Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1101/2025 21.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı2 və X1 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X5, X3 və X8 qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payının müəyyən edilməsi və miras torpağın real bölgüsü tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1914/2024 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçlar İddiaçı2 və X1 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X5, X3 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN 669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsindən və Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN 0428 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mərhum ərinə və onun ailə üzvlərinə məxsus olan 0.58 ha torpaq sahəsindən müvafiq olaraq 0.04 hektar və 0.145 ha torpaq sahələrinin naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı2 və X1 və İddiaçı1 Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 93 saylı qərarı ilə JN-0428 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət Aktı əsasında X9, Cavabdeh2, Cavabdeh1, X4 mülkiyyətinə verilmiş 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən, Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə JN-669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X9, Cavabdeh2, Cavabdeh1, X4 mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsindən mərhum X2 miras qalmış hissəsini, həmçinin İddiaçı2 və X1 mərhum X6 miras qalmış hissəsini qəbul etməsi faktının müəyyən edilməsi və Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 93 saylı qərarı ilə X13, Cavabdeh2, Cavabdeh1 və X7 0.58 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-669A KOD 50400098 saylı Şəhadətnamə ilə Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə X13, Cavabdeh2, Cavabdeh1, X7 məxsus 0.16 ha həyətyanı torpaq sahəsində İddiaçı1 payı 6/80, X1 payı 6/80, İddiaçı2 payının 6/80 olmaqla müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan X11 nümayəndəsi və vəkili X10 vasitəsi ilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 2172/2024 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən X11 nümayəndəsi (vəkili) X14 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin MPM-in 363- 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək X11 nümayəndəsi (vəkili) X14 tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilmiş, iş apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)- 632/2025 nömrəli qərardadı ilə mümkün hesab edilmiş, lakin Şəmkir Rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı2 Yusif qızının verdiyi şikayətinin mümkünlüyünün yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2025ci il tarixli 2(104)-632/2025 nömrəli qərardadı ilə xx.xx.2025-ci il tarixli 2(104)-632/2025 nömrəli qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarıb Şəmkir Rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı2 Yusif qızı tərəfindən verilmiş şikayətin MPM-in 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki işin Şəmkir Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı xx.xx.2025-ci il tarixli qərardadından qərardaddan İddiaçı2 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1914/2019 saylı qərardadı ilə (H.Məhəmmədi) Şəmkir rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1914/2019 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilib, onun xx.xx.2025-ci il tarixli şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadının təsviri-əsaslandırıcı hissəsində onun şikayətində prosessual hüquq normasının pozuntusu kimi MPM-in bir sıra maddələri sıralanmaqla qeyd edilmiş, lakin hər birinin qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair aydın şəkildə ifadə edən müvafiq izah verilmədiyini, halbuki apellyasiya şikayəti cədvəl formasında tərtib edilməklə, hər bir qrafada pozuntusu qeyd edilən maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, hər bir qrafanın qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli olduğunu qeyd etmişdir. Lakin məhkəmə onun şikayət ərizəsini düzgün nəzərdən keçirməmişdir. Belə ki, o, şikayətinin 7-ci bəndində MPM-in hansı normalarının məhkəmənin hansı hərəkətləri ilə pozulmasını, pozuntu ilə onun hansı hüquqlarının məhdudlaşdığını açıq-aşkar qeyd etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1914/2019 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1914/2019 saylı qərardadından İddiaçı2 qızı tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1914/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı2 qərardaddan şikayət verərəkən MPM-in tərkib hissəsi olan 2 saylı Əlavənin tələbləri pozulmuş və bununla da şikayətin forma və məzmunu ilə bağlı tələblərə əməl olunmamışdır. Belə ki, prosessual hüquq normasının pozuntusu kimi MPM-in bir sıra maddələri sıralanmaqla qeyd edilmiş, lakin hər birinin qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair aydın şəkildə ifadə edən müvafiq izah verilməmişdir. Halbuki, apellyasiya şikayəti cədvəl formasında tərtib edilməklə, hər bir qrafada pozuntusu qeyd edilən maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, hər bir qrafanın qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin , Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır Hazırki iş üzrə apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, həmçinin cavabdehin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmişdir Göründüyü kimi İddiaçı2 şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyindən, yəni şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsi şikayəti qaytarmaqda haqlı olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı2 şikayəti təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1914/2019 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1101/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1101/2025
21.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver