Məhkəmə qərarları › İş №2(104)-1062/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1062/2025

21.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1062/2025 21.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi, subyektiv hüquq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı X4, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-96/2025 nömrəli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barələrində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

2. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barələrində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda izahatı alınmış Şahid1 bildirmişdir ki, anası Bəsdi Əliyeva ilə birlikdə yaşayır, subaydır, hal-hazırda Şəki rayonu Turan qəsəbəsində yerləşən musiqi məktəbində təsərrüfat və kitabxana müdirəsi vəzifəsində işləyir. X1 2016-cı ilin aprel ayında baş vermiş döyüşlər zamanı şəhid olmuşdur. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2022-ci ilin avqust ayında o Bakı şəhərində kursda olarkən Qara Qarayev metrosu yaxınlığında piyada yolunu keçərkən hazırda xatırlamadığı taksi sürücüsü avtomobil ilə ehtiyatsızlıqdan asta şəkildə ona toxunmuş və o yerə yıxılmış, heç bir xəsarət almadığı üçün şikayət etməmişdir. Sonradan tanıdığı Cavabdeh kənardan onu görüb taksi sürücüsündən şikayətçi olmadığına görə onun barəsində “ağıllı qızdır” kimi ifadələr işlətmişdir. Daha sonra yaxınlaşaraq tanış olmaq istədiyini demiş, mobil nömrəsini istəmiş, lakin o verməmişdir. Sonra da “TikTok” sosial şəbəkəsində olan profilini istəmiş və o da vermişdir. Həmin vaxtdan da danışmağa başlamış, Onunla çox xoş rəfdar etmiş və hərbidə MAXE kimi işlədiyini demiş, təxminən 3 ay bu cür danışdıqdan sonra Sənanın onunla bağlı ciddi fikirdə olmasını düşündüyü üçün Sənana öz mobil nömrəsini verərək bu cür danışmağa başlamış, münasibətləri barədə anası Bəsdi Əliyevanın da məlumatı olmuş bəzi vaxtlarda Sənanla özü də danışmışdır. Sənanın ailə üzvlərinin də münasibətlərində məlumatı olmuş, Sənanın bacısı Ayşən onların ünvana gəlib bir müddət qonaq kimi qalmışdır. Bundan başqa müxtəlif vaxtlarda digər qohumları da onlara qonaq kimi gəlib getmişlər. Sənanın bacısının maddi imkanı zəif olduğundan o bir neçə dəfə maddi yardım da göstərmiş, 2022-ci ilin təxminən oktyabr ayında Sənanın anası Əlvanə qolunun çıxdığını və həkim müayinəsi üçün 200 manata ehtiyacı olmasını demiş, X6 göndərdiyi karta 200 manat göndərmiş, Bundan sonra isə Sənan ondan borcu olduğunu və ona pul verməsini xahiş etdiyi zaman anasının adına olan “Unibank” kartından Sənanla birlikdə olan zaman 300 manat da çıxarıb Sənana vermişdir. Sənanla söhbətlərinin birində Şənan xırda buynuzlu heyvan alıb sataraq pul qazanmaq istədiyini və ona borc pul verməsini xahiş etmiş, O da Sənana etiraz etməyərək xx.xx.2023-cü il tarixdə Şəki rayonundan Gəncə şəhəri Gülüstan qəsəbəsinə Sənangilin yaşadığı ünvana gəlmiş, Onların ünvanında Sənanın anası Elvanə, bacısı Ayşən və əmisi oğlu Amil olmuş, o həmin şəxslərin yanında Sənana 5200 manat vermiş, bundan sonra xx.xx.2023-cü il tarixdə Sənanın bacısı Ayşənin doğum günü olduğundan o yenə də onlara qonaq gəlmiş və həmin vaxt Sənanın ondan borc olaraq istədiyi 2700 manatı da vermişdir. Həmin gün onların ünvanında olarkən körpə uşağın Sənanın ayağından tutduğunu görmüş, Ayşənin qızından həmin uşağın kim olduğunu soruşduqda Sənanın uşağı olmasını demiş, o bu sözdən təəccüblənmiş, sonra isə Sənanın mətbəxdə anası ilə danışdığını və “ona bu barədə desən özümü öldürəcəm” dediyini eşitmişdir. Bu vaxt Sənanın ailəli olmasından şübhələnmiş və oradan çıxaraq getmişdir. Taksi ilə Tovuz rayonunda yaşayan qohumlarının ünvanına getmiş, 3 gün orada qaldıqdan sonra da yaşadığı Şəki rayonuna getmiş və anası Bəsdiyə olanları danışmışdır. Sonra da Sənanın evli olmasını və onun pulunu almaq məqsədi ilə münasibət saxlamasını bilmişdir. Bundan sonrakı müddətdə Sənandan ona olan borcunu qaytarmasını tələb etməyə başlamış, anası da onlardan pulunu tələb etməyə başlamışdır. Pulu qaytarmadıqları üçün də xx.xx.2023-cü il tarixdə anası Sənanın yaşadığı Göygöl rayonu Topalhəsənli kəndinə gələrək ondan pullarını tələb etdiyi zaman anasını da döydükləri üçün bu barədə araşdırma aparılmış və Sənana 15 gün həbs cəzası verilmişdir. Lakin, buna baxmayaraq hələ də onun pulunu verməmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X8 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borc verdiyi 8400 (səkkiz min dörd yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 109.40 (yüz doqquz manat qırx qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddət əvvəl tanımışdır. Belə ki, Cavabdeh anası ilə onun ailəvi münasibətləri olmuşdur. 2023-cü ilin may ayında Cavabdeh anası Əlvanə ona müraciət edərək oğluna mal-qara almaq üçün pul lazım olduğunu bildirərək ondan 8400 manat borc pul istəmişdir. O da, həmin ailəni uzun müddətdir ki, tanıdığına görə onun təklifi ilə razılaşıb 11 may 2023-cü ildə 8400 manat pulu hazırkı iş üzrə Cavabdeh bir dəfəyə vermişdir. Pulu verərkən sonuncuya özünün də, pula ehtiyacı olduğunu, ev təmir etdirmək üçün kredit götürdüyünü bildirmişdir. Cavabdeh isə ona cavabında narahat olmamağını, uzağı iki ay ərzində onun pulunu qaytaracağını bildirmişdir. O, Cavabdeh və ailəsini uzun müddətdir tanıdığı üçün ona etibar etmiş və onun sözünə inanmışdır. Ancaq aradan keçən müddət ərzində dəfələrlə sonuncudan pulunu tələb etsə də, hər hansı bir müsbət nəticə əldə etməyi mümkün olmamışdır. Hər dəfə müraciət etdikdə ondan vaxt verməsini ən qısa müddətdə ona pulunu qaytaracağını bildirmişdir. Ancaq yenə də, müsbət nəticə əldə edə bilmədiyindən aidiyyatı üzrə şikayət ərizəsi ilə Göygöl rayon Polis şöbəsinə müraciət etmişdir. Hazırkı xüsusatlarla bağlı polis şöbəsində də araşdırma aparılmışdır.

5. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 8400 manat pulu Gəncə şəhərində Gülüstan qəsəbəsində cavabdehin bacısının evində onun qızı Şahid1 cavabdehin bacısı və anasının iştirakı ilə Cavabdeh vermişdir. Həmin pul onun pulu olmuş, lakin o yox qızı Şahid1 vermişdir. O, evinin təmiri ilə bağlı kredit götürmüş, Cavabdeh hərbidə işləmiş və hərbidə komandirini söydüyünə görə onu hərbidən çıxarmışlar, Cavabdeh anası ona bir fermada heyvanlar olmasını və heyvanların hamısının 13000 manata satmasını bildirmiş, ondan borc verməsini xahiş etmiş və pulu avqust ayında qaytaracağını bildirmiş, o isə pulu vermişdir. Bundan sonra onlar gedib 87 ədəd xırda heyvan (qoyun,keçi) almışdır. Cavabdeh anası ondan aldığı pulu avqust ayında, malina bağını satıb verəcəyini bildirmişdir. Lakin onlar pulu verməmişlər, bu səbəbdən o onların evlərinə getdikdə dava olmuş, Cavabdeh onu vurduğundan 15 gün həbs edilmişdir. Cavabdeh 23 noyabrda onunla danışaraq, heyvanları satıb onun pulunu verəcəyini bildirmiş, lakin pulu verməmişdir. Əlavə olaraq bildirmişdir ki, 8400 manat pulu qızı Şahid1 Gəncə şəhərində Gülüstan qəsəbəsində cavabdehin bacısının evində vermişdir. Cavabdeh evdə arvadı uşağı ola-ola qız istəmək üçün gəlmişlər və onların tanışlığı burdan yaranmışdır. O, polisə müraciət etdikdə, polis ona pulun Gəncə şəhərində verilməsini bildirmiş və X7 verilməsini bildirmişlər. 300 manat pulu bank kartı vasitəsi ilə vermişdir. 2023-cü ilin may ayında Sənanın bacısının evində 5200 manat pulu qızı Şahid1 həmin gün vermişdir. Daha sonra cavabdehin anası Əlvanə onunla telefonla danışaraq, ona heyvanları 13000 manata vermələrini demiş və təzədən adına kredit götürərək 2700 manat pul vermiş, 300 manat kartdan çıxarmış, daha sonra isə oğlunun yıxılmasını və qolunun çıxmasını bildirirək 200 manat pul almışdır. Cəmi 8400 manat onlardan pul alınmışdır. Həmin pulları onunla danışdıqdan sonra o göndərmişdir. Pulları cavabdehin bacısıgilə göndərmişdir. Cavabdehin bacısının adı hazırda yadından çıxmışdır. İlk dəfə 5200 manat xx.xx.2023-cü il tarixdə cavabdehin bacısıgildə qızı Şahid1 vermişdir. Bundan sonra təxminən 2023-cü ilin 24-25 iyul tarixində cavabdehin bacısının ad günü günü 2700 manat pulu cavabdehin bacısıgilin evində qızı Şahid1 vermişdir. Bundan 6-7 ay sonra 200 manat pulu cavabdehin qolu çıxması səbəbindən cavabdehin ailəsindən kiminsə kartına vurmuş, lakin kimin kartına vurmasını bilmir. İyul ayında pul verdikdən təxminən 2-3 ay sonra 300 manat pulu cavabdehə kredit ödənməsi üçün verilmişdir. Lakin həmin məbləği dəqiq nə vaxt verməsini xatırlamır. O pul tələbinə dair iddia ərizəsini Şəkidə yazdırmış, o demiş vəkil isə yazmışdır. Vəkil qırıq-qırıq yazmamaq üçün məbləğləri bütov şəkildə yazmışdır. O polisə müraciət edərkən məbləğin 8100 manat yazılması polis tərəfindən səhf yazılmışdır. Polisdə Şahid1 dindirmişlər. Qeyd olunan pulları qızı Şahid1 cavabdehin bacısı evində vermişdir. Cavabdehin anası avqust ayında 3 nəfərə məxsus bağlarının olmasını və satıb onun pulunu verəcəyini bildirmişdir. Lakin onun pulunu vermədiklərindən o cavabdehə məxsus evə getmiş, evdə heç kəs olmamış, cavabdehin əmisi arvadı bir nəfər qadın çıxmış və o həmin qadına cavabdehin heyvan almasını bildirdikdə həmin qadın heyvanların satılmasını bildirmişdir. O pulunu istədiyini bildirmiş, həmin vaxt cavabdehin anası gəlmiş və onu evə dəvət edərək, evdə söhbət etmələrini təklif etmişdir. Lakin, o niyə onun evinə girməsini bildirmişdir. Daha sonra pul verilən oğlanın anası, guya ki onlara elçi gəlmiş oğlan onları tanıyır. Həmin oğlanın anası onu çağıraraq gəl oturaq maşında söhbət etməsini bildirmiş, həmin vaxt cavabdeh gəlmiş və maşının qapısını qıraraq qadını çəkib çıxarmış və onun ayağına təpiklə vurmuşdur. Bundan sonra onun müraciətinə əsasən cavabdeh 15 gün inzibati həbs edilmişdir. Verdiyi pullarını tələb edir, cəmi 8400 manat pul veribdir. Bacısının yanında Sənana pulu veriblər. Odur ki, cavabdehə vermiş olduğu pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının qızı Şahid1 ilə 2022-ci il tarixində “tiktok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşlar. Şahid1 özünü şəhid ailəsi kimi tanıtmışdır. Sonradan onların şəhid ailəsi olmamasını bilmişdir. O həmin vaxtlar N manat maaşla hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi işləmişdir. İddiaçının qızı “tiktok” sosial şəbəkəsində ona evin qazı, işığı olmadığını bildirərək ondan kömək istəmişdir. İddiaçının qızı Şahid1 evlərinin qaz və işıqları kəsildiyi üçün 50 manat məbləğində maddi köməklik göstərmişdir. İddiaçının qızı Şahid1 bir neçə dəfə onların evinə gəlmiş, evlərində 1-2 günlük qalmışdır. Şahid1 onların evinə gəlib gedəndə onların evindən maddi yardım kimi müəyyən tədarüklər də aparmışdır. Şahid1 ona 1 dəfə də olsun pul verməmiş, o, iddiaçı və ya qızından pul almamışdır. Əksinə o, Əliyeva Bəsdinin qızı Şahid1 şəhid ailəsi bilib onlara kömək etmişdir. Odur ki, iddiaçı və qızının söylədiklərinin hamısı yalandır. İddiaçı və qızı ondan əvvəl də bir neçə şəxsi şərləmişlər. İddiaçı özü gəlib onların qapılarına çıxmış, o da şəhid ailəsi bilib onlara köməklik göstərmişdir. Sonradan bilmişdir ki, kömək etdiyi həmin insanlar şər, böhtan atan insanlardır. İddiaçı onunla bağlı polisə şər xarakterli şikayət verib tutduran zaman belə onun hadisə ilə bağlı heç bir əl izi olmamışdır. İddiaçı Əliyeva Bəsdi onların qapısına gəlib mübahisə çıxarmış, sonra da şər ataraq onu 15 sutkalığına tutdurmuşdur. Əlavə olaraq bildirmişdir ki, iddiaçı X8 onların evinə cəmi 1 dəfə, hadisə olan vaxtı gəlmişdir. Şahid1 2-ci dəfə aparıb evlərinə düşürərkən onun çəkdiyi xərclə Şahid1 gilin evində kabab çəkmişlər. Həmin vaxtı əmisi oğlu Amil onlarla süfrədə oturmuş, lakin sürücü Şahid2 Şahid1 gilin evinə girməmiş, qapıdan çöldə maşında onları gözləmişdir. O, Şahid1 ilə sevgi münasibətində olmamış, sadəcə şəhid ailəsi bilib köməklik göstərmişdir. Şahid1 anası İddiaçı ona demiş ki, Şahid1 onsuz yaşaya bilməz. O, ailəsindən imtina etmədiyi üçün iddiaçı tərəf hazırda ona bütün bu problemləri yaşadır. Odur ki, iddiaçının söylədiyi bütün fikirlərin yalan, şər xarakterlidir, həmin insanların ona pul vermədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Cavabdeh ilə ilk dəfə “tiktok” sosial şəbəkəsində tanış olmuş, bir-birlərinə telefon nömrələrini vermişlər. 2022-ci ilin avqust ayından, yəni ad günü olan vaxtdan 2022-ci ilin oktyabr ayına kimi telefon vasitəsilə əlaqə saxlamışlar. O, həmçinin Sənanın bacısı Ayşən ilə telefon vasitəsilə əlaqə saxlamış, həmin müddət ərzində nə Cavabdeh nə də bacısı ona Sənanın evli olduğunu bildirməmişlər. Daha sonra o, 2022-ci ilin oktyabr ayında Tovuz rayonuna kirvəsi gilə nişana gedən gün Cavabdeh bacısı onu evlərinə dəvət etmiş, Sənanla daha yaxından tanış olmalarını təklif etmişdir. O da nişana getməzdən əvvəl Gəncə şəhərinə getmiş, orada onu Sənan əmisi oğlu Amillə qarşılamışdır. Onlar bir yerdə Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Sənanın bacısı gilə getmiş, bacısı onlara süfrə açmış, onlar həmin yerdə bir-biri ilə yaxından tanış olmuşlar. Daha sonra Sənan və Amil evdən çıxıb harasa getmişlər, o da Sənanın bacısı Ayşən ilə albom şəkillərə baxarkən Sənanın şəklinə rast gəlmişlər, həmin ərəfədə Ayşənin balaca uşağı babanın uşaqlarıdır, deyə səslənmişdir. O, baba kimdir, deyə soruşandan sonra uşağın Sənana baba dediyini başa düşmüş və əhvalı pis şəkildə əşyalarını götürüb evdən çıxmışdır. Sənan onu tapa bilməsin deyə Oba marketə getmişdir. Sənandan gizlənməyə çalışmış, sonra da taksi sifariş edərək Tovuz rayonuna yola düşmüşdür. Tovuza rayonuna çatanda qohumları onun anasına zəng edərək onun əhvalının yaxşı olmadığını bildirmişlər. O, sonradan Cavabdeh yeznəsindən Sənanın uşağı olub-olmadığını soruşanda yeznəsi ona məsələnin boş şey olduğunu, Sənanın uşağı olsa da arada rəsmi nikah olmadığını ona söyləmişdir. Sənanla 2022-ci ilin oktyabr ayında ayrıldıqdan sonra Sənan və bacısı ona məsələni izah etmişlər, elə bir şey olmadığını, ailənin onlarla qalmadığını ona bildirmişlər. Beləliklə, onların arasında təkrar barışıq olmuş, Sənan və bacısı onu təkrar evlərinə dəvət etmişlər. Sonra Sənanın anası onun anası İddiaçı heyvan almaqları üçün pul istəmişdir. O, 5200 manat pulu 2023-cü ilin may ayında, 2700 manat pulu isə 2023-cü ilin iyun ayında Ayşənin ad günü olan vaxtda onlara vermişdir. Həmçinin 200 manat pulu Sənanın qolu çıxanda vermiş, 300 manat pulu isə Sənan kiminləsə dalaşdığı zaman vermişdir. Həmin pullar onun və anasının pulu olmuşdur. Sənan özünə inam yaratdığı üçün o, həmin pulları qaytarmaq şərtilə Sənana vermişdir. Əlavə olaraq bildirmişdir ki, onları Sənanın bacısı Ayşən barışdırmış, Sənanın özü və yaxınlarından yeznəsi Samir, əmisi oğlu Amil, Sənanın yaxınlarından taksi şoferi olaraq bir nəfər onların evlərində olmuş, anası onlara qonaqlıq vermişdir. Sənan Kəlbəcərdə olan vaxtı bacısı Ayşən ona zəng edərək qazlarının kəsildiyini bildirmiş, o da Ayşəni öz evlərinə dəvət etmiş, Ayşən uşaqları ilə birlikdə 1 həftə onların evində qalmışdır. O, Sənanla 2023-cü ilin dekabr ayından təkrar ayrılmışdır. Qolu qırılan zaman Sənan onların evinə gedib anası Əliyeva Bəsdiyə borcunu noyabr ayında ödəyəcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 5200 manat məbləğində pulu may ayında Sənanın bacısının Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən evində vermişdir, pulu verən zaman Sənan, Sənanın anası, bacısı Ayşən və Sənanın əmisi oğlu Amil orada olmuşdur. Sənan Kəlbəcərdə olan zaman dava etmiş, ona işdən çıxacağını bildirmişdir. Sənan pulu Kəlbəcərdən evlərinə gəlməzdən 1 həftə əvvəl ondan istəmişdir. O, 5200 manat pulu Sənana verərkən anası Əliyeva Bəsdiyə bildirmişdir. O, 2700 manat məbləğində pulu iyun ayında Ayşən gilin evində Ayşənin ad günündə vermiş, həmin günü taksi şoferi Mübariz adlı şəxslə Ayşənin ad günü üçün bazarlıq da etmişlər. O, Ayşənin evində cəmi üç dəfə olmuşdur. Sənan aldığı pulları qaytaracağına söz versə də borcundan heç bir ödəniş etməmişdir. O, 2700 manat məbləğində pulu Sənana verərkən yanlarında Sənanın bacısı, anası və əmisi oğlu Amil olmuşdur. Daha sonra 200 manat pulu Sənanın qolu zədələndiyi üçün onların kartına köçürmüşdür. Daha sonra 300 manat məbləğində pulu Sənan hərbiçi ilə dalaşdığı üçün Sənanın kartına köçürmüşdür. O, Sənanı Subay bildiyi üçün onunla münasibət qurmuş, sonra ailəli olduğunu bildiyi üçün Sənandan ayrılmışdır. Sənanın bacısı Ayşənin ad gününə Əminə marketə bazarlığa sürücü Şahid2lə getmişdir. O, Topalhəsənli kəndinə, Cavabdeh gilin evlərinə getməmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Cavabdeh onunla qonşudur. Sənan evlidir, iki uşağı var. Sənanın 2-3 il bundan əvvəl malqarası olmuş, 2023-cü ildə Sənanın mal-qarası olmamışdır. Sənan hərbiçi olmuş, 2020-ci ildən sonra həmin işdən çıxmış, sonra heç bir yerdə işləməmişdir. İddiaçı 1 dəfə polis şöbəsində görmüşdür. Şahid1 Göygöl rayonu Topalhəsənli kəndində Sənan gilə gələndə görmüşdür. Şahid1 Sənan gilin evinə 2-3 dəfə olmuşdur. Şahid1 Sənan gilə gələndə Sənanın ailəsi də evdə olmuşdur. Şahid1 ilə bazarlığa getməmişdir. 2 dəfə maşını ilə Sənanla birgə Şahid1 avtovağzaldan götürüb Topalhəsənli kəndinə gətirmiş, sonra da təkrar avtovağzala aparıb yola salmışlar. Şahid1 gilin evinə getmiş, lakin evlərinə girmədən qapılarının çölündə maşında gözləmişdir. Şahid1 Topalhəsənli kəndindən götürüb Şəkiyə evlərinə aparmışlar. Şahid1 və Sənanı marketə aparmışdır.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, Sənan onun əmisinin oğludur. X3 kəndinə gələndə görmüşdür. Şahid1 Topahəsənli kəndinə Sənan gilin evinə 2-3 dəfə gəlmiş, sonra taksi ilə Şahid1 yola salmışlar. Sənanın bacısı Ayşən əmisi qızı olduğu üçün ara-sıra evlərinə getmiş, lakin Şahid1 həmin evdə görməmişdir. Şahid1 Sənana pul verdiyini görməmişdir. Şahid1 Sənana sevgi münasibəti bəsləmişdir. O, əmisi oğlu Sənan və taksi sürücüsü Mübarək Şahid1 Şəkiyə aparıb evlərinə düşürmüşlər. Onlar Şahid1 şəhid ailəsi bilib köməklik göstərmişlər, sonradan şəhid ailəsi olmadığını öyrənmişlər. Şahid1 hər dəfəsində özü Sənan gilə gəlmiş, onlar da hər dəfəsində onu aparıb Şəkiyə evlərinə düşürmüşlər. Sənan gilin evində Şahid1 görmüşdür.

10. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 2 il bundan əvvəl yəni, o boşanmamışdan əvvəl onların evinə qonaq kimi gəlibgetmişdir. Şahid1 onun ad günündə olmamışdır. Şahid1 2 dəfə onun evində, 2 dəfə də anası gilin evində olmuşdur. Şahid1 onların evində qaldığı vaxtlar olmuşdur. Şahid1 Sənanı sevdiyi üçün hər dəfəsində özü onların evinə gəlmişdir. Hətta Şahid1 anası Əliyeva Bəsdi ona Sənan ailə qurduğu şəxsdən boşanmasını, qızı Şahid1 ilə evlənməsini, boşandıqdan sonra uşaqlarına alimentini də özü ödəyəcəyini demişdir. Sənan Şəkiyə getmiş, lakin iddiaçı ilə haqq-hesabları olmamışdır. Onun ad günündə Şahid1 sürücü Şahid2lə bazarlığa getməmişdir. Bəsdi onları qonaq çağırmış, onlar da qonaq kimi Şəkiyə Bəsdi gilin evlərinə getmişlər. Şahid1 qardaşı Sənanla birgə onun evinə gəlmişdir, Şahid1 anası gilin evinə gedəndə qardaşı Sənanın yoldaşı və uşağını da orada görmüş, o, bununla bağlı heç bir problem yaşamadığını, Sənanın yoldaşını öz bacısı kimi bildiyini bildirmişdir. Şahid1 Sənanı sevdiyini bildirərək, Sənanı yoldaşı və uşağı ilə qəbul etdiyini bildirmişdir. Şahid1 onun evində qaldığı zaman evdə o və 2 uşağı olmuşdur. Əmisi oğlu Amil Şahid1 ilə eyni vaxtda onların evində cəmi 1 dəfə olmuşdur. Onun yanında heç-bir pul söhbəti olmamışdır. Sənan özü hərbidən çıxandan sonra 8000 manata yaxın pulu olmuşdur. Onların həmişə evlərində mal-qaraları olmuşdur. Şahid1 onun qardaşına pul verməsini görməmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, oğlu Sənan saf niyyət göstərərək Şahid1 gili şəhid ailəsi bilib köməklik göstərmişdir. Şahid1 gil onlara açıq-aşkar işıq pulu, qaz pulundan əziyyət çəkdiklərini bildirmişlər. Sonradan Şahid1 onun oğlu Sənanı istədiyini öyrənmişlər. Hətta Şahid1 anası Bəsdi ona oğlu Sənan yoldaşından ayrılıb qızı Şahid1 saxlayacağı halda uşaqlarına aliment pulunu özü verəcəyini vəd etmişdir. Şahid1 onların evində 2-3 dəfə olmuş, həmin vaxtı oğlu Sənanın yoldaşını və uşağını da evlərində görmüş, hətta Şahid1 Sənanın uşaqlarını qəbul etdiyini bildirmiş, Sənandan yoldaşı ilə bərabər onu da saxlamasını istəmişdir. Əliyeva Bəsdi ilə aralarında pul haqq-hesabı olmamışdır. Sənan onun qızını qəbul etmədiyi üçün hazırda bütün bu problemləri onlara yaşadırlar. Əliyeva Bəsdi dava olan günədək onların qapısına gəlməmişdir. Sənan daimi heyvan saxlamamış, 3-5 heyvan alıb sataraq alverçiliklə məşğul olmuşdur. İddiaçı Əliyeva Bəsdidən nə oğlu Sənanın qolunun qırılması ilə bağlı nə də heyvan almaqla bağlı pul istəməmişdir. O heç vaxt Şahid1 gilin evində olmamışdır, əvvəllər Bəsdi ilə görüşməmişdir.

12. Məhkəmə iclası zamanı iddiaçının vəkili Vəkil cavabdeh və onun gətirdiyi şahidlərin ifadələrinin bir-biri ilə ziddiyyət təşkil etdiyini, cavabdeh ailə qurmaq adıyla aldadaraq iddiaçının pulunu ələ keçirmişdir. Əslində cavabdeh dələduzluq etmişdir. Sübutları kifayət qədərdir. Belə ki, şəxs heyvan almaq adından pul almışdır. Sonra heyvanların şəklinidə çəkib göndərmişdir. Cavabdeh əvvəlcə şəhid ailəsi olduqları üçün köməklik etməsini bildirsə də, sonradan şahidlər ifadə verdikdən sonra iddiaçının qızını onunla evləndirmək istəməsini bildirmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.

13. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-96/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev), iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi mövqe ilə bağlı bildirmişdir ki, iddiaçı cavabdehə 8400 manat məbləğində borc pul verməsini iddia etsə də məhkəməyə iddia tələbini sübut edəcək dəlilləri təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Göründüyü kimi, iddiaçının qeyd etdiyi kimi cavabdehə pulun verildiyi tarix, məbləğ, həmin pulun harada və kimin iştirakı ilə verilməsinə dəqiqlik gətirə bilməməsi, iş üzrə şahidlərin ifadələrində iddiaçı tərəfindən cavabdehə pul ödənilməsi və ya onların həmin pulun verilməsində hər hansı formada iştirakının müəyyən edilməməsi, iddiaçının qızı Şahid1 ifadəsindən göstərdiyi xüsusatlar şahid ifadələri ilə iddiaçının gətirdiyi dəlillərin üst-üstə düşməməsi, tərəflər arasında borc pulla bağlı hər hansı bir əqd-razılaşma olmamasına dəlalət edir.

16. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçı X4 Cavabdeh borca pul verməsi öz təsdiqini tapmamış, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

17. Həmçinin, məhkəmə qeyd etmişdir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçının cavabdehə pul verməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı X8 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(066)-96/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh izahatında qeyd edir ki, guya onlar şəhid ailəsi kimi köməklik edibdir. Halbuki, Sənan borc içində olubdur. Ondan borc adı ilə aldığı 8400 manat borc pul ilə 87 ədəd xırda heyvan (qoyun, keçi) almış, sonra həmin heyvanları da satıb, əmisi arvadının dediyinə görə Sənan borca vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, Cavabdeh qızı Şahid1 görə tanımışdır. Onların ailəvi münasibətləri olmuşdur. 2023-cü ilin may ayında Sənanın anası Əlvanə oğluna mal-qara almaq üçün 8400 manat pul lazım olduğunu bildirmişdir. 8400 manat pulu qızı Şahid1 Cavabdeh bir neçə dəfəyə borc vermişdir. Ancaq aradan keçən müddət ərzində dəfələrlə sonuncudan pulunu tələb etsələr də, Sənan borcu qaytarmamışdır. Bu barədə Göygöl rayon Polis şöbəsinə şikayət ərizəsi vermiş, araşdırma aparılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

29. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarı

30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı

31. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

32. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

33. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

44. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

45. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

46. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

47. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

53. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

54. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçının qızı Şahid1 ilə Cavabdeh 2022-ci il tarixində “TikTok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşlar. Bundan sonra aralarında münasibət yaranmış və bir müddət əlaqələri olmuşdur. Həmin vaxtlarda iddiaçının qızı olan Şahid1 cavabdehə müxtəlif vaxtlarda hissə-hissə 8400 manat məbləğində pul verdiyini bildirmişdir. Lakin, cavabdeh isə pulun verilmədiyini, əksinə onun tərəfindən maddi yardımlar edildiyini bildirmişdir.

55. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

56. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

57. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 8400 manat məbləğində borc pul verməsini iddia etsə də məhkəməyə iddia tələbini sübut edəcək dəlilləri təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi kimi cavabdehə pulun verildiyi tarix, məbləğ, həmin pulun harada və kimin iştirakı ilə verilməsinə dəqiqlik gətirə bilməməsi, iş üzrə şahidlərin ifadələrində iddiaçı tərəfindən cavabdehə pul ödənilməsi və ya onların həmin pulun verilməsində hər hansı formada iştirakının müəyyən edilməməsi, iddiaçının qızı Şahid1 ifadəsindən göstərdiyi xüsusatlar şahid ifadələri ilə iddiaçının gətirdiyi dəlillərin üst-üstə düşməməsi, tərəflər arasında borc pulla bağlı hər hansı bir əqdrazılaşma olmamasına dəlalət edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçı X4 Cavabdeh borca pul verməsi öz təsdiqini tapmamış, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

58. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

59. İşin halları araşdırıldıqda isə müəyyən edilir ki, iddiaçı Bəsdi Əliyevanın Cavabdeh borc pulu istəməsinə dair subyektiv hüququ yoxdur.

60. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur.

61. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

62. Belə ki, iş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın araşdırılma aparılan zaman izahatı alınmış Şahid1 bildirmişdir ki, Cavabdeh ilə “TikTok” sosial şəbəkəsində tanış olduğunu və müxtəlif vaxtlarda sonuncuya borca pul verdiyini bildirmişdir.

63. Eyni zamanda, Şahid1 birinci instansiya məhkəməsində şahid qismində ifadə verən zamanda, qeyd olunan xüsusatları təsdiqləməklə oxşar məzmunda ifadə vermişdir.

64. Bundan başqa, Məhkəmə Kollegiyasının iclasında iddiaçı X8 ifadəsində bildirmişdir ki, 8400 manat pulu qızı Şahid1 Cavabdeh bir neçə dəfəyə borc vermişdir.

65. Apellyasiya instansiyası məhkəməsi iş üzrə materialları, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları və birinci instansiya məhkəməsinin qətnaməsini hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin hüquqi təbiətini və tətbiq ediləcək maddi hüquq normalarını düzgün müəyyən etməmiş, eləcə də iddianın baxılması üçün zəruri olan ilkin prosessual şərtləri, xüsusilə də iddiaçının subyektiv hüquqa malik olub-olmaması məsələsini araşdırmadan qətnamə qəbul etmişdir.

66. Mülki hüquq sistemində iddia hüququ yalnız tələb irəli sürmək hüququ olan – yəni subyektiv hüquqa malik şəxslər tərəfindən həyata keçirilə bilər. Subyektiv hüquq dedikdə, şəxsə aid olan və qanunla qorunan, icrası üçün hüquqi müdafiə tələb etməyə əsas verən konkret hüquqi maraq başa düşülür.

67. Hazırkı işdə iddiaçı X8 tərəfindən Cavabdeh guya müəyyən məbləğdə pul verdiyi iddia olunmuşdur. Lakin, məhkəmə araşdırması zamanı əldə edilmiş ifadələr və təqdim olunmuş sənədlər əsasında aydın olmuşdur ki, borc verilməsi iddia edilən pul vəsaiti birbaşa iddiaçı tərəfindən deyil, onun qızı – Şahid1 tərəfindən cavabdehə təqdim edilmişdir (iddiaçı və qızının ifadəsinə görə).

68. Bu hal iddiaçının sözügedən mülki hüquq münasibətində birbaşa iştirak etmədiyini, yəni borc verən tərəf statusuna malik olmadığını, nəticə etibarilə isə iddia irəli sürmək hüququnun (subyektiv hüququnun) mövcud olmadığını göstərir.

69. Yuxarıda Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, mülki mübahisəyə baxılarkən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin bu mübahisə üzrə subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. Əgər iddia subyektiv hüquqa malik olmayan şəxs tərəfindən irəli sürülürsə, belə iddia baxılmamış saxlanılmalı və ya məhkəmə baxışında iddia rədd edilməlidir.

70. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu əsas prinsipi nəzərə almamış, iddiaçının tələbə malik olmaq hüququnu ilkin qaydada araşdırmadan, maddi hüquq normalarının tətbiqi ilə işə mahiyyəti üzrə baxmış və nəticə etibarilə subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş iddianı təmin etmişdir. Bu isə prosessual baxımdan ciddi pozuntu olmaqla, həm məhkəmə araşdırmasının hüdudlarına, həm də ədalətli məhkəmə araşdırması prinsipinə ziddir.

71. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının sözügedən borc münasibətində tərəf statusu olmaması sübuta yetirildiyindən, onun cavabdehdən pul tələb etmək hüququ mövcud deyil. Belə olan halda isə, subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilmiş iddia, mülki prosessual qanunvericiliyin mahiyyətinə və prinsiplərinə zidd olaraq irəli sürüldüyündən təmin edilə bilməz.

72. Birinci instansiya məhkəməsi isə bu əsasları düzgün tətbiq etməmiş, iddiaçının tələb hüququna malik olub-olmamasını araşdırmadan və işə aidiyyəti olmayan şəxsin təqdim etdiyi faktlara əsaslanaraq qətnamə çıxarmışdır. Nəticə etibarilə, çıxarılan qətnamə düzgün olmayan və əsaslandırılmamış hesab edilməlidir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

74. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

75. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

76. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

77. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

78. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

79. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

82. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

83. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

84. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-96/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 95 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar