Məhkəmə qərarları › İş №2(103)-995/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-995/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-995/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X10, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı ilk, iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X10, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2023 nömrəli, 24 oktyabr 2023cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2021-ci il tarixdə Cavabdeh2, Cabbarova Elnarə, Cavabdeh1 və Cavabdeh3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində "Buta Traidinq” MMC-də kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməmişdir.

2. İnsan Resursları şöbəsinin rəhbəri Cavabdeh2 tərəfindən "Buta Traidinq” MMC-nin direktoru Cavabdeh14 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, xx.xx.2021-ci il tarixində İnsan Resursları şöbəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin T bəndinə əsasən (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) kargüzarlıq işlərinin görülməsi məqsədilə İddiaçı İnsan Resursları üzrə kiçik mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Müqavilə 1 (bir) ay sınaq müddəti olmaqla, 3 ay müddətinə bağlanmışdır. İşçi sınaq müddəti dövründə əmək intizamı qaydalarını kobud şəkildə pozmuş; 1 (bir) ay müddətində 2 gün məlumat vermədən işə gəlməmiş; bir neçə dəfə işçilər arasında nifaq yaradaraq nalayiq davranışlar sərgiləmiş; dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, iş saatında iş yerinin digər otaqlarında oturaraq, öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirməmiş; əmək münasibətlərində etik davranış qaydalarına riayət etməmiş; verilən tapşırıqların tam şəkildə icra edildiyinə dair şöbə rəhbərinə yanlış vermiş; kompyuterin yaddaşında İnsan Resurslarına dair olan bütün məlumatları bərpası mümkün olmayacaq dərəcədə sıfırlamışdır. İşçi sınaq müddəti dövründə iş prosesinə maneələr yaradaraq, nalayiq davranışlar sərgiləmiş, şər-böhtanla şöbə rəhbərini və İnsan Resursları üzrə mütəxəssis Cavabdeh4 təhdid etmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İddiaçı sınaq müddətini doğrultmadığı üçün lazımi tədbirlərin görülməsinə icazə verilməsi xahiş edilmişdir.

3. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixli xəbərdarlıq və xx.xx.2021-ci il tarixli sınaq müddəti ərzində işçi dəyərləndirmə forması, işçi İddiaçı görüş iştirakçılarının şahidliyi ilə həm şifahi bildirilmiş, həm də yazılı şəkildə təqdim olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixli yazılı xəbərdarlıqla və xx.xx.2021-ci il tarixdə sınaq müddəti ərzində işçi dəyərləndirmə forması ilə tanış olmaqdan imtina etmiş və etirazını, səs tonunu yüksəldərək mübahisə etmiş, daxili nizam-intizam qaydalarını pozmuş, hətta əməkdaşlara psixoloji təzyiq göstərmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 görüşün keçirilməsində, şifahi və yazılı xəbərdarlığın, həmçinin sınaq müddəti ərzində işçi dəyərləndirmə formasının təqdim edilməsində iştirak etdiklərini öz imzaları ilə təsdiq etmişlər. Onlarla yanaşı, Cavabdeh15 Cavabdeh8, Cavabdeh13 və Cavabdeh12 işçi İddiaçı etik davranış qaydalarını dəfələrlə pozmasına şahidliklərini öz imzaları ilə təsdiq etmişlər.

4. xx.xx.2021-ci il tarixdə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, X4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X11 və Cavabdeh11 tərəfindən tərtib edilmiş aktdan görünr ki, xx.xx.2021-ci il tarixində işçi İddiaçı əmək müqaviləsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən) xitam verilməsi barədə (xx.xx.2021-ci il tarixli “Xəbərdarlıq” və xx.xx.2021-ci il tarixli "Sınaq müddəti ərzində işçi dəyərləndirmə forması”) təkrar şifahi məlumat verilməsinə baxmayaraq, işçi İddiaçı xx.xx.2021-ci il tarixində israrla, şirkətin direktoru Cavabdeh14 Sain oğlu ilə görüşmək istədiyini bildirmiş, rəhbər ilə görüş həmin tarixdə saat 16:30-da təşkil edilmişdir. Görüş, iş vaxtından gec bitməsi səbəbindən rəhbərliyin öncədən alınmış sabit qərarının icrası (işçi İddiaçı əmək müqaviləsinə xitam verilməsi) xx.xx.2021-ci il tarixinə (xx.xx.2021-ci il tarixi ödənişli qeyri iş günü olduğu üçün) keçirilmişdir. Görüş 16:30da başlamış, iş saatından sonra bitmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunverciliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda, "xxxx" MMC- nin direktoru Cavabdeh14 Sain oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilərək İddiaçı əvvəlki iş yerinə qaytarılması barədə "xxxx" MMC-nin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması ona bildirilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1617/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinə qaytarılmışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin ləğv edilməsi, İddiaçı "Buta Traidinq” MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "Buta Traidinq” MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/428-5/343 nömrəli 30 mart 2022-ci il tarixli ekpsert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 161-ci vərəqində olan "Buta Traiding” MMC ilə İddiaçı adları olan əmək müqaviləsinin 2-ci paraqrafının 2.2-ci bəndində "İşin birinci” yazılarının qarşısındakı "1” rəqəmi - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 2-ci paraqrafının 2.2-ci bəndində yazılmış "1” rəqəmi və həmin müqavilədəki digər əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "Buta Traidinq” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun cavabdeh "Buta Traidinq” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5682/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh "Buta Traidinq” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2022-ci il tarixli, 2(103)-1135/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş "Buta Traidinq” MMC tərəfindən "Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, Cavabdeh4 xx.xx.2021-ci ildən xx.xx.2021- ci ilədək, Cavabdeh8 xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, Cavabdeh7 xx.xx.2021-ci ildən həmin MMC-də işləmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X10, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 5000 manat olmaqla, ümumilikdə 75000 manat, hüquqi xidmət göstərilməsi üçün 550 manat, dövlət rüsumu üçün ödənilmiş 317 manat olmaqla, cəmi 75867 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyəti ilə bağlı xx.xx.2021-ci ildə "Buta Traidinq” MMC-nin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə müddətli rəsmiləşdirilmiş əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. İddiaçı əmək münasibətlərinə, qanun-qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmazlıqlara yol verməmişdir. Bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Tağızadə Aidə ona vəzifə borclarına tamamilə zidd olan tapşırıqlar və göstərişlər (iş vaxtı saçlarını fenlə düzləşdirməsini, iş vaxtı avtomobil vasitəsilə övladını evdən götürərək müəllim yanına hazırlığa aparmasını, sonra isə evə geri gətirməsini və digər şəxsi məsələləri) verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq vermədiyi üçün, lakin iş fəaliyyəti ilə bağlı heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin yersiz etirazları ilə qarşılaşmış və xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xəbərdarlıq olunmadan əmək müqaviləsinə xitam verilməklə o, vəzifədən azad edilmişdir. Onunla əmək müqaviləsi 3 aylıq müddətə bağlanmış və bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuş, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün apellyasiya instansiya məhkəməsi tərəfindən həmin əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Mərkəzin xx.xx.2022-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq əmək müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. İddiaçı işdən çıxarılması ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyatı orqana şikayətlər etmiş və əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli **********95 saylı məktubunda bildirilmişdir ki, "Sizin "Buta Traidinq” MMC- də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə X9 Xidməti Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "Buta Traidinq” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aranızda bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda, "Buta Traidinq” MMC-nin direktoru Cavabdeh14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir”. İddiaçı daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Buta Traidinq” MMC-dən işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "Buta Traidinq” MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "Buta Traidinq” MMC ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrin ləğv edilməsi, İddiaçı "Buta Traidinq” MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "Buta Traidinq” MMC-dən tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5682/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmasına baxmayaraq bu günədək tam şəkildə icrası təmin edilməmişdir. "Buta Traidinq” MMC İddiaçı işdən çıxarılmasını xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarla əsaslandırmışdır. xx.xx.2021-ci il tarixli aktda İddiaçı səs tonunu yüksəldərək mübahisə etdiyi, daxili nizamintizam qaydalarını pozduğu və hətta əməkdaşlara psixoloji təzyiq etdiyi qeyd olunmuşdur. Aktda qeyd olunanlar cəfəngiyatdan ibarətdir və həqiqətə uyğun deyil. xx.xx.2021-ci il tarixli aktda isə İddiaçı xx.xx.2021-ci il tarixdə saat 16:30-a təyin edilmiş görüşdə iştirak etdiyi və görüşü həddən artıq uzun çəkdiyi qeyd edilmişdir. Halbuki, İddiaçı həmin tarixdə rəhbərliyin qəbulunda olmamış və qəbula yazılmamışdır. Bu aktı tərtib etməkdə rəhbərliyin məqsədi Əmək Müfəttişliyini yanıltmaq olmuşdur. Çünki İddiaçı əmək müqaviləsi ayın 17-si tarixində bağlandığı üçün rəhbərlik onun işdən çıxarılmasına qanuni don geyindirmək məqsədilə belə addım atmışdır. İddiaçı rəhbərliklə yeganə görüşü xx.xx.2021-ci il tarixdə olmuşdur. Sözügedən görüşdən əvvəl direktor Cavabdeh14 onun gəldiyi məruzə olunmuş, direktor isə cavabında "Hansı qız? İşdən qovduğumuz qız?” deyə katibəsinə sual vermişdir. Ümumiyyətlə qoşmaya əlavə edilən məhkəmə qərarlarından da "Buta Traidinq” MMC-nin İddiaçı qarşı etdiyi haqsızlıqlar aydın görünür. Bunlar yetmirmiş kimi sözügedən məhkəmə qərarlarının icrası kimi xx.xx.2023-cü il tarixdə İddiaçı "Buta Traidinq” MMC-də işə bərpa olunsa da, yenidən rəhbərlik tərəfindən işə buraxılmamış və xx.xx.2023-cü il tarixdə qanunsuz, heç bir xəbərdarlıq olmadan işdən azad edilmişdir. Bu məsələ ilə bağlı o yenidən məhkəməyə müraciət edəcəkdir. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktları imzalayanların bir qismi "Buta Traidinq” MMC-nin yeni işçiləri olmuş, bir qismi isə İddiaçı ümumiyyətlə tanımamışlar. Cavabdeh4, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11 xx.xx.2021ci il tarixdən 2-3 gün əvvəl "Buta Traidinq” MMC-yə işə qəbul olunmuşlar və 2-3 gün ərzində İddiaçı tanımaları mümkün ola bilməzdi. İddiaçı aktı imzalayanlardan Cavabdeh5, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13 ümumiyyətlə görməmişdir, tanımır və onlar da İddiaçı tanımırlar. "Buta Traidinq” MMC öz qanunsuzluqlarını ört-basdır etmək üçün həmin şəxslərdən alət kimi istifadə etmişdir. Aktlarda qeyd edilənlərin heç biri həqiqət deyil və İddiaçı şərəf, ləyaqətinə və işgüzar nüfuzuna zərər vurmuşdur. Sözügedən yalan məlumatlar İddiaçı ağır iztirab keçirməsinə və psixoloji olaraq çökməsinə səbəb olmuşdur. Belə ki, bu aktı imzalayan şəxslər ucbatından 2 ildən artıq müddətdə İddiaçı məhkəmələrdə qalmış və 2 ildən artıq müddətdən sonra yekun məhkəmə qərarı qəbul edilmiş, həmçinin, 2 ildən artıq müddət ərzində heç bir əmək fəaliyyəti ilə məşğul ola bilməmiş və onda olan mənəvi iztirablar daha da ağırlaşmışdır. Kifayət qədər maraqlı məqamdır ki, İddiaçı həmin müəssəsisədə işlədiyi 1 ay ərzində çox insanı tanımamış və onların da heç bir münasibətləri olmadığı, İddiaçı tanımadıqları halda belə aktı imzalamaqla onun hüquqlarını pozmuşlar. İddiaçı hüquqlarını müdafiə etmək üçün Vəkil1 ilə müqavilə bağlamış və müqaviləyə əsasən vəkilə 550 manat məbləğində ödəninş etmişdir.

14. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh14 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh3 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh5 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh6 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh7 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh9 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh10 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh12 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh13 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun İddiaçı tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddiaya əsasən xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli aktları imzalayan şəxslər tərəfindən İddiaçı yalan bəyanatlar istinad edildiyi qeyd olunaraq həmin şəxslərin hər birindən 5000 manat pul tələb olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən bu əsassız iddianın geri götürülməsi ilə bağlı təkliflər təqdim olunsa da, İddiaçı tərəfindən bu təkliflərə müsbət cavab verilməmiş və bu da iş vaxtının itirilməsinə və əlavə xərclərin yaranmasına səbəb olmuşdur. İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində işçinin məlumat vermədən iki tam iş günü işə gəlməməsi və şöbə rəisi ilə aralarında yaranan mübahisələrdən sonra işçinin əmək müqaviləsinə xitam verilməsi qərara alınmış və bu səbəbdən də İddiaçı xəbərdarlıq məktubu və sınaq müddəti ərzində işçi dəyərləndirmə formasının təqdim edilməsindən imtina etmiş, bundan sonra mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlar tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli akt ilə Cavabdeh13 və Cavabdeh12 İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduqlarını təsdiq etmişlər. Həmin akt ilə eyni zamanda şifahi və yazılı xəbərdarlığın, sınaq müddəti ərzində işçi dəyərləndirmə formasının təqdim edilməsində iştirak edildiyi təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli aktla isə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 görüşün 16:30-da başlayıb iş saatından sonra bitdiyini təsdiq etmişlər. Həmin aktlar işçinin işdən çıxarılması üçün əsas sənəd olmamış, sadəcə işçinin işdən çıxarılması ilə bağlı başlanmış prosesdən sonra baş vermiş hadisələri təsdiq etmişdir. xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Sonra məhkəmə qərarları ilə "işçiyə müqavilədə sınaq müddəti təyin edilmədiyi müəyyən olunmuş və Əmək Məcəlləsinin 70-ci maddəsinin "d” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmr ləğv olunmuş və işçi işə bərpa olunmuşdur. Cavabdeh14 "Buta Traidinq” MMC-nin direktorudur və İddiaçı ilə bir dəfə işçinin istəyi ilə görüş keçirmiş və işçinin işlədiyi şöbənin rəisi tərəfindən təqdim olunmuş təqdimata əsasən işçinin əmək müqaviləsinə xitam vermişdir. İşçi işdən çıxarılması ilə bağlı iddia vermiş və ona mənəvi ziyan ödənilməsi ilə bağlı qətnamə çıxarılmış və "Buta Traidinq” MMC tərəfindən həmin ziyan ödənilmişdir. Cavabdeh3 "Buta Aqro” MMC-nin direktorudur və Cavabdeh14 ilə eyni binada və mərtəbədə işləyirlər. "Buta Traidinq” MMCnin əməkdaşı deyil. xx.xx.2021-ci il tarixdə Cavabdeh14 ilə İddiaçı arasında görüş keçirildiyinə şahid olmuş və buna görə də aktı imzalamışdır. Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 xx.xx.2021-ci il tarixdə Cavabdeh14 ilə İddiaçı arasında görüş keçirildiyinə şahid olmuş və buna görə də aktı imzalamışlar. Cavabdeh12 və Cavabdeh13 xx.xx.2021-ci il tarixli akt ilə İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduğunu təsdiq etmişlər. Bunun səbəbi isə onun iş yerində olan davranışları olmuşdur. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində işçinin məlumat vermədən iki tam iş günü işə gəlməməsi, təqdim edilmiş sənədləri qəbul etməməsi həmin faktı təsdiq etməsinin əsası olmuşdur. Hər iki akt İddiaçı əmək müqaviləsinə xitam verilməsinə qərar verildikdən, bunun ona bildirilməsindən sonra tərtib edilərək təsdiq olunmuşdur. Yəni hər iki akt da əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan sənəd olmamışdır. Yenə həmin aktların mötəbərliyini şübhə altına alan və ya etibarsız hesab edilmələri ilə bağlı heç bir sübut da məhkəməyə təqdim edilməmişdir. xx.xx.2021-ci il tarixli akt ilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh13 və Cavabdeh12 İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduğunu təsdiq etmişlər. İşçinin 2 tam iş günü işə gəlməməsi etik davranış qaydalarının və hətta Əmək Məcəlləsinin tələblərinin pozulması ilə nəticələnir. Sadəcə bu hal aktın həqiqətə uyğun tərtib edildiyini sübut edir. Eyni zamanda, xx.xx.2021-ci il tarixli aktın mətnində kiminsə şərəf və ləyaqətinə münasibətdən nəsə yazılmamış, əmək müqaviləsinə xitam verilməsinə dair qərar qəbul olunduqdan sonra tərtib edilmiş daxili bir sənəd olduğu üçün işgüzar nüfuza zərər vurması da mümkün deyildir. Yenə qeyd olunan akt İddiaçı başqa yerdə əmək fəaliyyəti ilə məşğul olmasına heç bir maneçilik törədə bilməzdi. xx.xx.2021-ci il tarixli aktla isə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 görüşün 16:30-da başlayıb iş saatından sonra bitdiyini təsdiq etmişlər. Görüşün başqa vaxt baş tutduğunu iddia edən İddiaçı məhkəməyə bununla bağlı sübut təqdim edə bilməmişdir. Yenə həmin aktın mətnində kiminsə şərəf və ləyaqətinə münasibətdən nəsə yazılmamış, qeyd olunan aktın İddiaçı başqa yerdə əmək fəaliyyəti ilə məşğul olmasına heç bir maneə törətdiyinə dair sübut təqdim edilməmiş və ərizədə əsaslandırılmamışdır. İddiaçı işdən çıxarılmasına əsas olan sənədlər mübahisə predmeti aktlar olmamışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsinə əsas olan sənəd bu aktlardan əvvəl, yəni xx.xx.2021-ci il tarixdə tərtib olunmuş "sınaq müddəti ərzində işçi dəyərləndirmə formu” olmuşdur.

16. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək, göstərmişdir ki, qarşılıqlı iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsi yalnız təxəyyüllərə əsaslanmış, orada qeyd olunan arqumentlərə dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddia ərizəsində ortaya qoyulan mövqe bir daha məhkəmə predmeti olan aktların dəstəklənməsinə yönəlmiş və özlərini haqlı çıxarmaq üçün yenidən İddiaçı ünvanına şər və böhtanlar atılmışdır. Qarşılıqlı iddia ərizəsində İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində işdə olmaması bildirilir və bu səbəbdən onun əmək müqaviləsinə xitam verildiyi əks olunur. Halbuki, həmin tarixlərdə İddiaçı səhhətində yaranan problemlərə görə işdə olmamış və bunu təsdiq edən sənədlər məhkəməyə və iş yerinə aidiyyatı qaydada təqdim edilmişdir. Həmin sənədlərin iş yerinə təqdim edilməsi və bu barədə heç bir problemin olmaması barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutlardan aydın olur ki, iş yerinin müdriyyəti bu məsələni normal qəbul etmiş və işçinin səhhətinin vacib olduğu qənaətinə gəlmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd olunan məsələnin əsas gətirilərək əmək müqaviləsinə xitam verildiyi bildirilsə də, bu nüans özü özünü inkar etməkdən başqa bir şey deyil. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "a” bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud pozulması hesab edilir və bu əsasa görə işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə işdən azad edilməli idi. İndiki halda isə işəgötürən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən işdən azad etmişdir. Bütün sadalanan bu faktlar İddiaçı həmin iş yerində şər və böhtana məruz qalmasını və cavabdeh qismində adı çəkilən işçilərin də həmin şər və böhtana alət olaraq onun hüquqlarını pozduğunu göstərir. Qarşılıqlı iddia ərizəsində İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduğu əks olunmuşdur. Əgər İddiaçı həqiqətən dəfələrlə etik davranış qaydalarını pozmuşdursa və iş prosesinə maneə yaratmışdırsa, nəyə görə işəgötürən onunla bağlanan əmək müqaviləsinə səhv əsasla xitam vermişdir? Görünüdüyü kimi, qeyd olunan aktların imzalanmasında əsas məqsəd İddiaçı psixoloji təsir göstərmək, onun şərəf, ləyaqətinə və işgüzar nüfuzuna təsir göstərmək olmuşdur. Qarşılıqlı iddia ərizəsində mülki işin predmeti olan aktlarda yazılanlar təsdiqlənsə də, həmin aktlarda qeyd olunanların həqiqətə uyğunluğu barədə heç bir sübut qeyd edilməmişdir. Hazırki işdə cavabdehlər şəxsən məhkəmə iclasına gəlməli və aktlarda qeyd olunan məsələlər sual-cavabla bir daha araşdırılmalıdır. Çünki aktlarda qeyd olunan məsələlər iddiaçını dərindən yaralamış və üstəlik bu aktları imzalayanların qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməsi dərin mənəvi zərərə məruz qoymuşdur. Qarşılıqlı iddia ərizəsində qeyd olunan, xx.xx.2021-ci il tarixli aktla bağlı bildirilənlər də tamamilə uydurma və yalandır. Belə ki, İddiaçı xx.xx.2021- ci il tarixində işəgötürənlə heç bir görüşü olmamış və bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Bu aktın imzalanması işəgötürənin qanunsuz əməllərinə hüquqi don geyindirmək və məsuliyyətdən yayınmaq istəyi olmuşdur. Xüsusilə apellyasiya instansiya məhkəməsində İddiaçı ilə bağlanmış əmək müqaviləsinin saxtalaşdırılması faktı üzə çıxmışdır. Belə ki, əmək müqaviləsi 3 aylıq müddətə bağlanmış və müqavilənin bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuş, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün apellyasiya instansiya məhkəməsi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, həmin Mərkəzin xx.xx.2022-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq əmək müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. Bundan əlavə sözügedən aktların mövcudluğu barədə İddiaçı apellyasiya instansiya məhkəməsində keçirilən proseslərdə xəbər tutmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra "Buta Traidinq” MMC özünə bəraət qazandırmaq məqsədilə İddiaçı barəsində müxtəlif aktlar tərtib edərək təqdim etmiş və aktlar apellyasiya instansiya məhkəməsində ona şər və böhtan atmaq məqsədilə istifadə edilmişdir. Yalnız İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin arxivinə müraciət etdikdən sonra həmin aktlarla tanış olmuşdur. Həmin an İddiaçı və ailəsinin keçirdiyi stres və şok vəziyyəti sözlərlə izah etmək çətindir. İddiaçı qarşı olan qanunsuz əməllərə görə "Buta Traidinq” MMC-nin direktoru Cavabdeh14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "Buta Traidinq” MMC ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT- İX-049 saylı əmrin ləğv edilməsi, İddiaçı "Buta Traidinq” MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "Buta Traidinq” MMC-dən tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya və kassasiya şikayətləri versə də, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-4705/2021 nömrəli mülki iş üzrə yekun qərar olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 5682/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı 10 aya yaxın müddətdir ki çıxmasına baxmayaraq, bu günə qədər icra edilməmişdir. Bütün bunlar göstərir ki, xx.xx.2021-ci il tarixli əmr kimi, mülki işin predmeti olan aktlar da qanunsuz şəkildə tərtib edilmiş və nəticədə İddiaçı zərər vurmaqla sonuncunun şərəf, ləyaqətini və işgüzar nüfuzunu zədələmişdir.

17. Qarşılıqlı iddia üzrə iddiaçıların vəkili-nümayəndəsi Vəkil2 ərizə təqdim edərək, qarşılıqlı iddianın 2-ci vərəqinin sonrakı abzaslarında texniki səhv olaraq xx.xx.2021-ci il kimi qeyd olunduğunu bildirmişdir. Qarşılıqlı iddiadakı bu ziddiyəti aradan qaldırmaq məqsədi ilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 görüşün xx.xx.2021-ci il tarixdə saat 16:30-da başlayıb iş saatından sonra bitdiyini, xx.xx.2021-ci il tarixli aktın onlar tərəfindən imzalandığını və aktlarda qeyd olunanları təkrar təsdiq etdiklərini əlavə etmiş, qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakim X8)

19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə zəruri sübutları məhkəməyə təqdim etmək "xxxx" MMC-nin hüququ olmuş və MMC öz hüququndan istifadə etmişdir. Bu məsələnin hazırki iş üzrə cavabdehlərə isə aidiyyəti yoxdur, çünki aktlar onlar tərəfindən işəgötürənə təqdim edilmək üçün tərtib edilmiş, qiymətləndirmə forması isə müəssisənin rəhbəri Cavabdeh14 və İnsan resursları şöbəsinin müdiri X12 tərəfindən tərtib edilərək şəxsi işə əlavə edilmiş və hər hansı vasitə ilə ictimailəşdirilməsi, yayılması sübuta yetirilməmişdir. Göstərilənləri ümumiləşdirərək, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi “cavabdehlərin hər birindən 5000 manat olmaqla, ümumilikdə 75000 manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsassız olduğundan və tələbin dəlilləri müvafiq qaydada sübuta yetirilmədiyindən, tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “iş vaxtının itirilməsinə görə 700 manat və mənəvi zərər üzrə 1000 manat məbləğlərində vəsaitin qarşılıqlı iddia üzrə hər bir iddiaçının xeyrinə qarşılıqlı iddia üzrə cavabdehdən tutulması” hissəsinə münasibətdə bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar ilk iddia üzrə iddiaçının iddiası səbəbindən iş vaxtlarını itirdiklərini və buna görə onların hər birinə 700 manat məbləğində maddi ziyan və eyni zamanda, əlavə olaraq, mənəvi zərər dəydiyini bildirsələr də, onlar bu iddialarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. İlkin iddia üzrə iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək məhkəmədə müvafiq qaydada iddia qaldırmış, iddiasının əsaslı olub-olmamasını müəyyən etmək isə məhkəmə araşdırmasının predmeti olmuşdur. İlkin iddia üzrə cavabdeh qismində cəlb edilmiş şəxslər isə məhkəmənin çağırışlarına gəlməyə borclu olmuş, buna baxmayaraq, hazırda qarşılıqlı iddia qaldırıb iş vaxtının itirilməsinə görə zərərin ödənilməsini tələb edən 9 nəfər ilkin iddia üzrə cavabdehlərin heç biri məhkəmə iclaslarına gəlməmiş, öz seçimlərinə görə məhkəmədə vəkil-nümayəndə vasitəsilə təmsil olunmuş və həm iş vaxtının itirilməsinə, həm də qarşılıqlı iddia qaldırmaq üçün çəkdikləri vəkil- nümayəndə xərcinə görə pul tələb etmişlər. Məkhəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar iş vaxtının itirilməsini və mənəvi zərər çəkmələrini sübuta yetirə və əsaslandıra bilməmişlər. Göstərilənlərə əsasən, onlara maddi (əldən çıxmış fayda) və mənəvi zərər dəyməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 23-cü, 1096-cı, 1097.1-ci, 1099-cu, 1112-ci, 1115-ci, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 88-ci, 101.3-cü, 103.1-ci, 119.1-ci, 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətini ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır, əlavə olaraq göstərmişdir ki, məhkəməyə təqdim edilən sübutlara məhkəmə tərəfindən qərəzsiz, obyektiv münasibət bildirilməmiş, bəzi sübutlara isə ümumiyyətlə qiymət verilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2018-ci il tarixli Qərarında qeyd edilir ki, işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.

28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. İlk iddia üzrə iddiaçı tərəfindən qətnamə yalnız ilk iddia tələbinin təmin edilməyən hissəsinin ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hisssədə yoxlanılır. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

34. İşin faktiki hallarından göründüyü kimi, ilk iddia üzrə İddiaçı xx.xx.2021-ci il tarixində "Buta Traidinq” MMC-nin İnsan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "d” bəndinə əsasən - "sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda” əsası ilə işdən azad edilmişdir. İddiaçı işdən çıxarılması barədə əmri məhkəmə qaydasında mübahisələndirmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "Buta Traidinq” MMC-yə işə bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Hazırda ilk iddia üzrə iddiaçı onun barəsində xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə tərtib edilmiş aktlara imza çəkən şəxslərə, yəni "Buta Traidinq” MMC-nin işçiləri və həmin MMC-də işçi olmayan şəxslərə qarşı iddia qaldıraraq, həmin aktların onun şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər vurduğunu bildirib, ilk iddia üzrə cavabdehlərin hər birindən 5000 manat olmaqla, cəmi 75000 manat məbləğində mənəvi zərərin və çəkdiyi məhkəmə xərclərinin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

36. İşdən müəyyən edildiyi kimi, ilk iddia tələbinin “cavabdehlərin hər birindən 5000 manat olmaqla, ümumilikdə 75000 manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə iddiaçı cavabdehlərin təqsirli hərəkəti nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehlərin təqsirli hərəkəti dedikdə iddiaçı cavabdehlər tərəfindən imzalanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktları, eyni zamanda, sınaq müddəti ərzində işçi dəyərləndirmə formasını nəzərdə tutaraq, həmin aktlarda və dəyərləndirmə formasında göstərilən məlumatların onun şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirdiyini, aktların və formanın onun işdən çıxarılması üçün əsas olduğunu, bu məlumatların yayılması səbəbindən başqa işəgötürənlərin onu işə götürmədiyini və bütün bunların nəticəsində mənəvi zərərə məruz qaldığını iddia edir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktları, sınaq müddəti ərzində işçi dəyərləndirmə forması araşdırılarkən həmin aktların və dəyərləndirmə formasının mətnində iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən hər hansı ifadədən istifadə edilməmiş, onun “0” ilə qiymətləndirilməsi müəssisə rəhbərinin və şöbə rəhbərinin subyektiv yanaşması olmuş, iddiaçının işə bərpa edilməsi barədə çıxarılmış məhkəmə qərarları tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçının işdən çıxarılmasının əsasını həmin aktlar və dəyərləndirmə forması təşkil etməmişdir. Mübahisələndirilən aktlar və dəyərləndirmə forması iddiaçı barəsində heç bir hüquqi nəticəyə səbəb olmamaqla, məhz faktı təsdiq edən sübut kimi tərtib edilərək şəxsi işə əlavə edilmişdir. Belə ki, adətən, hər kəsə bəlli olan faktları təsdiq etmək üçün hadisənin şahidi olmuş şəxslər akt tərtib edib, aktda göstərilənlərin doğruluğunu öz imzaları ilə təsdiq edirlər. İlkin iddia üzrə iddiaçı tərəf aktların onlarda adı göstərilən şəxslər tərəfindən imzalanmadığını güman etdiklərini bildirərək və aktları etibarsız hesab edərək, əslində öz iddialarına dair ziddiyyətli mövqe sərgiləyirlər. Belə ki, aktlar həmin şəxslər tərəfindən imzalanmamışsa, ilk iddia üzrə cavabdeh qismində cəlb edilən şəxslərin əslində özlərinin imzalamadıqları akta görə məsuliyyət daşımaları, yəni cavabdeh qismində cəlb edilmələri düzgün deyildir. “İddiaçı tanımayan, həmin şirkətdə işləməyən şəxslərin akta imza etməsi” dəlilinə münasibətdə qeyd edilməlidir ki, akta imza edənlərin həmin müəssisədə işləməməsi hələ hadisənin şahidi olmamalarına dəlalət etmir. Belə ki, burada müxtəlif hallar, məsələn, başqa şirkətin işçisi olub eyni binada işləmək, vakant vəzifə üçün müsahibəyə gəlmək və digər mümkün ehtimallar nəzərə alınmalıdır. Aktların və formanın əvvəlki mübahisə üzrə iş materialı qismində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi İddiaçı barədə məlumatların yayılması kimi qiymətləndirilməməlidir. Belə ki, iş üzrə zəruri sübutları məhkəməyə təqdim etmək "xxxx" MMC-nin hüququ olmuş və MMC öz hüququndan istifadə etmişdir. Bu məsələnin hazırki iş üzrə cavabdehlərə isə aidiyyəti yoxdur, çünki aktlar onlar tərəfindən işəgötürənə təqdim edilmək üçün tərtib edilmiş, qiymətləndirmə forması isə müəssisənin rəhbəri Cavabdeh14 və İnsan resursları şöbəsinin müdiri X12 tərəfindən tərtib edilərək şəxsi işə əlavə edilmiş və hər hansı vasitə ilə ictimailəşdirilməsi, yayılması sübuta yetirilməmişdir.

37. Belə ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

38. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddia tələblərinin təmin edilməməsi nəticəsinə gəlmişdir.

39. Kollegiya mənəvi zərərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşdədə mübahisəsiz qaydada müəyyən edilir ki, cərrahiyə əməliyyatı nəticəsində keçirdiyi ağrılar, hazırki əziyyət, ağrılar və stresslər iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur.

40. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.

41. Qeyd edilməlidir ki, (Ali Məhkəmənin Plenum qərarında qeyd edilən mövqeyə əsasən) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

42. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla təmin edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İlk iddia üzrə İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3187/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar