Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1056/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qаrşı mülki iş üzrə Açar sözlər: pul tələbi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiаçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh1 (həmçinin digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qаrşı pul tələbinə dаir mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(066)-1211/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdaərisinin Göygöl rayon vəkil bürosuna ünvanladığı **********60 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Cavabdeh1, X5, Cavabdeh2, X2, X6, X10, X7 adlarına Göygöl rayonu, Çaykənd kəndində yerləşən 2,24 ha (0.356 ha və 1.8879 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.1998-ci il tarixli JN-256 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənilmişdir. Gəncə “ASAN” xidmət mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-583 və 2V-582 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən X5 0.356 ha və 1.8879 ha torpaq sahələrində olan payları Cavabdeh1 adına keçmişdir. Cavabdeh1 2/7 pay, Cavabdeh2 1/7 pay, X3 1/7 pay, X8 1/7 pay, X11 1/7 pay, X9 1/7 pay adlarına Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0.356 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və 1.8879 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Gəncə “ASAN” xidmət mərkəzində notaraiat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-2400 və 4Ə-2399 saylı alğı-satqı müqavilələrinə əsasən 0.356 ha və 1.8879 ha torpaq sahələri X1. X4 Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0.356 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və 1.8879 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir;
2. xx.xx.2013-cü il tarixli Cavabdeh2 tərəfindən yazılmış qəbzdən görünür ki, birgə mülkiyyətdə olan JN256 KOD 50800058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək olan torpaq sahəsinə dair Göygöl rayonu, Yeni Zod kəndində yaşayan İddiaçı öz payına düşən torpaq sahəsinə görə 2500 manat pulu alması və torpaq sahəsini ona satmasını öz imzası ilə təsdiq etmişdir;
3. xx.xx.2013-cü il tarixli Cavabdeh1 tərəfindən yazılmış qəbzdən görünür ki, birgə mülkiyyətdə olan JN256 KOD 50800058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək olan torpaq sahəsinə dair Göygöl rayonu, Yeni Zod kəndində yaşayan İddiaçı öz payına düşən torpaq sahəsinə görə 2500 manat pulu alması və torpaq sahəsini ona satmasını öz imzası ilə təsdiq etmişdir;
4. xx.xx.2013-cü il tarixli X14 tərəfindən yazılmış qəbzdən görünür ki, birgə mülkiyyətdə olan JN256 KOD 50800058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək olan torpaq sahəsinə dair Göygöl rayonu, Yeni Zod kəndində yaşayan İddiaçı öz payına düşən torpaq sahəsinə görə 2500 manat pulu alması və torpaq sahəsini ona satmasını və İddiaçı ona heç bir verəcək pulunun qalmasını, Zinyət Nəsibova oxumağı və yazmağı bacarmadığına görə qəbzdə yazılanların ucadan oxunulmasına razı olmasını öz imzası ilə təsdiq etmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlərdən Cavabdeh1 anası X5 payını miras kimi qəbul etdiyinə görə 5000 (beş min) manat pulun, digər cavabdehlərin hər birindən isə ondan aldıqları 2500 manat pulun alınaraq ona ödənilməsi barədə və məhkəmə üçün ödənilmiş 97,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiаçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd etmişdir ki, Cavabdeh1 anası X5 payını miras kimi qəbul etdiyi üçün 2500 manat pulun ondan, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birindən ayrı-ayrılıqda 2500 manat olmaqla, cəmi 7500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiаçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onların birgə mülkiyyətində olan JN256 seriyalı, KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən Göygöl rayonu Çaykənd kəndi ərazisindəki 2,24 ha əkənək və biçənək torpaq sahəsinin paylarına düşən hissələrini 2500 manat müqabilində bütövlükdə almış və həmin torpaq sahəsini neçə illər əkməsə də, lakin torpağa faktiki sahiblik və istifadə etmişdir. Torpaq sahəsi paylı mülkiyyətçilərin müllkiyyətində olduğuna görə və paylı mülkiyyətçilərdən biri sonradan Rusiyada yaşadığına görə torpağın alğısatqısını üzrlü səbəbdən rəsmiləşdirə bilməmişdir. Daha sonra isə Cavabdeh1 anası Zinyət Nəsibova vəfat etdiyinə görə və onun ölümü ilə əlaqədar olaraq, vərəsəlik işi açılması səbəbinə görə yenidən torpağı sənədləşdirə bilməmişdir. Alqı-satqı prosesi yenidən dayandırılmalı olmuşdur. Bundan sonra paylı mülkiyyətçilərdən Zinyət Nəsibova vəfat etdiyinə görə digər paylı mülkiyyətçi Cavabdeh1 və onun kürəkəni Coşqun adlı şəxs ondan ünvanlı sosial yardım düzəltmək adı ilə torpağa verilmiş dövlət aktının əslini almış və geri qaytarmamışlar. Sonradan Cavabdeh1 vərəsəlik yolu ilə həmin torpaq sahəsini öz adına rəsmiləşdirərək başqa şəxslərə satmasını öyrənmişdir. Cavabdeh1la uzaq qohumluq münasibəti olduğuna görə torpaq sahəsinin və yaxud pulunun geri qaytarılmasına görə ona vaxt vermişdir. Lakin həmin vaxtdan 1 (bir) il müddət keçməyinə baxmayaraq, cavabdehlər nə torpaq sahəsini ona vermiş, nə də ki pulunu qaytarmamışlar.
8. Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(066)-1211/2023 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddia təmin edilərək, Cavabdeh1 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun 64.90 manatı alınaraq İddiaçı verilməsi; Cavabdeh2 2500 (iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 32.40 manatı alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 21, 386, 1091.1, 1091.2, 1151.1, 1243.1, 1243.3 və 1306.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Хаnlаr rаyоn Аqrаr İslаhаt Коmissiyаsının qərаrı ilə hər onlara, 4 nəfər uşаqlarınа və mərhum аnаsı Nəsibоvа Zinyət Nəsir qızınа Göygöl rayonu Çаykənd kəndi ərаzisində vеrilmiş 2,24 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаğın 1,8 hа əkin sаhəsini onlar ikisi və mərhum аnаları Zinyət Nəsibоvа (xx.xx.2017-ci il tаriхdə vəfаt еtmişdir) 2013-cü ilin mаy аyındа hər ili 200 mаnаt оlmаqlа Əhmədоv Hüsеyn Şаmil оğlunа icаrəyə vеrib, оndаn 5 ilin istifаdəsi üçün 1000 mаnаt pul аlmışlar. 5 ildən sоnrа, yəni xx.xx.2018-ci il tаriхdə isə həmin tоrpаq sаhəsini sаtmışlar. Onların nə iddiaçı Əhmədоv Hüsеyn Şаmil оğluna, nə də sonuncunun onlara bоrcu qаlmаmışdır. İşə bахılаndа ölkə hüdudlarından kənarda оlduğundаn məhkəmədə iştirаk еdərək izаhаt vеrə vermək və dəlillərini irəli sürmək imkanı olmamışdır. Оnа görə də dəlillərini indi göstərmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsinin qətnаməsi əsasında öyrənmişlər ki, iddiаçı Hüsеyn Əhmədоv onlara məxsus tоrpаğın iddiaçıya 7500 mаnаtа sаtılmış olmasına dаir 3 ədəd qəbz təqdim еtmişdir. Qəbzlərdə yаzılır ki, onlar 3 nəfər (o, аrvаdı Tərаnə Nəsibоvа və mərhum аnаsı Zinyət Nəsibоvа hər biri iddiaçıdаn 2500 mаnаt pul аlmış, özü də аrаlarındа аlqı-sаtqı оlmuşdur. Аrvаdı Tərаnə Nəsibova prоsеsə gеtmiş və torpağın аlqı-sаtqısındаn хəbəri оlmаdığını bildirmişdir. Məhkəməyə təqdim еdilmiş lаtın qrаfikаlı qəbzlərdən birinə, o, qəbzi охumаdаn imzа еtmişdir. Аrvаdı və 80 yаşlı аnаsı dа onun sözü ilə оrаdа nə yаzılmаsını bilmədən qəbzi imzаlamışlar. Onа görə qəbzi охumаmışdır кi, əvvəlа, iddiаçıyа inаnmışdır. İkincisidə arvadı Tərаnə Nəsibova və o, orta məktəbi kiril qаfikаsındа oxuduqlarından qəbzlərdə nə yazıldığını bilməmişlər. Mərhum аnаsı isə ümümiyyətlə yаzıpоzu bilməmişdir (imzаsındаn görünür ki, öz аdını düzgün yаzа bilmir). Qəbzlər saxtadır. Tоrpаğı gələcəkdə tаmаmən ələ kеçirmək üçün onları аldаtmışlаr. Onların uşаqlаrının vəkаlətnаmələri оlmаdаn ümümi mülkiyyət оlаn tоrpаğı sаtа bilməzdilər. Əkin sаhələrini iddiаçının istifаdəsinə vеrəndən 10 ildən аrtıq vахt kеçmişdir. İddiаçı аlqı-sаtqı müqаviləsi bаğlаmаq üçün аnаsı ölənə kimi, yəni 5 il gözləmişdir. Əgər оnun iddiа ərizəsində yаzdığı sözlər həqiqət оlsаydı, о, аnаsının ölümündən sоnrа iddiа qаldırаrdı, 6 il 5 аy müddətində susmаzdı. Mülki qanunvericiliyə görə, müqаvilə tələbləri üzrə iddia müddəti 3 il, dаşınmаz əmlаklа bаğlı isə 6 ildir. İddiаçı bu müddəti ötürmüşdür. Bаşqа dövlətdə оlduğu üçün iddiа müddətinin tətbiq еdilməsinə dаir məhkəməyə ərizə vеrə bilməmişdir. Оnа görə də iddiа müddətini tətbiq еtmək hаqqındа хаhişini аpеllyаsiyа şikаyətində vermək məcburiyyətindədir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (həmçinin digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ona 1100 manat pul vermişdir. 5 ildən sonra iddiaçıya müraciət etmiş, lakin sonuncu torpağı almaqdan imtina etmişdir. Buna görə də torpağı başqa şəxsə satmışdır. Torpaq sahəsi mərhum anasından vərəsəlik qaydasında ona keçmişdir. Əslində, onun adından yazılmış əlyazma qəbzdəki imza onun tərəfindən icra edilmişdir. Lakin, o, qəbzi imzalayanda məbləği 200 manat gördüyü üçün imzalamışdır. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, Göygöl rayonu Çaykənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı icarəyə vermişlər. İş materiallarına əlavə edilmiş onun adından yazılmış əlyazma qəbzdəki imza onun tərəfindən icra edilmişdir. Həmçinin verilmiç suala cavab olaraq cavabdeh bildirmişdir ki, mübahisəli torpağa dair dövlət aktını 2013-cü ildə iddiaçıya onun xahişi ilə vermiş və nə məqsədlər üçün lazım olmadığını ondan soruşmamışdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə apellyasiya şkayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iş materiallarındakı əlyazma qəbzlərdəki mətni cavabdehlər, o cümlədən mərhum Zinyət Nəsibova özləri tam olaraq yazmış, sonra isə qəbzi imzalamışlar. Cavabdehlər torpaq sahəsinin alqısatqısına görə atası İddiaçı pul almışlar, lakin sonradan torpağı başqa şəxsə satmışlar. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, mübahisə predmeti olan torpağa dair dövlət aktını torpaqsahəsini aldığı vaxtdan atasına vermişlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
17. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
18. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsız hesab olunur.
19. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
20. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
23. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
24. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
25. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Göygöl rayonu Çaykənd kəndində yerləşən 2,24 ha (0.356 ha və 1.8879 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Cavabdeh1, X14, Cavabdeh2, X13, X15, X16 və X7 ümumi birgə mülkiyyətinə verilmiş və bu barədə xx.xx.1998-ci il tarixli JN-256 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Torpağın birgə mülkiyyətçilərindən X14 vəfat etmişdir. Onun oğlu olan digər birgə mülkiyyətçi Cavabdeh1 notariat ofisinə müraciət edərək mərhum anası Zinyət Nəsibovadan miras qalmış əmlaka dair adına vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, Gəncə “ASAN Xidmət” mərkəzindəki notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2V-583 və 2V-582 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən X5 0.356 ha və 1.8879 ha torpaq sahələrində olan payları oğlu Cavabdeh1 adına keçmişdir. Bundan sonra yuxarıda qeyd olunan torpaq sahələri üzərində Cavabdeh1 2/7 pay, Cavabdeh2 1/7 pay, X3 1/7 pay, X8 1/7 pay, X11 1/7 pay, X7 1/7 payları olmuşdur. Onların adına Göygöl rayonu Çaykənd kəndində yerləşən 0.356 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, 1.8879 ha torpaq sahəsinə dair isə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Gəncə “ASAN” xidmət mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-2400 və 4Ə-2399 saylı alğı-satqı müqavilələrinə əsasən 0.356 ha və 1.8879 ha torpaq sahələri mülkiyyətçilər tərəfindən X1. Bununla yanaşı müəyyən olunmuşdur ki, Cavabdeh1, X14 və Cavabdeh2 JN256 KOD 50800058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək olan torpaq sahəsinə dair Göygöl rayonu Yeni Zod kəndində yaşayan İddiaçı öz paylarına düşən torpaq sahəsinə görə ayrı-ayrılıqda hər biri 2500 manat pulu almışlar və adları qeyd olunan birgə mülkiyyətçilər sözügedən torpaq sahəsini İddiaçı satmışlar. Bu barədə xx.xx.2013-cü il tarixdə torpağın birgə mülkiyyətçiləri Cavabdeh1, X14 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda əlyazma qəbz tərtib edilmiş və qəbz onlar tərəfindən imzalanmışdır. İddiaçı cavabdehlərin torpaq sahəsini pul müqabilində faktiki ona satmalarına baxmayaraq torpağı onun adına rəsmiləşdirmədiklərini, bu səbəbdən torpağa görə verdiyi 7500 manatın cavabdehlərdən tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. Cavabdeh tərəfin dəlili ondan ibarətdir ki, əlyazma qəbzləri imzalayarkən torpaq sahəsinin İddiaçı satılmasını bilməmişlər, həmin qəbzləri imzalayarkən zənn etmişlər ki, torpaq sahəsini 5 il müddətinə hər ili 200 manat olmaqla 1000 manat müqabilində İddiaçı icarəyə vermişlər.
39. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti olan pul vəsaiti daşınmaz əşya sayılan torpaq sahəsinə görə ödənilmişdir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından bir tərəfin mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
40. İş materiallarında olan 08 may 2013-cü il tarixdə Cavabdeh1, X14 və Cavabdeh2 tərəfindən tərtib edilmiş əlyazma qəbzlərdən görünür ki, adları qeyd olunan şəxslər JN256 KOD 50800058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək olan torpaq sahəsinə dair Göygöl rayonu Yeni Zod kəndində yaşayan İddiaçı öz paylarına düşən torpaq sahəsinə görə ayrı-ayrılıqda hər biri 2500 manat pul almışlar və sözügedən torpaq sahəsini İddiaçı satmışlar. Əlyazma qəbzlər Cavabdeh1, X14 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda imzalanmışdır. Həmin əlyazma qəbzlərdəki imzaların adları qeyd olunan şəxslər tərəfindən icra edilməsi işin mübahisəsiz halıdır. Qeyd olunan hal cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri, o cümlədən Cavabdeh1 apellyasiya baxışı zamanı verdiyi izahatı ilə öz təsdiqini tapır.
41. Kollegiya hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 şifahi razılaşma əsasında satdıqları Göy-göl rayonu Çaykənd ərazisində yerləşən ümumi birgə mülkiyyətlərində olan 2,24 ha torpaq sahəsini geri almış, lakin iddiaçının həmin torpaq sahəsinə görə onlara ayrı-ayrılıqda ödədiyi 2500 manat (ümumilikdə 7500 manat) pulu geri qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışlar. Tərəflər arasında həmin pulun verilməsi ilə bağlı qanuni əsas və ya etibarlı müqavilə əsası mövcud olmamışdır.
42. Məhkəmə kollegiyası cavabdehlərin yuxarıda qeyd olunan torpaq sahəsini iddiaçıya satmaması və həmin torpaq sahəsini ona icarəyə verməsi barədə izahatını inandırıcı və səmimi hesab etmir, ona görə ki, onun izahatı əsaslı olan tələbin təmin edilməsi üçün çaşqınlıq yaratmaqdan ibarətdir.
43. Kollegiyanın qənaətinə görə, cavabdehin yuxarıda qeyd olunan torpaq sahəsinə dair 2013-cü ildə iddiaçıya torpağa mülkiyyət hüququna dair dövlət aktını vermələri və aralarında icrə müqviləsinin bağlanmaması faktı da özü-özlüyündə onun müvafiq arqumentini, yəni ona məxsus torpaq sahəsini iddiaçıya şifahi razılaşmaya əsasən satmaması və həmin torpaq sahəsini müvəqqəti icarəyə verməsi iddiasını inandırıcı hesab etməyə imkan vermir. Ona görə də, kollegiya hesab edir ki, iddiaçının izahatı daha inandırıcıdır.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin mərhum X12 verilmiş 2500 manat pulun onun hüquq varisi (oğlu) Cavabdeh1 alınması hissədə iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir.
45. Belə ki, işdəki sənədlərdən göründüyü kimi Gəncə “ASAN Xidmət” mərkəzindəki notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-583 və 2V-582 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən X5 0.356 ha və 1.8879 ha torpaq sahələrində olan payları Cavabdeh1 adına keçmişdir.
46. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
47. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 48 Cavabdeh (vərəsə) Cavabdeh1 mərhum anası Zinyət Nəsibovanın miras aktivini qəbul etdiyinə görə bilavasitə onun miras passivini də qəbul etmiş olur və beləliklə miras qoyanın kreditorunun mənafelərini ödəməyə borcludur.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
50. Kollegiya həmçinin cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərində göstərdiyi “Bаşqа dövlətdə оlduğu üçün iddiа müddətinin tətbiq еdilməsinə dаir məhkəməyə ərizə vеrə bilməməsi” barədə arqumentinə münasibətdə qeyd edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsində icraat zamanı 05 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmişdir (bax səhifə 19 məhkəmə iclas protokolu). Nəzərə almaq lazımdır ki, Cavabdeh2 digər Cavabdeh1 arvadı olmaqla onun ailə üzvüdür.
54. Bununla belə işdən müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir.
55. Halbuki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin arqumentləri əsassızdır.
57. İşin yuxarıda şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Apellyasiya şikayətində göstərilən dəlillər isə işin müəyyən edilmiş və faktiki halları ilə təkzib olunur.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(066)-1211/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.