Məhkəmə qərarları › İş №2(103)-9981/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9981/2021

03.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9981/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehə Məmmədhüseyn qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3538/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehə Məmmədhüseyn qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh qarşı cavabdeh və ailə üzvlərinin mənzildən mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək kirayə haqqı verilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə İddiaçı K-ya ayrılmış torpaq sahəsində yerləşən Həsənoğlu küçəsi, ev 14A, mənzil 36 ünvanında yaşayan cavabdeh Hadiyeva (Rəcəbova) Samirəə Məmmədhüseyn qızı və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14A saylı evin 36-cı mənzilinin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MTK əfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14A saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh Hadiyeva (Rəcəbova) Samirəə Məmmədhüseyn qızına məxsus 36 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə 5 kv.m. yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri- yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №- li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 14A saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 14A ünvanında yerləşən 36 saylı mənzilin mülkiyyətçisi olan Hadiyeva (Rəcəbova) Samirəə Məmmədhüseyn qızı ilə də danışıqlar aparılmağa çalışılmış, lakin Cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Qeyd edir ki, İddiaçı MTK tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 58,5 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı təklif olunur. İddiaçı MTK iddiaçının mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 190 sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə notarial müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Cavabdehin ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, Cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur Hesab edir ki, cavabdehin tələbi əsassızdır və hüquqdan sui-istifadədir. Cavabdehin əsassız tələbləri nəticəsində qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keirilməsini qeyri-mümkün edir və təklif edilən bərabər şərtlərlə razılaşaraq mənzillərini təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini də pozur. Göründüyü kimi hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir. Lakin Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Sərəncamın icrası ilə əlaqədar olaraq həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladığımız əvəzləşmə müqavilələri üzrə öhdəliklərimizi vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya ödənilməsi MTK-ya külli miqdarda maddi zərər vurur. Qeyd edilənlərə əsasən hesab edirik ki, ünvan 4 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Hadiyeva (Rəcəbova) Samirəə Məmmədhüseyn qızına məxsus olan yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 58,5 kv.m yaşayış sahəsinin tikilib təhvil verilməsi və aylıq 400 (dörd yüz) manat kirayə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilməsi verilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra İddiaçı MTK iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, Cavabdehə Məmmədhüseyn qızı tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 52,18 kv.m-dən ibarət olan mənzil boşaldılaraq "xxxx" MTK-ya təhvil verilsin və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməsi, “Ailə Park" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 52,18 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 65,3 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdehə Məmmədhüseyn qızına təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "xxxx" MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin ounan günədək "Aiə Park” MTK tərəfindən Cavabdehə Məmmədhüseyn qızına hər ay 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Məmmədhüseyn qızı cavabdeh İddiaçı MTK-ya qarşı təhvil verilməli mənzilin sahəsinin 100 kv.m-ə yaxın olması və müqavilədə göstərildiyi kimi 500 manat kirayə pulunun verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 14.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MTK-nın ona təhvil verməli olduğu mənzilin ümumi sahəsinin 100 kv.m-ə yaxın bir sahə olmasını və “AİLƏ PARK“ MTK-nın verməli olduğu kirayə haqqının aylıq 400 (dörd yüz) manat yox, "AİLƏ PARK“ MTK-nın müqaviləsində nəzərdə tutulan kimi 500 (beş yüz) manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh AİLƏ PARK" MTK Nərimanov Rayon Məhkəməsinə müraciət edərək onun və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 14A saylı evin 36 saylı mənzilinin ona mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilinin boşaldılması və sökülməsi, “AİLƏ PARK" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənağa küçəsində kəskin qəzalı vəziyyətdə olan 14A saylı binanın yerinə tikiləcək çoxmərtəbəli yaşayış binasında ona məxsus 36 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə 58.5 k.m yeni və təmirli mənzil verilməklə, habelə çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməyi üçün aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqının ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, onun mənzilinin sahəsi çıxarışda 48.82 kv.m olaraq qeyd olunmuşdur. Həmin mənzilin iki balkonu var-3 kv.m və 4.88 kv.m sahədə. Ümumilikdə mənzilin ümumi sahəsi 56.70 kv.mdir. “AİLƏ PARK" MTK-nın təklifinə görə “AİLƏ PARK" MTK tərəfindən ona veriləcək olan mənzilin sahəsi onun mənzilinin ümumi sahəsi və onun 25% (14.175 kv.m) əlavəsini təşkil edir. Ümumilikdə ona verilməli olan mənzilin ümumi sahəsi 70.875 kv.m olmalıdır. Lakin cavabdeh “AİLƏ PARK" MTK-nın 26 aprel 2021-ci il tarixli müqaviləsində ona verilməli olan mənzilin sahəsi isə 67.9 kv.m nəzərdə tutulmuşdur. Halbuki “AİLƏ PARK" MTK-nın ona qarşı qaldırmış olduğu iddiada ona veriləcək mənzilin ümumi sahəsi 58.5 kv.m nəzərə tutulub. Həmçinin qeyd edir ki, “AİLƏ PARK" MTK-nın müqaviləsində ona kirayə haqqı üçün aylıq 500 (beş yüz) manat qeyd olunmuşdur. Halbuki cavabdehin məhkəməyə müraciət ərizəsində ona kirayə haqqı üçün aylıq 400 (dörd yüz) manat kirayə haqqının verilməsitələb etmişdir. Məhkəməyə müraciət etməkdə məqsədi ona verilməli olan mənzilin ümumi sahəsinin düzgün hesablanması və “AİLƏ PARK" MTK-nın müqaviləsində nəzərdə tutulan kirayə haqqı üçün aylıq 500 (beş yüz) manatın verilməsinin təmin edilməsidir. Həmçinin qeyd edir ki, özü İİ qrup əlildir. Oğlu da İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş və medalla təltif olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3538/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin olunması, Cavabdeh tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 52,18 kv.m-dən ibarət olan mənzil boşaldılaraq “Ailə Park" MTK-ya təhvil verilsin və həmin mənzil "xxxx" MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 52,18 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 65,3 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi, iddiaçı Cavabdehə Məmmədhüseyn qızının cavabdeh İddiaçı MTK-ya qarşı təhvil verilməli mənzilin sahəsinin 100 kv.m-ə yaxın olması və 500 manat kirayə pulunun verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehə Məmmədhüseyn qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və “Ailə Park’' MTK-nın iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinə istinad edir ki, müvafiq inzibati orqanların verdiyi rəylər də həqiqəti əks etdirmir. Belə ki, faktiki olaraq həmin binalarda vəziyyət məhkəmə qətnaməsində qeyd edildiyi, yəni qəzalı vəziyyətdə deyil. Həmin binalar yaşamaq üçün kifayət qədər əlverişlidir. Elə buna görə də binada yaşayan bəzi şəxslər də öz evlərini tərk etməyərək öz mülkiyyət hüquqlarını müdafiə edirlər. Digər tərəfdən məhkəmə onun qarşılıqlı iddia üzrə tələblərini “əsassız” hesab edir, lakin tələblərini əsassız hesab etdiyini əsaslandırmır, yalnız iddiaçının mövqeyini təkrarlamaqla bu qənaətə gəlmişdir. O, həmin mənzilin mülkiyyətçisidir və öz mülkiyyət hüquqlarını müdafiə etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz. İddiaçı MTK-ya əsassız üstünlüyün verilməsi qanunsuzdur. Məhkəmə onun mülkiyyət hüquqlarını iddiaçının xeyrinə heç bir əsas olmadan məhdudlaşdırır. İddiaçı MTK mənzilin qiymətləndirilməsi, təhvil veriləcək mənzilin sahəsi və mənzil təhvil verilənə qədər ödəniləcək kirayə haqqı ilə bağlı vəd etdiyi və müqavilədə göstərdiyi öhdəliklərini yerinə yetirmir. Belə ki, mənzilinin sahəsi çıxarışda 48.82 kv.m qeyd olunsa da, ümumilikdə mənzilin ümumi sahəsi 56.70 kv.m-dir. İddiaçı MTK-nın təklifinə görə İddiaçı MTK tərəfindən ona veriləcək olan mənzilin sahəsi onun mənzilinin ümumi sahəsi və onun 25% (14.175 kv.m) əlavəsini təşkil edir. Ümumilikdə verilməli olan mənzilin ümumi sahəsi 70.875 kv.m olmalıdır. Lakin İddiaçı MTK-nın 26 aprel 2021-ci il tarixli müqaviləsində ona verilməli olan mənzilin sahəsi isə 67.9 kv.m nəzərdə tutulmuşdur. Halbuki İddiaçı MTK-nın ona qarşı qaldırmış olduğu iddiada ona veriləcək mənzilin ümumi sahəsi 58.5 kv.m nəzərə tutulub. Həmçinin, İddiaçı MTK-nın müqaviləsində onun kirayə haqqı üçün aylıq 500 (beş yüz) manat qeyd olunmuşdur. Halbuki cavabdehin məhkəməyə müraciət ərizəsində ona kirayə haqqı üçün aylıq 400 (dörd yüz) manat kirayə haqqının verilməsi tələb etmişdir. Ona verilməli olan mənzilin ümumi sahəsinin düzgün hesablanması və İddiaçı MTK-nın müqaviləsində nəzərdə tutulan kirayə haqqı üçün aylıq 500 (beş yüz) manatın verilməsinin təmin edilməsi üçün öz mülkiyyət hüquqlarını müdafiə etdiyi halda məhkəmənin onun bu hərəkətlərini “əsassız” hesab etməsi tamamilə absurddur. O özü İİ qrup əlildir və oğlu da İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş və medalla təltif olunmuşdur. İddiaçı MTK tərəfində mənzil təqdim edilən zaman bütün bunları nəzərə alınmalı və ona 100 kv.m mənzil sahəsi və mənzil təhvil verilənə qədər kirayə haqqı üçün hər ay 500 manat pul ödəməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehə Məmmədhüseyn qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3538/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 36 №-li mənzil Cavabdehə Məmmədhüseyn qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 03.03.2015-ci il tarixdə qeydiyyat aparılmışdır; İş materiallarına əlavə edilmiş Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 09.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin 20 09.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlot Agentliyinin 28.01 2020-cı ıl tarixli, 20082Q3001S4 saylı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18 02 2020-cı il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan. Respublikasının Fövqaiadə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərınşaatlayihə" Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun 03 03 2020-cı il tarixi: rəyini nəzərə alaraq. "Yerli icra Hakimiyyətləri haqqında Əsasnamə'mn 6 8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız voziyystdə olan, şəhərin və ərazinin umtımi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası uçun icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi, Sifarişçiyə-Sahəni yerində qəbul etməsi və onun sanitar vəziyyətinə riayət edilməsi, Sahədən yalnız bu Sərəncamla müəyyən edilmiş məqsədlə istifadə olunmasının təmin edilməsi, Sahənin qanunsuz zəbt olunmasının qarşısının alınmasını və mövcud yaşıllıqların qorunub saxlanılmasının təmin edilməsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində İnterservis" Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin edilməsi, Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasını təmin etdilməsi, Bu Sərəncamdan irəli gələn d.gər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin edilməsi, Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət ekspertiza Baş İdarəsinin müsbət rəyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması uçun əsas olan obyektin tikintisinə icazənin alınmasının təmin edilməsi, yuxarıda qeyd edilən bəndlərin tələbləri yerinə yetirilməsə, bu Sərəncamın ləğv edilməsi, məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması tapşırılmış, Torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikas. Torpaq Məcəlləsinin 73-cü maddəsi Hə tənzimlənir, Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətə nəzarət edilməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03 mart 2020-ci il tarixli rəyin Həsənoğlu küçəsi, bina 14 a-ya aid olan hissəsindən görünür ki, Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir, Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla bir hissəsi ağac konstruksiyalar üzrə asbestsement şifer vərəqələrlə, qalan hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmalara məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatlan aşınaraq yararsız hala düşmüş, eyvan tavalarının alt hissələrində armaturların mühafizə qatlan qopub tökülmüş, armaturlar korroziyaya uğramışdır. Eyvan tavalarının yanları hörülərək bağlanmışdır. Bu da konsol tipli balkon tavalarının əlavə yüklənməsinə səbəb olmuşdur. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və suaxıdıcı boruların nasaz vəziyyətdə olmasından və bəzi yerlərdə asbest-sement şiferlərin çatiaması nəticəsində atmosfer yağıntıları zamanı divarların nəmlənməsi nəticəsində suvaq qatının qoparaq tökülməsi müşahidə olundu. Bütün buniar binanın yükdaşıyan elementlərinin zəifləməsinə və gələcəkdə xoşagəlməz fəsadların baş verməsinə səbəb ola bilər. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16Ä saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni iliərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək oiar.Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə metal borular, şveller və ikitavrlar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikif artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Eyvanların sahəsini artırmaq üçün yer səviyyəsində ikinci, üçüncü mərtəbə səviyyəsinədək qaldırılmış metal borulardan, şveller və ikitavr profillərdən ibarət üzərində kifayət qədər yük olan sütunlar rabitəsiz quraşdırılmışdır ki, bu d yeraltı və yerüstü təkanlar zamanı təhlükəlidir. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinir artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. İş materiallarına əlavə edilmiş 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilədən görünür ki, Bakı Şəhər Nərimanov rayon İcra Başçısının 55 saylı, 11.03.2020-ci il tarixli sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında razılaşma olmuşdur. İş materiallarına əlavə edilmiş 1 №-li, 30.07.2021-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Həsənoğlu küçəsi, bina 14 a, 36 saylı mənzilin faktiki ümumi sahəsi 52,18 kv.m müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 29.10.2020-ci il tarixli, 29/10-20 №-li rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonun, Fətəlixan Xoyski prospekti ilə Təbriz küçəsi, Aşıq Molla Cümə küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binalarda olan “Yaxşı və Orta təmirli , yumşaq və bərk mebellə təchiz olunmuş Televizor, Kondisoner, Soyuducu və Paltaryuyan qoyulmuş ” mənzillərin Kirayə haqqıları 2020-ci ilin aprel - sentyabr aylarında 1 -otaqlı mənzillər üçün aylıq kirayə haqqı-300,0-320,0 manat, 2 otaqlı mənzillər üçün aylıq kirayə haqqı-380,0-450,0 manat, 3 otaqlı mənzillər üçün aylıq kirayə haqqı-500,0-620,0 manat, 4 otaqlı mənzillər üçün aylıq kirayə haqqı 650,0-700,0 manat civarında təklif olunduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonun, Fətəlixan Xoyski prospekti ilə Təbriz küçəsi, Aşıq Molla Cümə küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən Yüksəkmərtəbəli, müasir layihə ilə tikilmiş, geniş, işıqlı, daxili hündürlüyü 3,00-3,20 m olan təmirsiz mənzillərin 1 kv. metrinin 1350-1650 manat civarında, Köhnə 1960-1970-ci illərdə tikilmiş, istismar müddəti bitmək üzrə olan, müasirliyini itirmiş, daxili hündürlüyü 2.70 -2,80 m təşkil edən darısqal, əksəriyyəti qəzalı vəziyyətdə olan 5 mərtəbəli daş binalarda olan orta təmirli mənzillərin bir kv.metrinin satış qiyməti 1300,0-1200,0 manat civarında təklif olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 5.3cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Mənzil Məcəlləsinin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri- yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 14A saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 14A ünvanında yerləşən 36 saylı mənzilin mülkiyyətçisi olan Cavabdehə Məmmədhüseyn qızı ilə də danışıqlar aparılmağa çalışılmış, lakin Cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlıgına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, o mənzili boşaltdıgı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəzəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Hazırkı cavabdehdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər sakinlər onlara yaradılmış şəraitdən və İddiaçı MTK-nın əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən icra olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin mənzilə görə MTK-dan əsassız olaraq real olmayan qiymətlər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən haqlı olaraq hesab etmişdir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, ilk iddia təmin edilməli, Cavabdeh tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 52,18 kv.m-dən ibarət olan mənzil boşaldılaraq “Ailə Park" MTK-ya təhvil verilsin və həmin mənzil "xxxx" MTK tərəfindən sökülsün, Ailə Park MTK tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 52,18 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 65,3 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MTK tərəfindən Cavabdeh hər ay 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdehə Məmmədhüseyn qızının cavabdeh İddiaçı MTK-ya qarşı təhvil verilməli mənzilin sahəsinin 100 kv.m-ə yaxın olması və 500 manat kirayə pulunun verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız oldugundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməklə, qarşılıqlı iddia tələbini təmin etməmklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3538/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehə Məmmədhüseyn qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3538/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar