Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1125/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X29 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X19) iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mirasın qəbulu, mirasdan imtina, vərəsəlik hüququ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili X11, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X29 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə ərazi idarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X19) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları X20 ilə Təhməzov Hilal Rza oğlunun birgə nikahından X24, X25, İddiaçı və X21 doğulmuşdur. Təhməzov Hilal Rza oğlu xx.xx.1974-cü ildə ölmüş, xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsəsi kimi X20 tanınmış, miras əmlak Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən 6** kv.m torpaq sahəsində saman-kərpicdən tikilmiş iki otaqlı 39,56 kv.m yaşayış, 69,59 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət olmuşdur. X20 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, həmçinin Bərdə şəhəri ünvan 1 ünvanda saman kərpicdən tikilmiş iki otaqlı yaşayış evini oğlu X17 vəsiyyət etmişdir. X22 xx.xx.1989-cu ildə, X20 12.03.2**1-ci ildə, X25 xx.xx.2012-ci ildə ölmüşdür. X12 oğlu X32 04 oktyabr 2**7- ci ildə ölmüşdür. X7 arvadı X18 və qızı X8 mübahisəli ünvanda yaşayırlar. Bərdə şəhəri, ünvan 2əşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində X9 tam mülkiyyət hüququ 22 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsəsi – oğlu X32 olmuşdur, lakin 2**7-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçiləri - gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almışlar. Şəhadətnamə verilən miras əmlak Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 280,1 kv.m-dən ibarət fərdi yaşayış evindən ibarət olmuşdur. Bərdə şəhəri, ünvan 2əşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ 30 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 04 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətlərində olan Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 280,1 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 6**** manata (ev 5**** manat, torpaq sahəsi 1**** manat olmaqla) X3, hər iki əmlak 11 aprel 2022-ci il tarixdə mülkiyyət hüququ ilə sonucunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X29 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X19) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X26 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunması, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və digər qardaşlarının böyüyüb boyabaşa çatdığı Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən ev mərhum valideynləri Təhməzov Hilal Rza oğlu və X14 məxsus olmuşdur. Valideynlərinin birgə nikahından o, Mürşüd, Rəşid və Maarif doğulmuşdur. Atası, anası, qardaşları Mürşüd, Maarif və Rəşid vəfat etmişdir. Qanun üzrə yeganə vərəsə olduğu halda Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən anası Xanım Təhməzova vəfat etdikdən sonra, guya onunla bir təsərrüfatda yaşamış hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsə olduğu barədə qanunsuz arayış verilmişdir. Bundan sonra cavabdehlər mərhum anası X9 adına Bərdə şəhəri, ünvan 4 ünvanının mülkiyyətinə keçirilməsi barədə 22 may 2020-ci il tarixli çıxarış almışlar. Bu faktlar yaxın günlərdə təsadüf nəticəsində ona məlum olmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, X20 vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X18 və nəvəsi X8 ilə birgə yaşamışdır və sonuncular hal-hazırda da orada yaşayırlar. X1 Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 5 X9 nəvəsi mərhum X23 ailəsi - Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3 və Cavabdeh4 yaşamışdır. X32 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır. Hal-hazırda qeyd olunan şəxslər ünvan 6 ünvanda yaşamırlar. Miras əmlakla bağlı iki ünvanın qeyd edilməsi və rəsmi sənədlərin bir qismində mübahisəli evin Bərdə şəhəri, Füzuli küçəsi ev 16, bəzi sənədlərdə isə Bərdə şəhəri ünvan 3 kimi göstərilməsi vərəsələr arasında qeyri-müəyyənlik hallarını yaratmışdır ki, bu da öz növbəsində məhkəmə mübahisəsi predmetinə çevrilmişdir. Belə olduğu halda, iddia ərizəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunmasına dair hissədə təmin edilməli, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair hissədə isə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının miras əmlakı qəbul etməsi faktı müəyyən edilməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X18 və X8 tərəfindən qəbul edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 1133.1, 1133.2, 1243.2, 1159.1.1, 1274, 1276, 1134.1, 1151.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 76.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işi birtərəfli araşdıraraq, yanlış nəticəyə gəlmiş, iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. X4 ona vəsiyyətnamə vermişdir. Ancaq iddiaçının 21 ildən sonra iddia qaldırması tam əsassızdır və müddət keçmişdir. İddiaçı müddəti qəsdən keçirmişdir. Ondan pul almaq naminə belə bir iddia verir. Göründüyü kimi 21 ildir X4 vəfat edib, onun vəfatından illər öncə də həmin evdən və həyətyanı torpaqdan o istifadə etmişdir. Mübahisəli ünvanda isə 2 ev var. İddiaçının tələb etdiyi evin ona heç bir aidiyyətı yoxdur. Hazırda həmin mübahisəli ev başqa şəxsə satılıb və sənədləşdirilib. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-935/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), hakimlər Ş.Rzaquliyev və İ.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X26 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının miras qalmış əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməməsi nəticəsinə gələrək, iddia tələbini həmin hissədə rədd etmiş, iddiaçı isə məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşaraq, qətnamədən apellyasiya şikayəti verməmiş və mirasın qəbul edilməsi faktının rədd edilməsi hissəsində qətnamə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddianı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin etmişdir. İddiaçının məhkəmədə verdiyi izahatlardan və birinci instansiya məhkəməsinin qətnaməsindən belə aydın olur ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməsinin əsası kimi mübahisəli ünvanda iki ev olmasına, X4nın yaşadığı dövrdə Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində ev tikilməsinə, həmin evdə nəvəsi mərhum X23 ailəsi Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3, və Cavabdeh4 ilə birlikdə (oğlu) yaşamasına, miras qalmış evdə isə X18 və X5 yaşamasına, şəhadətnamələrin isə miras qalmış 0,02 ha torpaq sahəsinə görə deyil, sonradan alınmış 0,02 ha torpaq sahəsinə və tikilmiş evə görə verilməsinə əsaslanmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin əsassız hesab edilməsi, iddiaçının həmin miras qalmış əmlaka dair digər vərəsələrə verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığını mübahisələndirməsi üçün subyektiv hüququnu aradan qaldırmış olur. Çünki, iddiaçının iddianı qaldırmaqda hüquqi marağı və məqsədi miras qalmış əmlakdan pay əldə etməkdir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi ilə məqsədin reallaşdırılması mümkünsüz olur. Belə olduğu halda isə mirasa dair digər vərəsələrə verilmiş hüquq müəyyənedici sənədlərin ləğv və ya etibarsız hesab edilməsi əhəmiyyətsiz olmaqla, onların əsassız olaraq mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının təmin olunmuş tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olduğu halda belə məhkəmənin gəldiyi nəticə yenə də qanunsuz və əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik şəhadətnaməsinin miras qalmış əmlaka görə deyil, sonradan tikilmiş və ya alınmış torpaq sahəsinə görə verilməsi qənaətinə gəlsə də, nəzərə almamışdır ki, daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 saylı qeydə əsasən miras qoyan X6 miras qalmış əmlak Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi olmuşdur. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də həmin qeyd əsasında cavabdehlərə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 saylı qeyd ləğv edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla yanaşı, iddiaçı da məhz həmin əmlakın miras qalmış əmlak olmasını iddia etməklə, həmin əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsini istəmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 1133.1, 1134.1, 1159.1, 1159.1.1, 1159.2, 1243.2, 1243.3, 1246, 1255, MPM-in 14.1, 14.2, 76.1, 76.3, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, mülki qanunvericilikdə mirasın qəbulu ilə əlaqədar müddətlərin müəyyən olunması vərəsənin mirasda məcburi pay almaq hüququnu məhdudlaşdıran hal kimi şərh edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.Q.Hüseynov, hakimlər Z.B.Babayev və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-935/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi.Həmçinin göstərdi ki, 2020-ci ilin iyul ayında mübahisəli evi satmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X27 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, miras qoyan X9 2**1-ci ildə vəfatı ilə vərəsəlik açılmışdır. Miras ev X20 tərəfindən oğlu X17 vəsiyyət edildiyindən və X25 xx.xx.2012-ci ildə öldüyündən, 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına sənədləşdirilmiş və sonra Cavabdeh1 həmin mirası qəbul edərək, satmışdır. İddiaçı mirası qəbul etmədiyindən, iddiası əsassızdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, o, 2014cü ildə ailə quraraq, mübahisəli evdən getmişdir. Ona görə də, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X15 izahatında göstərdi ki, o, mübahisəli evdə yaşamış və 2022-ci ildə ailə qurararq mübahisəli evdən getmişdir. Ona görə də, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, o, 1974-cü ilin may ayında hərbi xidmətə getmiş, qayıtdıqdan sonra Bərdə rayonunda ona ev verilmiş, həmin evdə yaşamışdır. X20 vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X18 və nəvəsi X8 ilə birgə yaşamışdır və sonuncular hal-hazırda da orada yaşayırlar. X1 Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə, yəni Füzuli küçəsi 16a-da X9 nəvəsi mərhum X23 ailəsi - Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3 və Cavabdeh4 yaşamışdır. Cavabdeh Zülfiyyə onun qardaşı Rəşidin gəlini, qardaşı oğlu Rzanın arvadıdır. Zülfiyyə həmin evə dair qanunsuz olaraq vərəəslik üzrə şəhadətnamə alaraq, evi satmışdılr. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi məhkəmə kollegiyasına məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: ( 01 sentyabr 2**0-ci ildən qüvvədə olan) 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, miras qoyan X20 12 mart 2**1-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra Bərdə şəhəri, Füzuli küçəsi, ev 16 saylı fərdi yaşayış evi miras qalmışdır. X9 birinci növbə vərəsələri övladları X22, X25, İddiaçı və X21 olmuşdur. Hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, birinci növbə vərəsələrdən X22, X25 və X21 vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Belə ki, bu vərəsəlik mübahisəsi miras qoyan X9 hazırda sağ və vəfat etmiş birinci növbə vərəsələrinə münasibətdə həll edilir. Miras qoyanın vəfat etmiş birinci növbə vərəsələrinin özlərinin birinci növbə vərəsələrinin yaşayış ünvanlarının hazırda tam müəyyən edilməsi mümkün olmadığından, miras qoyan X9 birinci növbə vərəsələrinin miras əmlakdan qanuna müvafiq olaraq payının müəyyən edilməsini məqsədə müvafiq hesab edilir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin vəfat etmiş şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. Belə ki, vəfat etmiş birinci növbə vərəsələrin müəyyən ediləcək miras payları ilə bağlı onların vərəsələri arasında mübahisə olduğu halda, onların məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə X4nın 12 mart 2**1-ci il tarixdə vəfat etməsindən sonra, onun Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən 6** kv.m torpaq sahəsində saman-kərpicdən tikilmiş iki otaqlı 39,56 kv.m yaşayış, 69,59 kv.m ümumi sahəsi olan yaşayış evi miras qalmışdır. X20 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə həmin iki otaqlı yaşayış evini oğlu X17 vəsiyyət etmişdir. Bununla belə, Bərdə şəhəri ünvan 3 kimi göstərilmiş evin isə, miras mülkə aidiyyəti yoxdur. Belə ki, Bərdə şəhəri, ünvan 2əşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində X9 tam mülkiyyət hüququ 22 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsəsi kimi, oğlu X32 göstərilmiş və onun vəfat etməsi ilə əlaqədar mirasdan təmsilçiləri - gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almışlar. Məhkəmə kollegiyasında müəyyən edildi ki, X20 vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X18 (Mürşüdün həyat yoldaşı) və nəvəsi X8 ilə birgə yaşamışdır və sonuncular hal-hazırda da orada yaşayırlar. X1 Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 5 X9 nəvəsi mərhum X23 ailəsi - Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3 və Cavabdeh4 yaşamışdır. X32 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır. Həmin hal, iş materiallatrına əlavə edilmiş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 nömrəli 23 avqust 2022-ci il tarixli arayışla da, təsdiq edilir. Belə ki, həmin arayışla müəyyən olunur ki, mərhumə X20 (vəfat edib 12 mart 2**1) vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X18 və nəvəsi X8 ilə birgə yaşamışdır. X20 vəfat etdikdən sonra hal-hazıradək Füzuli küçəsi 16 ünvanında X18 və onun qızı X8 yaşayırlar. X2 yaşadığı dövrdə Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 5 X9 nəvəsi mərhum X32 ailəsi - Cavabdeh1 (arvadı), Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı (qızı), Cavabdeh3 (qızı), Cavabdeh4 (oğlu) yaşamışdır. X32 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır. Hal-hazırda Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3, Təhməzzadə X16 16 a ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2019-cu ildən həmin ünvanda yaşamırlar. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, miras evlə bağlı X17 vəsiyyət qoyulsa da, sonuncu tərəfindən həmin əmlak faktiki və ya notariata yazılı ərizə vermək yolu ilə qəbul edilməmiş, o, anası sağlığında həmin həyətdə ona ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə yaşamışdır. Qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 12 mart 2**1-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi, ev 16 saylı ərdi yaşayış evinin 1/4 hissəsinə mərhum X7, 1/4 hissəsinə mərhum X12, 1/4 hissəsinə mərhum X10 və 1/4 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, “və onun hüquqi nəticələrinin etibarsız hesab olunması” hissəsində ləğv olunaraq, həmin hissədə iddia baxılmamış saxlanılmışdır. .Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X26 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. 12 mart 2**1-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi, ev 16 saylı fərdi yaşayış evinin 1/4 hissəsinə mərhum X7, 1/4 hissəsinə mərhum X12, 1/4 hissəsinə mərhum X10 və 1/4 hissəsinə İddiaçı vərəsəlik üzrə payları müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1125/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1125/2024
13.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver