Məhkəmə qərarları › İş №2(104)-1023/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1023/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1023/2024 14.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzə İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(125)-157/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 14 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İlkin iddiaçı tərəfindən təqdim edilmiş qəbzdə qeyd edilmişdir ki, Cavabdeh Südabə xaladan götürdüyü qızılların pulu 5931 manat borcu var;

2. İlkin iddiaçı tərəfindən təqdim edilmiş qəbzdə qeyd edilmişdir ki, Cavabdeh 7273 manat dəyərində qızıl götürdü, aylıq 400 manat ödəyəcəkdir, 24.4 qr 750 əyarda qolbağı 1 ədəd 49.4 583 əyarda rekert boyunbağı 1 ədəd götürdü. xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci il 400 manat verdi;

3. İlkin iddiaçı tərəfindən təqdim edilmiş qəbzdə qeyd edilmişdir ki, Cavabdeh 4200 manat borcu var. xx.xx.2022-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 300 manat verdi;

4. İlkin iddiaçı tərəfindən təqdim edilmiş qəbzdə qeyd edilmişdir ki, Cavabdeh 11248 manat borcu borcu var, aylıq 500 manat ödəyəcəkdir. xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 355 manat, xx.xx.2022-ci ildə 300 manat verdi;

5. İlkin iddiaçı tərəfindən təqdim edilmiş qəbzdə qeyd edilmişdir ki, Cavabdeh 2913 manat borcu var, ayda 300 manat ödəyəcəkdir. xx.xx.2021-ci ildə 13 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 600 manat, xx.xx.2022-ci ildə 2000 manat verdi. Qurtardı, bitti;

6. İlkin iddiaçı tərəfindən təqdim edilmiş qəbzdə qeyd edilmişdir ki, Cavabdeh 4048 manatlıq qızıl aldı, hər ay 500 manat pul verəcək. Yuxarıda yazılanlarla razıdır, 4048 manat borcu var. xx.xx.2020-ci ildə 1000 manat, xx.xx.2020-ci ildə 1000 manat, xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2021-ci ildə 500 manat, xx.xx.2021-ci ildə 500 manat, 548 manat verdi, bitti;

7. xx.xx.2023-cü il tarixli qəbzdə qeyd edilmişdir ki, Ələkbərova X10 510 qram (583- 585) qızılı almışdır. 1 qramı 80 manata, cəmi 40800 manat borcu vardır. 5 aya borcunu ödəyəcəkdir;

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli 4/1907 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2023-cü il taixli qəbzdəki “Мəн Əлəкбəрова Судабə Əли гызы Нурəддиндəн 510 гр, (583-585) гызыл алдым. 1гр 80 маната. 40,800 борчум вар. 5 аjа öдəjəчəм. xx.xx.2023” hərf və rəqəmli yazılar və imzaİddiaçı tərəfindən yox, başqa başqa şəxs tərəfindən icra olunmuşdur;

9. İş materiallarında olan ərizədən görünür ki, təqdim edilən qəbzlərdə X9 və X5 imzaları ilə üzərlərinə götürdükləri borcun ödənilməsinə cavabdehlik daşıdığını təsdiq edir. Dairədə 3 yazılan qəbzdə 5-ci sətrdə yazılan (50.6+57.7) “paxlava” sətirdə yazılan sözlər saxtadır, sonradan yazılmışdır, qalan sözlər həqiqidir. “Nuranə Allahverdiyeva xx.xx.2021, imza, şəxsiyyət vəsiqəsinin nömrəsi olan qəbzin şəxsən ona aidiyyəti yoxdur. Həmin qəbzə o, Nuranə Allahverdiyeva ilə İddiaçı arasında olan haqq-hesablara şahid kimi imza etmişdir. Mübahisə olarsa, şahid kimi ifadə verə bilər.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vermiş olduğu qızılın dəyəri kimi 34480 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-2022-ci illərdə özünə məxsus qızıl əşyalarını satıb pulunu qaytarmaq şərti ilə cavabdehə vermişdir. Cavabdehə verdiyi qızılların pulundan müəyyən məbləğ qaytarsa da, lakin ümumilikdə 34480 manat dəyərində qızıllarının pulunu qaytarmamışdır. Bu şəxsdən qızılların dəyərini tələb etdikdə müxtəlif bəhanələr gətirib qızılların pulunu qaytarmır. O, iddia ərizəsinə cavabdehin öz imzası ilə ona borcun olmasına dair etirafları olan əlyazma kağızları əlavə etmişdir. Həmin kağızlarda o qızıllara görə ödədiyi 34480 manat borcunun olduğunu etiraf edir. Ona görə də məhkəmə qaydası ilə ondan 34.480 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsini istəyir.

12. Cavabdeh Tağızadə X6 Südabə Əli qızına qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı onun xeyrinə nisyə verdiyi qızıl-zinət əşyalarının razılaşdırılmış dəyəri üzrə 16300 manat pul tutulmasını; ona qarşı 34.480 manat tələbinin əsassız hesab edilməsini və hər iki iddia üzrə ödənilmiş dövlət rüsumlarını İddiaçı aid edib, ondan qarşılıqlı iddia qaldırmaq üçün ödənilmiş 120 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı 34480 manat tələbinə dair iddiası əsassızdır. Belə ki, onlar ailəliklə yaxın münasibətdə olmuş, hər ikisi zinət əşyalarının alveri ilə məşğul olurlar. Əsasən zinət əşyaları almaq üçün xaricə birgə səfərlər etmişlər. Yaxşı müştəri düşəndə, bir birinə qəbzlərlə mal vermiş, qiymətini dərhal razılaşdırmışlar. Aralarında inam olmasına baxmayaraq, bir-birinə nisə mal verəndə, bunu mütləq yazılı qeydlərlə həll etmişlər. 2023cü ilin iyul ayına kimi nisyə mal alış-verişində münasibətləri məhz belə davam etmişdir. İmza və xətlərlə təsdiqlənən qeydlərə əsasən nisyə alqı-satqı üzrə onun İddiaçı 24500 manat, sonuncunun isə ona 40800 manat borcu var. Fərq - 16.300 (40800-24500=16300) manatdır. Bu məbləği o, ödəməyə borcludur. Son zamanlar İddiaçı, onu uşaq görüb (yaş fərqi böyükdür), 16300 manat borcu ödəməmək naminə, haqlı olmasına süni məntiq yaratmaq üçün onu qabaqlayıb, 34480 manat borca dair iddia qaldırmışdır. Halbuki, borcda saldo onun xeyrinədir. Münasibətləri pozulana kimi onun 24500 manat borcu, Südabənin isə ona 40800 manat borcu qalmışdır.

14. Gəncə Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(125)-157/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) ilk iddia qismən təmin edilərək, Cavabdeh 24500 (iyirmi dörd min beş yüz) manat pul və ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik pul tutularaq İddiaçı verilməsi; İlk iddianın qalan hissədə təmin edilməməsi; Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi; Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600.1, 600.4, 601.1 və 601.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

16. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və borcların qarşılıqlı əvəz edilməklə cavabdeh İddiaçı onun xeyrinə 19008 manat tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Həmçinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, ilkin iddia tələbinin təmin olunmaması hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və həmin hissədə ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ilk iddiаçının qəbzlərindəki yаzılаra əsasən оnа cəmi 21792 mаnаt bоrcu qаlmışdır. Çünki, iddiаçının təqdim еtdiyi 6 nömrəli qəbzdəki 5931 mаnаt bоrcdаn 2505 mаnаt, 7 nömrəli qəbzdəкi 11248 mаnаt bоrcdаn 1655 mаnаt, 8 nömrəli qəbzdəki 7273 mаnаt bоrcdаn 1800 mаnаt, 9 nömrəli qəbzdəкi 4200 mаnаt bоrcdаn isə 900 mаnаt ödəmişdir. Bаşqа sözlə, 28652 (5931+11248+7273+4200) mаnаt ümumi bоrcdаn 6860 (2505+1655+1800+900)mаnаt ödəmişdir. Bеləliкlə, 4 qəbz üzrə bоrcu 28652 mаnаt, ödənişi isə 6860 mаnаt оlduğundаn onun ilkin iddiaçı Südabə Ələkbərоvаyа 21792 mаnаt bоrcu qаlır. Həmin qəbzlər ilk iddiаçıdа оlduğu üçün оnа оlаn bоrcunu dəqiq hеsаblаyа bilməyib, 24500 mаnаt оlmаsını düşünüb, qаrşılıqlı iddiа ərizəsində bu məbləğin 40800 mаnаt bоrcdаn çıхılmаsını хаhiş еtmişdim. Məhkəmədə isə dəqiq hеsаblаyаndа аydın оlmuşdur ki, 40800 mаnаtdаn 21792 mаnаt bоrcu çıхılmаlı, ilk iddiаçıdаn onun хеyrinə 19008 mаnаt tutulmаlıdır. Səfərdə оlduğundаn məhkəmənin iclаsındа iştirаk еdə bilməmişdir. Birinci instansiya məhкəməsi isə yuхаrıdакı ziddiyyət üzrə izаhаtını dinləmədən və еkspеrtizа rəyi ilə tаnış оlmаğınа, еtirаzını bildirməyə, vəsаtətlər vеrməyə imкаn vеrmədən tələsik qətnаmə çıхаrtmışdır. Həmçinin birinci instansiya məhkəməsi qаrşılıqlı iddiаyа tаm bахmаmış, sübut кimi təqdim еtdiyi qəbz üzrə xətşünaslıq екspеrtizаsı rəyini аlаn кimi, həmin rəyə əsаslаnıb qətnаmə çıхаrtmışdır. Həmin rəydə коnkrеt nə yаzılmаsı, nеcə yаzılmаsı, hаnsı kritеrilərdən istifаdə еdilməsi barədə məlumatı yoxdur. Çünкi rəyin surəti ona təqdim еdilməmiş, оnunlа ətrаflı tаnış оlmаğа еhtiyаc оlduğu hаldа bаrəsində vəsаtətlər qаldırmаğа, əlаvə və təkrаr еkspеrtizа kеçirilməsi bаrədə düşünməyə imkаn vеrməmişdir. Bundаn bаşqа, onun ilk iddiаçıа yеkun bоrcu qəbzlərdəki yаzılаr üzrədir. Оnlаrı nə аrtırmаq, nə əksiltmək mümkün dеyil. Qəbzlər аrаşdırılаrкən аydın оldu ki, onun iddiаçıyа cəmi 24500 mаnаt yох, 21792 mаnаt bоrcu qаlır.

19. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh əlyazma kağızlarda ondan 34480 manat pul almasını etiraf etdiyi halda işə baxan məhkəmə ilkin iddianı tam yox, qismən təmin edərək cavabdehdən 24500 manat pulun alınmasını qət etmişdir. Halbuki cavabdehin məhkəməyə guya onun 40800 manat borcu olmasına dair saxta qəbzi təqdim etməsi sübut edir ki, cavabdehin ona 34480 manat yox, 24500 manat borcu olmasına dair dəlillərinin hüququ əsası yoxdur. Çox təəssüflər olsun ki, məhkəmə iddianı qismən təmin edərkən onun subutlarını yox, cavabdehin iddiaçıya etirafı ilə bağlı dəlillərini sübut kimi qəbul etmişdir. Qətnamədə göstərilmişdir ki, guya cavabdeh X2 borc alması barədə qəbzi şahid qismində imzalanmışdır. Halbuki, o, X3 və Cavabdeh qızıl vermişdir. Nuranə Allahverdiyevanı cavabdehə görə tanımışdır. Cavabdeh Nuranəyə verilmiş qızıllara görə özünün məsuliyyət daşıdığını bildirdikdə məhkəmə buna düzgün hüquqi qiymət verməmiş, iddianı qismən təmin etmişdir. Qızılları cavabdeh vermiş, sonuncu da həmin əşyaların dəyərini qaytaracağına dair onun qarşısında öhdəlik götürmüşdür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Cavabdeh də bu qızılların dəyərini qaytaracağına dair onun qarşısında öhdəlik götürmüşdür, lakin cavabdeh iddianı tam qəbul etməkdən imtina edir. O, cavabdehə 24500 manat deyil, 34480 manat dəyərində qızıl vermişdir. Bu işdə olan cavabdehin əlyazması ilə təsdiq olunur. Cavabdeh 34480 manat borcunun olmasını yazılı qəbzlə etiraf etmişdir. Götürülən qızıllardan hansının ki pulu verilib qızılların adının üstündən xətt çəkmişdir. Özü də qəbul edir ki, həmin qızılların dəyərini cavabdeh ödəyib. 2021-ci ildə Nuranə Allahverdiyevaya qızıl da vermişdir. Sonuncu ona yaxınlaşaraq qızına toy etdiyini, bunun üçün qızıl lazım olduğunu demiş, o da razılaşaraq Nuranə Allahverdiyevaya dəyəri 25.7 qram və 2.80 qram olan qızıl vermişdir. Cavabdeh ona bildirmişdir ki, Nuranə götürdüyü qızılların pulunu özü qaytaracaq. Nuranəyə qızılları verəndə Nurəddin buna şahid olması ilə bağlı kağıza imzasını çəkmişdir. Həmin qızılları onların hər ikisinə vermişdir. X4 demişdir ki, aldığı qızılzinət əşyalarını götürüb gedən kimi Cavabdeh qızılları onun əlindən alıb, çünki ona sələm borcu var imiş, pulunu verə bilmədiyi üçün Nurəddin qızılları Nuranədən alıb. Cavabdeh ondan götürdüyü qızılların pulunu ödədikcə əlyazmaların sonunda “bitdi” yazısını yazmışdır. Lakin əlyazmada qeyd etdiyi 19900 manatı o, xətləməmişdir. Azyaşlı nəvəsi xətləyib, orada “bitdi” qeydi yoxdur, çünki cavabdeh həmin borcu ödəməyib. O, Cavabdeh qızıl götürməmişdir və ona borcu yoxdur. Onların özünün qızıl mağazası olub. İddiaçı sonda məhkəmə kollegiyasından qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq ilkin iddiaçı bildirmişdir ki, əvvəllər Nuranə Allahverdiyeva adlı şəxsi tanımamışdır, həmin şəxslə Cavabdeh vasitəsilə tanış olmuşam. Nuranə Allahverdiyevaya ilk dəfə çay dəsti satmış, lakin o sonradan həmin çay dəstini geri qaytarmışdır. Həmin şəxsi cəmi 2 dəfə görmüşdür.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, ilkin iddiaçı tərəfindən apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ilkin iddiaçı Ələkbərоvа Südаbə Əli qızı bоrc ödənişi qismində ondan 34480 mаnаt tələb еtmişdir. İlkin iddiaçının ona 40800 mаnаt bоrcu оlduğundаn qаrşılıqlı iddiа üzrə оndаn 16300 (40800-24500=16300) mаnаt tələb еtmişdir. Bеləliklə, 4 qəbz üzrə bоrcu 28652 mаnаt, ödənişi isə 6860 mаnаt оlduğundаn onun Südabə Ələkbərоvаyа cəmi 21792 mаnаt bоrcu qаlır. Məhkəmə bu halları nəzərə almadan qətnamə qəbul etmişdir. Hər ikisi qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Qızıl-zinət əşyaları almaq üçün xaricə birgə səfərlər etmişlər. Paxlava boyunbağı ilə bağlı əlyazma ayrı-ayrı qələmlərlə yazılıb, fərqli xətlərlə yazılıb, həmin yazını İddiaçı sonradan sənədin özünü əlavə edib, amma əsassız olaraq ondan pulunu tələb edir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, Nuranə Allahverdiyeva onların hər ikisini ticarətlə məşğul olan şəxs kimi tanımışdır. O Südabədən ilk dəfə çay dəsti götürmüş, lakin sonradan geri qaytarmışdır. O, İddiaçı evində olanda Nuranə sonradan gəlmişdir və Südabədən qızılları götürmüşdür. O da buna şahid kimi qol çəkmişdir. Yəni, sadəcə olaraq bu hala şahidlik etmişdir. X1 pulunu qaytarılmasına görə üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçı ona olan borcunu qaytarmasını dəfələrlə tələb etmiş, lakin müsbət nəticə olmamışdır. İlkin iddiaçı səs-küy yaradaraq borcun ödənilməsindən yayınmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və borcların qarşılıqlı əvəz edilməklə cavabdeh İddiaçı onun xeyrinə 19008 manat tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.3. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin qismən təmin edilmiş, yəni “Cavabdeh 24500 (iyirmi dörd min beş yüz) manat pul tutularaq İddiaçı verilməsi” hissədə dəyişdirilməli, həmin hissədə borc məbləği 21897 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ilkin İddiaçı ilə qarşılıqlı iddiaçı Cavabdeh qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılığa gəlmişlər. Sonuncu ilkin İddiaçı müxtəlif vaxtlarda, müxtəlif növ qızıl-zinət əşyalarını nisyə almışdır. Qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı nisyə aldığı qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini ödəmiş, qalan məbləği isə ödəməmişdir. Beləliklə, qarşılıqlı iddiaçı Cavabdeh nisyə aldığı müxtəlif növ qızıl-zinət əşyalarının dəyərinin ödənilməsinə görə ilkin İddiaçı borcu yaranmışdır.

39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə ilkin və qarşılıqlı iddia tələbləri mövcuddur. Hər iki iddia nisyə satılmış qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi ilə bağlı yaranan mübahisədir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinə ayrıayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə ilkin iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi ilkin İddiaçı tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh müxtəlif vaxtlarda müxtəlif növ qızıl-zinət əşyaları nisyə satılmışdır. Həmçinin kollegiya qeyd edir ki, nisyə satılmış qızıl-zinət əşyalarına görə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən də ilkin İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğdə ödənişlər edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hərtərəfli, tam və obyektiv həlli üçün iş materiallarındakı sənədlər, habelə tərəflərin izahatı əlaqəli şəkildə tədqiq edilməlidir.

41. Xüsüsilə diqqətə alınmalıdır ki, mülki prosessual qanunvericiliyə görə sübutların qiymətləndirilməsinin məntiqi (daxili) və hüquqi (zahiri) tərəfləri mövcudur. Bütövlükdə götürüldükdə bu, təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığnın, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübutlara rəsmi və hüquqi nəticələr doğuran qiymətləri yalnız məhkəmə verir. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Obyektivlik sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhə mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim olunmasını təklif etməli, zərurət olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə müxtəlif sübutların müqayisə edilməsidir.

42. Məhkəmə kollegiyasının qeyd etdiyi hüquqi mövqe «Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Avropa Məhkəməsi həmin qərarında göstərmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

43. İlk növbədə araşdırılmalı olan məsələ ilkin İddiaçı tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh hansı məbləğdə qızıl-zinət əşyalarının nisyə satılmasının müəyyən olunmasıdır.

44. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, ilkin İddiaçı tərəfindən Cavabdeh ayrı-ayrı vaxtlarda 5931 manat, 7273 manat, 11248 manat və 4200 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyaları nisyə şəkildə satılmışdır.

45. İlkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ona 34480 manat borcu qaldığını iddia etsə də, lakin ilkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya məhz həmin məbləğdə qızıl-zinət əşyası satılması və sonuncunun göstərilən məbləğdə borcu olması barədə ilkin iddiaçı tərəfindən məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, mülki prosessual qnaunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır.

46. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Nuranə Allahverdiyevaya nisyə satdığı qızılların dəyərinin ödənilməsinə görə qarşılıqlı iddiaçı Cavabdeh öz üzərinə özdəlik götürdüyünü iddia etsə də, lakin işin faktiki halları ilə bu hal öz təsdini tapmamışdır. Belə ki, mülki işin 10-cu səhfəsində olan X2 İddiaçı qızıl-zinət əşyası götürməsi barədə əlyazma qəbzdə Nurəddin (Nuru) Tağızadənin qızıl-zinət əşyasının satılmasına şahidlik etməsi barədə qəbzi imzalaması müəyyən edilmişdir. Başqa sözlə, Cavabdeh həmin nisyə satılan qızıl-zinət əşyasının dəyərinin ödənilməsinə görə ilkin iddiaçı qarşısında üzərinə hər hansı öhdəlik götürməmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasına da qarşılıqlı iddiaçı Cavabdeh bildirmişdir ki, o, İddiaçı evində olanda Nuranə sonradan gəlmişdir və Südabədən qızılları götürmüşdür. O da şahidlik edərək həmin qəbzi şahid kimi imza etmişdir. Yəni, sadəcə olaraq bu hala şahidlik etmişdir. X1 pulunu qaytarılmasına görə üzərinə hər hansı öhdəlik götürməmişdir.

47. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, ilkin iddiaçı Südadə Ələkbərova tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh (5931+7273+11248+4200=28652) ümumilikdə 28652 manat dəyərində qızıl-zinət əşyaları nisyə satılmışdır.

48. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı olan məsələ - nisyə satılmış qızıl-zinət əşyalarının dəyərindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ilkin İddiaçı hansı məbləğdə vəsait qaytarılmasının müəyyən edilməsidir.

49. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı əlyazma qəbzlər sistemli şəkildə tədqiq olunduqda qarşılıqlı iddiaçı Cavabdehnən ilkin İddiaçı aldığı 5931 manat dəyərində qızıla görə ümumilikdə 2305 manat, 11248 manat dəyərində aldığı qızıla görə 1755, 7273 manat dəyərində aldığı qızılzinət əşyasına görə 1800 manat, 4200 manat dəyərində aldığı qızıl-zinət əşyasına görə isə 900 manat ödədiyi müəyyən olunur.

50. Beləliklə, müəyyən olunur ki, qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı nisyə aldığı ümumi dəyəri 28652 manat olan qızıl-zinət əşyalarına görə sonuncuya 6760 manat ödəniş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh qızıl-zinət əşyalarının nisyə satışına görə ilkin İddiaçı ödədiyi 6760 manat borc məbləğindən silinməli və qalıq borc məbləği (28652-6760=21892) 21892 manat müəyyən edilməlidir.

51. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən ilk iddiaya münasibətdə borc məbləğini 24500 manat məbləğində müəyyən etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissədə dəyişdirilməli və həmin hissədə borc məbləği 21892 manat məbləğində müəyyən edilməlidir.

52. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddiaya da hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Kollegiya bununla bağlı aşağıdakılar qeyd edir.

53. Qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı ona 16300 manat borcu olması barədə tələbinin əsası kimi iş materiallarındakı 28 mart 2023-cü il tarixli qəbzə istinad etmiş və iddia etmişdir ki, həmin qəbzdə ilkin İddiaçı ondan 1 qramı 80 manatdan 510 qram (583- 585) qızıl aldığını və cəmi 40800 manat borcu olduğunu qeyd etmişdir.

54. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı həmin 28 mart 2023-cü il tarixli qəbzdəki sözlərin və imzanın ilkin İddiaçı tərəfindən icra edilibedilməməsinin aydınlaşdırılması üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli 4/1907 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş xx.xx.2023-cü il taixli qəbzdəki “Мəн Əлəкбəрова Судабə Əли гызы Нурəддиндəн 510 гр, (583-585) гызыл алдым. 1гр 80 маната. 40,800 борчум вар. 5 аjа öдəjəчəм. xx.xx.2023” hərf və rəqəmli yazılar və imza İddiaçı tərəfindən yox, başqa başqa şəxs tərəfindən icra olunmuşdur.

55. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında ilkin İddiaçı verdiyi izahatında qarşılıqlı iddiaçı Cavabdeh qızıl götürmədiyini və ona borcu olmadığını bildirmişdir.

56. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

58. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

59. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

60. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, qarşılıqlı iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki qarşılıqlı iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

61. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslı olmuşdur.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(125)-157/2024 nömrəli qətnaməsi ilk iddianın qismən təmin edilməsi, yəni “Cavabdeh 24500 (iyirmi dörd min beş yüz) manat pul tutularaq İddiaçı verilməsi” hissədə dəyişdirilsin. Həmin hissədə İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehdan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulan borc məbləği 21897 (iyirmi bir min səkkiz yüz doxsan yeddi) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar