdiyi yaxud fəaliyyətlərini təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi nəzərdə tutulmuşdur. Müqavilənin bu bəndi iddiaçının iddia tələbinin torpaq sahəsinin dəyərinin tələb edilməsi hissəsində əsassız olduğunu sübut edir. Müqavilənin 1.2-ci bəndində cavabdeh fərdi yaşayış evinin əvəzində 398860 manat məbləğində pulun verilməsini öhdəsinə götürmüşdür. Yəni buradan məlum olur ki, fərdi yaşayış evi və torpaq sahəsi üçün ayrı-ayrılıqda pul tələb edilməsi müqavilədən irəli gələn öhdəliklərin təbiətinə uyğun deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.” (məhkəmə qətnaməsindən bu hissə dəyişdirilmədən orfoqrafik və qrammatik səhvlərlə birlikdə olduğu kimi apellyasiya şikayətinə köçürülmüşdür). Birinci instansiya məhkəməsi bu hissədə öz mövqeyini əsaslandırmaq üçün müqavilənin predmetinə istinad etməyə cəhd etsə də, müqavilənin predmetini düzgün göstərməmiş, müqavilənin predmetinin nədən ibarət olduğunu müəyyən edə bilməmiş və bu hissədə ümumiyyətlə heç bir maddi hüquq normasına istinad etməmişdir. Bəli, hakim iddia təmin edilməyən hissədə qüvvədə olan Mülki Məcəllənin heç bir normasına istinad etməmişdir. Başqa sözlərlə, hakim iş üzrə maddi hüquq normasını tətbiq etməyi unutmuşdur. Öz şəxsi mülahizəsindən çıxış edən hakim müqavilə predmetinin “fərdi yaşayış evinin sökülərək, onun yerləşdiyi torpaq sahəsində yeni binaların tikilməsi” olduğunu qeyd etmişdir. Müqaviləyə belə “münasibət” göstərən hakim bilməlidir ki, tərəflərdən birinin öhdəliyi, hüquq və vəzifələri müqavilənin predmeti ola bilməz. Hakim nəzərə almalıdır ki, müqavilənin digər tərəfi də vardır. Həmçinin onu da bilmək lazımdır ki, müqavilə tərəflərinin öhdəlikləri (hüquq və vəzifələri) müqavilənin məzmununu təşkil edir. Hazırkı iş üzrə müqavilənin predmeti isə daşımaz əmlak, konkret olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidir. Bir daha qeyd edir ki, müqavilənin predmeti fərdi yaşayış evinin sökülməsi və tikinti aparılması deyil, bilavasitə fərdi yaşayış evinin özüdür. Bunu anlamaq üçün qüvvədə olan mülki məcəllənin əlaqəli normalarının, məsələn, 437, 438, 758 və s. maddələrinin nəzərdən keçirilməsi kifayət edərdi. Bu da, öz növbəsində hakimə müqavilə predmetinin əmlakın özü olduğunu müəyyən etməkdə və ümumiyyətlə “müqavilə predmeti” məfhumunun mahiyyətinə varmaqda köməklik edərdi. Beləliklə, tərəflər arasında bağlanılmış “....mənzil əvəzləşməsi” adlandırılan, əslində aşkar alqısatqı xarakteri daşıyan xx.xx.2023-cü il tarixli müqavilənin predmetini torpaq sahəsi deyil, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təşkil etmişdir. Müqavilə tərəflərinin hüquq və vəzifələri də bilavasitə həmin fərdi yaşayış evi, onun dəyərinin ödənilməsi ilə bağlı olmuşdur. Müqavilədən aşkar görünür ki, tərəflərin hüquq və vəzifələri torpağın dəyərinin ödənilməsi ilə bağlı olmayıb, məhz fərdi yaşayış sahəsinin dəyərinin ödənilməsini ehtiva etmişdir. Eyni zamanda, qətnamədə qeyd edilən “fərdi yaşayış evi ayrıca deyil yerləşdiyi yaxud fəaliyyətlərini təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi nəzərdə tutulması...” cümləsinə gəlincə, bu, hakimin Reyestr Xidməti tərəfindən şəxsə verilən “vahid çıxarış” məfhumunu, “vahid əmlak” məfhumu ilə eyniləşdirməsi və bu məfhumları differensasiya edə bilməməsi ilə əlaqədardır. Hakim qətnamədə qeyd etdiyi “ayrılmaz:” və “vahid” əmlak ifadələrinin normativ mənbəyini də göstərə bilməmişdir. Maraqlıdır, xx.xx.2023-cü il tarixdən, yəni bir ildən artıq müddətdə işə baxan, nəticədə bütün prosessual müddətləri pozan birinci instansiya məhkəməsinin hakimi, torpaq sahəsinin ayrıca qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edərkən, torpaqla, bina və tikililərin vahid və ayrılmaz olduğundan məlumatlı deyildi mi, yoxsa bu barədə məhkəmə prosesinin sonunda məlumat ala bilmişdi? Belə mövqedən çıxış edən birinci instansiya məhkəməsinin hakimi ayrıca hüquqi statusa malik olan torpaq sahələri, onların özgəninkiləşdirilməsi, icarə və istifadəyə verilməsi, ayrıca özgəninkiləşdirilməsinin mümkünlüyü barədə qüvvədə olan qanunvericilik, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı və digər normativ aktlarla tanış olmalı və qətnamə qəbul edərkən öz şəxsi mülahizələrini deyil, qanunun tələblərini rəhbər tutmalı idi. Birinci instansiya məhkəməsinin qətnaməsi, iddia təmin edilməyən hissədə tamamilə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasını iddia təmin edilməyən hissədə düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququ pozulduğu, həmin əmlakın dəyəri ona ödənilmədiyi halda, bu hissədə qeyd edilən maddi hüquq norması tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsinin hakimi ayrıca hüquqi statusa malik olan torpaq sahəsi, onun özgəninkiləşdirilməsi, icarə və istifadəyə verilməsi, ayrıca özgəninkiləşdirilməsinin mümkünlüyü barədə qüvvədə olan qanunvericilik, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı və digər normativ aktları təhlil etmədən səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasını iddia təmin edilməyən hissədə düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququ pozulduğu, həmin əmlakın dəyəri ona ödənilmədiyi halda, bu hissədə qeyd edilən maddi hüquq norması tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsinin hakimi ayrıca hüquqi statusa malik olan torpaq sahəsi, onun özgəninkiləşdirlməsi, icarə və istifadəyə verilməsi, ayrıca özgəninkiləşdirilməsinin mümkünlüyü barədə qüvvədə olan qanunvericilik, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı və digər normativ aktları təhlil etmədən səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia təmin edilməyən hissədə ümumiyyətlə araşdırma aparmamış, öz şəxsi mülahizələri ilə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2023cü il tarixdən başlayaraq, bir ildən artıq müddətdə işə baxmış, nəticədə bütün prosessual müddətləri pozmuş, ilkin olaraq torpaq sahəsinin ayrıca qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etsə də, sonradan tamamilə fərqli nəticəyə gələrək, torpaq sahəsinin fərdi yaşayış evinin bir hissəsi kimi nəzərdən keçirməklə əsassız qətnamə qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Birinci instansiya məhkəməsi, ilkin olaraq torpaq sahəsinin ayrıca qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etsə də, sonradan tamamilə fərqli mövqe bildirərək, torpaq sahəsinin fərdi yaşayış evinin bir hissəsi kimi nəzərdən keçirməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya intansiyası icraatı zamanı müəyyən edilən hallar
5. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etmiş və qeyd etmişdir ki, pilot layihə icra etməklə müqavilənin “E” bəndində fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə vahid bölünməz əşya kimi qeyd etmişlər, müqavilənin “E” bəndindən də görünür ki, fərdi yaşayış evi ayrıca deyil, yerləşdiyi yaxud fəaliyyətlərini təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi nəzərdə tutulmuşdur,alğı-satqı müqaviləsindən də görünür ki, müqavilə əvəzləşdirmə müqaviləsidir. Eyni zamanda, müqavilə ilə iddiaçı tərəfin razılaşdığını, kompensasiyanı iqtisadi vəziyyətlə əlaqədar gecikdirdiklərini bildirmişdir.
6. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni hesab edirlər və məhkəmə tərəfindən tutulan kompensasiya məbləği ilə də razıdırlar. Əlavə olaraq qeyd etmişdir ki, müqavilədə ev torpaq sahəsi ilə birlikdə qeyd edilmişdir.
7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırda cavabdeh şikayət vermədiyindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə onun tərəfindən mübahisə edilən hissədə araşdırma aparmalıdır. Cavabdeh şikayət vermədiyindən araşdırma yalnız şikayət verilmiş iddianın təmin edilməyən hissəsində aparılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 29-İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
11. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir. İddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsi torpaq sahəsinin dəyərinin ödənilməsidir. Lakin iş materiallarında olan tərəflər arasında bağlanmış “Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilənin “mənzilin söküntüsü və yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi”, “layihənin həyata keçirildiyi ərazidə mülkı̇ yyətçı̇ yə aid fərdi yaşayış evi (yerləşdiyi, yaxud fəaliyyətlərini təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi) yerləşməkdədir və bu hal layihənin tamamlanmasına mane olur”, “ünvan 5 ünvanında yerləşən və mülkiyyətçiyə məxsus fərdi yaşayış evinin söküntüsünü həyata keçirməklə onun yerləşdiyi torpaq sahəsində yeni yaşayış binasının tikintisini həyata keçirəcəkdir” kimi ifadələrdən və müqavilənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin torpaq sahəsinin dəyərinin ayrıca tələb edilməsi hissəsində əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisələndirilən hissədə iddia tələbi təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, iddia edilən hallar tərəflər arasında müqavilənin dəyişdirilməsi və ya bu qəbildən olan digər münasibətlərin yaranmasına əsas kimi və bu müstəvidə razılığın mümkünsüzlüyündən irəli gələn tələblər həddində müzakirə edilə bilər.
14. Kollegiya məhkəmə xərcləri üzrə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəyən şəxsə aid edilməlidir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-423/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.