Məhkəmə qərarları › İş №2(104)-1305/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1305/2024

25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1305/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(062)-2224/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 6963,69 manat pulun və 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(062)-2224/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, “X1" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022- ci il tarixli, İK 4818nkTVZb/22saylı kredit müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh ümumi birgə öhdəliyi hesab edilən 13,927,38 manat məbləğində kredit borcunun ödənilən 5820 manat hissəsinin yarısı, 2910 (iki min doqquz yüz on) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Ödənilmiş dövlət rüsumunun 78 manat 20 qəpiyinin Cavabdeh alınaraq İddiaçı verilməsi; Dövlət rüsumunun iddiaçıya aid qalan hissədə özünə aid edilməsi; İddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə apellyasiya şikayətindən imtina barədə ərizə göndərərək, Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(062)- 2224/2023 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu qeyd etmiş və apellyasiya şikayətindən imtinanın məhkəmə tərəfindən qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsini müdafiə etdiyini və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, apellyasiya şikayətindən imtina edilməsinin hüquqi nəticələri ona məlumdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(062)-2224/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(062)-2224/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar