Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-100/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mülkiyyətə maneçiliyin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi) Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su çəninin götürülməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(043)-60/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2021-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə ev 5 mənzil 42 İddiaçı xüsusi mülkiyyətindədir.
2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə 5 nömrəli binanın sakinləridirlər.
3. İddiaçı bildirir ki, cavabdehlərə məxsus olan və binanın üstündə quraşdırılmış su çənlərindən axan su nəticəsində evinə ziyan dəyir. Ona görə də həmin çənlər cavabdehlərin hesabına götürülməlidir
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su çəninin götürülməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə 5 nömrəli binanın damına qanunsuz qoyulmuş su çənlərinin cavabdehlərin hesabına götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və X3 mülkiyyət hüququ üzrə ona məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə ev 5 mənzil 42 ilə qonşuluqda yaşayırlar. İşi ilə əlaqədar müvəqqəti olaraq həmin mənzildə yaşamır. Lakin imənzilinə gələrkən binanın damına cavabdehlər Cavabdeh1 və X3 tərəfindən qoyulmuş çənlərdən axan su nəticəsində evin tavanına və divarlarına xeyli ziyan dəydiyini görmüşdür. Bu barədə cavabdehlərə bildirsə də, onlar heç bir tədbir görməmişlər.
6. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci il tarixli 4614 nömrəli ekspert rəyi ilə cavabdehlər Cavabdeh1 və X1 məxsus su çənlərinin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti. 3-cü döngə, ev 5, 42 nömrəli mənzilinin üzərində yerləşmədiyi müəyyən olunmuş; İddiaçı mülkiyyətində olan Gəncə çəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 3-cü döngə, ev 5, 42 nömrəli mənzilin yaşayış otağının divarında və tavanında su sızma ləkələrinin olması, boya qatının qopması müəyyən olunsa da, binanın dam hissəsində yerləşən su çənləri İddiaçı mənzilinin üstündə yerləşmədiyindən, damın döşəməsində nəmlənmə olmadığı, su çənlərində boruların düzgün quraşdırıldığı nəzərə alınaraq, İddiaçı mənzilində mövcud olan qüsurların, həmin su çənlərindən və ya hər-hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır.
7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(043)- 60/2021 nömrəli (Z.Hüseynov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su çənlərinin götürülməsi tələbinə dair iddiası təmin edilməməsi; İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi; İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi ekspertizanın verdiyi rəyi sübut kimi qəbul edərək qeyd etmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi isnad etdiyi hallar, yəni cavabdehlərə məxsus su çənlərinin onun mənzili üzərində yerləşməsi və həmin su çənlərindən su axıdılması nəticəsində onun mənzilinin divarlarına zərər dəyməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.
9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 107, 119, 217.4, 218.3 maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, mülkiyyətində olan mənzilin üzərində ona məxsus su çəni yerləşdirilməmişdir. Onun mənzilinin üzərində qonşuya məxsus su çəni yerləşir. Həmin su çəninin alt hissəsində yerləşən divar nəmlənmiş və nəticədə onun evinin divar və tavanınında ləkələr yaranmış, eləcədə boya qopmuşdur. Cavabdehlər ekspertin gəlişinə görə su çəninin alt hissəsini qurutmuşlar.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli 2(104)-2121/2021 nömrəli (hakimlər-L.Sülemanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Ş.Rzaquliyev) qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(043)-60/2021 nömrəli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 3-cü döngə, 5 saylı binanın damına qanunsuz qoyulmuş su çənlərinin cavabdehlərin hesabına götürülməsinə dair iddiasının təmin edilməməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su çənlərinin götürülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilsə də, bu zaman heç bir maddi hüquq normasına istinad edilməmiş, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Eləcədə məhkəmə qeyd etmişdir ki, sözügedən su çənlərindən su axıdılması nəticəsində iddiaçının mənzilinin divarlarına zərər dəyməsi və cavabdehlərin delikti öz təsdiqini tapmamışdır. Kollegiya bu fikrini Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci il tarixli, 4614 nömrəli rəyinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli 2(102)-5791/2021 nömrəli (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli 2(104)-2121/2021 nömrəli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyəti üçün hər hansı real təhlükənin olub-olmaması barədə məlumat nəinki apellyasiya məhkəməsinin istinad etdiyi ekspertiza rəyində mövcud deyil, hətta həmin ekspertizanın təyin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərardadında bu sual ekspert qarşısında qoyulmamışdır. Bu hallar ona dəlalət edir ki, təhlükə xüsusatına dair işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən ümumiyyətlə araşdırma aparılmamışdır. Bundan başqa, işdəki ekspertiza rəyində iddiaçının mənzilinin yaşayış otağının divarında və tavanında su sızma ləkələrinin olması, boya qatının qopması müəyyən olunsa da, həmin vəziyyətin başqa bir səbəbdən qaynaqlandığı, yəni çənlərdən su axma imkanı birmənalı təkzib edilməmişdir. Ekspert rəyində iddiaçının mənzilində mövcud olan qüsurların su çənlərindən və ya hər-hansı səbəbdən baş verməsini müəyyən edə bilməməsini binanın dam hissəsində yerləşən su çənlərinin iddiaçının mənzilinin üstündə yerləşməməsi, damın döşəməsində nəmlənmə olmaması və su çənlərində boruların düzgün quraşdırılmasını qeyd etmişdir. Buna baxmayaraq apellyasiya məhkəməsi çənlərdən iddiaçının mənzilinə daha əvvəl su axması imkanını təkzib edib-etmədiyini, rəydə gəlinən nəticə və ümumilikdə rəyin mötəbər sübut kimi qəbul olunması üçün yetərli olub-olmadığını qiymətləndirməmiş, yalnız həmin rəyə əsasən iddianı rədd etmişdir. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir.
17. Həmçinin kassasiya kollegiyası hesab etmişdir ki, baxılan işdə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
18. Kassasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.4 maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 64.1, 77.1, 79.1, 88, 97.1, 101.7, 102.1, 102.2, 102.3, 103.1, 103.2, 175.1, 175.2, 217.3, 416, 417, 419 maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat:
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları,
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, cavabdehlərə məxsus su çəni məhz onun mənzilinin üzərində yerləşir və həmin çəndə mənzilə su sızır, bu səbəbdəndə su çənlərinin götürülməsi zəruridir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
34. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli 2(102)-5791/2021 nömrəli ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mübahisənin yenidən araşdırılması iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(043)-60/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmalıdır.
40. Belə ki, işin halları ondan ibarətdir ki, Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə ev 5 mənzil 42 İddiaçı xüsusi mülkiyyətindədir və buna dair ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2021-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə 5 nömrəli binanın sakinləridirlər. Cavabdehlər tərəfindən yaşayış binasının üstündə quraşdırılmış su çənlərindən axan su iddiaçının evinə ziyan vurduğu üçün sonuncu hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə hazırkı mübahisələndirilən qətnamə qəbul etmişdir.
41. Bu qətnamənin 39-cu bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyində cavabdehlər Cavabdeh1 və X1 məxsus su çənləri İddiaçı mülkiyyətində olan Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 3-cü döngə, ev 5, 42 nömrəli mənzilin üzərində yerləşmədiyi, İddiaçı mülkiyyətində olan Gəncə çəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 3-cü döngə, ev 5, 42 nömrəli mənzilin yaşayış otağının divarında və tavanında su sızma ləkələrinin olması, boya qatının qopması, binanın dam hissəsində yerləşən su çənləri İddiaçı mənzilinin üstündə yerləşmədiyindən, damın döşəməsində nəmlənmə olmadığı, su çənlərində boruların düzgün quraşdırıldığı və İddiaçı mənzilində mövcud olan qüsurların, həmin su çənlərindən və ya hər-hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmaması qeyd olunsada, təkrar apellyasiya baxışı zamanı, yəni 23 may 2022-ci il tarixdə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuş və ekspert qarşısında Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 3-cü döngə, 5 saylı binanın damına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 su çənlərinin quraşdırılmasına müvafiq icazənin olubolmaması, icazə olmamışdırsa cavabdehlər tərəfindən dama quraşdırılmış su çənləri tikinti-texniki normalara uyğunluğu, su çənlərində (cavabdehlərin hansına məxsus olması qeyd olunmaqla) nasazlıq olmuşdursa axan su iddiaçının mənzilinə ziyan vurub-vurmaması, eləcədə cavabdehlər tərəfindən quraşdırılmış su çənləri gələcəkdə iddiaçının mənzilinə real təhlükə yarada bilməsinə dair suallar qoyulmuşdur.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli 10/824 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə 5 nömrəli binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinentinin 04 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədlər üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun aparılmamış, Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə 5 saylı binanın damında quraşdırılmış plasmas su cəni İddiaçı mənzilinə paralel digər mənzilin üstündə və birgə divarının yaxınlığında yerləşdirilməsi və həmin su çənində hər hansı bir nasazlıq olduqda və ya olmuşdursa axan su nəticəsində iddiaçının mənzilinə ziyan dəyə bilər. Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə 5 nömrəli binanın damında quraşdırılmış su çənlərindən gələcəkdə iddiaçının mənzilinə real təhlükə yaradıb-yaratmaması müvafiq qurumlar tərəfindən hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər.
44. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə 5 nömrəli binanın damında su çəninin quraşdırılması tikinti normalarının tələblərinə ziddir. Eləcədə su cəni İddiaçı mənzilinə paralel digər mənzilin üstündə və birgə divarının yaxınlığında yerləşdirildiyindən həmin su çənində hər hansı bir nasazlıq olduqda və ya olmuşdursa axan su nəticəsində iddiaçının mənzilinə ziyan dəyə bilər. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin binanın damında qurlaşdırılmış su çənləri önların vəsiti hesabına götürülməlidir.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 (100+100=200) manatdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 0s136010000********** SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(043)- 60/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su çəninin götürülməsi tələbinə dair iddiası təmin edilsin. Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti 3-cü döngə 5 saylı binanın damında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən quraşdırılmış su çənləri onların vəsaiti hesabına götürülsün. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 0s136010000********** SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.