Məhkəmə qərarları › İş №2(104)-1279/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1279/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1279/2025 15.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(062)- 847/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 15 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən Cavabdeh 1500 manat borc verilmiş, lakin sonuncu borcunu qaytarmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1500 manat və 36 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2024-cü ilin may ayında ondan 1500 manat borc almışdır. Həmin pulu cavabdeh ona qaytaracağına dair söz versə də, bu günə qədər müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırmışdır. Bu barədə cavabdeh ilə aralarında olan telefon danışıqları və yazışmaları vardır.

4. Tovuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(062)-847/2025 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia təmin edilərək, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 36 (otuz altı) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 425.1, 442, 739, 740.2 və 742.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı sələm verən kimi tanımışdır. Bir gün onun yanında ezama gələn H/Q X1 uşağının xəstə olduğunu bildirmiş, o, isə İddiaçı 400 manat pul alaraq Quliyev Elçinə vermişdir. Faizi ilə birlikdə 520 manat pul qaytarmışdır. Bundan təxminən 2 ay sonra İddiaçı pul verəcək sələm borcu olan silahdaşı Məhərrəm Quluyev ona “sənə pul versəm İddiaçı verərsən” demişdir. Bu pul öz aralarında olub bu zaman İddiaçı zəng etmişdir ki, Məhərrəm Quluyev pul vermiş və ona çatacaq görüşək onu versin. O, telefon vasitəsi ilə Raufla danışan zaman yanında olan Elçin Quluyev demişdir ki, həmin 1500 manatı o götürməsi üçün Raufdan soruş Rauf telefondan eşitmiş və pulu Elçin Quluyevin götürməsini demişdir. Öz aralarında razılaşaraq pulu cavabdeh olmadan özünün yəni Raufun razılığı ilə sələm olaraq X3 vermiş və 4 ay 100 manata 15 manat faiz olmaqla vermişdir. Ümumilikdə 900 manat pul vermişdir. X8 heç kimə bildirmədən ordu sıralarından təxris olunmuş və telefon nömrəsinə zəng çatmamışdır. Bunu da qeyd etmişdir ki, X5 iş yerində bir neçə nəfərə yalan danışaraq, aldadaraq borc pul almış, kreditə zamin qoymuş, bir neçə taksi sürücüsünü, ərzaq mağazalarını aldatmışdır. Eləcə də onun özündən də borc pul almış və aldadaraq getmişdir. Telefonuna zəng çatmamış və bu aralarda Raufda onu axtarmağa başlamışdır. X4 axtarmaq üçün əlindən gələni etsə də tapa bilməmişdir. Bir neçə ay belə davam etmiş və sonra iddiaçı Elçinə verdiyi sələmin faizini ondan isdəmişdir. O, bildirmişdir ki, pulu ondan o, almamışdır. Rauf cavabında isə ona maraqlı deyil demiş və ona çay evlərinin birində hədə-qorxu gəlmişdir. O, Tovuz RPŞ-nə bununla bağlı müraciət etmişdir. O, hərbi qulluqçu olduğuna görə məhkəmədə iştirak etməyi üçün hərbi hissəyə rəsmi bildiriş göndərilməsini tələb etmişdir. Buna baxmayaraq hərbi hissəyə heç bir bildiriş gəlməmiş, gəlibsə də ona bildirilməmişdir. İddiaçı sələmə pulu X3 vermiş və X2 hərbi vəsiqəsini girov olaraq götürmüşdür. İddiaçı bir sələmə pul verəndir. Bunu təsdiq edəcək bir neçə şahidi var. İddiaçı ilə heç bir qohumluğu, ailəvi, nə də şəxsi münasibətləri yoxdur. Bir hərbi qulluqçu olaraq sələmçi İddiaçı ondan pul tələbinə qanun çərçivəsində baxılmasını xahiş etmişdir. Ona sübut olaraq səs yazıları, telefon danışıqlarını əsas bildirilmiş, həmin səs yazılarının dinlənilməsini, telefon yazılarına baxılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, qarşı tərəflə heç bir müqaviləsi yoxdur, qarşı tərəfə heç bir sələm borcu yoxdur. Tovuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(062)-847/2025 nömrəli qətnaməsi qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh iş yoldaşının uşağının əməliyyatı üçün ondan pul istəmişdir. O da cavabdehə 1500 manat borc vermişdir. Lakin, cavabdeh sonradan bildirmişdir ki, borc alan şəxs pulu qaytarmır və telefonlara cavab vermir. O da öz növbəsində cavabdehə söyləmişdir ki, pulu ona verdiyi üçün ondan tələb edir. Bundan sonra o, məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində üç dəfə məhkəmə iclası olmuş, amma cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. O, məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehi çayxanada görmüş, cavabdehə pulu qaytarmasını, aralarındakı münasibətin pisləşməsini isdəmədiyini, xəstə olduğunu bildirmişdir. Cavabdeh isə əsassız olaraq onun barəsində polis şöbəsinə şikayət etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

14. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 1500 manat borc verilmişdir. Lakin, cavabdeh tərəfindən borc qaytarılmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

27. Məhkəmə kollegiyası iddianın təmin edilməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

28. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1500 manat borc pul verilmişdir. Bu hal Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapmışdır. Cavavdehin arqumenti ondan ibarətdir olmuşdur ki, həmin vəsaiti özü üçün yox İddiaçıın razılığı ilə sələm olaraq Elçin adlı şəxsə vermək məqsədilə iddiaçıdan almışdır.

29. Kollegiya göstərir ki, iddiaçı tərəfindən borcun cavabdehə verilməsi sübuta yetirildiyinə görə, yuxarıda qeyd olunan olunan halın mövcudluğunu sübut etmə öhdəliyi də Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Lakin, cavabdeh qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

30. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(062)-847/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar