Məhkəmə qərarları › İş №2(104)-1183/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1183/2024

16.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1183/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı (nümayəndəsi) vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı payın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)- 788/2022 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 03 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, JN-606A kod 50707028 saylı Torpağa Mülkiyyət Hüquuna X10 ilə onun və iş üzrə cavabdehlər Cavabdeh1 Müqabil oğlunun, Cavabdeh2 Müqabil oğlunun və Cavabdeh3 Müqabil qızının birgə mülkiyyətlərinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən payının ayrılması və ayrılmış torpaq sahəsinin mülkiyyətinə verilməklə həmin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-788/2022 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova), iddianın təmin edilməsi, JN:606 A kod (********) saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnaməyə əsasən ümumi mülkiyyətdə olan 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 0.0360 ha pay torpaq sahəsi cavabdehlərin paylarına düşən torpaq sahəsindən naturada ayrılmaqla, iddiaçının paylarına düşən 0.0360 ha pay torpaq sahəsi yol tərəfdən uzunu «15», həyətə giriş tərəfdən isə eni isə «24» metr 0,0360 ha torpaq sahəsi naturada cavabdehlərin paylarından ayrılmaqla iddiaçının mülkiyyətinə verilməklə ayrıca onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlarına toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 03 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Samux Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(058)-788/2022 nömrəli qətnaməsini nəzərdən keçirərkən müəyyən olunur ki, qətnaməda heç bir hüquqi əsas göstərilmədən J N606 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə göstərilən digər hüquq sahiblərinin mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq onları mülki işə cəlb etməmişdir. İddiaçı Samux rayonu, Ziyadlı kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, aparılan araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-606A saylı şəhadətnaməilə Ərazi İdarəsinə təhvil verilmiş nüsxəsi və elektron siyahı məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş şəhadətnamədə torpaq sahəsinin 7 nəfərin ümumi birgə mülkiyyətində olduğu göstərilməsinə baxmayaraq Ərazi İdarəsinə təhvil verilmiş nüsxəsində və elektron siyahı məlumatlarında şəhadətnamənin 9 nəfərin ümumi birgə mülkiyyətində olduğu qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır. Hesab edirlər ki, hazırda ümumi birgə mülkiyyətdə olan hüquq sahiblərinin (mülkiyyətçilərinin) hər birinin torpaq sahəsinin naturada ayrılması ilə bağlı razılıq yoxdur. Belə olan halda ümumi birgə mülkiyyətə də olan torpaq sahəsinin qətnamədə göstərilən qaydada naturada ayrılması üçün əsas yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı (nümayəndəsi) vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və maraqlarına toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 03 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, maraqlarına toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 03 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı payın naturada bölünməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı kimi qeyd edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-788/2022 nömrəli qətnaməsinin mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/1188 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 35-37-ci vərəqələrində Samux Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(058)-788/2022 nömrəli qətnaməsinin 1-2-ci vərəqlərinin aşağı sağ hissəsindəki imzalar və 3-cü vərəqində “Sədirlik edən: Səadət Zeynalova” qrafasındakı imza – X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. ekspertizaya təqdim edilmiş, mülki işin 35-37-ci vərəqələrində Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-788/2022 nömrəli qətnaməsinin 1-2-ci vərəqlərinin aşağı sağ hissəsindəki imzaların və 3-cü vərəqində “Sədirlik edən: Səadət Zeynalova” qrafasındakı imzanın – X5 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olamamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə maraqlarına toxunan şəxs tərəfindən mübahisələndirilən məhkəmə aktı mövcud olmadığından, sonuncu tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilməsini istisna edir. Çünki, Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(104)-1183/2024 nömrəli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunmalı, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Apellyasiyanın mümkünlüyünün yoxlanılmasından bəhs edən Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1183/2024 nömrəli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunsun. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-788/2022 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 03 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar