Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1112/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın natura qaydasında bölünməsi” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-153/2024 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-153/2024 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) İddiaçı Cavabdeh qarşı “əmlakın natura qaydasında bölünməsi” tələbi barədə iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şəmkir Rаyоn Məhkəməsinin 19 yаnvаr 2024-cü il tаriхli,2(076)-153/2024 nömrəli qətnаməsinin ləğv еdilməsinə və iddiа tələbinin təmin еdilməsinə dаir yеni qətnаmə çıхаrılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 1i ünvanda yerləşən torpaq sahələrinin natural qaydada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanda iddiaçının və cavabdehin adına paylı mülkiyyət hüququ üzrə torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarına əsasən Dövlət Aktına əsasən ayrılmışdır. İddiaçı tərəfindən cavabdehə müraciət edərək torpaq sahəsinin natural qaydada bölünməsini bildirməyinə baxmayaraq cavabdeh torpaq sahələrinin ayrılması barədə təklifinə cavab verməmişdir. Hazırda isə qeyd olunan torpaq sahəsi cavabdeh tərəfindən bütövlükdə istifadə edildiyindən iddiaçıya öz əmlakından sərbəst şəkildə istifadə etməyinə və təsərrüfat qurmağına imkan vermir. Bu baxımdan məcburiyyət qarşısında qalaraq paylı əmlakının natural qaydada bölünməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edimişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tаm və оbyеktiv аrаşdırmа аpаrmаyаrаq qərəzli qətnаmə çıхаrmışdır. İşdə оlаn sübutlаrı düzgün qiymətləndirilməmişdir. Bеlə ki, məhkəmə onların və nümаyəndələrinin (vəkilinin) iştirаkını təmin еtmədən qətnаmə çıхаrmışdır. Məhkəmə iclаsının təхirə sаlınmаsı ilə bаğlı vəsаtəti nəzərə аlmаmışdır. İşdə оlаn sənədlərdəndə görünür ki, tоrpаq sаhəsi iddiаçının аdınаdı. Tоrpаq sаhəsində оlаn sənədlərdə оlаn hərf səhvi də düzəldilərək tоrpаq sаhəsinin pаylı mülkiyyətdə оlmаsı işdə оlаn mülkiyyət hüququnа dаir şəhаdətnаmədə də öz təsdiqini tаpır. Məhkəmə qətnаməsində göstərir ki, tоrpаq sаhəsinin pаylı mülkiyyətdə оlmаsı öz təsdiqini tаpmır. Lаkin işdə оlаn mülkiyyət hüququnа dаir şəhаdətnаmədən də görünür ki, tоrpаq sаhəsi pаylı mülkiyyət hüquq üzrə iddiаçının və cаvаbdеhin pаylı mülkiyyətindədir. Bununlа bаğlı isə məhkəmə tərəfindən müvаfiq оlаrаq еkspеrtizаnın təyin еdilməsi zəruri оlduğu təqdirdə məhkəmə əsаssız оlаrаq еkspеrtizа təyin еtməmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə təkrar lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin ediməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh əlavə olaraq izah etdi ki, Şəmkir rayonu Seyfəli kəndində onun və ailə üzvlərindən arvadı X1, övladları X7 və X3 adına həyətyanı və pay torpaq sahəsi vardır, lakin iddiaçı ilə ümumi mülkiyyətdə olan əmlakı yoxdur. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdeh tərəfin izahatını dinləyib, qətnamənin əsaslılığını yoxlayıb, apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışından görünür ki, Cavabdeh adına fərdi yaşayış evi, İddiaçı adına isə fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyatdan keçməmişdir Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş JN 2417 KOD 50413005 saylı0,45 ha “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə Seyfəli ərazi vahidliyi sakini Cavabdeh və onun ailə üzvlərinin (X2, X7 və X4) mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,45 ha torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş JN-036B, KOD 50413005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə Seyfəli ərazi vahidliyi sakini Cavabdeh və onun ailə üzvlərinin (X2, X7 və X4) mülkiyyətinə 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh müraciət edərək torpaq sahəsinin natural qaydada bölünməsini tələb etmiş olsa da, lakin hansı mülkiyyət hüquqna dair sənəd əsasında cavabdehlə birgə mülkiyyətində olan torpaq sahəsinin bölünməsini istədiyini göstərməmiş, ümumiyyətlə cavabdehlə birgə mülkiyyətində daşınmaz əmlakın olduğunu təsdiq edən sübut təqdim etməmiş, iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məhkəmə iclası dəfələrlə təxirə salınmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı həqiqətən iddiaçı ilə cavabdehin birgə mülkiyyətində torpaq sahələrinin olması mötəbər sübutlar ilə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kim isahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehlə birgə mülkiyyətdə torpaq sahəsinin olmasını təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, cavabdeh tərəfin təqdim etdiyi torpağa mülkiyyət hüququna dair sənədlərdə (Dövlət Aktı və Şəhadətnamə) göstərilmiş torpaq sahələrinin isə iddiaçıya aidiyyəti olmadığına görə birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətinin dəlilləri həddində birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına əməl edilməsi vəziyyətini yoxlayıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1. 392-393 və 402-407-ci maddələrini rəhbər tutub, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-153/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1112/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1112/2024
24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver