Məhkəmə qərarları › İş №2(104)-117/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-117/2024

02.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-117/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi, mənzildən istifadəyə maneənin qadağan edilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Ələsgər oğluna qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov (indiki X19) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan, 1 otaqlı 65 nömrəli mənzilin Cavabdeh1 istifadəsinə verilməsinə dair sonuncu ilə X9 arasında bağlanmış müqavilə kimi istifadə etdiyi 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 mənzildən çıxarılaraq, mənzilin boşaldılması və ona təhvil verilməsi, mənzildən sahiblik və istifadəsinə Cavabdeh1 tərəfindən edilən müdaxilənin qadağan edilməsi, vurulmuş mənəvi zərərin əvəzi qismində 7000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 100 manatın cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 Ələsgər oğluna dair hissədə Cavabdeh2 Ələsgər oğlunun ölməsinə görə xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiasının qismən təmin edilərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X19) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X19) küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsindəki 1 otaqlı 65 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq, İddiaçı təhvil verilməsi; İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi; Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı və ekspertiza tədqiqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla X9 arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində (indiki X19 küçəsi) inşa olunmuş 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m olan, 1 otaqlı, 65 nömrəli mənzil onun istifadəsinə verilmişdir. Bir müddət sonra Cavabdeh1 həmin mənzilə daxil olub. Sonuncunun orada yaşaması barədə məlumat aldıqdan sonra dəfələrlə ondan mənzildən çıxmasını tələb etmiş, lakin cavabdeh buna məhəl qoymamışdır. Cavabdehin və digər şəxslərin Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi X19 küçəsində inşa olunmuş 10 mərtəbəli yaşayış binasında olan mənzilləri cinayət yolu ilə ələ keçirmələri faktı ilə bağlı Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində aparılan istintaq zamanı Cavabdeh1 və onun mərhum əri Cavabdeh2 saxta formada tərtib etdikləri 06 iyul 2009-cu il tarixli müqaviləyə əsasən ona məxsus həmin mənzili ələ keçirərək orada yaşadıqları və mənzildən qanunsuz istifadə etməyə başladıqları müəyyən edilmişdir. Cavabdeh1 və onun mərhum əri Cavabdeh2 saxta formada tərtib etdikləri müqavilədə qeyd olunanlara görə guya müqavilə üzrə ona verilmiş mənzil Cavabdeh1 istifadəsinə verilmişdir. Lakin həmin müqavilə saxtadır və onun saxtalığı ibtidai istintaq zamanı alınmış ekspert rəyi ilə müəyyən edilmişdir. Həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 7000 manat mənəvi zərər vurulmuşdur. İş materiallarında olan: İddiaçı və X9 arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin əsli ilə müqayisəli tədqiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi,Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İİ blok İV mərtəbə, ümumi sahəsi 80 kvadrat metr olan 65 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət hissədə İddiaçı istifadəsinə verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 4/1579-5/1358 nömrəli məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X9 və İddiaçı adlarına olan 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa tərəfində «Fiziki şəxs» qrafasındakı imza və müqavilənin sonunda «48.000 (qırx səkkiz min) AZN» yazılarının qarşısındakı imza – X9 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş X9 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa hissəsində olan möhür əksləri relyefi klişedən sənədin üzərinə vurulmuşdurlar. Təqdim edilmiş X9 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa hissəsində olan «Azərbaycan Respublikası X9» məzmunlu möhür əksləri, sərbəst nümunə qismində təqdim edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2006-cı il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2008-ci il tarixli, xx.xx.2007-ci il tarixli müqavilələrin, xx.xx.2008-ci il tarixli, 38 nömrəli; xx.xx.2008-ci il tarixli, 56 nömrəli; xx.xx.2008-ci il tarixli, 40 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli, 19 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli, 59 nömrəli; xx.xx.2007-ci il tarixli, 39 nömrəli; xx.xx.2008-ci il tarixli, 39 nömrəli ödəniş tapşırıqlarının; xx.xx.2008-ci il tarixli, 56 nömrəli A formatlı ödəniş tapşırığının üzərlərindəki möhür əksləri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş X9 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa hissəsində möhür əkslərinin üzərlərində olan imzaları hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir; X4 və X9 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin surətində qeyd edilmişdir ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İİ blok, İV mərtəbə, ümumi sahəsi 76 kvadrat metr olan 65 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət hissədə Z.Ə.Ələkbərovanın mülkiyyətinə verilmişdir; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 13 avqust 2022-ci il tarixli 078-22941- 1222 nömrəli arayışından görünür ki, ********* nömrəli cinayət işi 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış və istintaqın aparılması məqsədi ilə icraata qəbul edilmişdir. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh2 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının İİ blok, İX mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kvadrat metr olan mənzili müqavilə ilə X5 bacısı X3 adına vermiş, mənzilin dəyərini, yəni 56289 manat pulu ondan almış, lakin sonradan onu aldadaraq qeyd olunan ünvanda yerləşən mənzili X1. ********* nömrəli cinayət işi 20 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə başlanmış və istintaqın aparılması məqsədilə icraata qəbul edilmişdir. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh2, tanışı X11 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış evinin İİ blok İX mərtəbə, ümumi sahəsi 87 kvadrat metr olan 82 saylı mənzili onun adına özəlləşdirib, çıxarış almaqla sənədləşdirəcəyini vəd verib, 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X13 arxasında yerləşən «Pur ple Coke» butik kafedə Cavad Cavadova iki vərəq X3 adına saxtalaşdırılmış «Bakı şəhəri 22 may 2008-ci il tarixli müqavilə» təqdim edərək saxta müqavilədən istifadə etməklə 23.900 ABŞ dolları məbləğində pulu ələ keçirmişdir. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ********* və ********* nömrəli cinayət işlərində qeyd olunan cinayət əməllərini Cavabdeh2 törətmişdir. Belə olan halda ********* və ********* nömrəli cinayət işləri üzrə əməlin Cavabdeh2 tərəfindən törədilməsini nəzərə alaraq, həmin cinayət işləri vahid icraatda birləşdirilmiş və ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin nömrəsi altında davam etdirilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2, X6 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi 02 mart 2022-ci il tarixdə məhkəmə baxışına verilməsi üçün tərtib edilmiş ittiham aktı ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. ********* saylı cinayət işi üzrə kompleks sənədlərin texniki, xətşünaslıq ekspertizası təyin edilmiş, digər zəruri istintaq hərəkətləri həyata keçirilmiş, Əhmədov Ələddin Əli oğlunun sağlamlıq vəziyyəti haqqında məhkəmə tibbi ekspert rəyi məhkəməyə təqdim edilənədək istintaq hərəkətlərinin aparılması mümkünsüz olduğundan, Cavabdeh2, həmçinin digərlərinin əməllərinə hüquqi qiymət vermək hazırda mümkün olmadığından, iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli 4/1567-5/1258 nömrəli məhkəmə-xətşünaslıq, sənədlərin texniki ekspertizalarının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X2 adına olan 06 iyul 2009-cu il tarixli müqavilədə «İcraçı» qrafasından aşağıda yerləşən «Rüstəmov Rövşən» yazıları qarşısında əks olunmuş imza – X9 tərəfindən icra olunmuş imzanın əksidir. Tədqiqata təqdim edilmiş X2 adına olan 06 iyul 2009-cu il tarixli müqavilədə olan möhür əksi və üzərindəki imza axıntılı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş X2 adına olan 06 iyul 2009-cu il tarixli müqavilədə olan möhür əksi təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)- 232/2022 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh2 hüquq verən rəsmi sənəd olan arvadı Məhərrəmova (Ələkbərova) Ziyafət Ələsgər qızı ilə X9 arasında bağlanması barədə Cavabdeh1 (Ələkbərovanın) Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evində yerləşən ümumi sahəsi 76 kvadrat metr olan 1 otaqdan ibarət 65 saylı mənzilə pay hüququ əldə etməsinə dair 06 iyul 2009-cu il tarixli müqaviləni sonradan istifadə etmək məqsədi ilə həmin tarixdə Gəncə şəhərində qanunsuz hazırlayıb saxtalaşdırmışdır. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 1(005)- 232/2022 nömrəli arayışından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmü 30 dekabr 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının 05 may 2023-cü il tarixli 4/401-5/349 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Bakı şəhəri Nərimanov RPİ-nin möhürlənmiş zərfindən çıxan X4 və X7 adlarından olan 06 iyul 2009cu il tarixli müqavilənin kserosurətinin və həmin müqavilənin mülki işin 36-cı, 132-ci səhifələrində olan kserosurətlərin arxa tərəflərində «Fiziki şəxs Rüstəmov Rövşən» qrafalarında əks olunan imzalar, «Ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «Ödəmə xx.xx.2011 7.960 (yeddi min 960) AZN», «Ödəmə dəyəri tam ödənildi» yazıları qarşısında əks olunan imzalar (3 ədəd) – X9 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş X9 ilə X4 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilə və üzərində olan çap mətni, imzalar, əl yazılar, möhür əksləri reproqrafik surət olublar, çoxaldıcı qurğu vasitəsi ilə surətləri çıxarılmışdır. Təqdim edilmiş X9 ilə X4 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin reproqrafik surətinin arxa hissəsində olan «Azərbaycan Respublikası X9» məzmunlu möhür əksinin təsvirləri sərbəst nümunə qismində təqdim edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2006-cı il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2008-ci il tarixli, xx.xx.2007-ci il tarixli müqavilələrin, xx.xx.2008-ci il tarixli 38 nömrəli; xx.xx.2008-ci il tarixli 56 nömrəli; xx.xx.2008-ci il tarixli 40 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli 19 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli 59 nömrəli; xx.xx.2007-ci il tarixli 39 nömrəli; xx.xx.2008-ci il tarixli 39 nömrəli ödəniş tapşırıqlarının üzərlərindəki möhür əksləri ilə eynilik təşkil edir. Təqdim edilmiş X9 ilə X4 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin reproqrafik surətinin arxa hissəsində olan «Azərbaycan Respublikası X9» məzmunlu möhür əksinin təsvirləri sərbəst nümunə qismində təqdim edilmiş 2 ədəd xx.xx.2008-ci il tarixli müqavilənin, xx.xx.2008-ci il tarixli 05 nömrəli ödəniş tapşırığının üzərindəki möhür əksləri ilə eynilik təşkil etmirlər. Təqdim edilmiş X9 ilə X4 arasında bağlanmış 06 iyul 2009cu il tarixli müqavilə reproqrafik surət olduğu üçün ekspert qarşısında qoyulmuş «X4 ilə X9 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «fiziki şəxs» sözünün altında və «Rüstəmov Rövşən» sözünün ön hissəsində olan imza hansı üsulla icra edilmişdir?», «X4 ilə X9 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «fiziki şəxs» sözünün altında və «Rüstəmov Rövşən» sözünün ön hissəsində olan möhür hansı üsulla vurulmuşdur?», «X4 ilə X9 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «ödəmə xx.xx.2011 7.960 (yeddi min 960)», «ödəmə dəyəri tam ödənildi» sözlərinin qarşısında olan 3 ədəd imza hansı üsulla icra edilmişdir (hər bir imza üzrə ayrı-ayrılıqda göstərilməklə)?», «X4 ilə X9 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «ödəmə xx.xx.2011 7.960 (yeddi min 960)», «ödəmə dəyəri tam ödənildi» sözlərinin qarşısında olan 2 ədəd möhür hansı üsulla vurulmuşdur (hər bir möhür üzrə ayrı-ayrılıqda göstərilməklə)?», «X4 ilə X9 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «ödəmə xx.xx.2011 7.960 (yeddi min 960)», «ödəmə dəyəri tam ödənildi» sözləri hansı üsulla icra edilmşdir?» sualları üzrə tədqiqat aparılmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı bacısı Venera Rüstəmovanın əri olmuş Rövşən Rüstəmov tərəfindən həmin binanın tikintisi başlanma ərəfəsində və başlanandan sonra yəni 2006-2009-cu illərdə Rövşən Rüstəmov müxtəlif şəxslərlə “payçı” qismində müqavilələr bağlayıb, pulların bir hissəsini əvvəldən, bir hissəsini isə sonrakı vaxtlarda hissə-hissə almaqla binanın tikintisində “icraçı” kimi fəaliyyət göstərmişdir. Rövşən Rüstəmov əsasən Bakı şəhərində oturmuş binanın tikintisinə onun nümayəndəsi və şəriki qismində Əhmədov Ələddin Əli oğlu adlı şəxs rəhbərlik etmiş, cavabdehin əri Cavabdeh2 tikintidə əvvəldən iş icraçısı olmuşdur. Müqavilələr binanın ofisində oturan Əhmədov Ələddində saxlanılmış, həmin müqavilələrdə “icraçı” tərəf kimi Rövşən Rüstəmovun imzası və möhürü vurulmuş vəziyyətdə olmuşdur. Müqavilələr əsasən Rövşən Rüstəmovun nümayəndəsi Əhmədov Ələddinlə danışılmış, razılaşmadan sonra pul ödənilən vaxtı X14 və ya Bakıda həmin pulun ödənilməsinə dair öz xətti ilə qeydiyyat aparıb imza edib möhür vurmuşdur. Müqavilələrin digər tərəfində soyadları qeyd edilən payçıların imzaları və sair xətt nümunələri qoyulmamışdır. Cavabdeh Ziyafət Ələkbərovaya aid 06 iyul 2009-cu il tarixli müqavilədən də görünür ki, o, həmin tarixdə 8000 manat pul ödəmiş, bu barədə qeydiyyat aparılmış imza və möhür vurulmuş, daha sonra 01 fevral 2011-ci il tarixdə 7960 manat ödəmiş, həmin ödəməyə dair də, imza və möhür vurulmuş müqavilə üzrə tam məbləğ olan 15960 manat pulun ödənilməsi qurtarılmışdır. 2011-ci ilin əvvəlində cavabdeh Ziyafət Ələkbərova ilkin təmirə başlayıb mənzilin arakəsmələrini hördürmüş, mənzilin elektrik, suvaq və pol işlərini gördürmüşdür. İlkin təmir işləri görüləndə Rövşən sağ olmuş, bundan xəbəri olmuşdur. 2011-ci ilin iyun ayında Rövşən Rüstəmov öldürülmüşdür. 2011-ci ilin oktyabr ayında o Rövşənin arvadı Venera ilə telefonla danışmış və sonuncu bildirmişdir ki, o, 65 nömrəli mənzilin sahibidir, pulu tam ödəmişdir, Veneradan binanın nə vaxt yekunlaşmasını soruşmuşdur. Həmin vaxt Venera onunla danışanda, özünün dediyinə görə kompyuterə baxıb ona deyib ki, kompyuterdə bütün qeydiyyatlar var, mənzillə bağlı heç bir problem yoxdur. Sonra Venera bildirib ki, vərəsəlik məsələləri qurtarandan sonra binanı yekunlaşdıracaqlar. 2013-cü ildə təmiri yarımçıq qalmış mənzilin təmirini davam etdirməyə başlamaq istəmişdir. Həmin ərəfədə Venera binanın girişinə mühafizə qoydurduğuna görə mühafizə işçisi onu binaya buraxmamışdan əvvəl Venera ilə əlaqə saxlamışdır. Həmin vaxtı Venera mühafizə işçisinə göstəriş vermişdir ki, 65 nömrəli mənzillə bağlı problem yoxdur, qoy işlərini davam etdirsin. Bundan sonra təqribən 1 il ərzində mənzili təmir etdirib başa catdırmışdır. 2014-cü ildən həmin mənzildə əri Eldarla birlikdə yaşamışdır. 2014-cü ildə Venera Rüstəmova 32 nömrəli mənzilin müqavilələrinin ləğvinə dair iddia məhkəmə qaldırmışdır. Həmin vaxtı sonuncu onun 65 nömrəli mənzilinə dair iddia qaldırmamışdır. 2013-cü ildən başlayaraq binanın bütün mübahisəli məsələlərində Venera ilə birlikdə onun bacısı Esmira da iştirak etmiş, bu 10 ilə yaxın müddətdə bir dəfə də olsun nə Venera, nə də ki bacısı İddiaçı onun mənzilinə dair onlarda başqa bir müqavilə oduğunu, yaxud mənzilin onlara aid olduğunu bildirməmişlər. İddiaçı onun mübahisəli mənzilə dair 06 iyul 2009-cu il tarixli müqaviləsinin etibarsız hesab edilməsini 13 ildən sonra mübahisələndirmişdir. Bu onunla əlaqədar olmuşdur ki, son illərdə Venera Rüstəmova ilə o və onun mərhum əri Cavabdeh2 arasında münaqişə yaranmışdır. Bu münasibətlər çərçivəsində iddiaçının bacısı Venera Rüstəmova onların mənzillərini nəyin bahasına olurolsun məhkəmə vasitəsi ilə əllərindən alacağı barədə təhdidlər irəli sürmüşdur. Veneranın məqsədi onları bina sakinlərinin hüquqlarının müdafiəsindən çəkindirmək olmuşdur. Belə ki, onun mərhum əri Eldarın təşkilatçılığı ilə 2019-cu ildə bina sakinlərinin, binanın idarə edilməsi üçün yaratdığı Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "xxxx" MMMC-nin sədri seçilmişdir. O, MMMC-nin sədri olduğu 3 il müddətində məhkəmələrdə Veneranın əsassız iddialarının əleyhinə çıxış etdiyi üçün Venera onlara qarşı düşmən mövqeyində olmuşdur. Son illərdə Veneranın şikayətləri əsasında Gəncə və Bakı şəhərində onun mərhum əri Cavabdeh2 barəsində cinayət işləri başlanmış və bu proseslər uzun müddət davam etmişdir. Bu proseslərdə daim əsəb sarsıntısına məruz qalan Cavabdeh2 2022-ci ildə infarktdan dünyasını dəyişmişdir. Bundan sonra hazırkı iddia qaldırılmışdır. 13 ildən sonra Venera Rüstəmovanın bacısı Esmiranın adından onun nümayəndəsi olaraq Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırmaqda məqsədi hüquqdan sui-istifadə etməklə ona zərər yetirməkdir. İşə baxan birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, ona aid olan 06 iyul 2009-cü il tarixli əqd əhəmiyətsiz əqddir. Məhkəmə bu qənaətə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. Hesab edir ki, məhkəmə həmin qərara istinad etməklə səhvə yol vermişdir. Belə ki, həmin qərar cavabdehin hüququ vəziyyətini pisləşdirdiyinə görə konstitusion normaların tələbi baxımından ona münasibətdə tətbiq edilə bilməzdi. Çünki Konstitusiya Məhkəməsinin həmin qərarı qəbul olunanadək eyni xarakterli bütün işlər üzrə MM-nin 354.1-ci maddəsi tətbiq edilməklə iddialar rədd edilmiş və həmin qərarlar apellyasiya və kassassiya instansiyalarında dəyişdirilmədən saxlanılmışdır. Belə nəticəyə gəlmək olur ki, İddiaçı iddiasının uğursuz nəticəsini gördüyünə görə 13 ildən artıq müddətdə iddia qaldırmamışdır. Ona görə də, hesab edir ki, yeni qərarla maddi hüquq normasına verilmiş şərh, həmin vaxtdan sonra yaranan mübahisələrə aid edilməli və həmin vaxtdan sonra başlanmasına əsas olmuş meydana çıxan hüquq pozuntusuna tətbiq edilməlidir. Əks halda eyni xarakterli mübahisələr üzrə əhəmiyyətsiz əqdlərə 1 illik müddət tədbiq edilməklə məhkəmələr tərəfindən əqdlər ləğv olunmadığı halda, tərəfin hüquqi mənafeinə zidd yeni qərara istinad edilərək, vətəndaşın vəziyyətini pisləşdirən məhkəmə qərarının qəbul edilməsi yolverilməzdir. Belə ki, maddi hüquq normalarının tələbinə əsasən hüquqdan sui-istifadə qadağandır və hüquqdan yalnız başqasına zərər vurmaq məqsədilə istifadə oluna bilməz. Halbuki, iddiaçı hazırkı iddianı qaldıranadək həmin mənzili tanımamış, görməmiş və maraqlanmamışdır, çünki mənzilin ona aidiyyatı olmamışdır. Həmçinin, dəyəri 16000-20000 manat olan mənzilə görə iddiaçının guya 48000 manat ödəməsi də ağlabatan deyil. Yeznə (bacı əri) Rövşən Rüstəmovun 16000 manat dəyərində olan mənzili arvadının bacısına 48000 manata satması mümkün deyil. Ona görə hesab edir ki, həmin müqavilə tərəflərin iradə ifadəsini əks etdirmək reallığından kənardır. Bundan başqa, məhkəmə qətnaməsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmü ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov (indiki X19) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok 4-cü mərtəbəsində yerləşən 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş, ümumilikdə 7 bənd, ilk səhifəsi 4 bənd, 1-ci bəndi “müqavilənin şərtləri” və 3-cü bəndi “təhvil-təslim” adlandırılan 06 iyul 2009-cu il tarixli müqavilənin həqiqi olmadığı müəyyən olunduğundan, həmin müqavilənin həqiqi olmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə onun həqiqi olmamasının yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Bildirir ki, həmin müqavilə ona aid deyil. Çünki onunla Rövşən Rüstəmov arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilə 7 bənd deyil, 6 bəndən ibarət, ilk səhifəsi 3 bənd, 1-ci bəndi “müqavilənin şərtləri” deyil “müqavilənin predmeti adlanan”, 3 cü bəndi “təhvil-təslim” deyil “fors major” adlanan müqavilə olmaqla iş materiallarında da mövcuddur. Həmin müqavilənin kserosurətini məhkəməyə təqdim etmişdir. Məhkəmənin qətnaməsində də göstərilmişdir ki, mübahisəli mənzilə dair onun adına tərtib olunmuş eyni tarixli 2 müqavilə müəyyən olunmuşdur. Həmin qətnamədə göstərilmişdir ki, Nərimanov rayon Polis İdarəsinin icraatında olmuş, cinayət işinin istintaqı zamanı araşdırılmış, 30 noyabr 2021-ci il tarixli 4/1567- 5/1268 nömrəli rəylə həmin müqavilənin həqiqi olmaması təsdiq olunmuşdur. Bir daha qeyd edir ki, Nərimanov rayon Polis İdarəsində istintaqı aparılmış və həmin rayon məhkəməsində hökm çıxarılmış cinayət işi üzrə tədqiqat obyekti olmuş müqavilə ona aid olan həqiqi müqavilə olmamış, iddiaçı tərəfin şikayəti və sifarişi əsasında aparılmış, cinayət işinə necə əlavə olunması ona məlum olmayan müqavilədir. Hazırki işin məhkəmə proseslərində birmənalı olaraq bildirmişdir ki, onun müqaviləsinin əsli Nərimanov rayon Polis İdarəsində aparılan mərhum əri Cavabdeh2 guya dələduzluq cinayəti üzrə istintaq zamanı müstəntiq tərəfindən aldadılaraq əlindən alınmış sonra qaytarılmamışdır. Sonradan dəfələrlə tələb və şikayətlərinə baxmayaraq, onun müqaviləsi özünə qaytarılmamışdır. Ona görə də məhkəməyə müqavilənin əsli deyil, özündə olan kserosurətini təqdim etmişdir. Ekspertiza rəyindən də görünür ki, ekspertiza tədqiqatı Nərimanov rayon Polis İdarəsindən daxil olmuş zərfin içərisindən çıxmış kserosurət müqavilə və mülki işin 36-132 nömrəli səhifələrində olan kserosurət müqavilələr üzərində aparılmışdır. Buradan görünür ki, ekspertiza tədqiqatı kserosurət müqavilə üzərində aparılaraq rəy verilmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, ekspertiza tədqiqatı rəyi üzrə gəlinmiş nəticə tədqiqat obyektinin kserosurətlər olduğuna görə məhz elə qeyd edilməlidir. Həmin rəydə birmənalı olaraq nəticəyə gəlinmişdir ki, “kserosurət müqavilələrin arxatərəfində olan fiziki şəxs Rövşən Rüstəmov” qarafalarında əks olunan imzalar “Ödəmə xx.xx.2009 8000 azn” “Ödəmə xx.xx.2011-ci il 7960azn”“Ödəmə dəyəri tam ödənildi” yazıları qarşısında əks olunan imzalar (3 ədəd)– X9 tərəfindən icra olunmuşdur. Hesab edirik ki,ekspertiza üzrə gəlinmiş həmin nəticə mənim 6 iyul 2009-cu il tarixlimüqaviləmin həqiqiliyini təsdiq edən əsas dəlil kimi qəbuledilməlidir. Məhkəmənin ikinci gəldiyi nəticə odur ki, guya bizə aid olan müqavilə tərəflərin iradə ifadəsini təsdiq etmədiyinə görə əhəmiyyətsiz müqavilədir. Məhkəmə bu nəticəyə gələrkən qətnamədə əsas kimi, müqavilənin və onun üzərində olan cap mətninin, gələrkən qətnamədə əsas kimi, müqavilənin və onun üzərində olan cap mətninin, imzaların, əl yazılarının, möhür əkslərinin surət olduğunu və çoxaldıçı vasitəsi ilə surətlərinin çıxarıldığını və müqavilədə Məhərrəmovaya aid imza və xətt nümunələrinin olmadığını göstərmişdir. Bu nəticəyə gələrkən məhkəmə nəzərdən qaçırmışdır ki, tədqiq olunan müqavilə özü kserosurət olmuş, müqavilənin əsli Nərimanov rayon Polis İdarəsində saxlanılan icraata əlavə olunmuş, eyni zamanda iş üzrə müqayisəli tədqiq olunan bütün digər müqavilələrdə ikinci tərəfin imza və ya sair yazı xətt nümunələri olmamışdır. Bununla əlaqədar əlavə olaraq bildiririk ki, etibarlılığı əvvəlki məhkəmə qətnaməsi əsasında tanınan bütün müqavilələrdə də, yalnız “icraçı” tərəf olan Rövşən Rüstəmovun imzası və möhürü olmuş, müqavilələrdə “payçı” kimi qeyd olunan şəxslərin heç birinin imza və xətt nümunələri olmamışdır. Bütün həmin müqavilələrdə payçıların ödədikləri pulların alınmasına dair Rövşən Rüstəmov tərəfindən öz xətti ilə qeydiyyat aparılmış, imzalar və möhürlər vurulmuşdur. Hansı ki, ZiyafətƏləkbərovaya aid müqavilədə də, “xx.xx.2009-cu ildə 8000” AZN, “xx.xx.2011-ci ildə 7960” AZN pul ödənildi və “ödəmə dəyəri tam ödənildi” yazıların və imzaların Rövşən Rüstəmov tərəfindən icraolunması ekspert rəyi ilə təsdiq olunmuşdur. iz 2 hal, yəni iddiaçının müqaviləsinin həqiqi olması və bizim müqavilənin qeyrihəqiqi olması halları sübut edilməmiş hesab edilməlidir. Birinci halın sübut edilməməsi üzrə əsaslandırılmış fikirlərimizi şikayətimizin yuxarı hissəsində əsaslandırdığımız üçün yenidən təkrarlamağa ehtiyac bilmirik. İkinci hal, yəni bizim müqavilənin qeyri-həqiqi olması halı ilə bağlı hesab edirik ki, həmin hal sübut olunmur. Məhkəmə həmin hala aid sübut kimi göstərmişdir ki, guya Nərimanov rayonMəhkəməsinin 9 dekabr 2022-ci il tarixli hökmü ilə təsdiq olunmuşdur. Hökm qüvvədə olduğuna görə həmin müqavilənin həqiqi olmamasının yenidən sübut edilməsinə zərurət yoxdur. Biz yuxarıda da, qeyd etdik ki, həmin cinayət üzrə tədqiqat obyekti olmuş müqavilə ümumilikdə 7 bəndən, ilk səhifəsi 4 bənd, 1-ci bəndi “müqavilənin şərtləri” və 3-cü bəndi “təhvil-təslim” adlandırılan müqavilə olmaqla mənə aid olan həqiqi müqavilənin dəyişirilmiş nüxsəsi olmuşdur. Mənim müqaviləm isə başqa müqavilə olduğuna görə və məhkəmə ekspertizası ilə pul ödəmələrimə dair aparılmış qeydiyyatlar üzrə imzalar Rövşən Rüstəmov tərəfindən icra olunduğuna görə həqiqi müqavilə sayılmalı olduğu halda, məhkəmə yetərli sübutlar olmadan, həmin müqaviləni əhəmiyyətsiz müqavilə saymışdır. Apellyasiya şikayəti üzrə izahatlar: 12 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2014-cü ilin sonlarında io, mərhum əri Cavabdeh2la birlikdə mübahisəli mənzilə köçüb, orada yaşamağa başlamışdır. Bu 10 ilə yaxın müddətdə bir dəfə də olsun İddiaçı həmin mənzilə dair onunla hər hansı müqavilə olduğunu, yaxud mənzilin onlara aid olduğunu bildirməmişdir. İddiaçı onun mülkiyyətində olan mənzilə dair 06 iyul 2009-cu il tarixli müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsız hesab edilməsi barədə 10 ildən sonra iddia qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə etibarsız əqdlər üzrə nəticələrin tətbiqi barədə iddia onun icrasına başlandığı gündən 1 il ərzində irəli sürülə bilər. İddiaçı həmin müqaviləni 2009-cu ildən başlamaqla, 1 il müddətində mübahisələndirməli olduğu halda, 13 ildən sonra mübahisələndirmişdir. Buna görə də iddiaçı qanunla müəyyən edilmiş müddəti buraxdığına görə kəsici müddət tətbiq edilməklə İddiaçı iddiası rədd olunmalıdır. Həmçinin bildirir ki, Rövşən Rüstəmov arasında bağlanmış müqavilənin əsli cinayət işinin araşdırma zamanı mərhum əri Cavabdeh2 tərəfindən müstəntiqə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı sorğu əsasında alınmış müqavilənin həmin müqavilə olmadığını bildirmiş, lakin məhkəmə tərəfindən bu hal nəzərə alınmamış və sorğu əsasında alınmış müqavilə onunla bağlanmış müqavilə hesab edilərək ekspertizaya təqdim edilmişdir. Mübahisə predmeti olan mənzili 2009-cu ildə 15960 manata Rövşən Rüstəmovdan almışdır. Həmin vaxt Rövşən Rüstəmov ondan 8000 manat evin ödənişinə qəbul etmiş, qalan 7960 manat isə qəbul etməmişdir. Ona görə ki, mərhum əri Cavabdeh2la Rövşən Rüstəmov arasında hesablaşma olmuşdur. Mənzili aldıqlar vaxtdan orada yaşamışlar və oranı özü təmir etdirmişdir. Ötən müddət ərzində mənzillə bağlı heç kimlə aralarında mübahisə olmamışdır. Yalnız məhkəməyə çağrılanda mənzil üzərində mübahisə olduğunu bilmişdir. 12 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cavabdehin əri Cavabdeh2 cinayət əməlini törətməkdə təqsirli bilinmiş və öldüyü üçün ona cəza təyin edilməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı qəbul edildiyi tarixdən sonra yaranmış mübahisələrə tətbiq edilməlidir. İddiaçı hüquqdan sui-istifadə edərək cavabdehə zərər vurmuşdur. Cavabdehlə bağlanmış iki ədəd müqavilə var. İş üzrə aparılmış ekspertiza tədqiqatı kserosurət sənədlər əsasında aparılmışdır. Digər tərəfdən İddiaçı həmin müqaviləni 1 il müddətində mübahisələndirməli olduğu halda, 13 ildən sonra mübahisələndirmişdir. Buna görə də iddiaçı qanunla müəyyən edilmiş müddəti buraxdığına görə kəsici müddət tətbiq edilməklə İddiaçı iddiası rədd olunmalıdır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirərək sonda məhkəmə kollegiyasınan apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Apellyasiya baxışının hədlərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin dəlillərindən müəyyən olunur ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin olunmuş hissələrində mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı yalnız mübahisələndirilən hissələr üzrə, yəni iddia tələbinin təmin olunmuş hissəsində yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə X9 arasında 26 noyabr 2008-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində (indiki X19 küçəsi) inşa olunmuş 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m olan, 1 otaqlı, 65 nömrəli mənzil iddiaçının istifadəsinə verilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, sözügedən mənzilin X2 istifadəsinə verilməsi barədə sonuncu ilə X7 adından bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilə də mövcuddur. İddiaçı həmin mənzilin müqavilə əsasında ona məxsus olmasını əsas gətirərək sözügedən mənzilin X2 istifadəsinə verilməsi barədə sonuncu ilə X7 adından bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi, mənzildən istifadəyə maneənin qadağan edilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin nin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisəyə mülki qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsində deyilir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 331.1, 337.1, 337.3, 337.4-cü maddələrinə və MPM 82.4-cü madəsinə istinad edərək gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqvilənin həqiqi olmaığı müəyyən olunduğundan həmin müqvilənin həqiqi olmamasının yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur, həmçinin gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi müəyyən əşya üzrə bağlanmış əqdlərin əhəmiyyətsiz olduğunu bildirməklə, onun etibarlılığını mübahisələndirdiyindən cavabdehin öz etirazının əsası kimi iddia müddətinin tətbiqinə dair göstərdiyi xüsusat iddianın rədd olunması üçün əsas deyildir. Həmçinin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X19) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilə üzrə R.N.Rüstəmov hər hansı iradə ifadə etməmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 4/1579-5/1358 nömrəli rəyinə əsasən mübahisə predmeti olan mənzilə dair İddiaçı ilə X9 arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin sonuncu tərəfindən imzalandığı və müqavilənin arxa hissəsində olan möhür əkslərinin relyefi klişedən sənədin üzərinə vurulduğu öz təsdiqini tapmışdır. Həmin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı hüquqi əsas yoxdur. Beləliklə İddiaçı və X9 arasında mübahisəli mənzilə dair 26 noyabr 2008-ci il tarixdə bağlanmış müqavilənin və müqavilə iştirakçılarının iradəsinin həqiqiliyi öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 157.8-ci maddəsində deyilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik şəxsdir. Artıq növbəti araşdırılmalı məsələ mübahisəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilənin etibarlı əqd olub-olmamasının, habelə cavabdehin mübahisəli mənzilə sahiblik və istifadəsinin qanuniliyinin yoxlanılmasından ibarətdir. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, mübahisəli mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş 06 iyul 2009-cu il tarixli iki ədəd müqavilə mövcuddur. Həmin müqavilələrdən birinci müqavilənin ilk səhifəsi digər müqavilədən fərqli olaraq 4 bənddən (digər müqavilədə ilk səhifədə 3 bənd), ümumilikdə isə 7 bənddən (digər müqavilə ümumilikdə 6 bənd) ibarət olmuş, müqavilənin 1-ci bəndi «müqavilənin şərtləri» (digər müqavilədə 1-ci bəndi «müqavilənin predmeti»), 3- cü bəndi «təhvil-təslim» (digər müqavilədə 3-cü bəndi «fors major») adlandırılmışdır. Qeyd olunan müqavilənin həqiqiliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin icraatında olmuş cinayət işinin istintaqı zamanı araşdırılmış və bu barədə buna dair 30 noyabr 2021-ci il tarixli 4/1567-5/1258 nömrəli məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının rəyi alınmış və həmin müqavilənin həqiqi olmaması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmü ilə təsbit edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmü 30 dekabr 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş fakt, yəni Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov (indiki X19) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok 4-cü mərtəbəsində yerləşən 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş, ümumilikdə 7 bənd, ilk səhifəsi 4 bənd, 1-ci bəndi «müqavilənin şərtləri» və 3-cü bəndi «təhvil-təslim» adlandırılan 06 iyul 2009-cu il tarixli müqavilənin həqiqi olmaması (saxta olması) halı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət yoxdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 adına tərtib olunmuş, ümumilikdə 6 bənd, ilk səhifəsi 3 bənd, 1ci bəndi «müqavilənin predmeti» və 3-cü bəndi «fors major» adlandırılan 06 iyul 2009-cu il tarixli digər müqavilə araşdırılmış, cavabdeh həmin müqavilənin əslinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanıldığını bildirdiyinə görə sonuncunun vəsatəti əsasında həmin müqavilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən əldə olunmuş, iş üzrə kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünalıq və sənədlərin texniki ekspertizalarının 05 may 2023-cü il tarixli 4/401-5/349 nömrəli rəyində X9 ilə Ələkbərova (Məhərrəmova) Ziyafət Ələsgər qızı arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin və üzərində olan çap mətninin, imzaların, əl yazılarının, möhür əkslərinin reproqrafik surət olduğu və çoxaldıcı qurğu vasitəsi ilə surətlərinin çıxarıldığı göstərilmişdir. İşin göstərilən hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, X9 ilə Ələkbərova (Məhərrəmova) Ziyafət Ələsgər qızı arasında bağlandığı adı ilə məhkəməyə təqdim edilən 06 iyul 2009-cu il tarixli müqavilə adları qeyd oluna şəxslərin ikitərəfli iradə ifadəsi əsasında verilmiş əqd kimi qəbul edilə bilməz. Belə ki, hüquqi müstəvidə əqdin mövcudiyyətinin əmələ gələ bilməsi üçün tələb olunan təməl şərtlər əqdin qurucu ünsürləri hesab edilir. Əqdin varlığı baxımından əsas qurucu şərt heç şübhəsiz olaraq iradə ifadəsidir. Ancaq nəzərə alınmalıdır ki, iradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, həm də hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Ümumiyyətlə “iradə” mücərrəd və subyektiv bir anlayış olsa da, lakin burada mahiyyət etibarı ilə hüquqi baxımdan şəxsin müəyyən bir məsələ barəsindəki niyyət və fikrini ifadə edir. Əqdləri əmələ gətirən əsas ünsür kimi “iradə ifadəsi” anlayışı: 1 - əqd bağlamaq barəsində fikir və niyyətin (yəni iradənin) formalaşması, 2 – bu niyyəti açıqlamaq istək və iradəsinin formalaşması, 3-əqdi bağlamaq iradəsini açıqlayan hərəkətin icra edilməsi mərhələlərinin hamısını əhatə edir. Yəni əqdi əmələ gətirən iradə ifadələri bu üç xüsusatın üçünü də özündə ehtiva etməli olan ünsürlərdir. Nəzərə almaq lazımdır ki, şəxs (şəxslər) istədiyi üçün əqdlər hüquqi nəticə doğurur. Bu baxımdan da əqd arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsidir. Ona görə də etibarlı əqddən bəhs olunması üçün iradənin ifadə olunması (bəyan edilməsi), ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş olması, hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. İşin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X19) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilə əhəmiyyətsiz əqddir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzilə dair hər hansı, o cümlədən müqavilə əsasında hüququ olmadığından onun sözügedən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissədə də iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırki halda İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X19) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam hüququna malikdir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı mənzildə mülkiyyət hüququnu həyata keçirə bilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətinin “Nərimanov rayon Polis İdarəsində istintaqı aparılmış və həmin rayon məhkəməsində hökm çıxarılmış cinayət işi üzrə tədqiqat obyekti olmuş müqavilə ona aid olan həqiqi müqavilə olmamış, iddiaçı tərəfin şikayəti və sifarişi əsasında aparılmış, cinayət işinə necə əlavə olunması ona məlum olmayan müqavilədir” barədə dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı 05 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh1 izahatında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş 06 iyul 2009-cu il tarixli müqavilənin məhz onun tərəfindən əsl müqavilə olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə verilmiş müqvilə olmasını bildirmişdir. Bununla belə cavabdeh tərəfindən protokola qeyd verilməsinə dair hər hansı sübutun olması iş materialları ilə müəyyən olunmur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar