Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1212/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-843/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Turanbank ASC-yə və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 notariat ofisinin 13 iyun 2024-cü il tarix icra qeydinin 5064.30 manat hissəsinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Turanbank ASC-nin Tovuz Filalı ilə Bayramov Arif Bayram oğlu arasında xx.xx.2021-ci il tarıxdə 080-MKOS/2021 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 36 ay müddətinə 15000 manat məbləğində Bayramov Arif Bayram oğluna kredit verilmişdir. O və X2 zamin olmuşlar və zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən 26 ay müdəttində 570 manat pul ödənilmişdir. Sonuncu dəfə fevral ayında pul ödənilmişdir. Turanbank ASC müqavilə üzrə faizi düzgün hesablamamışdır. Bu barədə cavabdehə bildirsə də, onunla razılaşmamışdır. Məbləğ həddən artıq şişirdilmişdir. Cavabdeh2 notariat ofisi 13 iyun 2024-cü il tarixdə həmin müqaviləyə əsasən icra qeydi vermişdir. Borc 5713.92 manatdır. İcra qeydində isə 10778.22 manat qeyd edilmişdir. Borc 5713.92 manat olduğu halda 10778.22 manat qeyd edilmişdir. İcra qeydində kredit borcu düzgün qeyd edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilat kredit borcunu vaxtında ödəməmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-843/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın təmin olunması, Tovuz Regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən aparılmış 13 iyun 2024-cü il tarixli, 8İ-11714 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilçmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 ASC apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-843/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 borc tam ödənildiyindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətindən imtina etdiyini bildirib apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bankın Problemli Kreditlərlə İş Departamentinin direktoru Röyal Hacıyev məhkəmə kollegiyasına ərizə ünvanlayaraq borcalan tərəfindən müqavilə üzrə borc tam bağlandığından apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Cavabdehin məhkəməyə ünvanlandığı ərizədən görünür ki, mübahisə üzrə pulu tam ödənildiyindən apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Tovuz Rayon Məhkəməsinin 2(062)-843/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına apellyasiya şikayəti üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 384, 400 və 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Tovuz Rayon Məhkəməsinin 2(062)- 843/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti üzrə xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1212/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1212/2025
13.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver