Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1308/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh “TOYOTA PRİUS HİBRİD” minik markalı “**-FE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində xx.xx.2025-ci il tarixədək İddiaçı “sürücülük hüququ olduqda idarə etmək, sərancam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq, bağışlamaq, qeydiyyta salmaq və ərizə vermək” səlahiyyətlərini etibar etmişdir.
2. Cavabdeh tərəfindən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə verilmiş izahatdan görünür ki, Cavabdeh izahatında xx.xx.2024-cü il tarixdə “Pirius” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 11300 manata satmasını bildirmişdir.
3. Məhkəmə kolegiyasının sorğusu əsasında əldə olunmuş Göygöl RPŞ-nin 77/2- 14730/25 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Toyota markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi xx.xx.2022-ci i tarixdən X6r.
4. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı Bərdəli olaraq yerlisi kimi tanıyır, Cavabdeh isə tanımır. O, maşın alverçisidir. Belə ki, Gəncə maşın bazarında maşın alıb-satır. Vaxtını dəqiq xatırlamadığı bir gün Gəncə maşın bazarına maşın satmaq üçün aparmış, həmin vaxt İddiaçı özünə məxsus “Chevrolet Cruze” markalı avtomobili razılaşıb təxminən 12000 manata satmışdır. Həmin vaxt İddiaçı onu Bərdəli kimi Gəncə maşın bazarında tanımışdır. İddiaçı ona “Pirius” markalı avtomobil almaq istəməsini və ticarətlə məşğul olacağını bildirmiş, bundan sonra onlar birlikdə İddiaçı “Pirius” markalı avtomobil axtarmağa başlamışlar, baxdığı avtomobillərin bəzisini Nicat bəyənməmiş, bəzilərində isə qiymətlə bağlı razılaşa bilməmişlər. Yanlarında tanımadığı bir nəfər alverçi onlara onun “Pirius” markalı avtomobil yerini bilməsini bildirmiş, İddiaçı həmin oğlana avtomobilə baxmaq istəməsini bildirdikdən sonra, həmin oğlan zəng vurmuş zəng vurduğu adam özünün maşın bazarının çölündə olan çayxanada olmasını bildirmiş, həmin vaxt İddiaçı onlardan tək qalmamasını üzərində 12000 manat pul olmasını bildirərək onunla avtomobilə baxmaq üçün getmələrini xahiş etmiş, bundan sonra onların hər üçü avtomobilə baxmaq üçün getmişlər. Avtomobilə baxmışlar, İddiaçı avtomobili sürmüş və ona bəyənməsini bildirmiş, o isə Nicata bəyənibsə götürməsini bildirmiş, avtomobilin cəriməsini yoxlatmışlar və cəriməsi olmamış, bundan sonra İddiaçı 11300 manat pulu sayaraq vermiş və avtomobili almışdır. Əlavə olaraq bildirmişdir ki, hazırda monitorda olan cavabdehə məxsus foto şəkildəki şəxsə İddiaçı 11300 manat onların yanında verərək avtomobili almışdır. Avtomobili aldıqdan təxminən 1-2 həftə sonra o, Gəncə Maşın Bazarında olarkən İddiaçı ona zəng vuraraq onun da, maşın bazarında olmasını bildirmiş, bundan sonra Nicat onun yanında avtomobili almış olduğu şəxsə zəng vurmuş, həmin şəxs maşın bazarında peraşki satılan yerdə olduğunu bildirmiş, bundan sonra o Nicatla birlikdə həmin yerə getmiş orada avtomobili aldıqları şəxs çox söhbətdən sonra Nicata narahat olmamasını Bakıda olan avtomobilin mülkiyyətçisi ilə görüşməsini 5-10 günə yoluna qoyacağını bildirmişdir. Həmin görüş təxminən avtomobili aldıqdan 2 həftə sonra olmuşdur.
5. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, İddiaçıla və Cavabdehla heç bir tanışlığı olmamışdır. Dostu Şahid2 ilə Gəncə Maşın Bazarına prado markalı avtomobil aparmışlar, Nicat bir Bərdəli kimi Məhərrəmi tanımış və ondan avtomobil bəyəndiyini ona baxmasını xahiş etmiş, Məhərrəm gedib isə baxacağını bildirmişdir. Onlar maşın bazarının çıxışında gedib avtomobilə baxmışlar, avtomobil yaxşı olmuş İddiaçı avtomobili almaq üçün 11300 manat pul vermiş və avtomobili götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, onun özü avtomobil alveri ilə məşğul deyil, maşın bazarına Məhərrəmlə elə-belə getmişdir. Avtomobil alındıqdan bir müddət sonra Nicat ona başına gələnləri danışmışdır. Hazırda monitorda olan cavabdehə məxsus foto şəkildəki şəxsə İddiaçı 11300 manat onların yanında verərək avtomobili almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11300 (on bir min üç yüz) manatı, 300 (üç yüz) manat dəymiş ziyan və ödədiyi 124 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində Cavabdeh adlı şəxslə görüşərək onda olan Toyota prius 2008 model olan 77-fe-435 dövlət qeydiyyat nişanlı avtomobil görmüş və öz aralarında razılaşaraq cavabdehə 11300 (on bir min üç yüz) manata pul vermiş, əlavə olaraq yolara 300 (üç yüz) manat pul xərcləmişdir. Bir həftədən sonra bilmişdir ki, ona verilmiş etibarnaməni ləğv etmişdilər. Dəfələrlə ödədiyi pulun geri qaytarılmasını cavabdehdən tələb etsə də, tələblərinə əhəmiyyət verməmişdir. Hesab edir ki, cavabdeh 11300 manat ödədiyi pulu və 300 manat pulu vurduğu ziyanı ona qaytarmalıdır.
8. Göygöl Rayon Məhkəməsinin 2(066)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11300 (on bir min üç yüz) manat məbləğində pul və məhkəmə xərci qismində 124 (bir yüz iyirmi dörd ) manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, avtomobil dövlət qeydiyyatana alınan daşınar əşya olduğundan və qanunvericilikdə göstərilən alqı-satqının aparılma qaydasına riayət olunmadan, tərəflər arasında avtomobilin alqı-satqı ilə bağlı razılaşma olmuş, alıcı olan iddiaçı razılaşma əsasında avtomobilin dəyərini cavabdehə ödəmiş, satıcı isə əşyanı təqdim etmiş, iş üzrə tərəflər həmin alqı-satqının gələcəkdə reallaşdırmaq üçün satıcı tərəfindən alıcıya avtomobillə bağlı ümumi huquqlardan istifadə edəbilməsinə dair etibarnamə vermiş və cavabdeh avtomobilin satış dəyərini 11300 manatı iddiaçıdan almış, bundan sonra avtomobilin mülkiyyətçisi etibarnamələri ləğv etdirmiş və mülkiyyətçi tərəfindən iddiaçıdan avtomobili geri almışdır. İddiaçı tərəfindən həmin 11300 manatın cavabdehə (satıcıya) ödənilməsi üçün tərəflər arasında müqavilə olmamışdır. Bununla da cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. İddiaçı nəqliyyat vasitəsinin satın alınması müqabilində cavabdehə 11300 manat pulun verildiyini iddia etmiş, məhkəmə araşdırması zamanı, məhkəməyə təqdim edilən cavabdehin izahatı, şahid ifadələri ilə iddiaçıdan nəqliyyat vasitəsinin satılması ilə əlaqədar 11300 manat məbləğində pulun cavabdehin aldığı təsdiqini tapır və müəyyən edilmiş hallar işin mübahisələndirilməyən hallarıdır. Tərəflər arasında şifahi bağlanmış alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız əqddir ki, Azərbaycan Republikası Mülki Mücəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir ki, daşınmaz əmlaka dair bağlanmalı olan müqavilələr notarial qaydada təsdiq olunmalıdır. tərəflər nəqliyyat vasitəsinin alğısatqısı ilə bağlı niyyətlərini rəsmiləşdirməmiş və iddiaçıya mülkiyyətçinin adından etibarnamə verilmişdir. Etibarnamə isə alğı-satqı müqaviləsini əvəz etməməklə bir şəxsin üçünçü şəxslər qarşısında təmsilcilik məqsədi ilə verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin etibarnamə verilməsi yolu ilə alğı-satqısı hüquqi nəticə yaratmamış və onların rəsmiləşdirilməmiş niyyətləri ilə bağlı tərəflərin şifahi razılaşmasına dair şifahi əqd etibarsız olmuşdur. Etibarsız əqdin nəticəsində isə cavabdeh əsassız varlanmışdır və özünündə də etiraf etdiyi kimi iddiaçıdan 11300 manat pul vəsaitini almışdır. Məhkəmə hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak (pul) əldə etmə ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilməlidir. Məhkəmənin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 144.1, 362.1, 425.1, 567, 650, 1091.1, 1091.2, 1092.1, 1092.1, 1093.1-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1, 1.2, 1.3-cü bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Göygöl Rayon Məhkəməsinin 2(066)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə razılaşıb onun özünün də, X1 etibarnamə ilə aldığı “TOYOTA PRİUS HİBRİD” minik markalı “**-FE-***” dövlət qeydiyyat nişanlı avtomobili 11300 (on bir min üç yüz) manata satmışdır. Aralarında olan şifahi alqı-satqı müqaviləsindən sonra “Mobil notariat” tətbiqi vasitəsilə 20 oktyabr 2024-cü il tarixdə 1 il müddətinə baş etibarnamə verməklə İddiaçı “sürücülük hüququ olduqda idarə etmək, sərancam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq, bağışlamaq, qeydiyyta salmaq və ərizə vermək” səlahiyyətlərini ona etibar etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya ondan etibarnamə ilə avtomobili aldıqdan sonra bir həftə ərzində həmin avtomobili mülkiyyətinə keçirməmiş və avtomobilin mülkiyyətçisi olan Azər Əlimirzəyev avtomobil üzrə verilmiş etibarnamələri ləğv etdirmişdir. Bundan sonra mülkiyyətçinin məhkəməyə müraciəti əsasında avtomobilin üzərinə həbs qoyulmuş, Toyota Pirus markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının sahibliyindən alınaraq mülkiyyətçiyə təhvil verilmişdir. Ona ödədiyi pulun qaytarması üçün müraciət etmiş, o, pulu verməkdən imtina etmiş, bundan sonra polis şöbəsinə müracit etmiş və polisdə izahat verərkən Toyota Pirus markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı satmağı müqabilində 11300 (on bir min üç yüz) manat pul almağını etiraf etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırmağı zəruri hesab edir ki, İddiaçı ona qarşı qaldırdığı “pul tələbinə dair” iddiası tamamilə əsassız olmuşdur. Belə ki, o, özünə məxsus olan (baş etibarnamə əsasında) Toyota Pirus markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya 11300 (on bir min üç yüz) manata satmışdır və bu barədə ona etibarnamə vermişdir. X2 etibarnamələri ləğv etdirməsindən isə onun xəbəri olmamışdır. O, hesab edir ki, yuxarıda qeyd edilənlər İddiaçı avtomobilin mülkiyyətçisi X3 ilə əlbir olaraq ona qarşı qurduqları qanunsuz bir plandan ibarətdir. Çünki hal-hazırda da, avtomobil iddiaçının özü tərəfindən idarə edilir, yəni onun özünün sahibliyindədir. İddiaçı bilərəkdən avtomobilin mülkiyyətçisi ilə əlaqə yaradıb onunla qabaqcadan razılaşmış, guya etibarnamənin ləğv edilməsi görüntüsü yaratdıqdan sonra yenidən özü üçün etibarnamə almaqla vicdansız hərəkətlər etmişdir. Yəni İddiaçı iddia ərizəsində göstərdikləri tamamilə şər böhtan xarakterli məlumatlar olmaqla həqiqəti özündə əks etdirməmişdir. O, hətta məhkəməni də, aldatmış və məhkəməyə yalan məlumatlar vermişdir. Birinci instansiya məhkəməsində üzürlü səbəbdən iştirak edə bilməmişdir və hesab edir ədalətli məhkəmə araşdırması hüququnu çəkişmə prinsipləri əsasında təmin edilməmişdir. Məhkəmənin gəldiyi yekun nəticə işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənləri nəzərə alaraq hesab edirəm birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan apellyasiya qaydasında ləğv edilməlidir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
20. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında Toyota prius 2008-ci il buraxılış ili **-FE-*** qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair razılaşma olmuş və İddiaçı 11300 manat pulu Cavabdeh vermişdir. Bundan sonra cavabdeh tərəfindən bununla bağlı “Mobil notariat” tətbiqi vasitəsilə 20 oktyabr 2024-cü il tarixdə 1 il müddətinə iddiaçıya baş etibarnamə vermişdir. Bundan sonra iddiaçı bir həftə ərzində həmin avtomobili mülkiyyətinə keçirməmiş və avtomobilin mülkiyyətçisi olan Azər Əlimirzəyev qeyd olunan avtomobil üzrə vermiş olduqları etibarnamələri ləğv etdirmiş, məhkəməyə müraciəti əsasında avtomobil üzərinə həbs qoyulmuş, Toyota Prius markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindən alınaraq mülkiyyətçisinə təhvil verilmişdir. İddiaçı hazırki iddia tələbi məhkəməyə müraciət edərək Cavabdeh 11300 (on bir min üç yüz) manatı, 300 (üç yüz) manat dəymiş ziyan və ödədiyi 124 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraraq qeyd edir ki, alqı-satqının aparılma qaydası mülki qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun olmamış, tərəflər arasında ümumiyyətlə alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, tərəflər arasında avtomobilin alqı-satqı ilə bağlı sadəcə razılaşma əldə edilmiş, iddiaçı həmin razılaşma əsasında avtomobilin dəyərini cavabdehə ödəmiş, satıcı isə əşyanı təqdim etmiş, iş üzrə tərəflər həmin alqı-satqının gələcəkdə reallaşdırmaq üçün satıcı tərəfindən alıcıya avtomobillə bağlı ümumi huquqlardan istifadə edə bilməsinə dair etibarnamə vermişdir. MM-nin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Lakin, avtomobilin mülkiyyətçisi etibarnamələri ləğv etdirmiş və mülkiyyətçi tərəfindən iddiaçıdan avtomobili geri almışdır. Beləliklə cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Kollegiya qeyd edir ki. belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 1091, 1092, 1093-cü məddələrinə istinad etmişdir.
37. Bundan başqa cavabdeh apellyasiya şikayətində Toyota Pirus markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda iddiaçının istifadəsində olmasının, avtomobilin mülkiyyətçisi ilə əlbir olmalarını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmin dəlilin araşdırılması üçün Göygöl RPŞ-dən əldə olunmuş məktubda qeyd olunmuşdur ki, Toyota markalı 77FE435 dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi xx.xx.2022-ci ildən X6r. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin həmin dəlilini də, əsassız hesab edir.
38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 2(066)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Göygöl Rayon Məhkəməsinin 2(066)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.