Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9958/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü iddiaya baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.03.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə vermişdir. “Buraxılmış prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.09.2021-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini qərara almış və apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən baxılan zaman Rayon Məhkəməsi 08.10.2021-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, “prosessual müddətin bərpa edilməsi barədə” 09.09.2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə baxılması üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər (maddə 133.6.). Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər (maddə 267.1.). Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir (maddə 267.3.). Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Odur ki, qeyd edilən prosessual normanın tələbini və iddiaçı tərəfindən Rayon Məhkəməsinin qəbul etdiyi “prosessual müddətin bərpa edilməsi barədə” 09.09.2021-ci il tarixli qərardadından verdiyi şikayətin təmin edildiyi halda, hazırki apellyasiya icraatının qeyri-mümkün olmasını nəzərə alan Məhkəmə hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və iddiaçı tərəfindən qərardaddan verilmiş şikayətə baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki mülki iş apellyasiya baxışından çıxarılsın və İddiaçı Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayətə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9958/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9958/2021
22.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver