Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1227/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Maddi və mənəvi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh nümayəndəsi X16 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(125)-589/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərardadı ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli icra sənədi yenidən icraya yönəldilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi müəyyən edilmişdir.
2. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadına əsasən X14 məxsus Gəncə şəhəri Nizami rayonu Bakı küçəsindəki 0,0125 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.
3. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(044)- 08/2020 saylı qərardada əsasən Quliyeva SayidəTahir qızının məcburi gətirilməsi barədə qərardad çıxarılmışdır.
4. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2348/2020 saylı, 02 oktyabr 2020ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 manat X6ndan alınaraq tələbkarlara verilməsi qət edilmişdir.
5. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)- 2740/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 (iyirmi doqquz min səkkiz yüz atmış) manat X6ndan alınaraq tələbkarlar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.
6. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan Milli Qeydiyyat X1 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi 70 ünvanında torpaq sahəsinin olması barədə araşdırılma aparıldığı, bununla bağlı texniki səhvin aradan qaldırıldığı və hal-hazırda 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X11 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2348/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)2740/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir.
8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-204/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, qiyabi qətnamə ləğv olunduğundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində 0.0125 kv.m torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür.
9. Cavabdeh xx.xx.2020-ci il tarixli qərarıyla icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarı ləğv olunduğundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2740/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
10. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)- 2348/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 (iyirmi doqquz min səkkiz yüz atmış) manat X6ndan alınaraq tələbkarlar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.
11. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)- 2348/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarla borclunun yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
13. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 8(044)-24/2020 saylı qərardadına əsasən üzərinə həbsin qoyulması qərara alınmış Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, 70 ünvanında yerləşən 0,0125 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini X7 şəhəri 3 saylı Dövlət notariat kontorunun 11 iyun 2011-ci il tarixli, 4Ə-2-313 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsidə əsasən X2. Həmin müqavilə əsasında X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, **********66-10301 reyestr nömrəli çıxarış verilmişdir. Milli Qeydiyyat X1 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, 70 ünvanında torpaq sahəsinin olması barədə araşdırma aparılmış, bununla bağlı texniki səhv aradan qaldırılmışdır. Hal hazırda 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasan, X11 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
14. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 8(044)-24/2020 saylı qərardadına əsasən üzərinə həbsin qoyulması qərara alınmış Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, 70 ünvanında yerləşən 0,0125 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini X7 şəhəri 3 saylı Dövlət notariat kontorunun 11 iyun 2011-ci il tarixli, 4Ə-2-313 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X2. Həmin müqavilə əsasında X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, **********66-10301 reyestr nömrəli çıxarış verilmişdir. Milli Qeydiyyat X1 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, 70 ünvanında torpaq sahəsinin olması barədə araşdırma aparılmış, bununla bağlı texniki səhv aradan qaldırılmışdır. Hal hazırda 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X11 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(044)-204/2020 nörməli qərardadının icrası tərəflərindən mümkün olmamışdır.
15. Gəncə şəhər 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X6 barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-i tərəfindən xx.xx.2023-cü il tarixdə, 550474 saylı axtarış işi açılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
16. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddia ərizəsində göstərilən Gəncə şəhər Nizami rayon Məhkəməsinin qətnamə və qərardadlarını icra etmədiklərinə görə, göstərdikləri hərəkət və hərəkətsizliklərinə görə Gəncə şəhər İcra İdarəsinin 30 (otuz) min manat cərimə olunması və 18 avqust 2008-ci ildən bu günkü tarixədək vurduqları 10 (on) min manat maddi ziyanın və 20 (iyirmi) min manat mənəvi ziyanın Cavabdehndən iddiaçılara alınıb ödənilməsi barədə, vəzifə havalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
17. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərardadı ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli icra sənədi yenidən icraya yönəldilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi müəyyən edilmişdir. Lakin bugünkü tarixədək nə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli qətnaməsi, nə də ki Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərədadı icra edilməmişdir. Gəncə şəhər İcra İdarəsinin icra məmurları süründürməçilik və səhlənkarlıqla məhkəmənin qərərdad və qətnamələrini icra etmirlər. Bununla kifayətlənməyən Gəncə şəhər İcra İdarəsi eyni zamanda AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2576/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərarını icra etmirlər və həmin qərar üzrə icra hərəkətlərini aparmaqdan imtina edirlər. Belə ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli qətnaməsinin icrası zamanı Gəncə şəhər İcra İdarəsi tərəfindən aparılmış icra işinin bütün sənədləri, qovluq şəklində yoxa çıxmış, bu günə kimi tapılmamışdır. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərədadının icrası 21 iyun 2019-cu il tarixdə böyük icra məmuru Anar Cəfərov tərəfindən yerinə yetirilmişdir, 172606/2019-21-30 saylı icra işinin surətindən görünür ki, Gəncə Nizami rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərədadının icrası qərəzli şəkildə dayandırılmışdır. Belə ki, 172606/2019-21-30 saylı icra işindən görünür ki, Gəncə şəhəri Bakı küçəsi 70 saylı ev, həmçinin 0,0125 kv.m torpaq sahəsi bütövlüklə X14 məxsusdur. Gəncə şəhər İcra idarəsinin məmuru İlkin Qədimovun tədqimatı əsasında çıxarılmış, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli (iş- 2(044)-2740/2019) qiyabi qətnaməyə istinadən verilmiş 8(044)-24/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadına əsasən X14 məxsus Gəncə şəhəri Nizami rayonu Bakı küçəsindəki 0,0125 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bu qərardadın icrası Cavabdeh tərəfindən qərəzli şəkildə bir il müddətində icra olunmadı. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 121-17203-1220 saylı HK/1282 nömrəli materiala dair qərarın surətindən görünür ki, Gəncə şəhər, Bakı küçəsi, ev 70 məhkəmənin qərarı ilə həbsdə olarkən Quliyeva Sayidənin iştirakı olmadan alqı-satqı aparılmışdır. İcra İdarəsinə şikayət etdikdə qiyabi Qətnamənin ləğvi ilə bağlı xx.xx.2020-ci il tarixli, 2(044)-2348/2020-ci il qərardad qəbul edildiyi bilidirilmişdir. Cavabdeh icra məmuru İlkin Qədimovun təqdimatı əsasında xx.xx.2020-ci il tarixli, 8(044)08/2020 saylı qərardada əsasən Quliyeva SayidəTahir qızının məcburi gətirilməsi barədə qərardad çıxarılmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2348/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli əyani qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 manat X6ndan alınaraq tələbkarlara verilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(044)2740/2019 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və yeni 2(044)-2348/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnamə çıxarılmışdır. 17 oktyabr 2019-cu il tarixli, 2(044)2740/2019 nömrəli qiyabi qətnaməyə istinadən verilmiş 12 fevral 2020-ci il tarixli, 8(044)24/2020 nömrəli qərardadı qüvvəyə minməklə icra olunmalı idi və X14 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsindəki 0,0125 kv.m torpaq sahəsinin üzərinə həbsin qoyulması Gəncə şəhər İcra idarəsinin məmuru tərəfindən icra olunmalı idi. Gəncə şəhər İcra idarəsinin məmuru İlkin Qədimovun növbəti səhlənkarlığı, qanusuzluğu ilə 24 noyabr 2020-ci il tarixli Qərarda bildirilir ki, X17 hazırda ünvan 1 ünvanda kirayənişin kimi yaşadığı əsas gətirilərək icranın yerinə yetirilməsi Bakı şəhəri Suraxanı rayonu İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Gəncə şəhər İcra İdarəsinin icra məmuru İlkin Qədimov tərəfindən çıxarılmış 24 noyabr 2020-ci il tarixli Qərar qanunsuz qərar olmaqla yanaşı, icranı aidiyyatı olmayan səmtə yönəltməklə öz icra əməlindən bilərəkdən boyun qaçırmışdır. Verilmiş qərarın qanunsuz olduğunu əsas gətirərək məhkəmə tərəfindən ləğv edilmişdir. Gəncə şəhər İcra İdarəsinin icra məmuru İlkin Qədimovun hərəkət və hərəkətsizliyindən dəfələrlə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Daha sonra Nizami rayon Məhkəməsinin qiyabi qətnaməsindən sonra çıxarılan xx.xx.2020-ci tarixli əyani qətnaməsini də Cavabdeh icra etməkdən qərəzli şəkildə boyun qaçıraraq, icra hərəkətlərini aparmaqdan imtina etmişdir. Belə ki, Gəncə şəhər İcra İdarəsinin icra məmuru İlkin Qədimov heç bir əsas gətirmədən və araşdırma aparmadan icra sənədinin qanunsuz şəkildə Bakı şəhərinə göndərilməsi barədə qərar qəbul etmişdir. Həmin qərardaddan şikayətimiz əsasında Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadı ilə icra məmurunun 24 noyabr 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilir. Ancaq həmin məhkəmə qərardadı da Gəncə şəhəri İcra İdarəsi tərəfindən icra edilmir və icra məmuru İlkin Qədimov onlara maddi ziyan vura-vura gedir. Və onları mənəvi əzab çəkməyə məcbur edir. Cavabdeh hərəkətləri tamamilə qanunsuz və əsassızdır və məhkəmə qətnaməsinə və onlara qarşı hərəkətsizlikdir. Azərbaycan Respublikası adından çıxarılan qətnamə və qərərdadın icra edilməməsi İcra İdarəsinin hərəkət və hərəkətsizliyidir. Bu səbəbdən də düşünürlər ki, onlar inzibati orqan kimi hərəkət və hərəkətsizliklərinə görə məhkəmə tərəfindən cərimə olunmalıdırlar. Və 2008-ci ildən bu yana bu hərəkətsizlik nəticəsində vurduqları maddi və mənəvi ziyanı onlara ödəməlidirlər. Bu iddia ilə Gəncə İnzibati Məhkəməsinə iddia qaldırmışdılar. X26 Məhkəməsinin 2-1(114)-1011/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizələrini geri qaytardı və onlara bildirdi ki, bu iddia ümumi məhkəməyə aiddir və bu səbəbdən də ümumi məhkəmədə iddia qaldırmalı oldular.
18. Gəncə şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(125)-589/2023 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 1096.2 və 1100-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1, 8.1, 8.2, 8.3, 43.1, 44.1 və 44.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarına istinad etmiş, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
21. İddiaçılar tərəfindən apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-14/08 saylı qətnaməsi ilə qarşılıqlı iddia təmin edilmiş, lakin məhkəmənin qətnaməsi qanuni qüvvəyə minsə də, qətnamə evin boşaldılması hisssəsində icra edilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-14/08 saylı qərardadı ilə icra sənədi yenidən icraya yönəldilmiş, lakin cavabdeh tərəfindən icra olunmamışdır. Bundan əlavə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2740/2019 saylı icra sənədinə əsasən onlara məxsus 156 adda əşyaların və ya onların dəyərinin cəmi 29860 manat X9 alınaraq onlara verilməli idi. Lakin, qətnamə də icra edilməmişdir və həmin qətnamə üzrə hərəkətlərin aparılmasından imtina edilmişdir. xx.xx.2019-cu il tarixli qiyabi qətnamə ləğv edildikdən sonra çıxarılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2348/2020 saylı qətnaməsi ilə onlara məxsus 156 adda əşyaların və ya onların dəyərinin, cəmi 29860 manatın X9 alınaraq onlara verilməsi qət edilmişdir. Lakin, məhkəmənin qeyd edilən qətnaməsini də cavabdeh Gəncə şəhər İcra İdarəsi icra etməkdən boyun qaçırır və icra hərəkətlərini aparmaqdan imtina edir. Belə ki, Gəncə şəhər İcra İdarəsinin icra məmuru İlkin Qədimov heç bir əsas gətirmədən və araşdırma aparmadan icra sənədinin qanunsuz şəkildə Bakı şəhərinə göndərilməsi barədə qərar qəbul etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə icra məmurunun 24 noyabr 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. Ümumiyyətlə, bu günə kimi, məhkəmənin bizə məxsus əmlakın S.Quliyevadan alınaraq bizə verilməsi ilə bağlı çıxardığı heç bir qərarı icra olunmamışdır. İcra orqanının hərəkətsizliyi nəticəsində bizə 10000 (on min) manat maddi və 20000 (iyirmi min) manat mənəvi ziyan dəymişdir. Məhkəmənin maddi ziyanla bağlı gəldiyi mövqe ilə razı deyillər. Belə ki, Gəncə şəhər İcra İdarəsinin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində onlar əmlaklarından məhrum olmuşlar. Belə ki, 2008-ci ildən bu günə 14ildən artıq müddət keçib. Onların məhkəmə qətnamələri ilə müəyyən edilmiş əmlaklarının hazırda yerində olması artıq şübhə altındadır. Bundan başqa iş materiallarından da göründüyü kimi onlar yuxarıda qeyd edilən qətnamələrin icra edilməməsinə görə dəfələrlə məhkəməyə müraciət etmişlər, buna görə dövlət rüsumları ödəmişlər, dəfələrlə məhkəməyə və İcra İdarəsinə gedib-gəlmişlər. Bunlar təbii ki, xərclərlə müşayiət olunub. Yəni cavabdehin vurduğu maddi ziyan göz qabağındadır, onu sübut etməyə ehtiyac belə yoxdur. Bundan əlavə məhkəmənin mənəvi zərərlə bağlı gəldiyi nəticə də əsassızdır. Belə ki, Gəncə şəhər İcra İdarəsinin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində onlar əmlaklarından məhrum olmuşlar. Belə ki, 2008-ci ildən bu günə kimi 14 ildən artıq müddət keçib. Onlar məhkəmə qətnamələri ilə müəyyən edilmiş əmlaklarının hazırda yerində olması artıq şübhə altındadır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadı ilə X14 məxsus Gəncə şəhəri Nizami rayonu Bakı küçəsindəki 0,0125 kvm torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Lakin, həmin əmlak satılmışdır. Üstəlik, digər iddiaçı olan İddiaçı2 və oğlum X18 həmin ünvanda pasport qeydiyyatındadılar. Əgər ev satılmış olsaydı onların da razılığı alınardı. Sayidə Quliyevanın adına olan əmlak satılmış olsa belə, yeni satılmışdır. Bundan başqa xx.xx.2019-cu ildə icra məmurları tərəfindən S.Quliyevaya məxsus yuxarıda qeyd edilən ünvana baxış keçirilmişdir və Akt tərtib edilmişdir. Həmin Aktdan görünür ki, onlara məxsus əşyalar ünvanda idi, lakin əşyalar sındırılıb-dağıdılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh nümayəndəsi X19 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2740/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 (iyirmi doqquz min səkkiz yüz atmış) manat X6ndan alınaraq tələbkarlar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Həmin icra vərəqəsi xx.xx.2019-cu il tarixdə icra olunması üçün Cavabdeh icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 10 gün müddət ərzində icranın təmin edilməsi üçün borcluların yaşadığı ünvana poçt vasitəsi ilə bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun yaşadığı Gəncə şəhəri, ünvan 2 ünvanında olunmuş, evin giriş qapısının bağlı olduğu tərəflərindən müəyyən edilmişdir. Borclunun qonşuları ilə söhbət zamanı X4 onkoloji xəstə olduğu, müalicə ilə bağlı Bakı şəhərinə getdiyini və yaxın vaxtlarda gələcəyini bildirmişdirlər. Bu barədə tərəflərindən akt tərtib olunmuşdur. X5 məxsus pul vasitələrinin, dəyərli əmlakların müəyyən edilməsi üçün aidiyyatı təşkilatlara sorğular verilmiş və Elektron İcra sistemindən X11 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində 0.0125 kv.m torpaq sahəsinin qeydiyyatda olması və borclunun ailə başçısını itirməyə görə pensiya aldığı məlum olmuşdur. xx.xx.2019-cu il tarixdə tələbin X4 adına olan torpaq sahəsinə yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadına əsasən təqdimat təmin olunmuş, X11 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində 0.0125 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb həmin əmlaka yönəldilmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı icra olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə tələbin borclunun pensiyasına yönəldilməsi üçün tələbkarlara bank hesabı gətirmələrinə dair məktubla müraciət olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan Milli Qeydiyyat X1 adına Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi 70 ünvanında torpaq sahəsinin olması barədə araşdırılma aparıldığı, bununla bağlı texniki səhvin aradan qaldırıldığı və hal-hazırda 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X11 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq təkrarən borclunun yaşadığı Gəncə şəhəri, ünvan 2 ünvanında olunmuş, evin giriş qapısının bağlı olduğu tərəflərindən müəyyən edilmiş, X4 yaxın vaxtlarda evinə gəldiyi, lakin onkoloji xəstəliyi ilə bağlı yenidən müalicə olunması üçün Bakı şəhərinə getdiyi məlum olmuşdur. Bu barədə tərəflərindən akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuşdur. Əlavə olaraq təqdimatın surəti məlumat üçün Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmişdir. (Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2348/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edildiyindən, xx.xx.2020-ci il tarixdə baxılan borclunun məcburi gətirilməsi barədə təqdimat məhkəmədən geri qaytarılmışdır.) Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2020ci il tarixli məktubundan X11 Gəncə şəhəri, ünvan 2 ünvanında yaşamadığı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmiş və polis idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan X17 barəsində xx.xx.2020-ci il tarixli, 510290 saylı axtarış elan edildiyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə X6 polis əməkdaşları vasitəsi ilə Cavabdehnə gətirilmişdir. X6 xx.xx.2020-ci il tarixdə izahat verərək qiyabi qətnamədən xəbəri olmadığını, uzun müddətdir ki, Bakı şəhərində yaşadığını və həmin qiyabi qətnamədən şikayət verəcəyini bildirmişdir. Həmin tarixdə X14 tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Əlavə olaraq xx.xx.2020-ci il tarixdə X6 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə verdiyi qiyabi qətnamənin ləğv edilməsinə dair ərizənin surətini Cavabdehnə təqdim etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2348/2020 saylı xx.xx.2020ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)2740/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Qiyabi qətnamə ləğv olunduğundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində 0.0125 kv.m torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə xx.xx.2020-ci il tarxli təqdimatla müraciət olunmuş və Gəncə şəhəri Nizmi Rayon Məhkəməsinin 8(044)-204/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ilə qeyd edilən əmlak üzərindən həbs götürülmüşdür. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarı ləğv olunduğundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2740/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixli qərarla xitam verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2348/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyalar və ya onların dəyəri, cəmi 29860 (iyirmi doqquz min səkkiz yüz atmış) manat X6ndan alınaraq tələbkarlar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Həmin icra vərəqəsi xx.xx.2020-ci il tarixdə icra olunması üçün Cavabdeh icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 10 gün müddət ərzində icranın təmin edilməsi üçün borcluların yaşadığı ünvana poçt vasitəsi ilə bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq X4 qeydiyatda olduğu Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, ev 70 ünvanında olunmuş, X4 həmin ünvanda yaşamaması və icra vərəqəsində qeyd edilən 106 adda əşyaların həmin ünvanda olmaması tərəflərindən müəyyən edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubunda X4 hazırda ünvan 4 ünvanında faktiki yaşadığı bildirilmişdir. Həmçinin X5 məxsus ***-***-**-** GSM Bakcell mobil nömrəsi ilə əlaqə saxlanılmış və borclu hazırda ünvan 4 ünvanında yaşadığını bildirmiş və bu barədə xx.xx.2020-ci il tarixli telefonoqramma tərtib edilmişdir. Bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 24-cü maddələrini rəhbər tutaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2348/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarla borclunun yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə gedərək icraata başlamaq haqqında qərar və bildirişi qəbul etmiş, həmçinin həmin tarixdə izahat verərək qeyd olunan qətnamədən apellyasiya şikayəti verdiyini bildirmişdir. X6 əvvəllər ünvan 5 ünvanında kirayəçi kimi yaşaması, lakin hazırda həmin ünvanda yaşamaması səbəbindən icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdehnə geri qaytarılmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Cavabdeh icraatına daxil olmuşdur. Əlavə olaraq, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli məktubundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2348/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi məlum olmuşdur. Bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən xx.xx.2021ci il tarixli qərarla Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)2348/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası dayandırılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X14 qarşı əmlak tələbinə dair mükli iş üzrə Gəncə Apellyasiya məhkəməsinin mülki Kollegiyasının qətnaməsinin və Azərbaycan Respublikası Ali məhkəməsinin mülki Kollegiyasının qərarının surəti icra hərəkətlərinin davam etdirilməsi üçün Cavabdehnə göndərilmişdir. Qeyd olunan məktub xx.xx.2022-ci il tarixdə Cavabdehnə daxil olmuş və həmin tarixdə X5 xəbərdarlıq yazılmışdır. xx.xx.2022-ci il tarixdə X4 qeydiyatda olduğu Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, ev 70 ünvanında olunmuş, X4 həmin ünvanda yaşamaması tərəflərindən müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə borlcunun axtarılması haqqında qərar qəbul edilərək Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2022-ci il tarixli təqdimatla məhkəməyə müraciət olunmuş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Əlavə olaraq X4 pensiya aldığı müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdən tələb borcunun pensiyasının 50%-nə yönəldilmişdir. Hazırda göstərilən icra sənədi üzrə bütun icra tədbirləri görülür və icra işi nəzarətdə saxlanılır. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 28. İ. Hər kəsin azadlıq hüququ vardır.
26. Maddə 68. İİİ. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanunu
32. Maddə 6.1.1. Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır.
33. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
34. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
35. Maddə 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.
36. Maddə 43.1. Məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
37. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir.
38. Maddə 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.
Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı
39. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı
40. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı
41. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarı
42. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
50. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 52.Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir. 54.İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(125)-589/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.İşin halları ondan ibarətdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən, qarşılıqlı iddianın təmin edilməsi, Gəncə şəhəri Bakı küçəsindəki 70 saylı evin X3 adına olan 4 hissəsinə vəsiyyətnamə üzrə vərəsə kimi X11 mülkiyyət hüququ tanınması, Gəncə şəhəri Bakı küçəsi 70 saylı evə bütövlükdə X15 adına DƏDR-dən çıxarışın verilməsi DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi, X13 Gəncə şəhəri Bakı küçəsi 70 saylı evdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməsi, İddiaçı1 digər ailə üzvləri ilə Gəncə şhəri Bakı küçəsi 70 saylı evdən çıxarılması, həmin evin boşaldılması, İddiaçı1 90 (doxsan) manat ekspertiza xərci alınıb Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bundan sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2740/2019 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyaların və ya onların dəyərinin, cəmi 29860 manatın X9 alınaraq iddiaçılara verilməsi qət edilmişdir. Cavabdeh X17 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, qiyabi qətnamənin ləğv edilməsini və mülki işə yenidən baxılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2348/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyaların və ya onların dəyərinin, cəmi 29860 manatın X9 alınaraq iddiaçılara verilməsi qət edilmişdir. Göstərilən qətnamə isə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 1675/2021 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2576/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2348/2020 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və X5 10 gün müddətinə icranı könüllü təmin etməsi barədə bildiriş ünvanlanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2348/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün icraatın dayandırılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X14 qarşı əmlak tələbinə dair mükli iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarının surəti icra hərəkətlərinin davam etdirilməsi üçün Cavabdehnə göndərilmişdir. Qeyd olunan məktub xx.xx.2022-ci il tarixdə Cavabdehnə daxil olmuş və həmin tarixdə X5 xəbərdarlıq yazılmışdır. Bundan sonra Cavabdeh icra məmuru xx.xx.2022-ci il tarixdə X4 qeydiyatda olduğu Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, ev 70 ünvanında olunmuş, X4 həmin ünvanda yaşamaması tərəflərindən müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Bu səbəbdən xx.xx.2022ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Gəncə şəhər 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X6 barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-i tərəfindən xx.xx.2023-cü il tarixdə, 550474 saylı axtarış işi açılmışdır. X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2022-ci il tarixli təqdimatla icra məmuru İlkin Qədimov tərəfindən məhkəməyə müraciət olunmuş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra isə X4 pensiya aldığı müəyyən edilmiş və xx.xx.2022ci il tarixdən tələb borcunun pensiyasının 50%-nə yönəldilmişdir. 57.İş materiallarından görünür ki, cavabdeh orqanın hansı qanuna zidd hərəkətləri nəticəsində iddiaçılara maddi ziyan dəyməsi ilə bağlı hər hansı sübut yoxdur. Ümumiyyətlə iddiaçı vurulmuş maddi ziyanın nədən ibarət olmasını, maddi ziyanın məbləğinin nə qədər olmasını, maddi ziyan vurulmuşsa əgər bunun cavabdeh orqanın hansı hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsini aydın göstərə bilməmişdir. Sadəcə olaraq iddiaçılar inzibati orqan olan cavabdehin icra hərəkətlərini aparmaması və bundan imtina etdiyini bildirsələr də, işin faktiki hallarından və mülki iş materialında olan sənədlərdən icra hərəkətlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün aparılmaması və hər hansı bir pozuntunun olması müəyyən edilməmişdir. Ona görə də maddi ziyan tələbi əsassızdır. 58.Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 59.Hazırkı iş üzrə iddiaçı tərəf cavabdehə cərimə tətbiq edilməsi, maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər irəli sürsə də, bunu təsdiq edəcək cavabdeh İdarənin qanunsuz aktlar qəbul etməsini, hərəkət və ya hərəkətsizliyə yol verməsini təsdiqləyəcək mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. 60.İddiaçıların apellyasiya şikayətində göstərdikləri onlara əmlaklarının itirilməsi ilə 28.860 manat məbləğində maddi ziyan dəyməyi barədə dəlillərini kollegiya əsassız hesab edir. Çünki, iddiaçıların göstərdikləri məbləğ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2348/2020 saylı qətnaməsi ilə tutulan məbləğdir. Belə ki, həmin qətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 məxsus 156 adda əşyaların və ya onların dəyərinin, cəmi 29860 manatın X9 alınaraq iddiaçılara verilməsi qət edilmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsində iddiaçılara məxsus əşyaların qaytarılması mümkün olmadıqda onların dəyərinin qaytarılması göstərilmişdir. 61.Bundan sonra isə yuxarıda göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə kollegiyası o qənaətə gəlmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 62.Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. 63.Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə iddiaçıların fiziki və mənəvi sarsıntı keçirməsi, habelə bunun cavabdeh orqanın təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz. 64.Cavabdeh orqanın hərəkəti iddiaçının şuurunda müəyyən mənfi reaksiyaya səbəb olsa da, cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübut təqdim olunmamış, eyni zamanda iddiaçı maddi xərc çəkdiyi barədə də sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 65.Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 66.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. 67.Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. 68.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil. 69.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(125)-589/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.