Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1295/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1121/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1121/2023 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddianın təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat pulun alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh torpaq sahəsi almaq üçün həyat yoldaşı X3 ilə birlikdə ona yaxınlaşmışlar. Onunla aralarında olan razılğa əsasən ondan 5 sot torpaq sahəsi almışlar. Cavabdehdən qeyd olunan torpaq sahəsini almaq üçün ona 5000 manat pul ödənilmişdir. Buna baxmayaraq cavabdehin ona verdiyi torpaq sahəsi 3 sot olduğundan onunla aralarında olan razılıqları pozulmuş və ondan 5000 manat pulunu geri istəyərkən cavabdeh pulu qaytaracağını bildirsə də, hələ də onun 5000 manat pulunu qaytarmaqdan imtina edir. Bununla bağlı cavabdehə qarşı Göygöl rayon Polis şöbəsinə müraciət etsə də, polis orqanı tərəfindən ona mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 5000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulan müddətdə deyil, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəməyə müraciət etmişdir və nəticədə iddiaçı aralarında olan şifahi alqı-satqı müqaviləsinin bağlanmasından xeyli müddət keçdikdən sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. İddia müddəti ötürüldüyünə görə hazırki iddia tələbinin araşdırılmasına heç bir ehtiyac yoxdur və məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddiadan imtina edilməsi barədə qətnamə çıxarılması zəruridir. Odur ki, İddiaçı ona qarşı ondan 5000 manat məbləğində pul alınaraq iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası ilə bağlı iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə aralarında olan razılaşma 2016-cı ildə deyil 2013-cü ilin yaz aylarında olmuşdur. Belə olan təqdirdə iddiaçı 10 il müddətdən keçdikdən sonra hazırki ərizə ilə məhkəməyə müraciət etməklə, iddia müddətini ötürmüşdür. Həmçinin qeyd edilməlidir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən qabaq Göygöl rayon Polis Şöbəsinə ondan şikayət etmişdir, Göygöl rayon Polis Şöbəsində də, o, izahatında 2013-cü ildə iddiaçıya torpaq satdığını bildirmişdir. Bundan başqa iddiaçının qohumu olan məhkəmə iclasında şahid qismində ifadə verən X2 və digər şahid X1 tanımır və onlara torpaq satmamış və buna dair aralarında hər hansı bir razılaşma olmayıb. Həmin şahidlər iddiaçı tərəfindən öyrədilərək məhkəməyə gətirilmişlər ki, onun əleyhinə ifadə versinlər. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçı tərəfindən öyrədilmiş şahidləri dindirsə də, onun iddiaçıya pulu qaytarmağını təsdiq edəcək şahidlərin dindirilməsi barədə vəsatəti təmin edilməmiş, onun sözlərini iddianın etirafı kimi qəbul edərək, onun iştirakı olmadan və iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə almadan, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Bu hal isə işin birtərəfli aparılmasına dəlalət edir və sonda verilmiş qətnamənin əsassız olmasına gətirib çıxarır.. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına təkrar gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəblə bağlı olmasını təsdiq edən sübut məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. əlavə olaraq göstərdi ki, 0.05 ha torpaq sahəsinə görə pulu cavabdehə 2016-cı ildə və 3 dəfəyə - əvvəlcə 4000 manat, daha sonra isə 500 manat və 500 manat olmaqla ümumilikdə 5000 manat vermişdir. Satılan torpaq sahəsi ümumilikdə 0.10 ha olmuş, 0.05 ha hissəsinin pulunu ödəyərək o, almış, 0.05 ha hissəsini isə qohumu almalı idi. Cavabdeh daha sonra ondan həmin torpaq sahəsinə çıxarış alınması üçün əlavə olaraq 300 manat da istəmişdi. Həmin ərəfələrdə oğlu baş vermiş avto qəza nəticəsində avtomobildə yanaraq həlak olduğundan başı qarışmış, bir müddət cavabdehlə maraqlanmamışdı. Lakin sonradan cavabdehlə əlaqə saxlayanda çıxarışa görə alqı-satqını rəsmiləşdirə bilmədiyini, çıxarış hazır olduqdan sonra rəsmiləşdirəcəyinə söz verirdi. Təxminən bir il bundan əvvəl torpaq sahəsinə baxmağa gedəndə ona satılmış torpaq sahəsində qonşu tərəfindən tikinti aparıldığını görmüş, soruşduqda həmin torpaq sahəsinin Cavabdeh tərəfindən onlara satıldığını bildirmişdir. Artıq aldadıldığını başa düşdüyündən cavabdehə müraciət edərək pulunun qaytarılmasını tələb etməyə başlamış, lakin cavabdeh yenidən yalançı vədlər verməkdı davam etmişdir. Ona görə də cavabdeh tərəfindən aldadıldığını bilib polisə müraciət etmiş, polisdə isə ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Göygöl Rayon Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən icraatında olan HK-1/650 saylı material əsasında 01 may 2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, izahatı alınan Cavabdeh izahatında göstərmişdir ki, İradə Hüseynovanı və onun əri İddiaçı 2013-cü ildən tanıyır. Belə ki, 2013-cü ildə İradə Hüseynova və onun əri İddiaçı onun yaşadığı ünvana gələrək, torpaq sahəsi almaq istədiklərini bildirmişlər. Cavabdeh qeyd etmişdir ki, həmin zaman o, yaşadığı kəndin ərazisində yerləşən, özünə məxsus 35 sot kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini hissə-hissə, sotu 2000 (iki min) manatdan satmışdır. Bildirmişdir ki, İradə və əri Nizaməddin ona məxsus torpaq sahəsindən 5 sot hissəsini almaq istədiklərini, lakin 1800 manat pulunun olmasını, qalan pulu isə hissə-hissə verəcəklərini bildirmiş, o, da onlarla razılaşaraq 1800 manat pulu alıb özünə məxsus 35 sot torpaq sahəsindən 5 sotunu İradə və əri Nizaməddinə satmışdır. Cavabdeh qeyd etmişdir ki, bundan sonra İddiaçı hissə-hissə ona pul vermiş, belə ki, Nizaməddin ona ümumilikdə 5000 manat pul vermiş, 5000 manat isə borclu qalmışdır. Cavabdeh bildirmişdir ki, bundan təxminən 2 il sonra İddiaçı onun yaşadığı ünvana gələrək, oğlunun işlədiyi hərbi hissədə hadisə törətməsini bildirərək, ona kömək etməsini istəmiş, Cavabdeh də ona torpaq sahəsini satdıqdan sonra pul verə biləcəyini bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, o, İddiaçı ona verdiyi 5000 manat puldan 3650 manat pulu hissə-hissə ona geri qaytamış, 1350 manat borcu qalmış, İddiaçı qalan 1350 manat borcunu torpaq sahəsini satdıqdan sonra verəcəyini bildirmişdir. Cavabdeh sualları cavablandırarkən, İradə Hüseynovanın və onun əri İddiaçı ümumilikdə ona verdikləri 5000 manat puldan 3650 manatını hissə-hissə onlara geri qaytarmasını, hazırda 1350 manat borcunun qalmasını, 3650 manat pulu onlara geri qaytaran zaman yanında heç kimin olmamasını bildirmişdir Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh 2016-cı ildə Cavabdeh torpaq sahəsi almaq üçün onunla razılaşmış və 5 sot torpaq sahəsinə görə cavabdehə üç dəfəyə cəmi 5000 manat pul vermiş, lakin alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Cavabdeh satdığı torpaq sahəsinə çıxarışın alınması üçün vaxt lazım olduğunu bildirərək müxtəlif bəhanələrlə vaxtı uzatmış, təxminən bir il əvvəl torpaq sahəsinə baxmaq üçün gedəndə qonşu torpaq sahəsinin sahibinin cavabdeh tərəfindən ona satılmış torpaq sahəsində tikinti işi apardığını görmüş, soruşduqda həmin şəxs cavabdehin həmin torpaq sahəsini ona satdığını bildirmişdir. Ona görə də o, əvvəlcə polisə müraciət etmiş, polis orqanında aparılmış araşdırma zamanı cavabdeh iddiaçıdan aldığı 5000 manatdan 3650 manatı qaytardığını, qalan 1350 manatı da qaytaracağını bildirişdir. Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsalandırmışdır ki, İddiaçı Cavabdeh məxsus 5 sot torpaq sahəsinə dair aralarında şifahi alqı-satqı müqaviləsi bağlamışlar. Həmin vaxt İddiaçı Cavabdeh məxsus 5 sot torpaq sahəsini satın almasına görə ona 5000 manat məbləğində pul vermişdir. Sonradan cavabdehə məlum olmuşdur ki, iddiaçı ona satdığı torpaq sahəsi 3 sotdur. Ona görə onların aralarında olan razılaşma pozulmuş və alqı-satqı baş tutmamışdır. Bundan sonra iddiaçı cavabdehə verdiyi 5000 manat pulu tələb etsə də, cavabdeh hal-hazıra qədər həmin pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cavadeh Cavabdeh verdiyi izahatında iddiaçıdan pul almasını etiraf etmiş, lakin sözügedən pulun iddiaçıya hissə-hissə qaytarmasını, hazırda isə iddiaçıya cəmi 1350 manat borcu qalmasını bildirsə də, bunu məhkəmədə heç nə ilə sübüt edə bilmədi. Cavabdeh hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları ilə və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında torpaq sahəsinə dair şifahi alqı-satqı müqaviləsi 2016-cı ildə bağlanmışdır. Bundan sonra müxtəlif vaxtlarda və 2022-ci ildə həmin torpağa dair aralarında mübahisə yaranmışdır. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum pulun cavabdehdən tutulmasına dair iddianın tələb etmə müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf aralarında olan alqı-satqı müqaviləsinin baş tutmamasından sonra iddiaçıya olan borcunu etiraf etdiyindən iddia müddətinin axımı kəsilmiş və iddia müddəti yenidən başlamışdır. Bununla belə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı vaxtında məhkəməyə müraciət etmişdir, yəni pul tələbi üzrə iddia müddətinin keçməsi barədə cavabdehin ərizəsi əsassızdır. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürməmişdir Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə və iddiaçının hesabına 5000 (beş min) manat məbləğində əsassız varlandığlndan və cavabdeh 3650 manatını iddiaçıya qaytarmasına dair hər hansı sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq alqı-satqısı ilə bağlı cavabdehə 5000 manat pulu 2016-cı ildə vermiş olsa da, cavabdeh onu torpaq sahəsinə çıxarış alacağı bəhanəsi ilə uzun müddət aldatmış, iddiaçı aldadıldığını son dövrdə - ona satılmış torpaq sahəsində digər şəxs tərəfindən tikinti işləri aparıldığını gördükdən sonra başa düşmüş, ona görə də hüquq mühafizə orqanlarına müraciət etməyə başlamışdır. Cavabdeh isə polis orqanında izahatı alınanda iddiaçı tərəfindən ona 5000 manat verildiyini etiraf etmiş, lakin həmin puldan 3650 manatı qaytardığını göstərmişdir. Göründüyü kimi iddiaçı hüququnun pozulduğunu Göygöl rayon Polis şöbəsinə müracət etməzdən qısa müddət əvvəl başa düşmüş. Ona görə də hüququnun müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etmək zəruriyyətində qalmışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiqi barədə ərizəni təmin etməmıkdə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edərək izahat vermiş, cavabdehin vəsatəti ilə məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 16:00-a təxirə salınmış, tərəflər, o cümlədən cavabdeh məhkəmə iclasının vaxtı barədə məhkəmə bildirişinin kötüyünə imza etdirilməklə xəbərdar edilmiş olsa da, cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Göründüyü kimi birincin instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək üçün zəruri hərəkətləri etmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə kollegiyası maraqlı şəxsin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlilini əsassız sayır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1121/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1121/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1295/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1295/2024
28.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver