Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1232/2024 17.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkilləri) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-529/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkilləri) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 24 iyun 2023-cü il tarixli cinayət işinin rədd olunması haqqında qərarda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 102 xidmətinə zəng edərək Cavabdeh3 12000 manat borc verməsini göstərmişdir. Cavabdeh2 təhqiqiatda verdiyi izahatının məzmunundan aydın olur ki, 2022-ci ilin yayından noyabr ayına qədər iddiaçıdan hissəhissə ümumilikdə 10.000 manat borc pul almışdır. 2022-ci ilin dekabr ayına kimi 10000 manat pulun faizini ödəmişdir. İddiaçıya yalnız bir ildən sonra 10000 manat pulu ödəyə biləcəyini göstərmiş qalan 7000 manatın faiz olduğunu göstərmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 göstərdiyi xüsusatlara uyğun izahatlar vermişdir.
2. Tovuz rayon Polis Şöbəsinin araşdırma apardığı iş üzrə materiallardan görünür ki, Cavabdeh1 İddiaçı bacısı Cavabdeh2 ilə birlikdə ümumilikdə 10000 manat pul almışlar. İddiaçı 7000 manatı faiz olaraq istəyir. Həmin materialda olan həm Cavabdeh1 izahatında, həm də Cavabdeh2 izahatında iddiaçıdan 10000 manat pulun alınması təsdiq olunur.
3. "xxxx" ASC-nin Cavabdeh1 məxsus kart məlumatlarına dair hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus 4169-7387-8880-4007 nömrəli bank hesabından 416973******8965 nömrəli kart (X5 adına olan) hesabına 2153 manat məbləğində pul köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 8000 manat pulun, Hüseynova Maisə qəzənfər qızından 4610 manat və Cavabdeh3 4800 manat borc aldıqları cəmi 17410 manat pulun və dövlət rüsumu üçün ödədiyi 142.23 manat pulun cavabdehlərdən məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə çxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin oktyabr-noyabr aylarında əşyalarını girov qoyaraq Bank Respublikadan 8000 manat kredit götürmüşdür. Cavabdeh1 sinif yoldaşıdır, o kredit aldığı vaxt ondan borc pul istəmiş, cavabdeh sinif yoldaşı olduğundan ona inandığına və etibar etdiyinə görə 8000 manat borc pul vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən 8000 manat borcu Xırdaxanım bir neçə aya qaytarmalı idi. Borc pulu Xırdaxanımdan istədikdə o bildirmişdir ki, pulu bacısı Cavabdeh2 vermişdir. Bacısı da pulu Bakı şəhərində başqasına sələmə vermiş və qaytarıb ala bilməmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh2 ona zəng edərək 8000 manatı ona qaytarmaq üçün onun evinin sənədləşməsinə əlavə pul lazım olduğunu və mənzili satdıqdan sonra borcunu qaytaracağını bildirmişdir. Sinif yoldaşının bacısı olduğuna görə ona inanmış, mənzilin sənədləşdirilməsi üçün ayrı-ayrı vaxtlarda 110 manat, 900 manat, 600 manat, 1000 manat, 1000 manat, 1000 manat olmaqla, pullar göndərmiş, sənədləşməyə cəmi 4610 manat pul vermişdir. Cavabdehə göndərdiyi pulları başqasından sələm götürüb vermişdir. Həmin pulu verdikdən bir neçə gündən sonra Cavabdeh3 ona zəng edərək bildirmişdir ki, ev sənədlərini gərək ilkin olaraq Binəqədi rayon Bələdiyyəsinə pul verib almaq üçün Mayisəyə əlavə olaraq 3000 manat lazımdır ki, sənədi lap tez alsın. Yenidən sələm götürməklə Esmiraldaya 3000 manat pul vermiş, sonradan sənədləşmə adı ilə ondan 900 manat, 600 manat, 300 manat olmaqla, pul istəmiş, həmin pulları da terminal vasitəsi ilə Esmiraldaya göndərmişdir. Pulları cavadehlər ona qaytarmadığına görə Tovuz rayon Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində cavabdehlər izahatlarında ona cəmi 10.000 manat borcları olduğunu göstərmişlər. 8000 manat verdiyi puldan əlavə sələm götürdüyü əlavə pullara faizlər ödəmişdir. Ümumilikdə cavabdehlərin ona 17410 manat borcu var və hələ də özü banka həmin pullara görə kredit ödəyir. Cavabdehlər vəd etsələr də, borclarını ödəmək istəmirlər.
6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-529/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev), iddianın qismən təmin edilməsi, Cavabdeh1 8000 manat, Cavabdeh2 2000 manat, Cavabdeh3 1500 manat məbləğində borc pul və 124,50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddia məbləği işdə olan sübutlarda ziddiyətli olduğu açıq aşkar müəyyən olunur. Belə ki, iddiaçı ilkin olaraq 8000 manat borc pul verdiyini, təhqiqat materiallarında, şikayət ərizəsində 12000 manat borca pul verdiyini qeyd edir. Cinayət işinin rədd olunması barədə qərarda cavabdehlər onlara verilən borc pulun faizlə olduğunu göstərsə də, iddiaçı bu halla bağlı məhkəmə iclasında fikir bildirməmiş, məhkəməyə tədqiq olması üçün sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı cavabdehlərə verilən borc pulu başqasından faizlə aldığı barədə məhkəməyə heç bir dəlil təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim olunan izahatlar ziddiyətli olmaqla onun cavabdehlərə konkret hansı məbləğdə borc pul verilməsi halı təsdiq olunmur. Cavabdehlər X3 və Cavabdeh2 isə təhqiqatda verdikləri izahatlarında iddiaçıya 10.000 manat borcu olmaları faktını etiraf etmişlər və borclarını bir ilə ödəyəcəklərini öhdələrinə götürmüşlər. İş üzrə cavabdehlər iddiaçıya faizlə pul ödədiyini qeyd etsələr də, bu barədə məhkəməyə sübut təqdim etməmişdirlər. Göründüyü kimi, iddiaçının cavabdehlər X1 və Cavabdeh2 10000 manat verməyi inkar olunmur. İddiaçı isə cavabdeh X1 8000 manat pul verdiyini bildirir. Göründüyü kimi, həmin pulun 8000 manatı cavabdeh X1 verilmişdir. Belə olan halda 10000 manatın digər 2000 manat hissəsinin Cavabdeh2 verilməsi aydın olur. Həmçinin işdə olan qəbzlərlə sübut olunur ki, İddiaçı Cavabdeh3 900 manat və 600 manat olmaqla, cəmi 1500 manat pul köçürmüşdür. İddia tələbində olan 4800 manat puldan qalan 3300 manat hissəsi sübuta yetmir. Məhkəmə işdə olan sübutların müqayisəli tədqiqinə qiymət verərək hesab edir ki, Cavabdeh1 iddiaçıya 8000 manat, Cavabdeh2 iddiaçıya 2000 manat, Cavabdeh3 iddiaçıya 1500 manat borcu qalmışdır. Pulun qalan hissəsinin cavabdehlərə verilməsi məhkəmə iclasında sübuta yetirilməmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 və 739.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 119.2 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkilləri) Vəkil apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 529/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı, ilkin olaraq polisə verdiyi məlumatda Esmiraldaya 12000 manat pul verməsi barədə məlumat verir. Sonradan izahatında Xırdaxanıma 8000 manat verdiyini iddia edir. Daha sonra pul məbləğini 17000 manata kimi artırmışdır. Təzyiq göstəmək üçün polisə müraciət etmişdir. Verilmiş pul məbləğləri ilə bağlı iddiaçı hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Cəmi 1500 manat pulun qəbzi təqdim olunmuşdur. Qeyd olunan pul məbləği süni şəkildə şişirdilmişdir. Qətnamədə qət edilən pul məbləğlərini isə hakim öz mülahizəsinə əsasən bölmüşdür. Bu isə tamamilə qanunsuzdur. Qətnamədə qeyd edilir ki, “Məhkəmə hesab edir ki, iddia məbləği işdə olan sübutlarda ziddiyyətli olduğu açıq aşkar müəyyən edilir.” “Göründüyü kimi iddiaçı tərəfindən təqdim olunan izahatlar ziddiyyətli olmaqla iddiaçının cavabdehlərə nə qədər pul verməsi təsdiq olunmur.” Bunları məhkəmə özü qeyd etdiyi halda iddia necə əsaslı ola bilər??? Təsdiq olunmadığı halda hakimin, polisin sənədlərinə əsasən 10000 manat pul məbləğini əsas götürərək, gözəyarı, ehtimal olunaraq bölüşdürülməsi tamamilə qanunsuzdur. Məhkəmə polisin qərarına istinad edərək qeyd edir ki, “Hüseynova 10000 manat pulu inkar etməmişdir.” Bu o demək deyil ki, iddiaçının Xırdaxanıma 8000 manat pul verməsi artıq sübuta yetmiş olur??? Polis araşdırması zamanı iddiaçı anası Mahidənin 2000 manat pulu Xırdaxanıma verməsini izahatında bildirmişdir. Polisin araşdırması özlüyündə ziddiyyətlərdən ibarətdir. Bu və sair kimi anlaşılmayan, qarışıq, qanunsuz pul tələbi barədə iddia qıldırılması iddianın əsassız olmasının sübutudur. Qətnamə qəbul edilərkən məhkəmə tərəfindən çoxsaylı maddi və prosessual pozuntulara yol verilmişdir. Təkrar qeyd etmək istəyirlər ki, məhkəmədə qaldırılmış tələbin, məhkəmə iclasında heç bir sübutu olmamasına baxmayaraq, iddianın təmin edilməsi, məhkəmənin işə obyektiv yanaşmaması, qərəzli mövqedə olmasından irəli gəlir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkilləri) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Başqa heç bir borc müqaviləsi olmamışdır. İddia tələbində göstərilənlərin heç bir əsası yoxdur. Cavabdeh1 tərəfindən bütün ödənişlər iddiaçı tərəfindən göndərilmiş kart hesablarına ödənilmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehlərə 17.000 manat borc verildiyini bildirsə də, buna dair sübut təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, 2022-ci ilin oktyabr-noyabr aylarında əşyalarını girov qoyaraq "xxxx" ASC-dən 8000 manat kredit götürmüşdür. Cavabdeh1 sinif yoldaşıdır, o kredit aldığı vaxt ondan borc pul istəmiş, cavabdeh sinif yoldaşı olduğundan ona inandığına və etibar etdiyinə görə 8000 manat borc pul vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən 8000 manat borcu Xırdaxanım bir neçə aya qaytarmalı idi. Borc pulu Xırdaxanımdan istədikdə o bildirmişdir ki, pulu bacısı Cavabdeh2 vermişdir. Bacısı da pulu Bakı şəhərində başqasına sələmə vermiş və qaytarıb ala bilməmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh2 ona zəng edərək 8000 manatı ona qaytarmaq üçün onun evinin sənədləşməsinə əlavə pul lazım olduğunu və mənzili satdıqdan sonra borcunu qaytaracağını bildirmişdir. Sinif yoldaşının bacısı olduğuna görə ona inanmış, mənzilin sənədləşdirilməsi üçün ayrı-ayrı vaxtlarda 110 manat, 900 manat, 600 manat, 1000 manat, 1000 manat, 1000 manat olmaqla, pullar göndərmiş, sənədləşməyə cəmi 4610 manat pul vermişdir. Cavabdehə göndərdiyi pulları başqasından sələm götürüb vermişdir. Həmin pulu verdikdən bir neçə gündən sonra Cavabdeh3 ona zəng edərək bildirmişdir ki, ev sənədlərini gərək ilkin olaraq Binəqədi rayon Bələdiyyəsinə pul verib almaq üçün Mayisəyə əlavə olaraq 3000 manat lazımdır ki, sənədi lap tez alsın. Yenidən sələm götürməklə Esmiraldaya 3000 manat pul vermiş, sonradan sənədləşmə adı ilə ondan 900 manat, 600 manat, 300 manat olmaqla, pul istəmiş, həmin pulları da terminal vasitəsi ilə Esmiraldaya göndərmişdir. Pulları cavadehlər ona qaytarmadığına görə Tovuz rayon Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində cavabdehlər izahatlarında ona cəmi 10.000 manat borcları olduğunu göstərmişlər. 8000 manat verdiyi puldan əlavə sələm götürdüyü əlavə pullara faizlər ödəmişdir. Ümumilikdə cavabdehlərin ona 17410 manat borcu var və hələ də özü banka həmin pullara görə kredit ödəyir. Cavabdehlər vəd etsələr də, borclarını ödəmək istəmirlər. Bundan əlavə cavabdehlərə pulun verilməsi barədə sübutları yoxdur, lakin cavabdehlər polis orqanında verdiyi izahatlarda pulu almalarını etiraf etmişlər.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, İddiaçı ilə əvvəllər nisyə qızıl-alqı satqısı etmişdir. Sonradan iddiaçıdan təxminən 1700 man, 1300 man, 1600 manat, umumilikdə cəmi 5000 manat borcu olmuş, borcunu tam qaytarmışdır. İddiaçıya borcu olmadığı üçün iddianın rədd edilməsini xahiş etmişdir.
15. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Onlar nümayəndə və vəkil ilə təmsil olunmuşlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
20. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
21. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdehlər qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1 Tovuz RPŞ-də verdiyi izahatında bildirmişdir ki, o, 2023-cü ilin iyun ayında İddiaçı bir neçə dəfəyə cəmi 5.000 manat məbləğdə borc pul sələmə almışdır. Lakin, Cavabdeh1 tərəfindən həmin pul məbləği iddiaçıya qaytarılmamışdır.
35. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən haqlı olaraq Cavabdeh1 borc verilməsini müəyyən etsə də, borcun məbləğini düzgün müəyyən etməmişdir.
36. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
37. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
38. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
39. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
40. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
41. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
42. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
43. Belə ki, hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verilməsi, verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
44. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman İddiaçı iddiasının əsası kimi, ibtidai istintaq orqanının qərarını birinci instansiya məhkəməsinə təqdim etmişdir.
45. Nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
46. İş materiallarında olan Cavabdeh1 Tovuz RPŞ-də verdiyi izahatında bildirmişdir ki, ...“O, 2023-cü ilin iyun ayında Tovuz şəhəri parkında Gülxanımdan 2000 manat, ondan bir ay sonra əlavə 1300 manat faizlə pul almış, təxminən iki ay sonra 1700 manat pul almaqla ümumilikdə Gülxanımdan 5000 manat faizlə pul almışdır. Bacısı Mayisə hissəhissə olmaqla faizlə 5000 manat borc almışdır. İkisinin birlikdə Gülxanıma cəmi 10000 manat borcları vardır.”
47. Göründüyü kimi, ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materialları zamanı iddiaçı Cavabdeh1 ümumilikdə 8000 manat məbləğində pulun verilməsini bildirmişdir. Cavabdeh1 isə polis orqanında verdiyi izahatda həmçinin məhkəmə kollegiyasının iclasında 5000 manat məbləğində pulu iddiaçıdan borca götürdüyünü bildirmişdir.
48. Lakin iddiaçı tərəf israrlı olaraq bildirir ki, Cavabdeh1 8000 manat məbləğində borca pul vermişdir. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında verdiyi izahatda da, pulun verilməsi barədə sübutlarının olmadığını, ancaq cinayət işinin rədd edilməsi haqqında qərarda cavabdehlərin etiraf etdiyini bildirmişdir. Kollegiya göstərir ki, iddiaçı qeyd etdiyi məbləğdə borc verməsi özünün yalnız formal mülahizələrinə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
51. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
52. İddiaçının sübutları da Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar «əsaslı şübhədən kənar» sübut standartlarına uyğun deyildir.
53. Məhkəmə Kollegiyası tərəfindən verilmiş sorguya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin Cavabdeh1 məxsus kart məlumatlarına dair hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus 4169-7387-8880-4007 nömrəli bank hesabından 416973******8965 nömrəli kart (X5 adına olan) hesabına 2153 manat məbləğində pul köçürülmüşdür.
54. Göründüyü kimi, Cavabdeh1 məxsus kartdan İddiaçınin kartına ödəniş edilməsi öz təsdiqini tapmamışdır. Həmçinin Məhkəmə Kollegiyasında bir daha müəyyən olunmuşdir ki, Cavabdeh1 İddiaçı bir neçə dəfəyə 5000 manat borc almışdır. Həmin borcun qaytarılması barədə işdə heç bir sübut yoxdur.
55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
58. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
59. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə 8000 manat tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1 5000 manat alınıb İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edilərək borc məbləğində dəyişdirildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə 105 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir.
61. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilmiş hissəsində 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti həmin hissələr üzrə verilə bilməz.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.3, 392, 393, 402.1, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkilləri) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-529/2024 nömrəli qətnaməsi – Cavabdeh1 8000 manat alınıb İddiaçı verilməsi - hissəsində dəyişdirilsin. Həmin hissə üzrə Cavabdeh1 5000 (beş min) manat alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 105 (yüz beş) manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddianın təmin edilmiş hissəsindən kassasiya şikayəti verilə bilməz və qətnamə həmin hissədə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən iddianın Cavabdeh1 aid hissəsindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.