Məhkəmə qərarları › İş №2(104)-1161/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1161/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1161/2025 25.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi və bağışlamaqdan imtina Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi (arvadı) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-61/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 25.10.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətdikdən sonra ölməsi müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 320-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından İddiaçı və Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir.

2. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 387804 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.2023-cü il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayıcı qəlpələrdən törəyən zədə nəticəsində vəfat etmişdir.

3. Naftalan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, XİX-ЖГ seriyalı, 396783 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.2000-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X8r.

4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2438/2024 nömrəli qərarından görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X20 barədə Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Naftalan şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulmuşdur.

5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-608/2024 nömrəli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)- 2438/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. 01.08.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı həmin aktı tərtib edərək imzalamış və təsdiq etmişlər ki, həqiqətən şəhid X20 1999-cu il tarixdən xx.xx.2023-cü il tarixədək atası İddiaçı yanında yaşamışdır. Onun kiçik toyunu 2002-ci il tarixdə, hərbiyə getdiyi üçün tədbiri 2018-ci il tarixdə və böyük toyunu 2021-ci il tarixdə ata kimi İddiaçı etmişdir. Şəhid olduqdan sonra onun yas mərasimini və qəbir daşını İddiaçı etmişdir.

7. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 299923 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkündür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh uşağın saxlanılması üçün xərclədiyi 70.000 (yetmiş min) manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə Xocalı rayonunun Aranzəmin kəndinə anadan olmuşdur. Onlar ailədə 10 uşaq olmuşlar. Cavabdeh onun doğma qardaşıdır. 1995-ci ildə Xocalı şəhər sakini X10 ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Nikahları 2000-ci ildə Naftalan şəhər Qeydiyyat şöbəsində rəsmi olaraq qeydiyyata alınmışdır. Birgə yaşadıqları dövrdə övladları olmamışdır. Lakin ayrılmaq istəmədikləri üçün atası X18 və ağsaqqallar qardaşı Cavabdeh 1997-ci il təvəllüdlü oğlu Samir Məmmədovu övladlığa götürməyi təklif etdilər. Cavabdeh və onun həyat yoldaşı Nümayəndə1 bu fikirlə razılaşmışlar. Odur ki, 1999-cu ilin təxminən mart ayında qayınatası X15, böyük bacısı X5, həyat yoldaşı X10, əmisi X11 və həyat yoldaşı X19, qonşusu X9 iştirakı ilə uşağı cavabdehin və onun ailəsinin Ağcabədi rayonunun Qiyaməddinli kəndində yaşadığı ünvandan götürərək Ağdam rayonunun Ergi kəndində yerləşən evlərinə gətirmişlər. 2000-ci ildə atası yaşadığı ünvana gələrək ondan və həyat yoldaşından sənədlərini istəmiş və bildirmişdir ki, qardaşı ilə də danışmışdır, artıq uşağı övladlığa götürdükləri üçün sənədləri rəsmiləşdirmək lazımdır. Bir neçə müddət sonra atası Xasay qardaşı Əbilfəzlə birlikdə onlara gələrək uşağın yeni “Doğum şəhadətnaməsi”ni ona vermişlər. Onun sənədləşmənin necə aparılması haqqında heç bir məlumatı olmamışdır. 2005-ci il tarixdə atası Xasay Məmmədov, 2011-ci ildə isə həyat yoldaşı X10 vəfat etmişlər. 2012-ci ildə o, Nümayəndə2 ilə evlənmişdir. O və həyat yoldaşı Samiri hər zaman öz övladları kimi sevmiş və saxlamışlar. O, şəxsən azyaşlı Samirin qeydinə qalmış, valideyn kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışmışdır. Samirlə həmişə münasibətləri yaxşı olmuşdur. İkinci dəfə ailə qursa da, Samir daimi olaraq onunla birlikdə yaşamışdır. 2002-ci ildə tərəfindən Samirə kiçik toy məclisi, 2017-ci ildə Samirin orta məktəbi bitirməyi münasibətilə qapısında qohum qonşularının iştirakı ilə birgə “Son zəng” şənliyi etmiş, 2018-ci ildə hərbi xidmətə yola salmış və 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurmağı münasibətilə şənlik təşkil etmiş, 2021-ci ildə isə Samir üçün Goranboy rayonunda fəaliyyət göstərən “Leyla” şadlıq sarayında böyük toy məclisi təşkil etmiş və gəlinə qızıl-zinət əşyaları hədiyyə etmişdir. Samir 2020-ci ilin martaprel ayında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboy rayonunun Qızılhacılı kəndində yerləşən N saylı hərbi hissədə mexanik-sürücü olaraq xidmət etmişdir. Samir İİ Qarabağ Müharibəsi iştirakçısıdır. Samir 2023-cü ilin 19 sentyabr ayında keçirilən antiterror əməliyyatında şəhid olmuş, Ali Baş komandan tərəfindən orden və medallarla təltif edilmişdir (ölümündən sonra). Samirin dəfn və yas məsarimlərini adət-ənənəyə uyğun olaraq o keçirtmişdir. Belə ki, uşağın körpə yaşlarından böyüməsini, sağlamlığının qorunmasını, məktəb və gündəlik tələbat və xərclərini, şənlik, toy, dəfn və yas mərasim xərclərini o həyata keçirərək ödəmişdir. Uşağın saxlanılması üçün xərclədiyi 85000 (səksən beş min) manatı belə izah edir: uşağın gündəlik yeməyi bir ay ərzində orta hesabla günü 6 manatdan olmaqla (180x12) ayda 2000 (iki min) manat təşkil etmişdir. Bu məbləği isə 18 ilə vuranda (2000x18) hərbi xidmətə gedənə kimi 36000 (otuz altı min) manat təşkil etmişdir; uşağın körpə yaşlarından 18 yaşına çatana kimi geyim (paltar, ayaqqabı və s.) xərcləri 14000 (on dörd min) manat təşkil etmişdir; uşağın sağlamlığının qorunması (həkim, dərman preparatları və s.) xərcləri 18 yaşınadək 4000 (dörd min) manat təşkil etmişdir; 2002-ci ildə övladına tərəfindən kiçik toy məclisi keçirilmiş və xərc 8000 (səkkiz min) manat təşkil etmişdir; 2017-ci ildə Samirin orta məktəbi bitirməyi münasibətilə qapısında qohum-qonşularının iştirakı ilə birgə “Son zəng” şənliyinin xərci 1000 (bir min) manat, 2018-ci ildə hərbi xidmətə yola salmağı və 2020-ci ilin yanvar ayında hərbi başa vurmağı münasibətilə şənliyin xərci 3000 (üç min) manat təşkil etmişdir; 2021ci ildə isə Samir üçün Goranboy rayonunda fəaliyyət göstərən şadlıq sarayında böyük toy məclisi təşkil etmiş və 12000 (on iki min) manat xərcləmişdir, gəlinə 4000 (dörd min) manatlıq qızıl-zinət əşyaları almış, gəlinə geyim, ayaqqabı və gündəlik tələbat üçün əşyalara 3000 (üç min) manat xərcləmişdir.

10. Bundan sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə müraciət edərək, Cavabdeh uşağın saxlanılması üçün xərclədiyi 80.000 (səksən min) manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Xocalı Rayon Məhkəməsinə müraciət edərək uşağın saxlanması üçün çəkdiyi xərcin yəni 70000 (yetmiş min) manat pulun tutularaq ona qaytarılmasına dair tələb irəli sürmüşdür. Həmin tələb tamamilə əsassız olduğu üçün qəbul etmir. Hesab edir ki, həmin iddia tələbinin heç bir hüquqi əhəmiyyəti yoxdur və absurd iddia tələbidir. Belə ki, İddiaçı onun İİ Qarabağ Müharibəsinin iştirakçısı və 19 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş doğma oğlu Samir Məmmədovun adına saxta sənəd əldə etməklə saxta şəhid ailəsi statusu əldə etmiş, hazırda guya onun saxlanması üçün çəkdiyi 70000 manat pulu tələb edir. İddiaçının həmin iddia tələbi ilə çıxış etməsi vətən uğrunda canını fəda etmiş şəxsin (şəhidin) şəxsiyyətini pul ilə dəyərləndirərək onun xatirəsinə hörmətsizlik etməsi kimi qiymətləndirilməlidir. Qeyd edir ki, o, 12 aprel 1991-ci ildə həyat yoldaşı Nümayəndə1 qizi ailə qurmuşdur. Onların birgə nikahlarından 4 övladları, o cümlədən 18 may 1997-ci ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində X12 adlı adında şəhid oğulları anadan olmuşdur. X1 barəsində Ağcabədi rayonunun Arasbar kand icra nümayəndəliyində 17 iyul 1997-ci il tarixdə 72 nömrəli doğum akt qeydi tərtib edilmiş və оnа ХХ-ЖГ 377150 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Qeyd edir ki, qardaşı İddiaçı və onun birinci həyat yoldaşı mərhum X7 övladı olmadığından oğulları Samiri kiçik yaşlarında onlara verməyə razılaşsalar da onun övladlığa verilməsi qanunla müəyən olunmuş qaydada rəsmiləşdirilməmiş və uşaq onlara uşağın sənədində öz adları, soyadları qalması şərti ilə verilmişdir. Çünki onlar oğullarını daimi olaraq övladlığa vermək niyyətində olmamışlar. Sadəcə qardaşıgil tək qalmasın deyə müvəqqəti uşağın onlarda qalmasına imkan yaratmışlar. Eyni zamanda onlar Samiri Aqilin birinci həyat yoldaşı X7 xahişi ilə hayan olmaq üçün müvəqqəti vermişlər. Oğlu Samir vəfat edənədək onlarla birlikdə yaşamış, Reyhanın vəfatından sonra isə Aqil ikinci dəfə Nümayəndə2 adlı qadınla ailə qurmuş və həmin qadın Samiri istəmədiyindən onunla yola getməmiş və Samir demek olar ki, daima onlarla birlikdə yaşamışdır. X2 MAXHHQ kimi hərbi qulluqçu olmuş, 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində aparılan antiterror əməliyyatları zamanı şəhid olmuş və onun xx.xx.2023-cü ildə vəfat etməsinə dair Bərdə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2023-cü ildə 123 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Qeyd edir ki, oğulları şəhid olan zaman onun kimliyini müəyyən etmək məqsədilə valideyn kimi onların hər ikisindən “DNT” analizi üçün nümunələr götürülmüş və onların Samirin bioloji valideynləri olması müəyyən edilmişdir. Oğulları Samir şəhid olduqdan sonra bioloji valideyn olmaqları müəyyən edilən zaman onlara məlum olmuşdur ki, İddiaçı onların məlumatı və razılığı olmadan Samirin adına Naftalan şəhər VVAQ şöbəsində qanunsuz olaraq guya onun xx.xx.2000-ci ildə Əsgəran rayonun Aranzəmin kəndində anadan olmasına dair xx.xx.2000-ci il tarixli, XİX-JQ 396783 nömrəli saxta doğum akt qeydi tərtib etdirmişdir. Onlar həmin saxta doğum akt qeydi ilə bağlı hüquq mühafizə orqanlarına şikayətlər etmiş, şikayətləri üzrə Naftalan ŞPŞ-də, həmçinin Goranboy rayon prokurorluğunda araşdırma aparılmışdır. Toplanmış material üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, onun mərhum atası X16 tərəfindən oğlu Samir Məmmədovun 3 yaşı olmasına və onun adına Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyində tərtib edilmiş 17 iyul 1997-ci il tarixli, 72 nömrəli doğum akt qeydi olmasına baxmayaraq Samirin guya xx.xx.2000-ci ildə Əsgəran rayonunun Aranzəmin kəndində anadan olmasına dair Xocalı rayon Mərkəzi Poliklinikasından saxta doğum arayışı əldə etmiş və həmin arayış əsasında xx.xx.2000-ci ildə Naftalan şəhər Qeydiyyat şöbəsində 17 avqust 2000-ci il tarixdə 14 nömrəli saxta doğum haqqında akt qeydi tərtib etdirmişdir. Lakin həmin saxta doğum arayışını vermiş və saxta doğum akt qeydi tərtib etdirmiş şəxslərin vəfat etməsi səbəbindən Naftalan ŞPŞ-nin 18 dekabr 2023-cü il tarixli, Goranboy rayon prokurorluğunun 17 yanvar 2024-cü il tarixli və 25 oktyabr 2024-cü il tarixli qərarlarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı bütün məhkəmə iclaslarında, polis şöbəsində və prokurorluqda saxta tərtib edilmiş doğum akt qeydinin mərhum atası X18 tərəfindən alınmasını, lakin həmin sənədin necə alması barədə bilmədiyini qeyd etsə də, yazdığı bütün əsassız şikayətlərdə guya onun həmin sənədin hazırlanmasından məlumatı olduğu kimi yalan uydurmuşdur. Onun yalanına baxmayaraq aparılmış bütün araşdırmalar zamanı oğlu Samir Məmmədovun adına, X3 verilmiş doğum haqqında tibbi arayış, həmçinin oğlunun xx.xx.2000-ci il tarixdə anadan olmasına dair Naftalan şəhər VVAQ şöbəsində tərtib edilmiş xx.xx.2000-ci il tarixli, 14 nömrəli doğum akt qeydi saxta sənəd hesab edilmişdir. Beləliklə o, oğlunun adına tərtib edilmiş saxta doğum haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(114)-2438/2024 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş və xx.xx.2000-ci il təvəllüdlü X20 barəsində Naftalan şəhər Qeydiyyat şöbəsində 17 avqust 2000-ci il tarixdə 14 nömrəli saxta doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Naftalan şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-2438/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(114)- 2438/2024 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Həmin qərarları etiraz ərizəsinə əlavə etmişdir. Qeyd edir ki, iddiaçının iddia tələbində oğlu Samirin saxlanılması üçün guya 70000 manat xərc çəkməsi tamamilə yalandır. Çünki iddiaçının mərhum arvadı Reyhan vəfat etdikdən sonra o və yoldaşı Samiri Aqilin yanından aparmaq istədikdə Aqil yenidən xahiş etmişdir ki, tək qalmasın deyə uşağın bir müddət onunla yaşamasına icazə versinlər. Aqil Nümayəndə2 ilə ailə qurduqdan sonra isə sonuncu Samirlə yola getməmiş, Samir də onunla qalmaq istəməmişdir. İddiaçı Nümayəndə2 2 övladı vardır, həmin uşaqlardan sonra isə ümumiyyətlə nə Aqil Samirə oğul demiş, nə Samir Aqilə ata demişdir. Onlar əksinə onun oğlunun qazancını yemiş, onu həmişə pulsuz qoymuşlar. Hazırda da o və yoldaşı Samirin qəbrini hər həftə ziyarət etsə də özünü hamıya şəhid ailəsi kimi təqdim edən Aqil və arvadı İntizar Samirin qəbrini ziyarət belə etmirlər. Bu onların Samiri övlad kimi qəbul etmədiyinin bariz nümunəsidir. Aqilin 2002-ci ildə Samirə kiçik toy məclisi keçirməsinə dair bildirir ki, həmin məclisi mərhum atası X18 özü etmiş və bütün xərci də mərhum atası çəkmişdir. X34 kiçik toy məclisi keçirməsi tamamilə yalandır. Eyni zamanda qeyd edir ki, oğlu Samir Məmmədov təxminən 2020-ci ildən MAHHQH kimi işə başlamış və şəhid olana kimi hərbi qulluqçu olmaqla əmək haqqı almışdır. Samir toy məclisini öz qazancı hesabına etmişdir. Hətta İddiaçı Samirin hərbiçi olduğu illər ərzində əldə etdiyi qazancın hesabına yığdığı pulu da guya ona ayrı ev almaq adı ilə özündə saxlamışdır. Samir şəhid olduqdan sonra da həmin pulu Aqil özündə saxlamışdır. Aqil Samirin bütün maaşını ev almaq adı ilə özündə saxladığından Samirin bütün xərclərini o ödəmişdir. Yəni iddia tələbində qeyd edilənlərin heç biri həqiqəti əks etdirmir. Onun iddia tələbinin təmin edilməsi üçün heç bir qanuni əsas da mövcud deyildir. Əksinə iddiaçı Samirə onun razılığı, məlumatı olmadan saxta sənəd düzəltməklə əsl valideynləri kənarlaşdırıb özünü və oğluna daima əzab verən arvadı İntizarı şəhid ailəsi kimi təqdim etməklə, oğlunun qazancını guya ev almaq adı ilə özündə saxlamaqla ona və şəhid anası olan yoldaşına saysız hesabsız zərər vurmuşdur. O, Aqildən həmin zərərin əvəzini tələb edəcəkdir. Samir bir ata və bir ana kimi həmişə onlara bağlı olmuşdur. Aqilin ikinci həyat yoldaşı da Samiri qəbul etməmiş, hətta Samir şəhid olarkən də İntizarla küsülü olmuşdur. Çünki onların öz uşaqları olduğundan Samiri övlad gözündə görməmişlər. Yekunda iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-61/2025 nömrəli qətnaməsi ilə (hakim Tural Ələkbərov), iddianın təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 666.2, 668.1, 668.3, 673.1 və 673.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 dekabr 2012-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 26 aprel 2024-cü il tarixli Qərarına istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-61/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh onun doğma qardaşıdır. 1995-ci ildə Xocalı şəhər sakini X10 ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Nikahları 2000-ci ildə Naftalan şəhər Qeydiyyat şöbəsində rəsmi olaraq qeydiyyata alınmışdır. Birgə yaşadıqları dövrdə övladları olmamışdır. Lakin ayrılmaq istəmədikləri üçün atası X18 və ağsaqqallar qardaşı Cavabdeh 1997-ci il təvəllüdlü oğlu Samir Məmmədovu övladlığa götürməyi təklif etdilər. Cavabdeh və onun həyat yoldaşı Nümayəndə1 bu fikirlə razılaşmışlar. Odur ki, 1999-cu ilin təxminən mart ayında qayınatası X15, böyük bacısı X5, həyat yoldaşı X10, əmisi MəmmədovƏlövsət Mülük oğlu və həyat yoldaşı X19, qonşusu X9 iştirakı ilə uşağı cavabdehin və onun ailəsinin Ağcabədi rayonunun Qiyaməddinli kəndində yaşadığı ünvandan götürərək Ağdam rayonunun Ergi kəndində yerləşən evlərinə gətirmişlər. 2000ci ildə atası yaşadığı ünvana gələrək ondan və həyat yoldaşından sənədlərini istəmiş və bildirmişdir ki, qardaşı ilə də danışmışdır, artıq uşağı övladlığa götürdükləri üçün sənədləri rəsmiləşdirmək lazımdır. Bir neçə müddət sonra atası Xasay qardaşı Əbilfəzlə birlikdə onlara gələrək uşağın yeni “Doğum şəhadətnaməsi”ni ona vermişlər. Onun sənədləşmənin necə aparılması haqqında heç bir məlumatı olmamışdır. 2005-ci il tarixdə atası Xasay Məmmədov, 2011-ci ildə isə həyat yoldaşı X10 vəfat etmişlər. 2012-ci ildə o, Nümayəndə2ilə evlənmişdir. O və həyat yoldaşı Samiri hər zaman öz övladları kimi sevmiş və saxlamışlar. O, şəxsən azyaşlı Samirin qeydinə qalmış, valideyn kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışmışdır. Samirlə həmişə münasibətləri yaxşı olmuşdur. İkinci dəfə ailə qursa da, Samir daimi olaraq onunla birlikdə yaşamışdır. 2002-ci ildə tərəfindən Samirə kiçik toy məclisi, 2017-ci ildə Samirin orta məktəbi bitirməyi münasibətilə qapısında qohum qonşularının iştirakı ilə birgə “Son zəng” şənliyi etmiş, 2018-ci ildə hərbi xidmətə yola salmış və 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurmağı münasibətilə şənlik təşkil etmiş, 2021-ci ildə isə Samir üçün Goranboy rayonunda fəaliyyət göstərən “Leyla” şadlıq sarayında böyük toy məclisi təşkil etmiş və gəlinə qızılzinət əşyaları almışdır. Samir 2020-ci ilin mart-aprel ayında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboy rayonunun Qızılhacılı kəndində yerləşən N saylı hərbi hissədə mexanik-sürücü olaraq xidmət etmişdir. Samir İİ Qarabağ Müharibəsi iştirakçısıdır. Samir 2023-cü ilin 19 sentyabr ayında keçirilən antiterror əməliyyatında şəhid olmuş, Ali Baş komandan tərəfindən orden və medallarla təltif edilmişdir (ölümündən sonra). Samirin dəfn və yas mərasimlərini adət-ənənəyə uyğun olaraq o keçirtmişdir. Belə ki, uşağın körpə yaşlarından böyüməsini, sağlamlığının qorunmasını, məktəb və gündəlik tələbat və xərclərini, şənlik, toy, dəfn və yas mərasim xərclərini o həyata keçirərək ödəmişdir. Uşağın saxlanılması üçün xərclədiyi 85000 (səksən beş min) manatı belə izah edir: uşağın gündəlik yeməyi bir ay ərzində orta hesabla günü 6 manatdan olmaqla (180x12) ayda 2000 (iki min) manat təşkil etmişdir. Bu məbləği isə 18 ilə vuranda (2000x18) hərbi xidmətə gedənə kimi 36000 (otuz altı min) manat təşkil etmişdir; uşağın körpə yaşlarından 18 yaşına çatana kimi geyim (paltar, ayaqqabı və s.) xərcləri 14000 (on dörd min) manat təşkil etmişdir; uşağın sağlamlığının qorunması (həkim, dərman preparatları və s.) xərcləri 18 yaşınadək 4000 (dörd min) manat təşkil etmişdir; 2002-ci ildə övladına tərəfindən kiçik toy məclisi keçirilmiş və xərc 8000 (səkkiz min) manat təşkil etmişdir; 2017-ci ildə Samirin orta məktəbi bitirməyi münasibətilə qapısında qohumqonşularının iştirakı ilə birgə “Son zəng” şənliyinin xərci 1000 (bir min) manat, 2018-ci ildə hərbi xidmətə yola salmağı və 2020-ci ilin yanvar ayında hərbi başa vurmağı münasibətilə şənliyin xərci 3000 (üç min) manat təşkil etmişdir; 2021- ci ildə isə Samir üçün Goranboy rayonunda fəaliyyət göstərən şadlıq sarayında böyük toy məclisi təşkil etmiş və 12000 (on iki min) manat xərcləmişdir, gəlinə 4000 (dörd min) manatlıq qızıl-zinət əşyaları almış, gəlinə geyim, ayaqqabı və gündəlik tələbat üçün əşyalara 3000 (üç min) manat xərcləmişdir. Bu halı araşdırmaq üçün 1999-cu il tarixdən başlayaraq uşağın saxlanılması üçün dövlətin təyin etdiyi aliment məbləğini hesablayaraq nə qədər pul xərcləndiyini dəqiq təyin etmək olar. Bundan başqa qeyd edim ki, mən həmin uşağı qardaşımdan götürdükdən sonra qardaşımın maddi rifahını düzəlməsi üçün xeyli kömək etmişəm. Yuxarıda da qeyd etdiyim ki, bu işin araşdırılması üçün (iki doğum haqqında şəhadətnamənin olması və hər iki tərəfin yemək xərci (çörək pulu) alması barədə) Goranboy Rayon prokurorluğuna müraciət etmişdir. Prokurorluğun müstəntiqi hansısa maraqlara görə cinayət işini rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. İş üzrə İddiaçı və nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

25. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

26. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

27. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

28. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki,

29. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Plenum qərarı

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

45. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-61/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh xx.xx.1997-ci il təvəllüdlü Samir Məmmədovun bioloji atasıdır. 1999-cu ildən Samir Məmmədov iddiaçının yanında qalmışdır. Yəni bunla bağlı hər hansı sənədləşdirmə aparılmamış, qanunla müəyyən olunmuş qaydada övladlığa götürülmə həyata keçirilməmişdir. 2000-ci il tarixdə Samir Məmmədovun adına verilmiş yeni doğum haqqında şəhadətnamədə iddiaçı Samir Məmmədovun atası kimi göstərilsə də, həmin şəhadətnamənin verilməsinə səbəb olmuş akt qeydinin ləğv edilməsi vəzifəsi məhkəmə qərarı ilə müvafiq qeydiyyat orqanının üzərinə qoyulmuşdur. İddiaçı Samir Məmmədovun saxlanılmasına çəkdiyi ümumi 85000 manat xərci cavabdehdən tələb edir. İddiaçı bu məbləği vəfat etmiş Samir Məmmədova hədiyyə etdiyini bildirir. Həmçinin iddiaçı hesab edir ki, cavabdeh uşağın böyüməsinə pul xərcləməməklə bu vəsaiti qənaət etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etmir.

48. Qeyd edilməlidir ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Qeyd edilməlidir ki, bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir.

49. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

50. Bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir, hədiyyə alanın əmlakı artır, hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir, hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.

51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminatəldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur.

52. Hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinasının 3 əsasını müəyyən edir: 1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, 2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya 3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması.

53. İddiaçı məhz ikinci əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.

54. Mövqeyini belə əsaslandırmışdır ki, mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında öz maddi əmlak nemətlərini könüllü olaraq qardaşı oğlu Samir Məmmədova vermişdir. İddiaçı bunu Samir Məmmədovu öz oğlu bildiyi üçün etdiyini, gələcəkdə Samir Məmmədovun ona arxa-dayaq olacağını düşündüyünü qeyd etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir. Həmçinin iddiaçı izahatında və məhkəməyə təqdim etdiyi ərizələrində öz əmlakının bir hissəsini Samir Məmmədova deyil, onun arvadına hədiyyə etdiyini qeyd etmişdir (qızılzinət və digər əşyaları).

55. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələb etdiyi əmlakları (bir hissəsini Samir Məmmədovun arvadına verməsi nəzərə alınmaqla) cavabdehə deyil, cavabdehin oğlu Samir Məmmədova hədiyyə olaraq vermişdir və bunun nəticəsində cavabdehin əsassız varlanması sübutlarla müəyyən olunmur.

56. İddiaçı tərəfindən Samir Məmmədovun saxlanılması ilə əlaqədar çəkildiyi iddia edilən xərclər, məişət və mərasimlərlə bağlı xərclər könüllü olaraq edilmiş, bu xərclər üzərində hər hansı qarşılıq və ya öhdəlik tələb edilməmişdir. İddiaçının izahatlarına əsasən, bu yardımlar şəxsən Samir Məmmədova və onun ailə üzvlərinə bağışlama xarakteri daşıyan əməllər olmuşdur.

57. İddiaçının tələbinin əsasını bağışlama baş tutduqdan sonra gözləntilərinin baş verməməsi olmuşdur ki, birinci instansiya məhkəməsi əsaslı olaraq bunun bağışlamadan imtina üçün əsas olmamasını göstərmişdir.

58. Digər tərəfdən məhkəmə kollegiyası razılaşır ki, mübahisəli bağışlama müqaviləsində cavabdeh üzərinə hər hansı öhdəlik götürməmiş və belə öhdəliyin isə pozulması mümkün deyildir.

59. Mülki Məcəllənin 666.1, 668.1 və 673-cü maddələrinin, habelə Konstitusiya Məhkəməsinin xx.xx.2012 və xx.xx.2024-cü il tarixli qərarlarının tələbləri nəzərə alınmaqla, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və bağışlama münasibətləri çərçivəsində formalaşdığını əsaslı şəkildə müəyyən etmişdir.

60. Halbuki, sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

62. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

63. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

64. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

65. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

72. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-61/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar