Məhkəmə qərarları › İş №2(104)-1000/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1000/2025

24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1000/2025 24.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1686/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, mülki iş apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-864/2024 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1686/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən müddəətin bərpası barədə ərizə vermiş və ərizəyə apellyasiya şikayətini əlavə etmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qətnamədən Cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qətnamədən Cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-689/2025 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadı ləğv edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin mümkünlüyünə, həmçinin Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş müddətin bərpası barədə ərizəyə baxılması üçün Goranboy Rayon Məhkəməsinin göndərilməsi qərara alınmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş müddətin bərpası barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməli və apellyasiya şikayətinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, Cəfərli X2 Rayon Məhkəməsinin e-2(045)- 1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə qəbzlə almışdır. xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh tərəfindən Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və həmin şikayət xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-864/2024 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1686/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasının göstrilməməsi əsası ilə qeyrimümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılması qərara alınmış, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadı Cavabdeh xx.xx.2024-cü il tarixdə əldə etmiş və xx.xx.2024-cü il tarixdə nöqsanları aradan qaldıraraq müddətin bərpası barədə ərizə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin e-2(045)- 1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini cavabdeh xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Apellyasiya şikayətini isə xx.xx.2023-cü il tarixdə yəni qanunvericilik ilə nəzərdə tutulmuş müddət çərçivəsində elektron kabinetə yerləşdirilmişdir. Lakin sonrakı mərhələlərdə apellyasiya şikayəti yol verilmiş nöqsanlara görə geri qaytarılmışdır. Apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edən cavabdeh ilkin apellyasiya şikayətini vaxtında verdiyi üçün kollegiya hesab edir ki, ona münasibətdə buraxılmış müddət üzrlü hesab edilməli və bərpa edilməlidir. Azərbaycan Respublikası MPM: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilsin. Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddət bərpa edilsin və apellyasiya şikayətinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təqdim edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar