Məhkəmə qərarları › İş №2(104)-1188/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1188/2024

30.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1188/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştırakları ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-811/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1650 manat əsas borc, 5940 manat faiz borcu, cəmi 7590 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-811/2022 saylı qətnaməsi ilə (hakim İsmayıl Abdulrəhmanlı) iddia təmin edilmiş, Cavabdeh İddiaçı MMCnin xeyrinə 1650 manat əsas borc, 5940 manat faiz borcu, cəmi 7590 manat pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayət verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-811/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla qətnamə qəbul etmiş və həmçinin ona işə baxılmasının vaxtı və yeri barədə məlumat verməmişdir. Bundan əlavə, onun qeydiyyat ünvanı Bakı şəhərində olduğu üçün, qətnaməni rəsmi qaydada gec əldə etmişdir. Hesab edir ki, məhkəmə prosessual hüquq normalarını kobud şəkildə pozaraq düzgün qərar qəbul etməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, Bakı şəhərində rəsmi qeydiyyatdadır və ona işə baxılmasının vaxtı və yeri barədə məlumat verməmişdir. Əsas borcu 1650 manat olduğu halda, 5940 manat faiz borcu hesablanmışdır ki, bu da qanuni hesab edilə bilməz. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-811/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh əsas borcunu ödədiyi halda, faizlə bağlı güzəştə gedə bilərlər. təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(045)-811/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)- 811/2022 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM 31.1-ci maddəsinə əsasən, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. İş materiallarında görünür ki, iddia ərizəsi verilərkən Cavabdeh ünvan 2 ünvanda qeydiyyatda olmuş, onun barəsində elektron sistemdən çıxarışda və apellyasiya şikayətindəki olan məlumatlardan isə, görünür ki, hazırda Bakı şəhəri, Nizami Rayonu, Bəhruz Quliyev küçəsi, ev 20/116, mənzil 20-də qeydiyyata dayanır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə baxılarkən ərazi aidiyyəti qaydaları pozulmuş və Goranboy Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq mülki işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-153/2023 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-811/2022 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar