Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1126/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi İddiaçı nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeyri yaşayış sahəsindən çıxarılma tələbinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 2271/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2013-cü il tarixli, daşınmaz dövlət əmlakının qeydiyyat vəsiqəsinin və ona əlavə olunmuş daşınmaz dövlət əmlakının siyahısının təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən qaraj İddiaçı balansındadır. xx.xx.2006-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, Cavabdeh1 ailəsi ilə birlikdə İddiaçı qarajında tikili binada yaşamağa icazə verilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən cavabdehlərə məskunlaşdıqları Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən qarajdan 15 gün ərzində çıxmaları barədə şifahi məlumat verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçınə məxsus Gəncə şəhəri, Zərdabi küçəsi 3B ünvanında yerləşən qarajdan cavabdehlərin məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin texniki pasportuna əsasən Gəncə şəhəri, ünvan 3 ünvanında yerləşən qaraj (əmlak kompleksi kimi müəssisə) iddiaçının balansındadır. 09 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş akta əsasən cavabdehlər həmin qarajda qanunsuz məskunlaşdığı rəsmiləşdirilmiş və onlara həmin qarajı könüllü tərk etməyəcəkləri təqdirdə aidiyyəti üzrə müvafiq tələb ilə məhkəməyə müraciət ediləcəyi barədə şifahi məlumat verilmişdir. Cavabdehlərə mübahisə ilə bağlı dəfələrlə şifahi müraciət edilməsinə və akt tərtib edilməsinə baxmayaraq, müsbət cavab alınmadığından, cavabdehlərin iddiaçıya məxsus qarajdan məcburi qaydada çıxarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2271/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı balansında olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən qarajdan çıxarılmaları qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi qaraj dövlət mülkiyyəti olmaqla iddiaçının balansındadır. Cavabdehlər heç bir hüquqi əsas olmadan idiaçının sahibliyində və istifadəsində olan qarajda məskunlaşmışlar. Cavabdehlər mübahisə olunan qarajda 1992-ci ildə şöbəsinin rəhbərliyi tərəfindən verilmiş razılıq əsasında yaşadıqlarını ailəsi ilə birlikdə yaşamalarına dair müddətsiz müqavilə bağlandığını və hal-hazırda da aralarında bağlanmış həmin müqavilənin qüvvədə olduğuna əsaslanaraq iddia tələbinə etiraz emişlər. Məhkəmə qeyd edir ki, cavabdehlərin öz etirazlarının əsası olaraq göstərdikləri müqavilə əhəmiyyətsiz müqavilə olmaqla həmin müqavilə bağlandığı andan etibarsız müqavilə olmuşdur. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh3 23 iyul 1992-ci il tarixdən 25 oktyabr 1998-ci il tarixədək Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Mühafizə söbəsində polis nəfəri kimi işləmiş və oradan pensiyaya çıxarılmışdır. Həmçinin birinci Qarabağ müharibəsi veteranıdır. Digər Cavabdeh1 da Gəncə şəhər Mühafizə söbəsində işləmiş və işlədikləri dövürdə onların yaşayış evi ilə təmin olunmaları üçün ev nöbəsinə yazılsalar da yaşayış evi ilə təmin olunmadıqlarına görə 1992-ci ildə Gəncə şəhər Mühafizə şöbəsinin rəhbərliyi tərəfindən onalra DİN-nin balansında olan və polis itlərinə baxılan yerdə, hazırda Gəncə şəhəri Zərdabi küçəsi, ev 36-da yerləşən evdə ailəsi ilə birlikdə qalmağa icazə verilmişdir və tarixdən hal-hazıradək cavabdehlər birlikdə həmin evdə yaşayırlar. Artıq otuz ildir ki, cavabdehlər həmin evdə yaşayırlar və yaşadıqları dövürdə sözü gedən yaşayış evində əsaslı təmir işləri aparmışlar, qaz, işıq və su xətti çəkdirmişlər və hər ay müvafiq kommunal xərclərini ödəyirlər. 10 iyun 2006-cı il tarixdə Gəncə şəhər Mühafizə şöbəsinin rəisi, polis polkovnik-leytenantı X1 ilə Cavabdeh1 Nurəddin qızı arasında sözü gedən ünvanda ailəsi ilə birlikdə yaşamaqlarına dair müddətsiz müqavilə bağlanmışdır və halhazırda tərəflər arasında bağlanmış həmin müqavilə qüvvədədir. Lakin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı rəisi, polis polkovnikleytenantı X1 ilə 10 iyun 2006-cı il tarixdə bağlanmış müqaviləni ləğv edilməsini tələb etmədən bir başa cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeyri yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilib. Birinci instansiya məhkəməsi iş üzrə iddia tələbini təmin etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı balansında olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən qarajdan çıxarılması barədə qətnamə çıxararkən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləni əhəmiyyətsiz müqavilə kimi qiymət verərək həmin müqavilə bağlandığı andan etibarsiz müqavilə olduğunu hesab etmişdir. Lakin tərəflər arasında bağlanmış və iş materiallarında olan müqavilənin məzmunundan görünür ki, həmin müqavilə Gəncə şəhər Mühafizə şöbəsinin rəisi, polis polkovnik- leytenantı X1 ilə Cavabdeh1 Nurəddin qızı arasında bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 Nurəddin qızı ailəsi ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı balansında olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsində yaşamaqları və bunun müqabilində həmin ünvanda olan İddiaçınə aid əşyaları mühafizə edəcəyi barədə razılığa gəlmişlər. Bununla da həmin müqavilənin əhəmiyyətsiz olmasına dair heç bir əsas olmadğı araşdırılmamışdır. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycam Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi qaraj dövlət mülkiyyəti olmaqla iddiaçının balansındadır. Cavabdehlər heç bir hüquqi əsas olmadan idiaçının sahibliyində və istifadəsində olan qarajda məskunlaşmışlar. Cavabdehlər mübahisə olunan qarajda 1992-ci ildə şöbəsinin rəhbərliyi tərəfindən verilmiş razılıq əsasında yaşadıqlarını ailəsi ilə birlikdə yaşamalarına dair müddətsiz müqavilə bağlandığını və hal-hazırda da aralarında bağlanmış həmin müqavilənin qüvvədə olduğuna əsaslanaraq iddia tələbinə etiraz emişlər. Məhkəmə qeyd edir ki, cavabdehlərin öz etirazlarının əsası olaraq göstərdikləri müqavilə əhəmiyyətsiz müqavilə olmaqla həmin müqavilə bağlandığı andan etibarsız müqavilə olmuşdur. Kollegiya göstərir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14 may 2014-cü il tarixli, Q10-001-14 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi haqqında əsasnaməsinin 1.1-ci bəndindən görünür ki, Baş Mühafizə İdarəsi (bundan sonra Baş İdarə) müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi işini təşkil edən, ölkə ərazisində yerləşən xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin təhlükəsizliyinin təmin olunmasında iştirak edən, mühafizə xidmətlərinə görə müqavilələr üzrə alınan vəsaitlər hesabına saxlanılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur hissəsidir. 1.3-cü bəndinə görə Baş İdarənin strukturu və ştat cədvəli Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən təsdiq olunur. 1.4-cü bəndinə görə Baş İdarənin strukturuna Təşkilati-inspektor şöbəsi, Növbətçi hissələri idarəetmə xidməti (şöbə səlahiyyətli), Xidmətin təşkili şöbəsi, Maliyyə-plan şöbəsi, Kadrlar şöbəsi, Maddi-texniki təchizat şöbəsi, Texniki vasitələr şöbəsi və Katiblik (şöbə səlahiyyətli) daxildir. 1.5-ci bəndinə görə şəhər, rayon (regional, rayonlararası) mühafizə idarələri, şöbələri, bölmələri və mühafizə funksiyalarını həyata keçirən nizami hissələr Baş Mühafizə İdarəsinə bilavasite tabe olan strukturlardır. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı subyektiv hüquqa malik deyildir. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2271/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1126/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1126/2023
08.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver