Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9910/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh payın naturada ayrılması tələbinə dair ilk, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2261/2021 saylı iş üzrə 13 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi 21 saylı fərdi yaşayış evinin ¼ hissədə müəyyən olunmuş payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, X2 adına xüsusi mülkiyyət kimi ilkin hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 02 saylı reyestr kitabında 238 sahifədə 27 iyul 1989-cu il tarixdə qeydiyyat aparılmış, hal-hazırda 72 hissəsi mülkiyyətində Bakı şəhəri, Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, 21 saylı evin həyatyanı sahəsi 1448,4 kv. metr təşkil etdiyi halda, qərəzli olaraq və ya səhvən ölçüsü 0,0074 göstərilmiş İddiaçı adına 02.03.2021-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılması və cavabdeh Daşınmaz Əmlakı Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəli şəxslərinin və İddiaçı əməllərində Azərbaycan Respublikasının CM-nin 191, 308, 308, 311,312-cu maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olduğu üçün barələrində xüsusi qərardad çıxararaq Prokurora göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2261/2021 saylı iş üzrə 13 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Həmin qərardadın iş ürə icraatın dayandırılması hissəsində ləğvinə dair Cavabdeh tərəfindən verilmiş şikayət isə birinci instansiya məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, suallarının məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmadığı halda hazırki iş üzrə icraatın dayandırılması halı növbəti prosessual hərəkətlərin aparılmasını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən Cavabdeh şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2261/2021 saylı iş üzrə 13 iyul 2021-ci il tarixli qərardadı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur – xüsusilə ona görə ki, təyin etdiyi ekspertizanın növü baxımından iş materialları ekpertizaya göndərilməlidir; habelə, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsi məqsədəmüvafiq deyildir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2261/2021 saylı iş üzrə 13 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsaslar olmasa da, iş üzrə iddia təmin tədbiri barədə qəbul edilmiş qərardad Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə ləğv edilərək, ərizəyə baxılması üçün mülki işin materillarının birinci instansiya məhkəməsinə qaytarılması qərara alındığından həmin ərizəyə baxılması üçün icraatın təzələnməsi məsələsinə baxılması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2261/2021 saylı iş üzrə 13 iyul 2021-ci il tarixli qərardadı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9910/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9910/2021
06.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver