Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1361/2024 16.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1036/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş səs yazısı olan diskdə olan danışıqda İddiaçı Cavabdeh ona borc olaraq verdiyi 18 manat pulu tələb etməsi müəyyən edilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9600 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 116 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iş yoldaşı olmuşlar. Cavabdeh 2023-cü ilin may ayında qızı xəstə olduğu üçün ona pul lazım olduğunu demiş və ondan borc olaraq 4000 manat pul istəmişdir. Həmin pulu 2023-cü ilin sentyabr ayında qaytaracağını bildirmişdir. Münasibətləri normal olduğu üçün kömək məqsədi ilə bacısı Zərqələmdən 4000 manat pul alaraq cavabdehə vermişdir. Bundan iki gün sonra cavabdeh həkimə pulunun çatmadığını deyərək 2000 manat da, pul lazım olduğunu bildirmiş, o da, bacısı Zərqələmdən əlavə 2000 manat alaraq cavabdehə vermişdir. Bundan sonra cavabdeh yenidən 2023-cü ilin oktyabr ayında ona müraciət edərək oğlunun yıxıldığını və yenə pul lazım olduğunu demişdir. Ümumilikdə cavabdeh ondan aldığı 9600 manat pulu 2024-cü ilin yanvar ayının 10-na kimi qaytaracağına söz vermişdir. Həmin vaxt cavabdeh onu inandırmaq üçün evinin sənədlərini və ərinə məxsus avtomobilin açarlarını ona vermək istəmişdir. Avtomaşının açarlarını özünə qaytarmış və pulu 2024-cü ilin yanvar ayında qaytarmasını bildirmişdir. Cavabdeh pulu qaytarmadığı üçün xx.xx.2024-cü ildə ona zəng vurmuşdur. Lakin müxtəlif bəhanələrlə cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Hətta bu barədə cavabdeh ona özü əlyazma ilə qəbz vermişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Tovuz Rayon Məhkəməsinin 2(062)-1036/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1000 (bir min) manat məbləğdə pulun alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq büdcəyə ödənilmiş 116 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manatının əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə 2023-cü ilin may ayında 4000 və 2000 manat olmaqla 6000 manat borc verməsini bildirmişdir. Geri qalan məbləği isə 2023-cü ilin oktybar ayında verdiyin iddia etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı ümumilikdə 1000 manat borc almışdır. İddiaçı borc pul məbləğinin 9600 manat olmasını bildirsə də, məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, cavabdehin etiraf etdiyi məbləğin iddiaçı tərəfindən borc verilməsi nəticəsinə gəlinmişdir. Cavabdeh izahatında qeyd etmişdir ki, iddiaçıdan 1000 manat faizə pul almış və həmin faizi ilə birlikdə qaytarmışdır. Məhkəmə qeyd edir ki, əvvəla cavabdeh 1000 manat pulu iddiaçıya qaytarması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin iddiaçı da, cavabdehə 9600 manat borc verməsinə dair sübutlar verməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı 1000 manat pul məbləği geri qaytarılmadığından cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Çünki, cavabdeh iddiaçı ilə aralarında yaranmış öhdəlik hüquq münsibətləri əsasında üzərinə götürdüyü vəzifəni icra etməmişdir. İddiaçı tərəfindən 9600 manat pulun cavabdehə verilməsi sübuta yetirilə bilmədiyindən, cavabdeh tərəfindən özünün etirafına uyğun olaraq iddiaçıdan borc kimi alınmış 1000 manat pulun iddiaçıya qaytarılması sübuta yetirilə bilmədiyindən tərəflərin izahatları müqayisəli təhlil aparılmaqla sübut kimi qəbul olunmalı və iddiaçı tərəfindən cavabdehə 1000 manat pulun verilməsi, habelə həmin pulun cavabdeh tərəfindən qaytarılmaması nəticəsinə gəlinməlidir.
6. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 740.2, 742.1(31 oktyabr 2023-cü il redaksiyasında), Mülki Məcəllənin 425.1, 442, 448.1 və 449-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Tovuz Rayon Məhkəməsinin 2(062)-1036/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1036/2024 saylı qətnaməsinin ləğv olunmasına və idda tələbimin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehlə iş yoldaşı olmuşlar. 2023-cü ilin may ayında cavabdeh qızının xəstə olduğunu, ona pul lazım olduğunu demiş və ondan 4000 manat pul istəmişdir. Həmin pulu 2023-cü ilin setyabr ayında qaytaracağını bildirmişdir. O da, bacısı Zərqələmdən öz adı ilə 4000 manat pul alıb cavabdehə vermişdir. Bundan 2 gün sonra cavabdeh həkimə pulu çatmadığını deyərək ondan əlavə 2000 manat pul istəmişdir. O, yenidən öz adı ilə bacısı Zərqələmdən 2000 manat pul alıb cavadehə vermişdir. Lakin cavabdeh 2023-cü ilin oktyabr ayında oğlu yıxıldığı üçün ona 3600 manat pul lazım olduğunu bildirmiş və ümumilikdə 9600 manat pulu 2024-cü ilin yanvar ayında qaytaracağını demişdir. Həmin vaxt cavabdeh ona inanması üçün evinin sənədlərini və ərinə məxsus avtomobilin açarlarını ona vermidir. Lakin o, avtomaşının açarlarını onun özünə qaytarmış və təminat olaraq evin sənədlərini özündə saxlamışdır. Bundan sonra yenidən bacısı Zərqələmdən öz adı ilə 3600 manat pul alaraq cavabdehə vermişdir. Həmin gün cavabdeh öz əlyazması ilə 9600 manat pulu aldığını və tezliklə qaytaracağını bildirmişdir (qəbz iş materiallarına əlavə olunub). Lakin 2024-cü ilin yanvar ayında cavabdehin aldığı 9600 manat pulu qaytarmadığını və yaşadığı evə gedib pulunu tələb etmişdir. Həmin vaxt cavabdeh əri Vüqar ilə birlikdə onu və bacısını nalayiq ifadələrlə təhqir etmişi və bacısını vurduğu üçün sonradan Vüqar Tovuz rayon Məhkəməsində 300 manat məbləğində cərimə olunmuşdur. Bununla bağlı video çəkiliş iş materiallarına əlavə olunmuşdur. Lakin Tovuz rayon Məhkəməsi iş üzrə tam araşdırma aparmadan yalnız cavabdehin ifadəsinə inanaraq 1000 manat pulun ondan alınmasını qət etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 bildirmişdir ki, iddiaçı Mətanət onun bacısıdır. O, cavabdehlərə pul lazım olduğunu bildirmiş, o isə etiraz etməmişdir. Həmin məbləği hissə hissə vermişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçıdan cəmi 1000 manat pul aldığını, cavabdehin tələb etdiyi 9600 manat pulun isə borc aldığı 1000 manat pula üç il müddətinə hesablanmış faiz məbləği olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01 oktyabr 2023-cü il redaksiyasında):
13. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
14. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
15. 742.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
23. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı apellyasya şikayətində iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianını təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1036/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı hissə-hissə olmaqla cavabdehə 9600 manat borc verdiyini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı məhkəmə iclasında cavadehə 9600 manat məbləğində borc verməsi ilə bağlı səs yazısını məhkəmə kollegiyasına təqdim etmiş və həmin səs yazısı dinlənilmişdir. Həmin səs yazısında iddiaçı tərəfindən cavabdehə 9600 manat məbləğində borc verilməsi müəyyən edilməmişdir. Belə ki, həmin danışıqda iddiaçı cavabdehdən ona borc olaraq verdiyi 18 manat pulu tələb etməsi müəyyən edilmişdir.
29. Cavabdeh isə iddiaçıdan 1000 manat borc pul aldığını etiraf etsə də o, iddiaçıdan borc olaraq aldığı 1000 manat pulu qaytardığını və onun hazırda iddiaçıya borcu qalmadığını bildirmişdir. Lakin, cavabdeh tərəfindən hər hansı pul məbləğinin qaytarılması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir.
30. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 2(062)-1036/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Tovuz Rayon Məhkəməsinin 2(062)-1036/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1036/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.