Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1273/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhraman oğlundan ibarət tərkibdə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 20000 (iyirmi min) manat pul vəsaitinin, ödədiyi 150 (yüz əlli) manat dövlət rüsumunun və ona hüquqi yardım göstərilməsi üçün vəkil xidmət haqqı üçün ödədiyi 220 (iki yüz iyirmi) manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Məmmədov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)- 1804/2023 nömrəli qiyabi qətnaməsinin ləğvinə dair ərizə verərək, həmin qiyabi qətnamənin ləğv edilməsini və mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, bir il müddətdir ki, Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. O, Rusiyaya xx.xx.2022-ci il tarixdə getmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. Bundan sonra isə Gəncə və Bakı şəhərlərində olmuşdur.Goranboy rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Goranboy RİPŞ-ə dəvət olunduqdan sonra xx.xx.2023-cü il tarixdə bilmişdir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsinə əsasən o, İddiaçı 20000 manat pul ödəməlidir. O, Azərbaycan Respublikasının ərazisində olmadığı üçün onun məhkəmə iclaslarından xəbəri olmamış və iclaslarda iştirak etməmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin e-2(045)-1804/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadı tam, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadı qismən, yəni Cavabdeh Goranboy Rayon Məhkəməsinin e-2(045)-1804/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunmasına dair şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsinin ləğvinə dair ərizəsi təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş Goranboy Rayon Məhkəsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Cavabdeh Goranboy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsinin ləğvinə dair ərizəsini təmin etməyərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iş materiallarında olan X2 Filialı tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli, 16/28 nömrəli arayışdan görünür ki Cavabdeh adına göndərilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)- 1804/2023 nömrəli qiyabi qətnaməsi xx.xx.2023-cü il tarixdə əmisi oğlu Məmmədov Vüsala verilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, Cavabdeh ərizəsində Rusiya Federasiyasından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra 29 və 30 noyabr 2023-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutları göstərməmişdir. Bundan başqa iş materiallarından göründüyü qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 3 ay müddət keçmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, işdə olan X2 Filialı tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli, 16/28 nömrəli arayışdan görünür ki Cavabdeh adına göndərilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsi xx.xx.2023-cü il tarixdə əmisi oğlu Məmmədov Vüsala verilmişdir. Cavabdeh isə ərizəsində göstərmişdir ki, onun ümumiyyətlə məhkəmə iclaslarından xəbəri olmayıb və o, həmin qətnaməni məhkəmədən ümumiyyətlə ala bilməmişdir. Belə ki, o, bir il müddətdir ki, Rusiya Federasiyasına getmiş və Rusiyada yaşamışdır. O, Rusiyaya xx.xx.2022-ci il tarixdə gedib xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. Bundan sonra isə Gəncə və Bakı şəhərlərində olmuşdur. Göründüyü kimi, cavabdeh məhkəmə qətnaməsinin ona rəsmi qaydada təqdim edilməsi məsələsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsi Cavabdeh əmisi oğlu tərəfindən qəbul edilmişdir ki, həmin şəxs cavabdehin ailə üzvü olmamaqla, bu hal qətnamənin cavabdeh tərəfindən rəsmi qaydada qəbul olunması kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, məhkəmə qətnaməsinin Cavabdeh qanunvericiliklə müəyyən olunmuş ailə üzvlərindən birinə və ya müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına rəsmi qaydada verilməsinə dair heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 243-cü maddəsinə görə, qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 244-cü maddəsinə görə, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. İş materiallarından göründüyü kimi, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsi Cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməmişdir. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) müvafiq olaraq hər kəsin ayrılmaz hüquqlarından biri olan məhkəmə müdafiəsi hüququ ilə pozulmuş hüquqların səmərəli bərpasına, məhkəmələr vasitəsilə qanuni mənafelərin qorunmasına təminat verilir. Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmiş, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilmişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin İ hissələri). Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri kimi hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması göstərilmişdir. Konstitusiyanın 127-ci, habelə Mülki Prosessual Məcəllənin 9.1-ci maddələrinə uyğun olaraq, məhkəmə icraatı tərəflərin hüquq bərabərliyinə, çəkişmə prinsipinə əsasən həyata keçirilir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8 və 10-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu iddiaçı ilə yanaşı cavabdehin də bərabər hüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanlarının olması anlamına gəlir. Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə qiyabi qətnamə qəbul edilərkən ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi və çəkişmə prinsipi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadı tam, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadı qismən, yəni Cavabdeh Goranboy Rayon Məhkəməsinin e-2(045)-1804/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunmasına dair şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)- 1804/2023 nömrəli qiyabi qətnaməsinin ləğvinə dair ərizəsi təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş Goranboy Rayon Məhkəsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Cavabdeh şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadı tam, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1804/2023 saylı qərardadı qismən, yəni Cavabdeh Goranboy Rayon Məhkəməsinin e-2(045)- 1804/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunmasına dair şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Cavabdeh Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)- 1804/2023 nömrəli qiyabi qətnaməsinin ləğvinə dair ərizəsi təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1804/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün iş Goranboy Rayon Məhkəsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1273/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1273/2024
23.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver