Məhkəmə qərarları › İş №2(104)-106/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-106/2025

18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-106/2025 18.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qeyri-qanuni hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması əmlakdan istifadə hüququnu məhdudlaşdıran qanunsuz tikilinin sökülməsi, şəxsi həyat toxunulmazlığı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) X10 və iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qаrşı pənəcərələrin cavabdehin öz hesabına hörülməsinə, inşa edilmiş evin damından onun həyətinə olan hissədə qurşadırılmış su novalçılarının-yəni cavabdehin evinin damından onun həyətinə tökülən yağış sularının qarşısının alınmasına, cavabdehin tikdirdiyi qanunsuz inşa etdiyi tikilinin yanından onun evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər iddiaçının hesabına sökülərək, onların həmin yoldan avtomobillə keçidə (giriş çıxışımıza) imkan verilməsi, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-77/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09.09.2021-ci il tarixli alqı-satqı və İpoteka müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətində olan ünvan 1 ünvanında 0.0350 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.9 kv.m olan fərdi yaşayış evini İddiaçı satmışdır.

2. xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********33- 10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.033210 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 98.9 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********33-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında 0.03321 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 98.9 kv.m olan fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********12-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdır.

5. xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12- 10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.0079 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 58.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10\586 saylı ekspert rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 3 ünvanlarda yerləşən, eni 11,0 m, uzunluğu 13,0 m, hündürlüyü isə 10,0 m hündürlüyündə olan tikilinin inşaası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160No-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərinə riayət olunmadığı müəyyən edilmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-3820/2023 saylı, 13 dekabr 2023-cü il tarixli mülki işi üzrə İddiaçı X3 Cavabdeh qarşı qonşuluq hüququnun pozulmasına və ümumi istifadədə olan yolun daralmasına səbəb olan hərəkətlərin qarşısının alınması tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 02 dekabr 2023-cü il tarixli 2(021)-3820/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Texniki pasportla fərdi yaşayış evinə verilmiş 0.0079 ha torpaq sahəsi, onun faktiki istifadə etdiyi torpaq sahəsinin mübahisəli hissəsindəki koordinatları daxilində yerləşir və sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə edir. Mübahisəli köhnə hasar, Cavabdeh Texniki pasportla fərdi yaşayış evinə verilmiş 0.0079 ha torpaq sahəsinin sərhəddindən kənarda yerləşdiyindən, rəsmi sənədlərə əsasən qonşu İddiaçı məxsus 0.033210 ha torpaq sahəsinə gedən yolun daralmasına səbəb olur.

8. xx.xx.2022-ci il tarixli yerli baxış protokolundan görünür ki, ünvan 1 ünvanında 0.033210 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 98.9 kv.m olan fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin mülkün qonşuluğunda Cavabdeh istifadəsində olan torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsində Cavabdeh fərdi yaşayış evi inşa etdirmişdir. Həmin fərdi yaşayış evi 2 mərtəbəlidir. Cavabdeh tikdirdiyi fərdi yaşayış evi ilə iddiaçıya məxsus torpaq sahəsi arasında hər hansı bir hasar çəkilməmişdir. Cavabdeh tikdirdiyi fərdi yaşayı evinin 2 pəncərəsi iddiaçıya məxsux həyətə və fərdi yaşayış evinə baxır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə avtomobil, yanğınsöndürmə və s. minik maşınlarının girişi məhduddur. Belə ki, beton töküntü mövcuddur ki, həmin beton töküntünü cavabdeh hesab edir ki, onun mülkiyyətində tikilib və onun torpaq sahəsini küçə hissəsindən ayırır. Sökülməsinə qəti etiraz edir ki, əgər söküləcəksə yeni çəkiləcək hasar onun mülkiyyətinə müdaxilə ola bilər.

9. xx.xx.2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, cavabdeh tikinti işlərini davam etdiərək fərdi yaşayış evinin dam örtüyün vurmuş, iddiaçının həyətinə baxan istiqamətdə 2 yerdə su novalçalarını vurmamış, lakin digər hissələrə su novalçası quraşdırmışdır. Bunun nəticəsində yağış sularının iddiaçının həyətinə qəsdən axıdılması üçün şərait yaratmışdır.

10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/961 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası lqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çxarışla İddiaçı adına qeydiyyata alınmış ünvan 4 ünvanda yerləşən 98.90 kv.m olan fərdi yaşayış evi üçün gediş-gəliş yolu əvvəllər mövcud olmuşdur. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, həmin gediş-gəliş yolu cavabdeh tərəfindən inşa edilmiş tikili nəticəsində tutulmamışdır. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdehin inşa etdiyi yeni tikilinin, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin və ya fərdi yaşayış evinin gediş-gəliş yoluna maneçiliyi yoxdur. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdeh tərəfindən, iddiaçının həyətyanı torpaq sahəsinə gedən ümumi istifadəli yolun zəbt olunması aşkarlanmadı. Lakin mübahisəli gediş-gəliş yoluna bitişik olan köhnə hasar, cavabdeh X4 Texniki pasportla fərdi yaşayış evinə verilmiş 00079 ha torpaq sahəsinın sərhəddindən kənarda yerləşdiyindən, rəsmi sənədlərə əsasən qonşu İddiaçı Şahın qızına məxsus 0 033210 ha torpaq sahəsinə gedən yolun daralmasına səbəb olur. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı və cavabdehin razılıqları əsasında mübahisəli gediş-gəliş yoluna bitişik olan köhnə hasar sökülərsə, mumkündür. Qərardadın 6-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşur üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının darvazasına kimi gələn mubahisəli gediş-gəliş yolu TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid ümumi istifadə yolu kimi qeyd edilmişdir.

11. Məhkəmə Kollegiyası tərəfindən xx.xx.2025-ci ildə Bərdə şəhər Bələdiyyəsinin sədri X6 müstəqil tələb irəli sürməyən üçüncü səxs qismində məhkəmə prosesinə cəlb olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon Alpoud kəndində yaşayan Cavabdeh Rzaquli qızının, ünvan 5 ünvanında verləşən, ümumi sahesi 98.90 kvm olan, DƏDRX tərəfindən verilmiş QN********** olan, DƏR nömrəsi **********33-10301 olan, xx.xx.2021-ci il tarixli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin qonşuluğunda tikdirdiyi fərdi yaşayış evinin onun evinin qarşısına açılan bütün pənəcərələrinin tikilisinin dayandrılmasına və həmin pənəcərə yerlərinin cavabdehin öz hesabına hörülməsinə və eyni zamanda Cavabdeh onun evinə gələn, ümumi istifadədə olan yolun-ensiz dar cığırın daha çox daraldılmasına və həmin yoldan onun üçün istifadəni imkansız edən tikinti işlərinin dayandırılmasına, bununla bağlı Cavabdeh etdiyi qanunsuz hərkətlərinə qadağan qoyulmasına və onun evinə gələn, ümumi istifadədə olan yolun darlaması üçün aparılmış tikillərin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 98.90 kvm olan fərdi yaşayış evi, DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, reystr nömrəsi **********33-10301 olan, xx.xx.2021-ci il tarixli çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus mülkiyyətdir. Onunla qonşu olan, Bərdə rayon Alpoud kəndində yaşayan Cavabdeh Rzaquli qızı öz həyətindən tikdirdiyi fərdi yaşayış evinin arxa pənəcərlərini düz onun həyətinə-evinin qarşısına açılan şəkildə qoymuşdur. Dəfələrələ Cavabdeh öz evinin pənəcərlərinin bu şəkildə qoyulmasının onun şəxsi həyatının, eyni zamanda onun həyətinə, evinin qarşısına açılan pənəcərinin qəbul edilmiş birgə yaşayış qaydalarına uyğun olaraq da ailə həyatı qaydları baxımından da düzgün olmadığını izah etmiş olsa da, lakin təssüf ki, Cavabdeh buna məhəl qoymur və tikilini davam etdirir. Cavabdeh bu hərəkəti həmçinin mənim mülkiyyətindən öz arzu və mülahizələrinə uyğun şəkildə sərbəst istifadə etməyinə birbaşa müdaxilədir və qəbul edilmzədir. Çünki mülkiyyət hüququnun təminatı həm də şəxsi həyatın toxunlmazlıq hüququ ilə sıx bağlıdır. Belə ki, o, öz evində- həyətində sərbəst istairahət edə bilmək imkanından məhrum edilmiş olur bu halda. Lakin Cavabdeh bu cür prinsipal hüquqi məsələləri diqqətə almadan onun evinə açılan pəncərələrin tikilisini davam etdirir. Ancaq Cavabdeh təkcə ona qaşı qonşuluq hüquqnun pozulmasını qeyd etdiyi məsələ ilə bağlı olmur. Cavabdeh həmçinin onun evinə gələn, ümumi istiifadədə olan yollarını da daraltmaqla mə şğuldur. Belə ki, Cavabdeh onun evinə gələn dar ensiz cığır yolu əsassız yerə tikdiyi daş hasarla zəbt edib daraldaraq, indi də özünün həyət qapısınıdarvazasını tam onun evinə gələn cığıra-ensiz yola tərəf çəkərək onun üçün evinə girib çıxa biləcək həm kiçik minik maşınlarının və həm də yükdaşıyan nəqliyyat vasitələrinin hərəkətlərini məhdudlaşdırır. Cavabdehin onların evinə, həyətə baxan pənəcərələrinin bağlanması onun evinin otaqlarının işıqlanmadan və havalanmadan məhrum etmir. Çünki qeyd etidiyi kimi cavabdehin, bağlanamsını tələb etdiyi pənəcərlərin aid olduğu otaqlarıının başqa pənəcərləri vardır və cavabdeh həmin digər pənəcərlərdən sərbəst olaraq istifadə edə bilir.

14. Daha sonra İddiaçı iddia həcminin artırılmasına dair birinci instansiya məhkəməsinə ərizə verərək, cavabdeh Bərdə rayon Alpoud kəndində yaşayan Cavabdeh Rzaquli qızının, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 98.90 kv.m olan, DƏDRX tərəfindən verilmiş QN********** olan, DƏR nömrəsi **********33-10301 olan, xx.xx.2021-ci il tarixli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin qonşuluğunda ara (şərikli) divar ləğv olunmaqla qanunsuz inşa edilmiş, evin onun evinin qarşısına, bilavasitə onun həyətinə açılan pənəcərələrinin cavabdehin öz hesabına hörülməsinə, inşa edilmiş evin damından onun həyətinə olan hissədə qurşadırlmış sunovalçıların tikinti uyğunluğunun təmin olunmasına, Cavabdeh tikdirdiyi qanunsuz inşa etdiyi tikilinin yanından onun evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər onun öz hesabına sökülərək, onun həmin yoldan avtomobillə keçidə (giriş-çıxışlarına) imkan veriləcək servitut təyin olunmasına, (icazənin verilməsinə), bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneə törədilməsinə qadağa qoyulmasına və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə qətnamə qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir.

15. Bundan sonra İddiaçı iddia həcminin artırılmasına dair birinci instansiya məhkəməsinə ərizə verərək, cavabdeh Bərdə rayon Alpoud kəndində yaşayan Cavabdeh Rzaquli qızının, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 98.90 kv.m olan, DƏDRX tərəfindən verilmiş QN********** olan, DƏR nömrəsi **********33-10301 olan, xx.xx.2021-ci il tarixli çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin qonşuluğunda ara (şərikli) divar ləğv olunmaqla qanunsuz inşa edilmiş, evin onun evinin qarşısına, bilavasitə onun həyətinə açılan pənəcərələrinin cavabdehin öz hesabına hörülməsinə, inşa edilmiş evin damından onun həyətimə olan hissədə qurşadırlmış su novalçılarının-yəni cavabdehin evinin damından onun həyətimə tökülən yağış sularının qarşısının alınmasına, Cavabdeh tikdirdiyi qanunsuz inşa etdiyi tikilinin yanından onun evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər onun hesabına sökülərək, onların həmin yoldan avtomobillə keçidə (giriş çıxışımıza) imkan veriləcək servitut təyin olunmasına (icazənin verilməsinə); bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneə törədilməsinə qadağa qoyulmasına və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilmsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-77/2024 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov), iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə tərəf baxan iki pəncərələr Cavabdeh hesabına bağlanılması, ünvan 2 ünvanında yerləşən cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşa edilmiş damından iddiaçının həyətinə tərəf olan iki hissədə quraşdırılmış su novalçılarının-yəni cavabdehin evinin damından iddiaçının həyətinə tökülən yağış sularının qarşısının alınması öhdəliyi Cavabdeh üzərinə qoyulması, ünvan 5 ünvanında yerləşən iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə daxil olması üçün evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın İddiaçı hesabına sökülməsinə Cavabdeh tərəfindən edilən qeyri-qanuni hərəkətlərinə son qoyulması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi, tikintitexniki obyektlərin Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməsi, mütəxəssi rəyi üzrə ödənilən 95 manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Məhkəmə həmin nəticəyə gələrkən Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 170.1, 170.2, 171.1, 171.2, 560.1 və 560.3-cü maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.3 və 80.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 107, 119.1, 213-214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(021)-77/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının onun həyətinə axan novalçanın təmir edilməsinə və damından su axının bərpa edilməsi tələbini qəbul edir. Damın təmiri yekunlaşmadığı üçün novalça onun həyətinə axırdı, yaxın günlərdə iddiaçının bu tələbini təmin edəcəkdir. Ancaq iki pəncərənin bağlanması və daş hasarın sökülməsi ilə qətiyyən razılaşmaq olmur. Belə ki, hansı Qanunun hansı normasında qeyd edilmişdir ki, qonşunun həyətinə pəncərə qoymaq olmaz?. Əlbəttə ki, Mülki Məcəllənin qonşuluq hüquqlarının qorunmasından bəhs edən 170 və 171-ci maddələrinə görə qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin baş verməsi qonşuluq hüququnun pozulması kimi öz əksini tapmışdır. Nə həmin maddələrdə, nə də digər qanunlarda pəncərənin bağlanması barədə hər-hansı bir tələb yoxdur. Belə olan halda hesab edir ki, iddiaçının pəncərələrin bağlanması tələbi rədd edilməlidir. Nəzərə alsaq ki, o tənha yaşayır, onda kimin onların həyətinə baxmasından çəkinirlər, başa düşmək olmur. Əlavə edir ki, hazırda orada yaşayış yoxdur və artıq sözsöhbət olmasın deyə hər iki pəncərənin qarşısına metal hasar çəkəcəkdir. Daş hasarın iddiaçının vəsaiti hesabına sökülməsi ilə də razı deyildir. Belə ki, deyilən daş hasar orada mövcud deyil, yalnız sovet dövründən 70 ildən qalma betondan uçub-dağılmış töküntü vardır ki, onun da sökülməsi onun həyətinin açıq qalmasına səbəb olacaqdır. Onun sökülməsi onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Həmin beton onun mülkiyyətində yerləşir və torpaq sahəni küçə hissəsindən ayırır. Söküləcəyi halda mülkiyyətinə müdaxilə oluna bilər. İddiaçı həmin evi 2021-ci idlə alanda həmin beton tikili orada idi, alanda yox, 2 ildən sonra yadına düşür ki, pəncərəni də bağlatdırsın, üstəlik beton tikilini də sökdürsün. Sadaladığı halları yerində baxış keçirməklə əyani surətdə müəyyən etmək olar ki, iddiaçının pəncərəni bağlatması və beton tikilinin sökülməsi tələbi qərəzli olmaqla, qanunsuz və əsassızdır. Sadalanan hallara əhəmiyyət verməyən məhkəmə, yanlış nəticəyə gələrək qərəzli iddia tələbini təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının onun həyətinə axan novalçanın təmir edilməsinə və damından su axının bərpa edilməsi tələbini qəbul edir. Damın təmiri yekunlaşmadığı üçün novalça onun həyətinə axırdı, artıq iddiaçının bu tələbi tam təmin olunmuşdur. Ancaq, iki pəncərənin bağlanmasına, yuxarı pəncərələrin isə 60 sm yuxarıdan bağlanmasına razıdır. Daş hasarın sökülməsi ilə qətiyyən razı deyil. Belə ki, deyilən daş hasar orada mövcud deyil, yalnız sovet dövründən 70 ildən qalma betondan uçub-dağılmış töküntü vardır ki, onun da sökülməsi onun həyətinin açıq qalmasına səbəb olacaqdır. Onun sökülməsi onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Həmin köhnə beton onun torpaq sahəsini küçə hissəsindən ayırır. Söküləcəyi halda mülkiyyətinə müdaxilə oluna bilər. İddiaçı həmin evi 2021-ci idlə alanda həmin köhnə beton tikili orada var idi, alanda mübahisə olmamışdır. 2 ildən sonra yadına düşür ki, pəncərəni də bağlatdırsın, üstəlik köhnə beton tikilini də sökdürsün. İddiaçının köhnə beton tikilinin sökülməsi tələbi qərəzli olmaqla, qanunsuz və əsassızdır. Orada heç vaxtı maşın yolu olmamışdır. Həmin yol bələdiyyə mülkiyyətində olmaqla gediş-gəliş yoludur. Hər iki qonşu oradan həmin yoldan istifadə edirik. O, mübahisəli köhnə beton barının sökülməsinə razı deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (əri) X10 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq məhkəmə kollegiyasına bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi zamanı, onun tikdiyi binanın birinci və ikinci mərtəbələrində yerləşən iki pəncərənin bağlanmasını tələb etmişdir, lakin hazırda yalnız birinci mərtəbənin tamamilə bağlanmasını və ikinci mərtəbədə isə yuxarıdan 60 sm məsafə saxlanılmaqla pəncərənin açılmasına razıdır. Eyni zamanda orada yerləşən cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşa edilmiş damından onların həyətinə tərəf olan iki hissədə quraşdırılmış su novalçılarının-yəni cavabdehin evinin damından iddiaçının həyətinə tökülən yağış sularının qarşısı alınmışdır, bununla bağlı tələbləri təmin olunmuşdur.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. İş üzrə İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü səxs Bərdə şəhər Bələdiyyəsinin sədri X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndə və vəkillə təmsil olunmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü səxs Bərdə şəhər Bələdiyyəsinin sədri Ruslan Əhmədov məhkəmə iclasına müraciət göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

25. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

28. Maddə 32. Şəxsi toxunulmazlıq hüququ. İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

29. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

30. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

31. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

36. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

37. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

38. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

39. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

40. Maddə 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.

41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

42. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

43. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:

44. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

45. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

46. Maddə 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

47. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

48. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

49. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir.

50. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinəbaşlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”

51. Bənd 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir.

52. Bənd 4.2. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

61. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

62. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

63. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

64. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

65. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

66. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

68. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

70. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

71. Beləliklə, işin halları ondan ibarətdir ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 98.90 kv.m olan fərdi yaşayış evi DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, reystr nömrəsi **********33-10301 olan, xx.xx.2021-ci il tarixli çıxarışla xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus mülkiyyətdir. Onunla qonşu olan, Cavabdeh Rzaquli qızının istifadəsində olan torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin pənəcərələri iddiaçının həyətinə baxır. Qonşular arasında arakəsmə hörgüsü yoxdur. Bundan əlavə, beton töküntü mövcuddur ki, həmin beton töküntünü cavabdeh hesab edir ki, onun mülkiyyətində yerləşir və onun torpaq sahəsini küçə hissəsindən ayırır. Həmçinin, cavabdeh fərdi yaşayış evinin dam örtüyün də vurmuş, iddiaçının həyətinə baxan istiqamətdə 2 yerdə su novalçalarını quraşdırmamış, lakin digər iddiaçının həyətinə düşməyən hissələrə su novalçası quraşdırmışdır. Bunun nəticəsində yağış sularının iddiaçının həyətinə qəsdən axıdılması üçün şərait yaradılmışdır.

72. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

73. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

74. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

75. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir.

76. Apellyasiya instansiyası təqdim olunmuş materialları hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi zamanı, onun tikdiyi binanın birinci və ikinci mərtəbələrində yerləşən iki pəncərə birbaşa İddiaçı mülkiyyətində olan həyətə və yaşayış evinə baxır.

77. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmətlə yanaşmalı və öz mülkiyyət hüquqlarını həyata keçirərkən qonşuya hədsiz və ziyanlı təsir göstərməməlidirlər.

78. Halbuki, cavabdehin yerləşdirdiyi pəncərələr bu prinsipləri kobud şəkildə pozmuşdur. Məhkəmədə təqdim olunmuş sübutlar, o cümlədən xx.xx.2022, xx.xx.2023 və xx.xx.2024-cü il tarixli yerli baxış protokolları, mütəxəssis rəyinin nəticələri, və tərəflərin izahatlar sübut edir ki, pəncərələr iddiaçının yaşayış məkanına birbaşa vizual müdaxilə imkanı yaradır və bu, hüquqi cəhətdən yolverilməzdir. Qonşuluq hüququ çərçivəsində hər bir mülkiyyətçi öz əmlakından istifadə edərkən qonşuya qarşı mənfi təsir göstərməməli, şəxsi sahəyə müdaxilə yaratmamalıdır.

79. Apellyasiya instansiyasında işə baxıldığı zaman, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 isə çıxış edərək, ilkin iddiasında ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi zamanı, onun tikdiyi binanın birinci və ikinci mərtəbələrində yerləşən iki pəncərənin bağlanmasını tələb etməsinə baxmayaraq, apellyasiya mərhələsində yalnız birinci mərtəbənin tamamilə bağlanmasını və ikinci mərtəbədə isə yuxarıdan 60 sm məsafə saxlanılmaqla pəncərənin açılmasına razılıq verdiyini bildirmişdir. Eyni zamanda orada yerləşən cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşa edilmiş damından onların həyətinə baxan iki hissədə quraşdırılmış su novalçılarının-yəni cavabdehin evinin damından iddiaçının həyətinə tökülən yağış sularının qarşısı alınmış, bununla bağlı tələbləri təmin olunmuşdur.

80. Nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.

81. Həmçinin, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1ci maddəsi).

82. Məhkəmə, eyni zamanda, iddiaçı tərəfindən məhkəmə iclasında bildirdikləri razılığı nəzərə alaraq, birinci mərtəbədən iddiaçının həyətinə açılan pəncərələrin tam bağlanmasına, ikinci mərtəbədən açılan pəncərələrin isə yalnız yuxarıdan hissədən 60 sm açıq qalmasına qərar verir. Bu qərar hüquqi balansı təmin edir və mülkiyyət hüququ ilə şəxsi həyat hüququ arasında məqbul kompromis yaradır.

83. İddiaçı tərəfindən irəli sürülmüş tələbin digər bir hissəsi Cavabdeh tikdiyi hasarın sökülməsi və iddiaçının torpaq sahəsinə avtomobillə keçidi təmin etmək məqsədilə servitut hüququnun müəyyən olunması ilə bağlı olmuşdur. İddiaçı bu tələbini onun torpaq sahəsinə çıxış yolunun cavabdeh tərəfindən qanunsuz hasar tikilərək tutulması ilə əsaslandırmışdır.

84. İş üzrə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 10/961 nömrəli ekspertiza rəyindən və yerli baxış materiallarından müəyyən edilmişdir ki, orada əvvəllər inşa edilən köhnə beton hasar cavabdehin fərdi yaşayış evinə dair texniki pasportda göstərilən 00079 ha sahənin sərhədlərindən kənarda yerləşmişdir və bu köhnə hasarın tikilməsi nəticəsində iddiaçıya məxsus 0.033210 ha torpaq sahəsinə keçid müəyyən dərəcədə daralmışdır.

85. Eyni zamanda, həmin ekspert rəyində açıq şəkildə qeyd olunmuşdur ki, cavabdehin inşa etdiyi tikili və köhnə hasar iddiaçının torpaq sahəsinə giriş imkanını tam şəkildə məhdudlaşdırmamış, keçid texniki baxımdan mümkündür və real istifadəyə yararlıdır. Bundan əlavə, rəyin 6-cı sualına verilmiş cavabdan da görünür ki, iddiaçının darvazasına qədər olan mübahisəli keçid yolu TEKUİS sisteminə əsasən bələdiyyə mülkiyyətində olan ümumi istifadəli gediş-gəliş yolu kimi qeydə alınmışdır. Bu isə həmin yolun şəxsi mülkiyyət predmeti olmadığını və sərbəst keçidə məhdudiyyətin hüquqi əsasla müəyyən edilmədiyini göstərir. Göründüyü kimi, orada iddiaçının torpaq sahəsinə avtomobillə keçid yolu olmamışdır.

86. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsində təsbit olunmuş mülkiyyət hüququnun toxunulmazlığı prinsipi kontekstində servitut tətbiqi, yalnız mütləq hüquqi zərurət və hüquqların balansı əsasında həyata keçirilə bilər. Məhkəmə bu zaman proporsionallıq və legitim məqsəd meyarları ilə hərəkət etməlidir.

87. İş üzrə təqdim olunmuş ekspert rəyi və digər sübutlar əsasında isə müəyyən olunmuşdur ki: Həqiqətən, köhnə hasar, sərhədləri aşaraq iddiaçının keçid yolunun daralmasına səbəb olmuşdur. Lakin keçid tam bağlanmamışdır, həyətə piyada və nəqliyyatla daxil olmaq mümkün olaraq qalır. Yol TEKUİS sistemində bələdiyyəyə məxsus ümumi istifadəli yol kimi qeyd edilmişdir, bu isə həm dövlət orqanlarının, həm də vətəndaşların istifadəsində olan yol statusu daşıyır və burada sərhəd mübahisəsi yalnız idarəetmə orqanlarının və inzibati orqanların qərarı əsasında həll edilə bilər, fərdi qaydada servitut qoyulması bu yol üzərində qeyri-mümkündür.

88. Qeyd olunmalıdır ki, servitut yalnız həmin əmlaka çıxış və istifadə üçün başqa real və hüquqi imkan qalmadığı hallarda tətbiq edilə bilər; əks halda servitut qanunsuz müdaxilə və mülkiyyət hüququnun pozuntusu hesab oluna bilər. Servitutun tətbiqi üçün iddiaçı tərəfindən məhkəməyə mülkiyyətə daxil olma imkanlarının texniki qeyrimümkünlüyünü sübut edən xəritələr, kadastr sxemləri və sahə ölçüləri təqdim edilməlidir.

89. Lakin iddiaçı tərəfindən hasarın yolun tam bağlanmasına səbəb olduğunu göstərən texniki ölçülər, dəqiq plan materialları və alternativ keçid imkanlarının qeyrimümkünlüyünə dair sübutlar təqdim edilməmişdir. Əksinə, köhnə hasarın yalnız daralma yaratdığı, lakin keçidi tam qapatmadığı təsdiqlənmişdir.

90. Həmçinin, məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş yerinə baxış protokolu ilə də müəyyən edilmişdir ki, Bərdə rayonunda yerləşən, Cavabdeh Texniki pasportla fərdi yaşayış evinə verilmiş 0.0079 ha torpaq sahəsi, onun faktiki istifadə etdiyi torpaq sahəsinin mübahisəli hissəsindəki koordinantları daxilində yerləşir və sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinantlarına uyğun naturada istifadə edir. Mübahisəli köhnə hasar, Cavabdeh Texniki pasportla fərdi yaşayış evinə verilmiş 0.0079 ha torpaq sahəsinin sərhəddindən kənarda yerləşdiyindən, rəsmi sənədlərə əsasən qonşu İddiaçı məxsus 0.033210 ha torpaq sahəsinə gedən yolun daralmasına səbəb olur. Cavabdeh mülkiyyətində olan 0.0079 ha torpaq sahəsinin sənəd (RX-0564823 saylı çıxarış) üzrə nəzərdə tutulmuş döngə nöqtələrinin koordinatları uyğunluq təşkil edir və torpaq sahəsində tikintisi tam başa çatmamış, iki mərtəbəli tikili vardır.

91. Nəzərə alınmalıdır ki, əvvəllər tikilən köhnə hasarın tikinti norma və qaydalarına uyğun olmaması faktı müəyyən edilsə də, bu pozuntu servitut hüququnun tətbiqi üçün hüquqi əsas yaradan tam və qəti hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Bu hal şəhərsalma normalarının pozulması kontekstində qiymətləndirilsə də, iddiaçının əmlakına giriş hüququnun tam şəkildə aradan qalxmasını doğurmur.

92. Doktrinal yanaşmalara görə, servitutun tətbiqi hüququnun əsaslandırılması üçün aşağıdakı üç prinsip mütləq təmin edilməlidir: Zərurət prinsipi – alternativ yolun və ya çıxış imkanının olmaması; Proporsionallıq prinsipi – tətbiq olunan məhdudiyyət mülkiyyət hüququna zidd olmamalı və həddindən artıq olmamalıdır; Sübutetmə yükü prinsipi – hüquqi zərurəti və faktiki imkansızlığı sübut etmək iddiaçının üzərinə düşür.

93. Hazırkı işdə bu üç meyarın heç biri tam və inandırıcı şəkildə sübuta yetirilməmişdir.

94. Bütün yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən tikilmiş hasarın sökülməsi və servitut hüququnun müəyyən olunması ilə bağlı qətnaməsinin bu hissəsi qanunvericiliyin tələblərinə və təqdim olunmuş sübutlara uyğun olmadığından ləğv edilməli, tələbin bu hissəsi isə tamamilə rədd edilməlidir.

95. İddiaçı tərəfindən irəli sürülmüş tələbin digər hissəsi Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin dam örtüyündən istifadə edilməklə yağış sularının birbaşa iddiaçının torpaq sahəsinə yönəldilməsi ilə bağlı olmuşdur. İddiaçı iddia edir ki, cavabdehin inşa etdiyi su novalçaları (yağış kanalları) onun yaşayış sahəsinə bilavasitə su axıdılması ilə nəticələnir, bu isə həm yaşayışın normal şərtlərini pozur, həm də daşınmaz əmlakının dəyərinə və istifadəsinə mənfi təsir göstərir.

96. İş üzrə təqdim edilmiş xx.xx.2023-cü il tarixli yerli baxış protokolu, fotoşəkillər, mütəxəssis rəyi və cavabdehin izahatı əsasında müəyyən olunmuşdur ki: Cavabdehin inşa etdiyi evin dam örtüyündə yerləşdirilmiş su axıdıcı qurğular (novalçalar) yağış sularını birbaşa iddiaçının həyətinə boşaldır. Su axıdılması nəticəsində iddiaçının sahəsində yer səviyyəsində eroziya, nəmlik, çökəklik və digər fəsadlar yaranmışdır. Cavabdeh məhkəmə baxışı zamanı bu vəziyyəti qismən etiraf etmiş və orada dəyişiklik etməklə, inşa etdiyi fərdi yaşayış evinin dam örtüyündən istifadə edilməklə yağış sularının birbaşa iddiaçının torpaq sahəsinə yönəldilməsi ilə bağlı su axıdıcı qurğuları (novalçaları) təmir etməsini bildirmişdir.

97. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.4-cü maddələrinə əsasən, hər hansı tikinti və onun infrastruktur elementləri (o cümlədən su axıdıcı sistemlər) yalnız layihə sənədlərinə və tikinti norma və qaydalarına uyğun şəkildə həyata keçirilməlidir.

98. Eyni zamanda, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli Qərarının 4.2-ci bəndində qeyd olunur ki, fərdi yaşayış evlərinin tikintisi zamanı yağış və tullantı sularının qonşu torpaq sahəsinə yönəldilməsi qəti qadağandır, bu cür hallar mülkiyyət hüququnun pozulması hesab olunur.

99. Halbuki, cavabdeh tərəfindən inşa edilən su axıdıcılar, nə layihələndirmə sənədlərində razılaşdırılmış, nə də tikinti norma və qaydalarına uyğun həyata keçirilmişdir. Bu isə qanunsuz tikinti elementinin əmlak hüquqlarına mənfi təsirini göstərən əlamətdir.

100. Məhkəmə kollegiyası qeyd edir ki, əgər qonşu tərəfindən inşa edilmiş tikinti elementi, o cümlədən yağış axıdıcı sistem, digər şəxsin əmlakına faktiki ziyan vurur və bu, sənədlə təsdiqlənirsə, həmin elementin dəyişdirilməsi və ya sökülməsi məcburidir, çünki belə vəziyyət mülkiyyət hüququnun bilavasitə pozulması hesab olunur. Su axıdıcıların qonşu torpaq sahəsinə yönəldilməsi faktı aşkar edilərsə və bu, əhəmiyyətli dərəcədə daimi zərər yaradırsa, bu, Mülki Məcəllənin 171.1-ci maddəsinin pozuntusudur və qarşı tərəf bu təsirin qarşısının alınmasını tələb edə bilər.

101. Hüquqi nəzəriyyəyə əsasən, “vizual və maddi zərər olmadan belə, struktur elementlərinin qonşu əmlaka su, səs və ya sızma ilə təsiri” “passiv ziyan” olaraq tanınır və müasir hüquqda gizli hüquq pozuntusu kimi qiymətləndirilir.

102. Bu yanaşma Azərbaycan hüququnda Mülki Məcəllənin 171.1-ci maddəsi ilə uzlaşır və mülkiyyətçinin öz sahəsini qorumaq hüququnu geniş mənada təsdiq edir.

103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

104. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

105. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

106. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

107. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

108. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

109. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

111. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

112. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

113. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 98.90 kv.m olan fərdi yaşayış evi DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, reystr nömrəsi **********33-10301 olan, xx.xx.2021-ci il tarixli çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus mülkiyyətdir. Onunla qonşu olan, xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12- 10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla ünvan 2 ünvanında 0.0079 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 58.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Cavabdeh Rzaquli qızının mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin pənəcərələri iddiaçının həyətinə baxır. Qonşular arasında arakəsmə hörgüsü yoxdur. Bundan əlavə, köhnə beton töküntü mövcuddur ki, həmin könhə beton töküntünü (barı, hasar) cavabdehin mülkiyyətində olan torpaq sahəsini küçə hissəsindən ayırır. Cavabdeh mübahisəli köhnə beton barının sökülməsinə razı deyildir. Həmçinin, cavabdeh fərdi yaşayış evinin dam örtüyün də vurmuş, iddiaçının həyətinə baxan istiqamətdə əvvəl 2 yerdə su novalçalarını quraşdırmamış, sonradan isə su novalçalarını quraşdırmışdır. Artıq yağış suları iddiaçının həyətinə axıdılmır. Cavabdeh ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi zamanı, onun tikdiyi binanın birinci və ikinci mərtəbələrində yerləşən iki pəncərə birbaşa İddiaçı mülkiyyətində olan həyətə və yaşayış evinə baxması yerli baxış zamanı bir daha müəyyən edilmişdir. Bununlada yerli baxış protokolları, mütəxəssis, ekspert rəyinin nəticələri və tərəflərin izahatları sübut edir ki, pəncərələr iddiaçının yaşayış məkanına birbaşa vizual müdaxilə imkanı yaradır və bu, hüquqi cəhətdən yolverilməzdir. İstər iddiaçı, istərsədə cavabdeh tərəfin məhkəmə iclasında bildirdikləri razılığı nəzərə alaraq, evin birinci mərtəbədən iddiaçının həyətinə açılan pəncərələrin tam bağlanmasına, ikinci mərtəbədən açılan pəncərələrin isə yalnız yuxarıdan hissədən 60 sm açıq saxlanılması mümkündür. Qonşuluq hüququ çərçivəsində hər bir mülkiyyətçi öz əmlakından istifadə edərkən qonşuya qarşı mənfi təsir göstərməməli, şəxsi sahəyə müdaxilə yaratmamalıdır, cavabdeh tərəfindən köhnə hasarın sökülməsi və servitut hüququnun müəyyən olunması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissəsi qanunvericiliyin tələblərinə və təqdim olunmuş sübutlara uyğun olmadığından ləğv edilməli, tələbin bu hissəsi isə tamamilə rədd edilməlidir.

114. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə qismən təmin edilməli, qalan hissə təmin edilməməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

115. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən 100 manat ekspertiza xərci tərəflərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

116. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-77/2024 nömrəli qətnaməsi - ünvan 2 ünvanında yerləşən cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə tərəf baxan iki pənəcərələr Cavabdeh hesabına bağlanılması, ünvan 5 ünvanında yerləşən iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə daxil olması üçün evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın İddiaçı hesabına sökülməsinə Cavabdeh tərəfindən edilən qeyri-qanuni hərəkətlərinə son qoyulması - hissələrində ləğv edilsin və həmin hissələr üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə baxan pəncərələr cavabdehin hesabına tamamilə bağlansın. Cavabdeh mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan torpaq sahəsinə baxan pəncərələr, yalnız yuxarıdan 60 (altmış) sm məsafədə saxlanılsın və pəncərələrin digər hissəsi isə cavabdehin hesabına bağlansın. İddia tələbi – Cavabdeh tikdirdiyi qanunsuz inşa etdiyi tikilinin yanından onun evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər onun hesabına sökülərək, onların həmin yoldan avtomobillə keçidə (giriş çıxışına) imkan veriləcək servitut təyin olunmasına (icazənin verilməsinə); bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneə törədilməsinə qadağa qoyulmasına - dair hissədə təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə xx.xx.2025-ci il tarixli, 10/961 nömrəli ekspertiza rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat, 50 (əlli) manat İddiaçı, 50 (əlli) manat isə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar