Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1153/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-99/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsinə əlavə verərək, Cavabdeh məxsus su çəninin onun mənzilinin üzərindən götürülməsi, ona vurulmuş maddi zərərin əvəzi olaraq 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-99/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim M.Mustafayev) iddia qismən təmin edilmiş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə su sızması nəticəsində Cavabdeh tərəfindən vurulmuş ziyana görə 2257.0 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi və həmin mənzilin üzərində Cavabdeh tərəfindən quraşdırılmış su çəninin götürülməsi, Cavabdeh ekspertiza xərci olan 50 manatın alınaraq dövlət büdcəsinə və 50 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-99/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri Yeni Cəncə qəsəbəsi 47 nömrəli binanın 49 nömrəli ünvanda yerləşən mənzili Gəncə şəhər 5 saylı Notoriat ofisinin xx.xx.2020-ci il tarixli , 4Ə-546 №-li reyestr qeydiyyatı ilə Ağdam rayonun Qalayçılar kəndində qeydiyyatda olan X1 Daşınmaz Əmlakın AN-İ №0849410 nömrəli Alqı-Satqı müqaviləsi əsasında almış və Daşınmaz əmlakdan xx.xx.2020-ci il tarixli Çıxarış da almışdır. Ailə üzvləri ilə həmin mənzilə köçmüşdür. O, həmin mənzili alarkən binanın üstündə həmin çənlər olmuş və onun tərəfindən həmin çənlər təkrar yoxlanılmış heç bir su sızıntısı və ya axması müşahidə olunmamışdır. İddiaçı Bakı şəhərində yaşadığından onu yaxından tanımamışdır. Qonşulardan eşitmişdir ki, İddiaçı mənzilinə ildə bir iki dəfə baş çəkir. Ona qarşı 3 ildə heç bir şikayəti və tələbi olmamışdır. Sonra eşitmişdir ki, İddiaçı ona qarşı mənzilinə su axması barədə məhkəməyə iddia ərizəsi veribdir. O, məhkəmənin hazırlıq iclasında da iddianı əsassız hesab etmiş və axan su onun istifadə etdiyi çəndən axmadığını və binanın dam örtüyündən yağan yağışlardan və həmin suyun digər salafona bükülmüş qara rəngli borudan axması barədə çəkdiyi fotoşəkilləri də məhkəməyə təqdim etmişdir. Lakin, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edə bilməmişdir. Bunun səbəbi də əri X2 vərəm xəstəliyinə tutulması olub və müalicə üçün Bakı şəhərinə aparıb müalicə etdirməyi olmuşdur. Ona görə də, sübutlarımı məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa apellyasiya şikayətinə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsal birliyinin 04 nömrəli xidmət sahəsinin müfəttişləri tərəfindən həmin çənlərə vizual baxış keçirilmiş heç bir nöqsan (su sızması) aşkar edilməməsi barədə Akt tərtib edilmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur və binanın 9-cu mərtəbəsində yerləşir. Cavabdeh məxsus 49 saylı mənzildə, həmin binanın 7-ci mərtəbəsində yaşayır. Əvvəllər də, suya olan ehtiyaclarını ödəmək məqsədi ilə binanın damında su çənləri quraşdıran bina sakinləri daim suya nəzarət edərək yuxarı mərtəbədə yaşayan mənzil sahiblərinə maddi ziyan vurulmasının qarşısını almışlar. Belə ki, binaya daimi su gəlmədiyi üçün, orada yaşayanların hər birinin su çəni vardır.Təəssüf ki, cavabdeh öz ailəsi ilə yaşadığı ünvana köçdükdən sonra mənzilinə tavandan su axmağa başlamış, tavanın suvağı və divar kağızları hər üç otaqda yararsız hala düşmüşdür. Susızma 2020-ci ilin sentyabr ayında olmuş, hazırda isə susızma yoxdur, su çənində nasazlıq aradan qaldırılmıır. Apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-99/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-99/2024 nömrəli qətnaməsi qismən, həmin mənzilin üzərində Cavabdeh tərəfindən quraşdırılmış su çəninin götürülməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan xx.xx.2023-cü il tarixli 10/4565 saylı ekspert rəyindən görünür ki, 1-ci və 2ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 53 saylı mənzilin iki yaşayış otağı və dəhliz konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə həmin mənzilin yerləşdiyi binanın damında quraşdırılmış su çənlərindən su axıdıldığı və nəticədə 53 saylı mənzilin iki ədəd yaşayış otağı və dəhliz tikililərinə ziyan vrulduğu müəyyən edilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2257.0 manat məbləğində müəyyən olunur. İddianı qismən təmin edən birinci insatansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli 10/4565 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 53 saylı mənzilin iki yaşayış otağı və dəhliz konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə həmin mənzilin yerləşdiyi binanın damında quraşdırılmış su çənlərindən su axıdıldığı və nəticədə 53 saylı mənzilin iki ədəd yaşayış otağı və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2257.0 manat məbləğində müəyyən olunur. Eyni zamanda cavabdeh binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun aparılmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı ona 3000 manat ziyan dəydiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyan hissəsində 2257.0 manatdan artıq hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci insatansiya məhkəməsinin həmin nəticəsi ilə qismən razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən su axması nəticəsində dəymiş ziyanla bağlı Cavabdeh qarşı sürdüyü tələb hissəsində qismən haqlı olmuşdur. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 10/4565 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə həmin mənzilin yerləşdiyi binanın damında quraşdırılmış su çənlərindən su axıdılmış və nəticədə 53 saylı mənzilin iki ədəd yaşayış otağı və dəhliz tikililərinə ziyan vrulmuşdur. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 47 saylı evin, 53 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2257.0 manat məbləğində müəyyən olunur. Birinci insatansiya məhkəməsinin iddianın su çəninin götürülməsi hissəsində gəldiyi nətəcəsi isə qanuni hesab edilə bilməz. Belə ki, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə də, müəyyən edilir ki, su sızması 2020-ci ilin sentyabrda olmuş, hazırda isə su sızması yoxdur. Digər tərəfdən, binaya daimi su gəlmədiyi üçün, orada yaşayanların hər birinin su çəni mövcuddur və belə olan halda, hazırda heç bir sızıntı halı olamadığı halda, cavabdehə məxsus su çəninin götürülməsi ədalətli tarazlığa uyğun olmamaqla bərabər, öz mülkiyyət hüququnu həyata keçirən iddiaçının qonşunun mülkiyyətinə hədsiz təsiri kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına qismən uyğun olmamış, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydılaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına qismən uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-99/2024 nömrəli qətnaməsi qismən, həmin mənzilin üzərində Cavabdeh tərəfindən quraşdırılmış su çəninin götürülməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-386, 392-393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-99/2024 nömrəli qətnaməsi qismən qismən, həmin mənzilin üzərində Cavabdeh tərəfindən quraşdırılmış su çəninin götürülməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən İddiaçı rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, iddianın mənzilin üzərində Cavabdeh tərəfindən quraşdırılmış su çəninin götürülməsinin təmin edilməməsi hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1153/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1153/2024
23.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver