Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1001/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X14 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras payının müəyyən edilməsi, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)-67/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 272A seriyalı, KOD-60909048 Şəhadətnamənin sürətindən görünür ki, Ağdam rayonu, Evoğlu kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan yaşayış evi, Ağdam rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə X15 və X5 xüsusi mülkiyyətinə verilmişdir.
2. “Torpağa Mülkiyyət hüququna dair” JN-0052 seriyalı, KOD-60909048 Dövlət Aktın sürətindən görünür ki, Agdam rayon, Evoğlu kəndində 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 və X5 xüsusi mülkiyyətinə verilmişdir.
3. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın sürətindən görünür ki, X29 19 iyun 2006-cı il tarixdə vəfat etmişdir. Bu barədə xx.xx.2006cı il tarixdə, 15 №-li akt qeydi tərtib edilmişdir.
4. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın sürətindən görünür ki, X10 04 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Bu barədə xx.xx.2014-cü il tarixdə, 121 №-li akt qeydi tərtib edilmişdir.
5. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın sürətindən görünür ki, X10 ilə Cavabdeh1 18 aprel 1994-cü il tarixdə nikaha daxil olmuşlar.
6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialı tərəfindən xx.xx.2023-cü il tarixli Arxiv arayışından görünür ki, Ağdam rayonu, Qaradağlı kəndərazi nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən № 12 təsərrüfatbaşına uçot kitabının 53-cü səhifəsinə əsasən X15 ailə tərkibində bir nəfərin, oğlu X5 olduğu göstərilmişdir.
7. Ağdam rayon İHB-nin Qaradağlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 625 saylı arayışdan görünür ki, Ağdam rayon İHB-nin Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinin Evoğlu kənd sakini olmuş X29 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda onun xx.xx.1962-ci il təvəllüdlü İddiaçı, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 adında övladları var.
8. Məhkəmə sorğusu əsasında əldə olunmuş Ağdam RİH başçısnın Qaradağlı kənd İƏD nümayəndəliyinin 15 avqust 2025-ci il tarixli, 5-316/2-74-2025 saylı məktubundan görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş Ağdam rayonu, Evoğlu kəndində qeydiyyatda olmuş mərhum X16 varislərini müəyyən etmək üçün əllərində heç bir sənəd olmadığından kənd sakinləri və qohumları arasında sorğu aparılmış və müəyyən edilmişdir ki, M.İddiaçı vəfat edənə qədər Ağdam rayon Evoğlu kəndinə yaşamış və ölərkən subay olmuşdur. Onun yeddi övladı olmuş, bu günə onlardan beşi vəfat etmiş, ikisi isə X24 və X25 hazırda Ağdam rayonu, Evoğlu kəndində qeydiyyatdadır. xx.xx.2013-cü ildə vəfat etmiş Ağdam rayonu Evoğlu kəndində qeydiyyatda olmuş X10 evli olmuş, lakin övladı olmamışdır.
9. xx.xx.2008-ci il X12, X10, X30 və Cavabdeh2 tərəfindən tərtib edilmiş “vəsiyyətnamədən” görünür ki, ata və analarından qalmış həyətin və evin qardaşlarına verilməsi ilə razıdırlar, həmin həyətdən və evdən nə indi nədə gləcəkdə heç bir umacaqlarının olmamayacaqlarını qeyd etmişlər.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X13 və X1 miras qalmış Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yarımçıq tikilidən ibarət miras əmlaka miras payının tanınması və miras payının ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 1994-cü ildə vəfat etmiş X17 onun atası, 19 iyun 2006-cı ildə vəfat etmiş X29 onun anasıdır. Abbasov Məhəmmədəli onun qardaşıdır və xx.xx.2013-cü ildə vəfat etmişdir. X10 Cavabdeh1 ilə 1994-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Ağdam rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə anası X26 və qardaşı X8 Ağdam rayonu, Evoğlu kəndi ərazisində fərdi yaşayış evinin tikintisi məqdəsilə 0.25 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı JN 272A KOD 60909048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bütün qardaşları xx.xx.2008-ci ildə vəsiyyətnamə tərtib edərək valideynlərindən qalmış həyətin və evin ona verilməsinə razılaşdıqlarını göstərmişlər. Qardaşı Məhəmmədəli xx.xx.2008-ci ildə öz xətti ilə vəsiyyətnamə yazaraq anasından qalmış və öz adına olan mirası ona vəsiyyət etmişdir. Anası və qardaşı vəfat edəndən sonra onlardan miras qalmış təsərrüfatı o qəbul edib idarə etmişdir. Qardaşının həyat yoldaşı Cavabdeh1 ilə aralarında hər hansı mübahisə olmasa da, hazırda aralarında mübahisə yaranmışdır. Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0.25 ha torpaq sahəsi üzərində yarımçıq tikilidən ibarət miras əmlaka görə ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün Ağdam rayon notariat kontoruna müraciət etmişdir. Ağdam rayon notariat kontoru isə mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir.
12. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, mərhum X29 və X5 paylı mülkiyyətində olan Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsinin və Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,57 ha kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş trorpaq sahəsinin X13 miras qalan hissəsinə onların paylarının müəyyən edilməsi, mərhumlar X29 və X5 paylı mülkiyyətində olan Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsinin və Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,57 ha kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş torpaq sahəsinin X4 miras qalan hissəsinə Cavabdeh1 bütövlükdə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etsə də, mirası qanunvericiliklə müəyyən edilmiş müddətdə nə faktiki nə də, notariat qaydasında qəbul etməməklə yanaşı miras əmlakın dairəsini dəqiq göstərməmişdir. Bu səbəbdən də, miras əmlaka payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etmişlər. Məlumat üçün bildirilir ki, mərhumlardan qalan miras əmlak aşağıdakı kimidir: 1. Ağdam rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli 03 saylı qərarı ilə mərhum X18 və mərhum X8 Ağdam rayonu Evoğlu kəndində 0.25 ha torpaq sahəsi verilmiş, həmin torpaqla bağlı JN 272A KOD 60909048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. 2. Bundan başqa Ağdam rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli 03 saylı qərarı ilə mərhum X22 və mərhum X9 Ağdam rayonu Evoğlu kəndində 0.57 ha kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi verilmiş, həmin torpaqla bağl bağlı JN:0052, Kod 60909048 olan torpağın mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. İlk iddia üzrə iddiaçı yarımtikiliyə payın müəyyən edilməsini xahiş etsə də, yarımtikili daşınmaz əmlak kimi qeydiyyatdan keçməmişdir və miras kütləsinə daxil edilmir. İddiaçının istinad etdiyi 18 oktyabr 2008-ci il tarixli vəsiyyətnamə adlanan sənədin kim tərəfindən imzalanaması müəmmalıdır.
14. Ağdam Rayon Məhkəməsinin 2(013)-67/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) ilkin iddia qismən təmin edilərək, Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.25 ha torpaq sahəsinin mərhum X22 aid hissəsinə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı miras payı 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, ilkin iddianın qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.25 ha torpaq sahəsinin və “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktında göstərilən 0.57 ha torpaq sahəsinin mərhum X22 aid hissəsinə cavabdehlərin (qarşılılı iddia üzrə iddiaçılar) Cavabdeh2 miras payı 1/7 hissədə və Cavabdeh1 miras payı 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.25 ha torpaq sahəsinin və “Torpağa mülkiyyət hüquqna diar” Dövlət Aktıda göstərilən 0.57 ha torpaq sahəsinin mərhum X8 aid hissəsinə cavabdeh (qarşılılı iddia üzrə iddiaçı) Cavabdeh1 miras payı tam hissədə pay hüququnun müəyyən edilməsi. qarşılıqı iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarınin tərələrin özünə aid edilməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mərhum X15 vəfatından sonra onun birinci növbədə vərəsələri kimi yalnız onun övladları, yəni İddiaçı, Cavabdeh2, X31, X12, X30, X10 və X27 qalmışdır. X7, X12, X30, X10 və X27 hazırda vəfat etmişlər. X2 vəfatından sonra onun birinci növbədə vərəsəsi kimi yalnız onun arvadı Cavabdeh1 qalmışdır. Mərhum M.Abbasovun digər birinci növbədə vərəsəsinin olması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər məhkəmə iclasında yuxarıda göstərilən halları təsdiq etmişlər və mübasələndirməmişdilər. Məhkəmə onu da, qeyd edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında 18 oktyabr 2008-ci il tarixdə əl ilə yazılmış vəsiyətnaməyə istinad etmişdir. X12, X10, X30 və Cavabdeh2 tərəfindən 18 oktyabr 2008-ci il tarixdə əl ilə yazılmış vəsiyətnamə kimi göstərilmiş yazıdan görünür ki, bu vəsiyətnaməni onlar böyük qardaşları İddiaçı iştirakı ilə və öz razılıqları ilə məsləhətləşib könüllü olaraq 5 qardaş olaraq tərtib edirlər ki, ata analarından miras qalan həyəti və evi ata və analarının sağlıqlarında etdikləri vəsiyyətə uyğun olaraq böyük qardaşları olan İddiaçı verilməsinə tam razıdırlar, bu həyətdən və evdən nə indi, nə də gələcəkdə heç bir umacaqları olmayacaq, evin və həyətin Habilin adına sənədləşdirilməsinə razıdırlar. Göründüyü kimi 19 iyun 2006-cı il tarixdə vəfat etmiş X15 vəfatından sonra X12, X10, X30 və Cavabdeh2 tərəfindən 18 oktyabr 2008-ci il tarixdə əl ilə yazılmış vəsiyətnamə kimi göstərilmiş yazını vəsiyyətnamə kimi qəbul oluna bilməz və həmin yazı mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mərhum X15 birinci növbədə vərəsələrindən beş nəfəri vəfat etmişdir və onların, yəni beş nəfərin vərəsələrin dairəsi hazırkı iş üzrə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, mərhum X15 və X2 vərəsələrindən kimlərin sözü gedən miras əmlakları faktiki qəbul edilməsi hazırkı iş üzrə müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mərhum Mina Abbasovadan və Məhəmmədəli Abbasovdan miras qalmış sözü gedən torpaq sahələrinə hazır ki iş üzrə tərəflərin hər birinə qanun üzrə düşən pay hüquqları müəyyən edilməlidir. O, çümlədən mərhum Məhəmmədəli Abbasovun yeganə birinci növbədə vərəsəsi olan arvadı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qeyd olunan torpaq sahələrinin mərhum Mina Abbasovaya aid hissədə mərhum əri Məhəmmədəli Abbasova qanun üzrə düşən payına aid hissədə pay hüququ müəyyən edilməlidir. İlkin iddia ərizəsində göstərilən 0,25 ha torpaq sahəsinin üzərində olan yarımçıq tikililərin ibarət əmlak mərhum X15 xüsusi mülkiyyət hüququnu qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və çıxarışla rəsmiləşdirilməmişdir. Ona görə də, həmin tikili miras əmlak hesab oluna bilməz.
16. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması Mülki Məcəllənin 139.1, 337.1, 1134.1, 1147.1, 1151.1, 1159.1.1, 1159.1.3, 1159.2, 1179.1, 1179.2,1180.1, 1180.2, 1274-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
17. Ağdam Rayon Məhkəməsinin 2(013)-67/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Ağdam rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsini əsassız olduğu üçün ləğv edib ilkin iddianı tam təmin edib, qarşılıqlı iddianın təmin edilməsi hissəsinin əsassız olduğu üçün ləğv edib qarşılıqlı iddianın bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam rayonu Evoğlu kəndində 19 iyun 2009-cı ildə rəhmətə getmiş anası X19 və qardaşı X5 adına yaşayış evinin tikilməsi üçün 0.25 ha, 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Anası öləndən sonra anasının yasını o, yola verib, yasın xərcini o, çəkmişdir. Anasından sonra onun adına olan mirası o, faktiki qəbul edib idarə etmişdir. Qardaşı 04 aprel 2013-cü ildə rəhmətə getmiş qardaşı X10 ölməmişdən qabaq öz xətti ilə özünə məxsus bütün əmlakını ona vəsiyyət etmişdir. Digər qardaşlarında valideynlərindən miras qalmış əmlakın onun adına keçməsinə heç bir narazılıq bildirmədilər və mirası qəbul etmədiklərini bildirmişdilər. O, mərhum qardaşı X5 yoldaşı iddia üzrə Cavabdeh1 yoldaşı öləndən sonra mirasın qəbulu üçün heç bir addım amtamışdır. Buna baxmayaraq məhkəmə həm anasının, həm də, qardaşının adına mirası ondan başqa heç kimin qəbul edib idarə etmədiyi halda anasının miras əmlakda olan payını 1/7 paylı Cavabdeh2 və Cavabdeh1 payını tanımışdır. Halbuki bu ki, nəfərin mirasını qəbulu ilə bağlı məhkəməyə heç bir subut növü olmadığı halda mərhum anasına məxsus miras əmlakdan qarşılıqlı iddia üzrə iddiaçılar miras pay hüququ tanımışdır. Halbuki məhkəmədə dindirilmiş şahidlər mirasın yalnız onun qəbul edib idarə etdiyini bildirmişdilər. Belə olan halda məhkəmənin anasına məxsus miras əmlakdan cavabdehlərə pay verməsinin hüquqi əsası yoxdur. Məhkəmə qətnaməsində onun mərhum anasına məxsus “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə ilə 0.57 torpaqda payını müəyyən etməmişdir. Halbuki 0.57 hektar torpaq sahəsini də, bu günə kimi o, idarə etmişdir. İlk iddia üzrə cavabdehlərə məhkəmə tərəfindən pay müəyyən edilib. Ona isə pay müəyyən müəyən edilməmişdir. Bu bir daha onu subut edir ki, məhkəmə iddia üzrə cavabdehlərə pay müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyasında icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən qeyd etdiyi mübahisəli torpaq sahəsini o, istifadə etmiş, bağ salmışdır. Cavabdeh1 isə onun yanına gələrək həmin ərazinin ona məxsus olmasını bildirmişdir. Cavabdeh1 onun mərhum qardaşı Məhəmmədəli Abbasovun arvadı, X25 isə qardaşıdır. Məhəmmədəli Abbasov ilə Cavabdeh1 rəsmi nikahda olmuşlar. Qeyd olunan torpaq sahələri Mina Abbasovaya və Məhəmmədəli Abbasova məxsusdur. Minə Abbasova 2006-cı ildə, Məhəmmədəli Abbasov isə 2013-cü ildə rəhmətə getmişlər. 2006-cı ildə Məhəmmədəli həbsdə oolmuşdur. Anası rəhmətə gedəndə o yanında olmuşdur, öldükdən sonra isə həmin torpaq sahəsini özü istifadə etmişdir. Həmin torpaq sahəsini hasarlayıb ağac əkmiş, bərpa etmişdir. Məhəmmədəli həmin torpaq sahəsindən imtina edərək ona verilməsinə dair sənəd imzalamışdır.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegoyasının suallarına cavab olaraq bildirmişdir ki, qeyd olunan torpaq sahələri paylı mülkiyyətdir. Anasında qalan sahəsi üzrə mirası qəbul etməsi ilə bağlı İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (21 iyun 2025-ci ilədək olan redaksiyada):
22. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
23. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
25. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
26. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də, vəsiyyət üzrə vərəsə qəbul edir.
27. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
28. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
29. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
30. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
31. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
32. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
35. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
45. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Hazırkı apelyasya şikayətində qətnamə ilkin iddianın təmin edilməmiş hissəsində, qarşılıqlı iddianı isə təmin edilmiş hissədə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-67/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və ilkin iddia tələbi qismən, qarşılıqlı iddia təmin edilməlidir.
50. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X15 birinci növbədə vərəsələrindən beş nəfəri vəfat etmişdir və onların, yəni beş nəfərin vərəsələrin dairəsi hazırkı iş üzrə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, mərhum X15 və X2 vərəsələrindən kimlərin sözü gedən miras əmlakları faktiki qəbul edilməsi hazırkı iş üzrə müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mərhum Mina Abbasovadan və Məhəmmədəli Abbasovdan miras qalmış sözü gedən torpaq sahələrinə hazırki iş üzrə tərəflərin hər birinə qanun üzrə düşən pay hüquqları müəyyən edilməlidir. O, cümlədən mərhum Məhəmmədəli Abbasovun yeganə birinci növbədə vərəsəsi olan arvadı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qeyd olunan torpaq sahələrinin mərhum Mina Abbasovaya aid hissədə mərhum əri Məhəmmədəli Abbasova qanun üzrə düşən payına aid hissədə pay hüququ müəyyən edilməlidir.
51. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, X29 19 iyun 2006-cı il tarixdə vəfat etmişdir. Həmin tarixdən də, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 272A seriyalı, KOD- 60909048 saylı şəhadətnamə əsasında mülkiyyətində olan Ağdam rayonu, Evoğlu kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və “Torpağa Mülkiyyət hüququna dair” JN-0052 seriyalı, KOD-60909048 Dövlət Aktı əsasında Ağdam rayon, Evoğlu kəndində 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə miras açılmışdır. Onun ölümündən sonra vərəsələri övladları, yəni İddiaçı, Cavabdeh2, X12, X30, X10 və X27 qalmışdır. X11 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir.
52. Vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər.
53. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 miras qalmış “Torpağın mülkiyyətə verilməsinə dair” JN 272A seriyalı, KOD-60909048 saylı şəhadətnamə əsasında mülkiyyətində olan Ağdam rayonu, Evoğlu kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və “Torpağa Mülkiyyət hüququna dair” JN-0052 seriyalı, KOD-60909048 Dövlət Aktı əsasında Agdam rayon, Evoğlu kəndində 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinin vərəsələrdən İddiaçı və X10 mirası qəbul etmişlər. Belə ki, iş materiallarında olan X40 Sistemlərinin İstismarı İdarəsinin 18 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 2003-cü ildən anası X16 öhdəsində olan həyətyanı sahəsini 2023-cü ilədək 10/778 reper saylı subartezian quyusundan suvarmış, istifadə edilmiş suyun dəyəri İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin və X10 mərhuma məxsus torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçisi olduğundan mirası qəbul edilmişdir. xx.xx.2008-ci il tarixli X12, X10, X30 və Cavabdeh2 tərəfindən tərtib edilmiş “vəsiyyətnamədən” görünür ki, ata və analarından qalmış həyətin və evin qardaşlarına verilməsi ilə razıdırlar, həmin həyətdən və evdən nə indi nədə gləcəkdə heç bir umacaqlarının olmamayacaqlarını qeyd etmişlər. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X13 miras qalmış “Torpağın mülkiyyətə verilməsinə dair” JN 272A seriyalı, KOD-60909048 saylı şəhadətnamə əsasında mülkiyyətində olan Ağdam rayonu, Evoğlu kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və “Torpağa Mülkiyyət hüququna dair” JN-0052 seriyalı, KOD-60909048 Dövlət Aktı əsasında Agdam rayon, Evoğlu kəndində 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsini İddiaçı və X10 faktiki olaraq qəbul etmiş, onların hər birinin miras əmlakda payı ¼ olmuş və yuxarıda qeyd edilən əmlaklarda ümumilikdə İddiaçı payı 1/4 və X5 payı 3/4 olmuşdur.
54. X10 04 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra “Torpağın mülkiyyətə verilməsinə dair” JN 272A seriyalı, KOD-60909048 saylı şəhadətnamə əsasında mülkiyyətində olan Ağdam rayonu, Evoğlu kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və “Torpağa Mülkiyyət hüququna dair” JN-0052 seriyalı, KOD-60909048 Dövlət Aktı əsasında Agdam rayon, Evoğlu kəndində 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/4 hissəsinə miras açılmışdır. X5 ölümündən sonra birinci növbə vərəsəsi arvadı Cavabdeh1 qalmışdır. Ümumilikdə yuxarıda qeyd edilən əmlaklarda İddiaçı payı 1/4 və Cavabdeh1 payı 3/4 olmuşdur.
55. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır.
56. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-67/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Ağdam Rayon Məhkəməsinin 2(013)-67/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-67/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia və qarşılıqı iddia qismən təmin edilsin. X3 və X4 miras qalmış Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 272A seriyalı, KOD-60909048 saylı şəhadətnamə əsasında verilmiş 0,25 ha həyətyanı torpaq sahəsi və “Torpağa Mülkiyyət hüququna dair” JN-0052 seriyalı, KOD-60909048 Dövlət Aktı əsasında verilmiş 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı payı ¼ hissədə və cavabdeh (qarşılılı iddia üzrə iddiaçı) Cavabdeh1 payı ¾ hissədə müəyyən edislin. İlkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.