Məhkəmə qərarları › İş №2(104)-1228/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1228/2023

23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1228/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülki iş üzrə Açar sözlər: etibarnamənin və çıxarışın etibarsızlığı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı etibarnamənin və çıxarışın etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2*23-cü il tarixli 2(125)-531/2*23 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 25 yanvar 2*21-ci il tarixli arayışından görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 23 saylı evin 32 saylı mənzil Gəncə şəhəri 2 saylı notariat kontorunun 15 yanvar 2*2*-ci il tarixli 4Ə-21 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X1 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən Cavabdeh1 bağışlanmışdır və ona 17 yanvar 2*2*-ci il tarixli 152***26*4 qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 31 yanvar 2*2*-ci il tarixli 1*-MGZ2-1-*-69-2* nömrəli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmişdir. Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Gəncə şəhər 2 saylı notariat ofisinin 19 dekabr 2*19-cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır və ona 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarış verilmişdir.

2. İddiaçı adına verilmiş 15938 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzil XDS İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli 16 nömrəli qərarı əsasında İddiaçı mülkiyyətinə verilmişdir.

3. 12 dekabr 2*19-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş əqdləri, o cümlədən almaq, satmaq, pulunu almaq, bağışlamaq, hədiyyə qəbul etmək və s. işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir.

4. 19 dekabr 2*19-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı əvəzinə Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Cavabdeh1 bağışlamışdır.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş *3 fevral 2*23-cü il tarixli ərizədən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair etibarnaməyə imza edərkən, Cavabdeh2 həmin mənzili bağışlamaq səlahiyyətinin verildiyi notariat ofisinin əməkdaşları tərəfindən ona izah edilmişdir.

7. 14 fevral 2*23-cü il tarixli ərizədə İddiaçı göstərmişdir ki, *3 fevral 2*23-cü il tarixli ərizə onun iradəsinə uyğun deyildir və buna görə də nəzərə alınmamalıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı baş etibarnamənin və çıxarışın etibarsız hesab olunması tələbi ilə Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, baş etibarnamənin və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv olunması və əvvəlki çıxarışın bərpa edilməsi barədə qətnamə və cavabdehlərin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Gəncə şəhəri 2 saylı notariat ofisinin 19 dekabr 2*19cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmış və bunun nəticəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 nömrəli çıxarış verilmişdir. Cavabdeh1 onun bacısı X1 oğludur. Cavabdeh1 uşaq yaşlarından onun yanında böyümüş və daim ona hörmət etmişdir. Buna görə də Orxan Cəfəzadəni öz övladı kimi sevmişdir. Hətta o, nikaha girmədiyinə və övladı olmadığına görə sonradan öz əmlakını O.A.Cəfəzadəyə verməyi də düşünmüşdür. Lakin Cavabdeh1 və Cavabdeh2 onun etibarından sui-istifadə edərək, onun mülkiyyətində olmuş Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili ələ keçirmişlər. Belə ki, o, qeyd olunan mənzili icarəyə vermək istədiyindən Orxan Cəfəzadədən icarədar tapmasını xahiş etmişdir. Bundan bir müddət sonra Cavabdeh1 icarədar tapdığını ona bildirmiş və Cavabdeh2 təqdim etmişdir. Həmin vaxt Cavabdeh1 Cavabdeh2 Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili aptek işlətmək üçün icarəyə götürdüyünü, qeyd olunan səbəblərdən də sənədləşmə işlərinin Bakı şəhərində tamamlanmalı olduğunu demiş və sənədləşmə işlərinin icrası üçün Cavabdeh2 etibarnamə vermək lazım olduğunu izah etmişdir. Buna görə də o, Cavabdeh2 adına etibarnamə verməyə razılaşmışdır. Ona görədə 12 dekabr 2*19-cu il tarixdə notariat ofisinə gedərək, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilinə dair Cavabdeh2 adına etibarnamə vermişdir. Onun mülkiyyətində olan mənzili Cavabdeh1 bağışlamaq məqsədi olsa idi bunun üçün Cavabdeh2 etibarnamə vermək əvəzinə, bağışlama müqaviləsi bağlayardı. Lakin həmin etibarnamə verilərkən ona hüquq və vəzifələri, eləcə də onun verdiyi etibarnamə əsasında Cavabdeh2 Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili üçüncü şəxsə bağışlaya biləcəyi izah olunmuşdur. Buna görə də Cavabdeh2 verilmiş etibarnaməyə imza edərkən, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili bağışlama səlahiyyətini verəcəyi ona məlum olmuşdur. Lakin Cavabdeh1 ona və eləcə də öz doğma anası, yəni onun bacısı X2 qarşı hörmətsizlik edəcəyini ehtimal etməmişdir. Belə ki, Cavabdeh1 Günel adlı xanımla nikaha girdikdən sonra ona və öz anasına qarşı maddi və mənəvi qayğıdan uzaqlaşmışdır. Həmçinin Günel xanım ona və bacısı X2 qarşı fiziki zor tətbiq etməklə, onlara xəsarətlər yetirmişdir. Hazırda o, Orxan Cəfəzadənin anasının da bütün maddi xərclərini ödəyir və hətta dərmanlarını da alır. Əgər Cavabdeh1 ona və öz anasına qarşı qeyd olunan tərzdə münasibət göstərməsə, arvadı Günel xanım onlarla mehriban əlaqə saxlasa idi o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmazdı. Bundan başqa, o, etibarnamə verilərkən onun mülkiyyətində olan əmlakın bağışlanması səlahiyyətinin Cavabdeh2 ötürülməsinin notariat ofisinin əməkdaşları tərəfindən izah olunduğunu məhkəmə iclasında şifahi qaydada bildirsə də, bu barədə verdiyi ərizəsinin nəzərə alınmasını istəmir. 1*. Birinci instansiya məhkəməsinin icraatı zamanı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 iddianı qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili bağışlama müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə məhz İddiaçı iradəsinə uyğun olaraq keçmişdir. Belə ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd olunan əmlaka dair Cavabdeh2 adına etibarnamə verərkən Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili bağışlama səlahiyyətinin Cavabdeh2 ötürüldüyünün ona məlum olduğunu bildirmişdir. Həmçinin İddiaçı öz izahatlarında Cavabdeh1 arvadı Günel xanımın mehriban münasibətdə olacağı halda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Qeyd olunan xüsusatlar isə etibarnamənin və bağışlama müqaviləsinin İddiaçı öz müstəqil iradəsinin nəticəsi olduğunu göstərir. Buna görə də iddia təmin edilməməlidir.

11. Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2*23-cü il tarixli 2(125)-531/2*23 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “etibarnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi” barədə iddiası rədd edilməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə bağışlama müqaviləsinin təmsilçi vasitəsilə bağlanmasını məhdudlaşdıran hər hansı norma mövcud deyildir. Bu baxımdan mübahisə predmeti olan müqavilənin təmsilçi vasitəsi ilə bağlanması onun etibarlılığına təsir etmir. Digər tərəfdən istər məhkəmə iclasında İddiaçı tərəfindən verilmiş izahatdan, istərsə də *3 fevral 2*23-cü il tarixli ərizədən Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair etibarnaməyə imza edilərkən, Cavabdeh2 həmin mənzili bağışlamaq səlahiyyətinin verildiyinin notariat ofisinin əməkdaşları tərəfindən İddiaçı izah edildiyi, həmin etibarnamə ilə daşınmaz əmlakı bağışlamaq səlahiyyətinin Cavabdeh2 ötürüldüyünün İddiaçı əvvəlcədən məlum olduğu müəyyən edilir. Həmçinin İddiaçı məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 və sonuncunun arvadının ona və onun bacısına qarşı davranışları ilə əlaqədar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qaldıqlarını bildirmişdir. Qeyd olunan xüsusatlar isə İddiaçı tərəfindən 12 dekabr 2*19-cu il tarixli AR-İ seriyalı 85**16 nömrəli etibarnamənin verilməsi zamanı onun iradəsinin zədələnməsinə dəlalət edən hər hansı halın olmadığını göstərir. Həmçinin etibarnamə verilərkən Cavabdeh2, dolayısı ilə Cavabdeh1 iddiaçını aldatması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hazırda qanuniliyi mübahisələndirilən 15.*1.2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair 19.12.2*19-cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən verilməsini nəzərə alaraq, həmin əqdin etibarlılığının yoxlanmasını zəruri hesab edir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmiş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə olunmuş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. Həmçinin, iddiaçı cavabdehlə müqavilə bağlanarkən qanunla qorunan hüquq və maraqlarının pozulduğunu, eləcə də notariat qaydasında bağladığı müqavilədə ifadə olunan iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olmasını əsaslandıra və sübut edə bilməmişdir. Bununla da məhkəmə tədqiqi zamanı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair 19.12.2*19-cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunmasına dəlalət edən hər hansı hal müəyyən olunmamışdır.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.2, 337.4, 359.1, 359.4, 362.1, 362.2, 666.1, 668, 389.1, 389.2, 394, 4*7.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 217.4, 216-22*, 227, 358-36*, 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, subutlara düzgün hüquqi qiymət vermədən qətnamə çıxardır. Belə ki, Cəfərova (Məmmədova) Qəribə Balakişi qızı və İddiaçı doğma bacıdırlar, Cavabdeh1 isə bacısı oğludur. Cavabdehlər Orxan və Şəhriyar etibarından sui-istifadə etməklə, çirkin niyyətlərini həyata keçirmişlər. Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Gəncə şəhəri 2 saylı notariat ofisinin 19 dekabr 2*19-cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmış və bunun nəticəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən qabaqcadan planlaşdırılmış şəkildə iddiaçının etibarından sui-istifadə etməklə, aldatma yolu ilə etibarnamə əldə edərək, əmlakı ələ keçirmişlər. Notarius tərəfindən etibarnamə verilərkən, gələcəkdə bu etibarnamə hansı halda əmlaka təhlükə yarada biləcəyi barədə heç bir izahat verilməmişdir. Həmçinin əgər onun tərəfindən cavabdeh Orxan və arvadı Günələ etibarı olsa idi etibarnaməni bir başa onlara verərdi, cavabdeh Şəhriyar isə onunla heç bir qohumluq əlaqəsi olmayan şəxsdir və yalnız icraə müqaviləsinin bağlanması adı altında onun tərəfindən etibarnamə verilmişdir. Oxran Cəfərzadənin məhkəmə iclasında dindirilməsinə zərurət olduğu halda, vəsatəti təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmumuna uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi vəkil X4 apellyasiya şikayətini qəbul etməyərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasında yalnız Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 tərəfindən təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

2*. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

21. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

22. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

23. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

24. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

27. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

28. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

29. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 3*. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər..

38. Maddə 384.*.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

39. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 4*. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2*23-cü il tarixli 2(125)- 531/2*23 nömrəli qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və yeni qətnamə çıxarılararq iddia tələbi təmin olunmamalıdır.

45. İşin halları ondan ibarətdir ki, İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş əqdləri, o cümlədən almaq, satmaq, pulunu almaq, bağışlamaq, hədiyyə qəbul etmək və s. işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh2 12 dekabr 2*19-cu il tarixli etibarnamə əsasında etibar etmişdir. Cavabdeh2 isə İddiaçıBalakişi qızının əvəzinə Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Cavabdeh1 bağışlamış və bunun nəticəsində sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarış tərtib olunmuşdur. Hazırda İddiaçı 12 dekabr 2*19-cu il tarixli etibarnaməni və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışını mübahisələndirmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, Cavabdeh2 İddiaçı əvəzinə Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Cavabdeh1 bağışlanmasına dair 19 dekabr 2*19-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə də hüquqi qiymət vermişdir.

46. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda nəzərdə göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Hazırda işdən müəyyən olunur ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2*19-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə hüquqi qiymət vermiş, yəni əqdin qanunverilciyin tələblərinə uyğun şəkildə bağlanmasını və onun etibarsızlığına əsas olmadığı qərarına gəlmişdir.

47. Ona görə də kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, mübahisələndirilən 12 dekabr 2*19-cu il tarixli etibarnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunmasına əsaslar mövcud olmadığından irəli sürülən iddia rədd edilməlidir.,

48. İddia tələbi ilə bağlı ilk öncə kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

49. İşdən görünür ki, İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş əqdləri, o cümlədən almaq, satmaq, pulunu almaq, bağışlamaq, hədiyyə qəbul etmək və s. işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh2 12 dekabr 2*19-cu il tarixli etibarnamə əsasında etibar etmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilkin olaraq əqdlər və onun yaranması üçün əsas rol oynayan iradə ifadəsi ilə bağlı müddəalara nəzər yetirilməsini zəruri hesab edir. 5*. Belə ki, hüquqi müstəvidə əqdin mövcudiyyətinin əmələ gələ bilməsi üçün tələb olunan təməl şərtlər əqdin qurucu ünsürləri hesab edilir. Əqdin varlığı baxımından əsas qurucu şərt heç şübhəsiz olaraq iradə ifadəsidir. Ancaq nəzərə alınmalıdır ki, iradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, həm də hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Ümumiyyətlə “iradə” mücərrəd və subyektiv bir anlayış olsa da, lakin burada mahiyyət etibarı ilə hüquqi baxımdan şəxsin müəyyən bir məsələ barəsindəki niyyət və fikrini ifadə edir. Əqdləri əmələ gətirən əsas ünsür kimi “iradə ifadəsi” anlayışı: 1 - əqd bağlamaq barəsində fikir və niyyətin (yəni iradənin) formalaşması, 2 – bu niyyəti açıqlamaq istək və iradəsinin formalaşması, 3 - əqdi bağlamaq iradəsini açıqlayan hərəkətin icra edilməsi mərhələlərinin hamısını əhatə edir. Yəni əqdi əmələ gətirən iradə ifadələri bu üç xüsusatın üçünü də özündə ehtiva etməli olan ünsürlərdir. Nəzərə almaq lazımdır ki, şəxs (şəxslər) istədiyi üçün əqdlər hüquqi nəticə doğurur. Bu baxımdan da əqd arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsidir. Ona görə də etibarlı əqddən bəhs olunması üçün iradənin ifadə olunması (bəyan edilməsi), ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş olması, hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. Etibarnamənin hər hansı şəxsə münasibətdə hər hansı məsələ ilə bağlı verilməsi də birtərəfli əqdin bağlanması kimi qəbul olunmalıdır. Belə ki, birtəfli əqd bir mövqenin iradə ifadəsi nəticəsində əmələ gələn əqddir.

51. Qeyd olunalardan göründüyü kimi, İddiaçı iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarının heç biri olmadan Cavabdeh2 12 dekabr 2*19-cu il tarixli etibarnaməni vermişdir.

52. Həmçinin məhkəmə kollegiyası İddiaçı tərəfindən Cavabdeh2 verilmiş olduğu 12 dekabr 2*19-cu il tarixli etibarnaməni aldadılma, yəni onun etibarından sui-istifadə və ya vacib əhəmiyyətli yanılmanın təsiri halında verməməsinə xüsusi diqqət yetirilməli olduğunu qeyd edir. Beləki, vacib əhəmiyyətli yanılma dedikdə təsəvvürün həqiqətə uyğun olmaması, eləcədə həqiqəti bilməkdir, aldadılma dedikdə isə əqdin bir tərəfindən qəsdən səhv bir qənaət və təsəvvür əmələ getirərək əqdin bağlanmasına səbəb olmaqdır. Halbu ki, İddiaçı tərəfindən 12 dekabr 2*19-cu il tarixli etibarnamə verilən zaman sonuncunun iştirakı ilə notariat ofisində tərtib olunmuş və imzası ilə təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı daşınmaz əmlaka dair sərancam vermək hüquqlarının Cavabdeh2 keçməsi barədə iradə ifadəsini etibarnaməni öz imzası ilə təsdiq edərək ifadə etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh2 verilmiş olduğu 12 dekabr 2*19-cu il tarixli etibarnamənin etibarsız hesab olunması üçün heç bir hüquqi əsas mövcud deyil.

53. İddia tələbinin Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunmasına münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, tələb əsassız və qanunun tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14*-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdeh1 adına tərtib olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarış o zaman etibarsız sayıla bilər ki, həmin çıxarışın verilməsinə əsas olmuş əqd etibarsız olsun. Hazırki işdə isə, artıq yuxarıda qeyd edildiyi kimi, mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş bağışlama müqaviləsinin etibarsız sayılması barədə isə iddiaçı tələb irəli sürməmişdir.

54. Ona görə də kollegiya hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2*23-cü il tarixli 2(125)-531/2*23 nömrəli qətnaməsi ləğv olunmalı və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 55.Cavabdeh tərəfin hər hansı bir qanunsuz əməli müəyyən edilmədiyindən onların barəsində xüsusi qərar çıxarılması üşün heç bir hüquqi əsas yoxdur.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.2, 392, 393, 4*2, 4*3, 4*4 və 4*5-4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2*23-cü il tarixli 2(125)-531/2*23 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı etibarnamənin və çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə, ondan şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar