Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1066/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-632/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, mübahisəli fərdi yaşayış evində qapının bağlı olması və ərazidə mübahisəli halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır.
2. xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X14 xx.xx.1993-cü il tarixdə ölmüşdür.
3. xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, vərəsəlik haqqında şəhadətnamənin verilməsi məqsədilə İddiaçı vasitəsilə ölmüş şəxsin adına çıxarış və ya forma 1 təqdim edilməsi üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmişdir.
4. xx.xx.2024-cü il tarixli Zəyəm qəsəbəsi İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, mərhum X14 ölən günədək Zəyəm qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12 ünvanında yaşamışdır, vəfat etdikdən sonra təsərrüfatında X8, X15 və İddiaçı qalmışdır.
5. xx.xx.2024-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Sabirkənd ZDS İK-nin 1963-1965-ci illərə dair təsərrüfatbaşına kitabının 418 nömrəli hesabında olan X9 adına təsərrüfatı və X14, X8, X11, X15, İddiaçı, X12 və X16 olmaqla ailə üzvləri qeyd edilmişdir. Torpaq qrafasında 0.07 ha torpaq sahəsi qeyd edilib.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, (üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mərhum X2na məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan, ölçmə işlərinin aparılmasına üçüncü şəxs DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2, anası X3r. X2 ilə anası X1 birgə nikahlarından o, 1952-ci ildə İsmayıl, 1956-cı ildə Sabir, 1960-cı ildə Nəriman, 1963-cü ildə İlqar və İradə adlı övladları doğulmuşdur. X2 və anası X8 vəfat etmişlər. Cavabdehlər müvafiq olaraq onun qardaşı X5 arvadı və oğludur. Qardaşı özü Rusiya Federasiyası vətəndaşı olmaqla orada işləyir və yaşayır. Mərhum X2ndan Şəmkir rayonu Zəyəm qəsəbəsində 0.07 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsi mərhum X2nun adına Şəmkir rayon Sabirkənd ZDS İK-nin 1963-1965-ci illərə dair təsərrüfatbaşına kitabının 418 nömrəli şəxsi hesabında qeyd edilmişdir. Şəmkir rayonu Zəyəm qəsəbəsi 1966-1967- ci illərdə Sabirkənd kənd sovetliyindən ayrılmışdır. Torpaq sahəsi üzərində mərhum X2 tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Atam vəfat etdikdən sonra onun təsərrüfatında anası Gilas Əliyeva, qardaşı Vaqif Əliyev və o qalmışdır. Digər qardaşları və bacısı İradə təsərrüfatdan ayrılmışlar. Hazırda mərhum atasından miras qalmış əmlaka vərəsə tanınmışdır. Lakin, mərhum X2nun adına qeyd edilmiş 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüququ qeydə alınmadığından həmin əmlaklar mirasın kütləsinə daxil edilə bilmir. Ona görə 2024-cü ilin oktyabr ayında torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmək üçün sənədləri Azərbaycan Respublikası DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinə təqdim etmişdir. Lakin, torpaq sahəsi və fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına cavabdehlər şərait yaratmadığından və torpaq sahəsi ilə bağlı aralarında mübahisə olduğundan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi onun ərizəsinin icrasından imtina etmişdir və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-632/2025 saylı qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddianın təmin edilməsi, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onların bu hüququnu həyata keçirmələrinə maneçilik yaradır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157- 158-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-632/2025 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 27fevral 2025 –ci il tarixli 2(076)-632/2025 saylı qətnaməsi Şəmkir Rayon Sabirkənd ZDS İK-nin1063-1065ci illərə dair təsərrüfatbaşına kitabının 418 nömrəli şəxsi hesabında X9 adının düzgün qeyd edilməsi hallarını araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəmkir Filialınıda mühafizə olunan sabiq “İnqilab” adına kolxozun qaytanlanmış torpaq kitabında “Əliyev Sabir C” oğlu qeyd edilmişdir. Şəmkir Rayon Məhkəməsi nəyə əsasən müəyyən etmişdir ki, qeyd olunan torpaq sahəsi X13 məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı zidd olaraq Şəmkir Rayon Məhkəməsin ecə Şəmkir Rayon Sabirkənd ZDS İK-nin 1063-1065-ci illərə dair təsərrüfatbaşına kitabının 418 nömrəli şəxsi hesabında X9 adının qeyd edilmiş halları DƏDRX-nin 11 sayı Şəmkir ərazi idarəsi tərəfindən qeyri qanuni hərəkətləri üçün ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması tələbinin təmin edilməsinə dair qətnamə çıxarır.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 1994-cü ildə həmin evə gəlin gəlmişdir. X10 adına heç bir sənəd yoxdur. Ev qeydə alınmamışdır. Torpaq 1962-ci ildə Sabir Əliyevin adına olmuşdur. Evi bərpa təmir etmişlər. İddiaçılar 40 ildir ki, yoxdurlar. Ev hazırda heç kimin adına qeydə alınmamışdır.
15. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
16. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
21. 434.1. Bir neçə öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli olduqda seçmək hüququ, əgər müqavilədən, bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdur. Seçmək hüququ kreditora mənsubdursa, borclu ona ağlabatan müddət təyin edərək öhdəliyi seçməsini tələb edə bilər. Kreditor öhdəliyi vaxtında seçməzsə, həmin müddət keçdikdən sonra seçmək hüququ borcluya keçir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun:
22. 20.1. Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir.
23. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-632/2025 saylı qətnaməsindən Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirkənd ZDS İK-nin 1963-1965-ci illərə dair təsərrüfatbaşına kitabının 418 nömrəli hesabında olan X9 adına təsərrüfatı və X14, X8, X11, X15, İddiaçı, X12 və X16 olmaqla ailə üzvləri qeyd edilmişdir. Torpaq qrafasında 0.07 ha torpaq sahəsi qeyd edilib. İddiaçının X2 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Hazırdaki iş üzrə cavabdehlər iddiaçının qardaşı X7 arvadı və oğludur. İddiaçı mərhum X2nun adına qeyd edilmiş 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evin mərhum atasına məxsus olması haqqında arayış alması üçün müvafiq qeydiyyat orqanına müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsinə əsasən, iddiaçının həmin arayış əsasında vərəsəlik sənədini almaq hüququ vardır.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıların qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçıların bu hüququnu həyata keçirməyə mane olur. iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onların bu hüququnu həyata keçirmələrinə maneçilik yaradır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “İnqilab” adına kolxozun qaytanlanmış torpaq kitabında “Əliyev Sabir C” oğlu qeyd edilməsi və həmin qeydin iddiaçının mərhum atasına məxsus olmasını müəyyən etmək üçün yetərli olmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri ölçmə işlərinin aparılmasından sonra müvafiq arayışın verilməsindən imtina üçün əsas ola bilər, ölçü işlərinin aparılmasına maneə yaratmaq üçün deyil.
47. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-632/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-632/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.