Məhkəmə qərarları › İş №2(104)-1280/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1280/2023

14.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1280/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Cehiz əşyalarının çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)- 169/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli notarial qaydada təsdiq olunmuş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Nikah haqqında arayışdan görünür ki, Cavabdeh2 ilə X1 nikahı 25 yanvar 2022-ci il tarixdə Qazax Rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir.

3. Qazax Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(023)-1078/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 Haqverdi oğlunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

4. Qazax rayon Notariat Ofisində tərtib olunmuş 09 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində olan ona aid qoşmada əlavə olunmuş bütün cehiz əşyalarını əri Cavabdeh2 istifadəsinə vermişdir. Qeyd olunanlarla əlaqədar artıq həmin əşyaların mülkiyyətçisi o olmadığı üçün onun 2(023)-1755/2022 nömrəli mülki iş üzrə iddiaya cavab verməli olmayan şəxs olmağının nəzərə alınması xahiş olunmuşdur. Ərizəyə əlavə olunan əşyaların siyahısı: 1 ədəd dolab, 1 çarpayı, 1 ədəd termo güzgülü, 1 ədəd böyük servant, 1 ədəd kiçik servant, 1 ədəd güzgülü termo, 1 ədəd divan, 2 ədəd divan üçün yastıq, 2 ədəd kreslo, 1 ədəd yazı stolu, 1 ədəd qabaq stolu, 8 ədəd stul, 3 ədəd lüstür, 1 ədəd yataq otağı üçün pərdə, 3 ədəd zal üçün pərdə, 1 ədəd orta ölçülü gəvə, 1 ədəd kiçik ölçülü dörd künç gəvə, 1 ədəd güldan, 4 ədəd vaza, 1 ədəd çayni serviz, 1 ədəd krafinka və 6 ədəd stakan, 2 ədəd plov buludu, 6 ədəd dörd künc boşqab, 12 ədəd kiçik bakal, 1 ədəd tort qabı və 6 boşqabı ilə, 6 ədəd tort qabı, 11 ədəd qara naxışlı kasa, 6 ədəd kiçik sok qabı, 6 ədəd böyük 6 ədəd kiçikgöy rəngli sok bakalları, 6 ədəd xrustal sok bakalı, 2 ədəd şam qabı, 2 ədəd hündür şam qabı, 8 ədəd şüşə bakal, 1 ədəd 3 gözlü şam qabı, 2 ədəd böyük konfet qabı, 12 ədəd limon çəngəli, 6 ədəd ağ rəngli xrustal qab, 2 ədəd böyük konfet qabı, 2 ədəd kiçik səbət konfet qabı, 2 ədəd qənd qabı, 2 ədəd üç gözlü ləpə qabı, 2 ədəd böyük mürəbbə qabı, 4 ədəd xırda mürəbbə qabı, 1 ədəd gül qabı, 2 ədəd iri yaşıl rəngli konfet qabı, 1 ədəd böyük yaşıl güldan, 1 ədəd qızılı rəngdə böyük şam qabı, 2 ədəd salfetka qabı, 2 ədəd şirinçörək qabı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 1 ədəd meyvə qabı, 6 ədəd razetka, 9 ədəd nəlbəki, 12 çörək və 6 düz qabı, 4 ədəd ağ çaşqa, 4 ədəd karniz.

5. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1078/2022 saylı məktubundan görünür ki, iddiaçılar Cavabdeh2 və Kazımova (Mustafayeva) Sevda Eyvaz qızının cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən icra vərəqəsi icra edilməsi üçün Qazax Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

6. Qazax rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1078/2022 saylı icra sənədi üzrə icraatın başlanması və borclu İddiaçı 10 gün müddətinə icranı könüllü təmin etməsinin təklif edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, 1 ədəd dolab, 1 çarpayı, 1 ədəd termo güzgülü, 1 ədəd böyük servant, 1 ədəd kiçik servant, 1 ədəd güzgülü termo, 1 ədəd divan, 2 ədəd divan üçün yastıq, 2 ədəd kreslo, 1 ədəd yazı stolu, 1 ədəd qabaq stolu, 8 ədəd stul, 3 ədəd lüstur, 1 ədəd yataq otağı üçün pərdə, 3 ədəd zal üçün pərdə, 1 ədəd orta ölçülü gəvə, 1 ədəd kiçik ölçülü dörd künç gəvə, 1 ədəd güldan, 4 ədəd vaza, 1 ədəd çayni serviz, 1 ədəd krafinka və 6 ədəd stakan, 2 ədəd plov buludu, 6 ədəd dörd künc boşqab, 12 ədəd kiçik bakal, 1 ədəd tort qabı və 6 boşqabbı ilə, 6 ədəd tort qabı, 11 ədəd qara naxışlı kasa, 6 ədəd kiçik sok qabı, 6 ədəd böyük 6 ədəd kiçikgöy rəngli sok bakalları, 6 ədəd xrustal sok bakalı, 2 ədəd şam qabı, 2 ədəd hündür şam qabı, 8 ədəd şüşə bakal, 1 ədəd 3 gözlü şam qabı, 2 ədəd böyük konfet qabı, 12 ədəd limon çəngəli, 6 ədəd ağ rəngli xrustal qab, 2 ədəd böyük konfet qabı, 2 ədəd kiçik səbət konfet qabı, 2 ədəd qənd qabı, 2 ədəd üç gözlü ləpə qabı, 2 ədəd böyük mürəbbə qabı, 4 ədəd xırda mürəbbə qabı, 1 ədəd gül qabı, 2 ədəd iri yaşıl rəngli konfet qabı, 1 ədəd böyük yaşıl güldan, 1 ədəd qızılı rəngdə böyük şam qabı, 2 ədəd salfetka qabı, 2 ədəd şirinçörək qabı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 1 ədəd meyvə qabı, 6 ədəd razetka, 9 ədəd nəlbəki, 12 çörək və 6 düz qabı, 4 ədəd ağ çaşqa, 4 ədəd karnizin cavabdehlər tərəfindən onun ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun oğlu Cavabdeh2 həyat yoldaşıdır. Onlar 2019-cu ildə el adəti ilə evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər, birgə evliliklərindən bir uşaqları doğulmuşdur. Cavabdehlər evləndikdən bir müddət sonra onun yanında yaşasalar da, aralarında yaranmış mübahisəyə görə onun evindən çıxmışlar, artıq bir ildən çoxdur ki, başqa ünvanda yaşayırlar. Cavabdeh gəlin köçərkən gətirdiyi cehiz əşyaları ona məxsus evdə qalmışdır, dəfələrlə cavabdehlərə həmin əşyaları aparmalarını desə də, onlar buna məhəl qoymurlar və əşyaları evdən çıxarmırlar. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2012-ci il tarixli, Seriya MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir. Cehizlərin çıxarılması ilə bağlı Mediasiya şurasına müraciət etmiş, lakin bir nəticə əldə edə bilməmişdir. Cavabdehlərin əşyalarının onun evində qalması onun mülkiyyət hüquqlarını pozur. Bu baxımdan cavabdehin əşyalarının evdən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıdır.

9. Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-169/2023 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov), iddianın təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 181.1 və 182.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4, 218.3, 216-220 və 227-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-169/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh1 onun evinə yaşayış hüquq tanınmamış və evə köçürülməsi müəyyən edilməmişdir. Cavabdehin cehiz əşyalarının onun evində saxlanılması onun mülkiyyət hüququnu pozur. Həmçinin, Cavabdeh2 onun evinə cehiz əşyaları ilə köçürülməsi müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, evdə olan əmlakın ona məxsus olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İş üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

26. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, işin müəyyən olunmuş hallarına görə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehlərlə mübahisəli evdə yaşamışdır. Cavabdehlər Cavabdeh2 iddiaçının doğma oğlu, digər Cavabdeh1 isə onun gəlinidir. Cavabdeh1 digər Cavabdeh2 ilə xx.xx.2019-cu ildə qeyri-rəsmi olaraq el adəti ilə evlənmiş və iddiaçıya məxsus olan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Ona məxsus olan cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Daha sonra cavabdehlər xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Tərəflər bir müddət həmin evdə birgə ailə şəraitində yaşamış, lakin tərəflər arasında ailədaxili narazılıqlar mütəmadi xarakter almış və nəticədə Cavabdeh2 bir müddət kirayədə yaşamışdır. Buna görə də cavabdehlər Cavabdeh2 və Kazımova (Mustafayeva) Sevda Eyvaz qızı İddiaçı qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinə müraciət etmişlər. Qazax Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(023)-1078/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 Haqverdi oğlunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya instansiyası qaydasında şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin, Qazax rayon Notariat Ofisində tərtib olunmuş 09 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində olan ona aid qoşmada əlavə olunmuş bütün cehiz əşyalarını əri Cavabdeh2 istifadəsinə vermişdir. Qeyd olunanlarla əlaqədar artıq həmin əşyaların mülkiyyətçisi o olmadığı üçün onun 2(023)-1755/2022 nömrəli mülki iş üzrə iddiaya cavab verməli olmayan şəxs olmağının nəzərə alınması xahiş olunmuşdur. Ərizəyə əlavə olunan əşyaların siyahısı: 1 ədəd dolab, 1 çarpayı, 1 ədəd termo güzgülü, 1 ədəd böyük servant, 1 ədəd kiçik servant, 1 ədəd güzgülü termo, 1 ədəd divan, 2 ədəd divan üçün yastıq, 2 ədəd kreslo, 1 ədəd yazı stolu, 1 ədəd qabaq stolu, 8 ədəd stul, 3 ədəd lüstür, 1 ədəd yataq otağı üçün pərdə, 3 ədəd zal üçün pərdə, 1 ədəd orta ölçülü gəvə, 1 ədəd kiçik ölçülü dörd künç gəvə, 1 ədəd güldan, 4 ədəd vaza, 1 ədəd çayni serviz, 1 ədəd krafinka və 6 ədəd stakan, 2 ədəd plov buludu, 6 ədəd dörd künc boşqab, 12 ədəd kiçik bakal, 1 ədəd tort qabı və 6 boşqabı ilə, 6 ədəd tort qabı, 11 ədəd qara naxışlı kasa, 6 ədəd kiçik sok qabı, 6 ədəd böyük 6 ədəd kiçikgöy rəngli sok bakalları, 6 ədəd xrustal sok bakalı, 2 ədəd şam qabı, 2 ədəd hündür şam qabı, 8 ədəd şüşə bakal, 1 ədəd 3 gözlü şam qabı, 2 ədəd böyük konfet qabı, 12 ədəd limon çəngəli, 6 ədəd ağ rəngli xrustal qab, 2 ədəd böyük konfet qabı, 2 ədəd kiçik səbət konfet qabı, 2 ədəd qənd qabı, 2 ədəd üç gözlü ləpə qabı, 2 ədəd böyük mürəbbə qabı, 4 ədəd xırda mürəbbə qabı, 1 ədəd gül qabı, 2 ədəd iri yaşıl rəngli konfet qabı, 1 ədəd böyük yaşıl güldan, 1 ədəd qızılı rəngdə böyük şam qabı, 2 ədəd salfetka qabı, 2 ədəd şirinçörək qabı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 1 ədəd meyvə qabı, 6 ədəd razetka, 9 ədəd nəlbəki, 12 çörək və 6 düz qabı, 4 ədəd ağ çaşqa, 4 ədəd karniz.

34. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı evin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə hər hansı şəxsə aid əşyaların mənzilindən çıxarılmasını tələb etməyə haqlıdır.

35. Lakin, baxılan işin mahiyyəti üzrə həllinə təsir edən faktik hallarından biri ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmənin qətnaməsinə əsasən, iddiaçının yaşayış sahəsinə olan hüququ, cavabdehə məxsus olan əşyaların saxlanması ilə yüklüdür. Belə ki, yuxarıda qeyd olunduğu kimi Cavabdeh2 iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə vardır.

36. Qeyd olunan və mülki işin bütün faktiki hallarının aydınlaşdırılması üçün məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinə sorğu verilmiş, iddiaçılar Cavabdeh2 və Kazımova (Mustafayeva) Sevda Eyvaz qızının cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-1078/2022 nömrəli mülki iş materiallarına kollegiya tərəfindən baxış keçirilərək tədqiq edilmişdir.

37. Belə ki, Qazax Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(023)- 1078/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 Haqverdi oğlunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

38. Qazax rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1078/2022 saylı icra sənədi üzrə icraatın başlanması qərara alınmışdır.

39. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və icra sənədi icra edilməsi üçün icra orqanına göndərilərək icraata qəbul edilmişdir. Belə olan halda cavabdehin həmin yaşayış sahəsinə köçürülməsi isə onun həmin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu, bu da öz növbəsində cavabdehin özünə məxsus olan ev əşyalarını həmin evdə yerləşdirib saxlamaq hüququnu ehtiva edir.

40. Çünki, Cavabdeh2 iddiaçının evinə köçürülməsi haqqında iddia tələbinə dair Qazax Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad etməklə, Cavabdeh2 həmin evə köçüb yaşaması hüququnu tanımışdır.

41. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

42. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

43. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

44. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, Cavabdeh2 məhkəmə qətnaməsi ilə evə köçürüldüyündən və mübahisə predmeti olan əmlaklar hazırda onun istifadəsinə verildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir.

45. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

46. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar