Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1194/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: *3*7554 nömrəli akta əsasən hesablanmış borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Goranboy Rayon Məhkəməsinin 2(*45)-1*4/2*23 saylı mülki iş üzrə 17 yanvar 2*23cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında *3*7554 nömrəli, 2*.*9.2*22-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın plastmas ekranında kənar təsir izi olması, plastmas qapağın açılması və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisi sınmışdır.
2. İş materiallarında olan Abonentin saldosuna əsasən (2*22-ci il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1*36,8* manat pul abonentdən tələb olunur.
3. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, *8.*6.2*22-ci il tarixli aktdan görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin *3*7554 №-li aktına əsasən hesablanmış 1*4* manat cərimənin onun üzərindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy şəhəri, C.Cabbarlı küçəsi bina 4, mənzil 41-də ona məxsus olan mənzilə *8.*6.2*22-ci il tarixdə Goranboy rayon Qaz İstismar İdarəsinin nümayəndələri yaxınlaşaraq sayğacın istismar müddətinin bitdiyi üçün yenisi ilə əvəz olunmasını bildirdilər, həmin sayğac onun adınadır, buna görə də, o, buna razılıq vermişdir. Bundan sonra onun iştirakı ilə köhnə sayğac çıxarılıb yenisi ilə əvəz edilmişdir. Sayğac yenisi ilə əvəz olunarkən onun iştirakı ilə sayğaca ümumi baxış keçirilmiş və həmin vaxt sayğaca hər hansı bir müdaxilənin olması barədə nümayəndələr tərəfindən fikir bildirilməmişdir. Lakin sayğacın yenisi ilə əvəz olunmasından uzun müddət keçməsinə baxmayaraq, 2*.*9.2*22-ci il tarixdə "Azəriqaz" İB Gəncə RQİİ-nin TQQ ve SXnın mühəndisi K.Xəlilova, texnik B.Həsənov və nəzarətçi çilingər V.Uluxanov tərəfindən onun iştirakı olmadan *3*7554 N-li akt tərtib edilmişdir. Tərtib edilən həmin aktda sayğacın plastmas ekranında kənar təsir izi olması, plastmas qapağın açılması və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisinin sınıq olduğunun aşkar edilməsi göstərilir və dəymiş ziyanın abonent tərəfindən ödənilməsi tələb olunur. *3*7557 №-li akta əsasən hesablanmış ziyanı aşağıdakı hallara görə qanunsuz və əsassız hesab edir. Sayğac çıxarılarkən heç bir qüsur qeyd olunmamışdır, sayğacın yeganə dəyişmə səbəbi sırf istismar müddətinin keçilməsi ilə bağlıdır və onun dəyişdirilməsinə cavabdeh Qİİ-dir. Sayğacın dəyişdirilməsindən bir neçə ay sonra akt yazılmışdır. Aktda göstərilən qüsurlar sayğac sökülərkən qeydə alınmamışdır. Sayğacın dəyişdirilməsindən uzun bir müddət keçdikdən sonra sayğaca yenidən keçirilən baxış isə həm onun iştirakı olmadan, həm də cavabdehin öz laboratoriyasında aparıldığı üçün qərəzli və əsassız hesab edir. Göstərilənlərə əsasən hesab edir ki, tərtib edilmis *3*7554 №-li akta əsasən hesablanmış əsassız məbləğ onun üzərindən silinməlidir.
6. Goranboy Rayon Məhkəməsinin 2(*45)-1*4/2*23 saylı mülki iş üzrə 17 yanvar 2*23-cü il tarixli qətnaməsi ilə (hakim:T.Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İB tərəfindən *3*7554 №-li akta əsasən İddiaçı (Goranboy şəhəri, C. Cabbarlı küçəsi, bina 4, mənzil 41, Abonent kodu: 2522*42**4**12*) hesablanmış 1*4* manat məbləğində borcun silinməsi və cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət büdcəsinə 3*,4* (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 2(*45)-1*4/2*23 saylı mülki iş üzrə 17 yanvar 2*23-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*11-ci il 12 may tarixli 8* nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 2 nömrəli əlavəsi olan qazın alqı-satqı müqaviləsinin 2.1.7-ci yarımbəndlərinin tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında *3*7554 nömrəli 2*.*9.2*22-ci il tarixli aktdan görünür ki, qaz sayğacının yoxlanılması barədə *9.*9.2*22-ci il tarixli MSK-29/171*-*2827-1 saylı akta əsasən G-4 markalı **137237 saylı sayğacın plastmas ekranında kənar təsir izləri vardır. Plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisi sınıqdır. Buna baxmayaraq, məhkəmə 2*22-ci ilin sentyabr ayında 1*36.4* manat dəymiş ziyan hesablans da, məhkəmə 1*4* manat məbləğin silinməsini qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları 1*. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, “Azəriqaz” İB-nin nümayəndəsi və iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
11. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2*11-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydaları:
12. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
13. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
14. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
16. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 2*. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
23. Maddə 385.1.2. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin аpellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. Maddə 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi qismən təmin edilməlidir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
27. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
28. Bununla belə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və qeyd edir ki, məhkəmə silinməli olan borcun məbləğini 1*4* manat məbləğində müəyyən etməkdə səhvə yol vermişdir.
29. Belə ki, iş materiallarında olan aktdan görünür ki, abonent İddiaçı barəsində tərtib edilmiş akta əsasən ona 1*36.4* manat borc hesablanmışdır. Lakin, məhkəmə borcun əsassız yazıldığı qənaətinə gələrək, həmin məbləği deyil, iddiaçının iddia etdiyi 1*4* manat məbləğində borcun silinməsini qət etmişdir. Göründüyü kimi, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 3*. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, cavabdeh “Azəriqaz” İB tərəfindən *3*7554 №-li akta əsasən İddiaçı (Goranboy şəhəri, C. Cabbarlı küçəsi, bina 4, mənzil 41, Abonent kodu: 2522*42**4**12*) hesablanmış 1*36.4* manat məbləğində borc silinməlidir.
31. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 1*36.4* manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.*.1, 392, 393 və 4*2.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(*45)-1*4/2*23 saylı mülki iş üzrə 17 yanvar 2*23cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən *3*7554 №-li akta əsasən İddiaçı (Goranboy şəhəri, C. Cabbarlı küçəsi, bina 4, mənzil 41, Abonent kodu: 2522*42**4**12*) hesablanmış 1*36.4* (bir min otuz altı)manat 4* qəpik məbləğində borc silinsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.