Məhkəmə qərarları › İş №2(104)-1272/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1272/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1272/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC (ləğv prosesində olan) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X3 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə və maraqlı şəxslər Maraqlı şəxs1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin üzərində bankın ipoteka yüklülüyünün bərpa edilməsi tələbinə dаir mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 01 may 2025ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadından (iş üzrə icraatın dayandırılması) maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 İmamverdi qızı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X3 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə və maraqlı şəxslər Maraqlı şəxs1 və qeyrilərinə qarşı Tovuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X3 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsi tərəfindən Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışın ləğv edilməsi, Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov kücəsi 85 (köhnə 49) ünvanında yerləşən fərdi yaşayış evinin üzərində bankın ipoteka yüklülüyünün bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 2(062)-629/2025 nömrəli qərardadı ilə (hakim S.Hacıyev) iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icrааtın dаyаndırılması qərara alınmışdır. İş üzrə icraatın dayandırılması hissədə qərardaddan ayrı-ayrılıqda maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 İmamverdi qızı şikayət verərək ləğv olunmasını xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin 20 may 2025-ci il və 23 may 2025-ci il tarixli, 2(062)- 629/2025 nömrəli qərardadları ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci madəsinə əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda, məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 258.1-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 258.2-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda da qeyd olunduğu kimi Tovuz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 2(062)-629/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edildiyi üçün, eksprt rəyinin alınmasınadək iş üzrə icraatı dayandırmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Hər iki şikayətin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər Tovuz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadının (iş üzrə icraatın dayandırılması hissədə) ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 255, 256, 258 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 İmamverdi qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(062)-629/2025 nömrəli qərardadı iş üzrə icraatın dayandırılması hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar